Parlament bir nəfərin üç dəfə prezident seçilməsinə qadağa qoydu
İraq parlamenti bir nəfərin üç dəfə baş nazir, prezident və parlament spikeri seçilməsinə qadağa qoyub. “RBK”-nın verdiyi məlumata görə, müvafiq qanun İraqın hazırkı baş naziri Nuri əl Malikinın maraqlarına ziddir. Yeni qanun deputatların səs çoxluğu ilə qəbul olunub. Baş naziri dəstəkləyən deputatlar məhkəməyə müraciət etmək niyyətindədir. Bundan əlavə, qanun prezident tərəfindən də təsdiqlənməlidir. Qeyd edək ki, İraqda parlament seçkiləri 2014-cü ildə keçiriləcək. Nuri əl Maliki İraq hökumətinə 2005-ci ildən rəhbərlik edir. 2010-cu ildə o böyük çətinliklə yaradılan koalisiya əsasında ikinci dəfə baş nazir vəzifəsinə seçilib. Xatırladaq ki, Nuri əl Malikinin əleyhdarları keçən il hökumətə və baş nazirə qarşı inamsızlıq votumu təqdim etməyə çalışıb, lakin bu cəhd nəticə verməyib. Nuri əl Malikinin əleyhdarları onu hakimiyyəti qəsb etməkdə günahlandırırlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?