GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Dünyanın Rusiyaya və İŞİD-ə qarşı əməliyyatı

Dünyanın Rusiyaya və İŞİD-ə qarşı əməliyyatı

Tarix: 17-12-2014, 10:51 Bölmə :Ölkə Baxış: 0
Dünyanın Rusiyaya və İŞİD-ə qarşı əməliyyatı

(Bir il sonranı düşünərkən)

Müəyyənlik insana xas olan ən qabarıq hisslərdən biridir. İnsanlar qeyri-müəyyənliyi sevmir, həyatlarında və fəaliyyətlərində müəyyənliyə can atırlar. Bəlkə də buna görə hər ilin sonunda insanlar növbəti il üçün proqnozlara daha həssas olurlar.

Hətta aralarında ulduz fallarına inananlar da tapılır. Amma böyük böhran özü sovuşduğu kimi, onun təzahürləri də - hər deyilənə inanmaq, bir az da mövhumata qapılmaq kimi adətlər də - sovuşub. Ona görə də insanlar hələ ki, doğru-dürüst, soyuqqanlı mülahizələrə daha diqqətlidirlər...

Amma növbəti illə bağlı düşünəndə hamıda bir məchulluq duyğusu hiss olunur desək, bəlkə də yanılmarıq. Bu nə deməkdir? Doğrudanmı dünya növbəti böhran ərəfəsindədir?
Bunu təsdiq edən sözlər demək çətin olduğu kimi, təkzib etmək də asan deyil. İndi dünyanın “neft əqrəbi” Azərbaycan üçün təhlükəli bir həddə - 60 ədədinin ətrafında rəqs edir.

Bu elə bir həddir ki, Azərbaycanda hökumət neftin qiymətinin bu həddə qalacağı təqdirdə iqtisadiyyatda böyük kataklizmlərin, sarsıntıların olmayacağını vəd etmişdi...
Amma hələ bu vaxta qədər heç kimə vədlərdən kökə bişirmək mümkün olmayıb. Elə bu səbəbdən də narahatlıq var. Üstəlik, milli valyutanın alıcılıq qabiliyyəti də tədricən düşür. Düzdür, bu, bir qədər ləng, hiss olunmayacaq səviyyədə gedir, amma bir fakt kimi faktlığında qalır...

İndi hərə bir söz deyir. Böyük əksəriyyət bu fikirdədir ki, hal-hazırda qlobal soyuq savaş olmasa da, soyuq çəkişmə dövrüdür. Hədəf də Rusiyadır. Amma fərqli düşünənlər də tapılır.

Bir qisim belə hesab edir ki, neft ətrafında baş verənlər daha çox İŞİD-i cəzalandırmaq istəyən ərəb ölkələrinin işidir. Nə demək olar? Prinsipcə, hər bir fikir müzakirə oluna bilər. Sadəcə, onu deyək ki, Rusiyanı cəzalandırmaq üçün nəzərdə tutulan növbəti neft böhranı həm də İŞİD-ə zərbə vurursa, bunu yalnız təqdir etmək olar - uşaqlar buna bir güllə ilə iki dovşan vurmaq deyirlər, hərçənd ki, Rusiya da, İŞİD də qətiyyən dovşanla assosiasiya yaratmır...

Onu da nəzərə almaq lazımdır ki, insanlar heç də təkcə qlobal qayğılarla yaşamırlar, əksər hallarda onları daha çox yaxın çevrələrində baş verən olaylar və proseslər maraqlandırır.

2014-cü il ən azı mənəvi baxımdan ağır oldu-təqiblər, təzyiqlər və hətta həbslər. Ölkə siyasi ritorika, leksika baxımından ilin sonunda az qaldı ki, lap Şimali Koreyaya bənzəsin. Müəyyən qədər bənzədi də...

Bunun özü çox maraqlı detaldır. Ölkə rəsmiləri niyə birdən xorla Qərbə qarşı “opponent”lik etməyə başladılar? Prezident Administrasiyasının sözçülərindən birinin, ictimai-siyasi şöbənin rəhbəri Əli Həsənovun buna cavabı çox lakonik oldu. Bu cavabı belə ifadə etmək olardı: “Biz Qərbi ona görə tənqid edirik ki, onlar bizi tənqid edir!”..
Ən maraqlısı isə odur ki, Əli Həsənov bundan bir qədər əvvəl ölkə siyasətinin mərkəzində yalnız Azərbaycanın maraqlarının dayandığını demişdi. Amma bir sual yaranır: Azərbaycan rəsmilərinin heç bir vaxt açıq mətnlə tənqid etmədiyi Rusiya və İran “milli maraqlar” baxımından daha problemli deyillərmi?

Məsələ də elə bundadır. Dövlət rəsmilərinin “biz” dediyi məqam “milli maraq”la üst-üstə düşəndə ikinci də bundan azacıq da olsa qazanır. Amma o vaxt ki, qayğılar daha çox “biz”lə bağlı olur, onda milli maraqlar heç yada da düşmür...

Qərbi Dağlıq Qarabağ probleminə münasibətdə fəaliyyətsizlikdə, hətta etinasızlıqda qınamaq olar. Amma doğrudanmı Qərbin Azərbaycan qarşısında suçu Qarabağ problemini yaradan Rusiya qədər böyükdür?

Bəs onda nədən bircə dəfə belə olsun dövlət rəsmiləri Rusiyanı tənqid etmirlər? Səbəb sadədir. Rusiya Azərbaycanın dostu və müttəfiqi deyil, amma o, Azərbaycandakı hakimiyyətin dostudur...

Əgər Rusiya və İran durub, tutaq ki, Azərbaycandakı “seçki”lərin nəticəsini tanımasa, başqa dövlətlər bunu etməyə tələsərlərmi?

Əlbəttə ki, tələsməzlər, bir qədər düşünər və hətta ola bilsin ki, onlar da kəskin addımlar atarlar...

Bu məsələlərin üzərində niyə belə ətraflı dayandıq? Məsələ bundadır ki, “Növbəti ildə nə olacaq?” sualının cavabı əhəmiyyətli dərəcədə, bəlkə də elə tamamilə dünya birjalarındakı vəziyyətdən-neftin qiymətindən asılıdır...

Ona görə də növbəti il də neft qoxuyur və bu qoxunu hiss etmək üçün məşhur bir filmin personajı kimi hissiyyatlı olmağa ehtiyac yoxdur...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Neft yenə niyə ucuzlaşır? - Yeni böhran gözlənilir

    Neft yenə niyə ucuzlaşır? - Yeni böhran gözlənilir ...

    8-09-2020, 11:47

  • 
  • 2013-cü il ölkə siyasəti üçün nə vəd edir?

    2013-cü il ölkə siyasəti üçün nə vəd edir? ...

    18-12-2012, 13:21

  • 
  • Vəhhabi kralın təhlükəli intriqaları: nefti 20 dollara salır, amma özü də batır...

    Vəhhabi kralın təhlükəli intriqaları: nefti 20 ...

    10-12-2015, 19:19

  • 
  • Heç özümüz də bilməyəcəyik ki, dekabrın 21-i necə gəlib keçdi

    Heç özümüz də bilməyəcəyik ki, dekabrın 21-i necə ...

    16-12-2012, 12:29

  • 
  • Hökumət benzinin qiymətin qaldırır

    Hökumət benzinin qiymətin qaldırır ...

    5-12-2014, 13:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu