GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Heç özümüz də bilməyəcəyik ki, dekabrın 21-i necə gəlib keçdi

Heç özümüz də bilməyəcəyik ki, dekabrın 21-i necə gəlib keçdi

Tarix: 16-12-2012, 12:29 Bölmə :Maraqlı Baxış: 693
Heç özümüz də bilməyəcəyik ki, dekabrın 21-i necə gəlib keçdi

İnsan Göylərdən hədiyyə umur və Göylərin qəzəbinə gəlməkdən qorxur

gundemxeber.az Efir azı bir həftə zəbt olundu. Ancaq Mayya təqvimindən, dünyanın sonundan danışdılar. Deyilənə görə, mağazalara baş çəkən, şam və hətta ərzaq ehtiyatı görən də az olmadı. İndi artıq deyilənləri və yazılanları sınamağın vaxtına o qədər də çox qalmayıb, dekabr qapıları döyür. Nə olacaq? Heç nə. Adi bir gün, bəlkə də bir tipik qış günü olacaq və hər şey də tez unudulacaq. Amma ən pisi də elə budur. Fikirləşirəm, görən, yeni «mayyaşünas»lar, heç olmasa, azacıq da olsa utanacaqlarmı? Yəqin ki, yox. Onların başı növbəti sensasiya axtarmağa qarışacaq, bəlkə heç özləri də bilməyəcək ki, dekabrın 21-i necə gəlib keçdi!

Qədim əcdadlardan qalma komplekslər

Dünyanın axırını xəbər vermək cəhdləri tarixdə çox olub. Bir hadisə haqda çoxdan, lap uşaqlıqda oxumuşdum. Belə bir riyaziyyatçı olub - John Napier (16-17-ci əsrlərdə yaşamış Şotlandiya alimi). İndi təhsilin səviyyəsi o qədər ürəkaçan olmasa da, hər bir orta məktəb şagirdi onu tanımalıdır, çünki məktəblilərin öyrəndiyi loqarifmləri riyaziyyata o daxil edib. Amma bu Napier-in başqa bir hobbisi də varmış, riyaziyyatın köməyi ilə gələcəyi xəbər verməyə çalışırmış. Bir gün belə nəticəyə gəlir ki, bəli, artıq dünyanın sonudur. Orta əsr alimləri öz kəşflərini bəyan etməyi sevməsələr də, onları gizli saxlamağa çalışsalar da, Neper belə etmir, əksinə, bütün şəhər əhlinə dünyanın sonunun çatdığını xəbər verir. Hamı inanır, işini-gücünü atır və qiyaməti gözləməyə başlayır. Deyilən vaxt gəlib yetişir, amma heç nə baş vermir. Son da bu olur ki, Napier qəzəblənmiş kütlənin əlindən canını zorla qurtarır. Təbii ki, bu, nə birinci, nə də sonuncu hadisə idi. Sonralar da buna oxşar hadisələr baş vermişdi. Bunun səbəbləri haqda çox söz demək olar. Nədən insanlar bələ anlarda ciddi alimlərə deyil, fırıldaqçılara daha tez inanırlar? Nədən elm onları inandırmaq iqtidarında olmur? Mənə elə gəlir ki, insan psixikasının alt qatlarında «qədim əcdadlardan qalma kompleks»lər var, belə hallar bəlkə də həmin komplekslərin təzahürüdür, çünki elə bir an, elə bir situasiya yetişir ki, insan özünün ibtidai əcdadına çevrilir, ondan fərqlənmir. Belə kompleksə həm də «şaman kompleksi» demək olar. İbtidai insanlar şamanlara sitayiş edib, onların başqalarına məlum olmayan həqiqətləri bildiyinə inanıb. Bu, müəyyən mənada ezoterizmə bənzər hadisədir. İnsanlar inanır ki, yalnız seçilmiş insanların üzünə açılan həqiqətlər və gizlinlər var. Buna şaman yaddaşı da demək olar. Bu yaddaş min illərdən bu tərəfə gəlir və insanlar ona qarşı alternativi ciddi şəkildə cəmi iki yüz – üç yüz il bundan əvvəl ortaya qoyub. Şaman yaddaşı isə artıq qeyd etdiyim kimi on min illərdir ki, davam edir.

Yerlə göy arasında

Bir çox hallarda insan özünün ibtidai əcdadı qədər acizdir, baxmayaraq ki, o, kosmosa uçur, nüvə enerjisindən istifadə edir. Bunun bir səbəbi də odur ki, ən ali sualların cavabı hələ onun üçün açılmayıb. Bu suallar isə ölüm və olum suallarıdır. İnsan nə qədər çox bilsə də, zaman əqrəbinin, hətta deyərdim ki, həyat əqrəbinin, həyat siklinin istiqamətini dəyişmək iqtidarında deyil.
Ona görə də demək ki, mövhumat təkcə savadsızlıqdan yaranır, bu, bir qədər məsələni primitivləşdirmək olardı. Hərçənd ki, savadsızlığın da təsiri az deyil. Amma mən yas mərasimlərində, dini ayinlər icra olunan zaman ağlayan qadınlara və kişilərə diqqət yetirmişəm. Bu, haradasa mənim bir o qədər də yaxşı ifadə edə bilmədiyim «kollektiv təhtəlşüur»un təzahürüdür. İnsan Yerdə özünü tənha hiss edir. Bəzən deyirlər ki, bəs, insan təbiətin tacıdır. Amma insan təbiətə yad məxluqdur (Yerdəki təbiəti nəzərdə tuturam). İnsan kosmik varlıqdır, Göyə bağlıdır. Yerdəki tənhalıq, daim Yerdə hansısa sürprizlər gözləmək onun əllərini Göylərə qaldırır. Başqa bir canlıda Kosmos hissi, Kosmos təsəvvürü yoxdur, bu, yalnız insanda var. Bütün canlılar Yerdəki aqibətləri, taleləri ilə barışıblar. Təkcə insan bu varlıqlardan fərqli olaraq Göylərdən hədiyyə umur və Göylərin qəzəbinə gəlməkdən qorxur. İnsana həmişə elə gəlir ki, o, Yerə müvəqqəti göndərilib, onun əsl məkanı Göylərdir və gec – tez çəkilib ora aparılacaq. Bəlkə bu da elə hansısa «kollektiv yaddaşın», şüurun lap alt qatlarında ilişib qalan kosmik yaddaşın təzahürüdür?

Kiçik sözardı

Bu yazını mövhumata «elmi –nəzəri bazis» vermək kimi qiymətləndirmək lazım deyil. Motiv başqadır. Hətta psixoloqlar da həmişə kollektiv oyunlarda, ayinlərdə bir yaddaş, təhtəlşüur izi axtarıblar və indi də axtarırlar. Nədən bu qədər sadə, hətta bəsit dildə yazılmış dini kitablar insanları belə cəlb edir? Bəlkə ona görə ki, orada insanların eşitmək istədikləri yazılıb?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dünyanın sonu boş söhbətdi

    Dünyanın sonu boş söhbətdi ...

    3-12-2012, 02:18

  • 
  • Aləmi qarışdıran yalançı xalq

    Aləmi qarışdıran yalançı xalq ...

    21-12-2012, 12:59

  • 
  • Qiyamətin yan keçəcəyi türk kəndi-Şirincə

    Qiyamətin yan keçəcəyi türk kəndi-Şirincə ...

    11-12-2012, 13:00

  • 
  • Azərbaycan banklarında 21 dekabr  xaosu

    Azərbaycan banklarında 21 dekabr xaosu ...

    12-12-2012, 12:44

  • 
  • 21 dekabrda baş verəcək üç hadisənin qarşısını heç kim ala bilməyəcək

    21 dekabrda baş verəcək üç hadisənin qarşısını ...

    21-12-2012, 13:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu