GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Azərbaycan mediasının 90%-i gizli şəkildə maliyyələşir”

“Azərbaycan mediasının 90%-i gizli şəkildə maliyyələşir”

Tarix: 20-12-2014, 11:24 Bölmə :Ölkə Baxış: 0
“Azərbaycan mediasının 90%-i gizli şəkildə maliyyələşir”

“Medianın gələcəyini jurnalist həbslərindən daha ciddi təhdid edən amil var”
“Biz çox vaxt Qərbdən edə biləcəyimizdən çox şey tələb edirik”


“Parlament qaşınmayan yerdən qan çıxartmaq istəyir”

Arif Əliyev: “KİV haqqındakı son dəyişiklik junalistlərə psixoloji təzyiq göstərməyə hesablanıb”


“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media məsələləri üzrə ekspert Arif Əliyev “Hürriyyət” qəzeti və Moderator.az-a müsahibəsində media ilə bağlı ölkə gündəmindəki məsələləri şərh edib.

-Arif bəy, Türkiyənin “CNN Türk” kanalında prezident İlham Əliyev haqqında səsləndirilən “diktator” ifadəsi Azərbaycanda bəzi siyasətçilər və millət vəkillərinin qəzəbinə səbəb olub. Onlar “CNN TÜRK”-dən bu ifadəyə görə üzr istəməyi tələb edir. Sizcə belə bir tələblə çıxış etmək nə dərəcədə demokratikdir? Mümkündürmü ki, Türkiyə də bunun ardınca Azərbaycan mətbuatında Ərdoğan haqqında səsləndirlən yüzlərlə bu cür ifadəyə görə üzr tələb etsin?

-Hesab edirəm ki, bu, aparılan ideoloji kampaniyanın bir hissəsidir. Belə şeylərə dözümlü yanaşmaq lazımdır. Əgər məsələyə bu cür yanaşsaq, o zaman Azərbaycan siaysətçiləri jurnalistlərin bir çoxunu üzr istəmək məcburiyyəti qarşısında qoya bilər. Kiminsə verdiyi qiymət bizim xoşumuza gələ də , gəlməyə də bilər. Biz bununla bağlı öz fikirlərimizi söyləyə, öz tənqidlərimizi səsləndirə bilərik. Amma əgər bizə xoş gəlməyən hər bir fikrə və ya ifadəyə görə kimisə üzr istəməyə vadar edəriksə, o zaman bunun ardınca onu məhv etmək, sıradan çıxartmaq həvəsi yaranır. Bu baxımdan hesab edirəm ki, yetkin cəmiyyət özünü belə həvəs və istəklərdən saxlamalıdır. Xoşagəlməyən ifadələrlə bağlı yaranan problemləri bu cür həll etmək və ya bunun bu şəkildə həll olunduğunu düşünmək yanlışdır. Biz bu yanaşmanı öz cəmiyyətimizə tətbiq etsək, bunun hansı ağır nəticələr doğruduğuna şahid ola bilərik. Buna görə də, mən belə yanaşmanı doğru hesab eləmirəm.

-KİV haqqında qanuna edilən dəyişikliyə münasibət bildirən millət vəkilləri, habelə Mətbuat Şurası yetkililəri qeyd etdi ki, bu, “qeyri-ciddi”, “o qədər də əhəmiyyət kəsb etməyən” dəyişiklikdir. Doğrudanmı, bu dəyişiklik önəmsiz və qeyri-ciddidir? Əgər belədirsə, söyləmək olarmı ki, Azərbaycan parlamenti qeyri-ciddi məsələlərin müzakirəsi ilə məşğuldur?

-Ümumiyyətlə, mən də hesab edirəm ki, bu, ciddi məsələ deyil. Çünki indiki geosiyasi vəziyyətdə, günü sabah hansı təhdid və təhlükələrin meydana çıxacağını bilmədiyimiz bir zamanda parlamentin qeyri-ciddi işlərə vaxt ayırmasına sadəcə heyfim gəlir. Gəlin baxaq. Məlum dəyişiklik bir il ərzində iki dəfə məhkəmə məsuliyyətinə cəlb edilən media orqanının qapadılması mümkünlüyünü nəzərdə tutur. Bundan öncə isə məlum göstərici üç idi. Madam ki, bu vaxta qədər Azərbaycanda üç dəfə xəbərdarlıq alan media orqanının qapadılması prosesi olmayıbsa, deməli cəmiyyətdə bu problem yoxdur. İndi ay parlament, qaşınmayan yerdən niyə qan çıxardırsan? Hesab edirəm ki, bu dəyişilik junalistlərə psixoloji təzyiq göstərməyə hesablanıb. Çünki istənilən halda bu dəyişiklik məhdudlaşdırıcı rol oynayır. Və ya adlarla bağlı məsələni götürək. Hər kəsə bəllidir ki, əgər bir yerdə hansısa adda mağaza varsa, o zaman eyni adda yeni bir mağaza yaratmaq olmaz. Çünki bu qarışıqlıq, anlaşılmazlıq yarada bilər. Qanunda yazılmayıb ki, eyni adda iki kitab mağazası yaratmaq olmaz. Niyə yazılmalıdır ki? Bu məntiq və ağılla dərk olunan adi şeylərdir. Indi bunları yenidən qanuna salmaq əhəmiyyətsiz bir şeydir. Bu baxımdan hesab edirəm ki, edilən dəyişiklik o qədər də ciddi təsirə malik məsələlər deyil. Parlament Avropanın yeni tənqidinə səbəb olacaq məsələlərlə məşğuldur ki, bu da təəssüfedicidir.

-Bu günlər Azərbaycan dünyada ən çox həbs edilən jrunalist sayına görə ilk onluqda yer aldı. Sizcə bu statistika və eləcə də medianın mövcud durumu ölkə mediasının gələcəyinə nə vəd edir?

-Jurnalist həbsləri ağır və mübahisəli məsələlərdir. Onların azadlıqda olması, azadlığa çıxması media mühitinə ciddi təsir göstərə bilər. Mən heç kimin, xüsusilə də jurnalistlərin azadlığının məhdudlaşdırılmasını istəməzdim. Lakin bu da bir həqiqətdir ki, Azərbaycan jurnalistikasının gələcəyi ilə bağlı təhlükə bu istiqamətdən gəlmir. Azərbaycanda həbsdə yatan jurnalistlərin syının 6, 10 və ya 14 olması medianın gələcəyinə daha az təsir göstərir, nəinki Azərbaycanda müstəqil medianın yaşaması imkanının olmaması. Problem ondadır ki, Azərbaycanda müstəqil jurnalistikanın, müstəqil medianın təşəkkül tapması, yaşaması üçün mühit yoxdur. Mühitin olmaması azad medianın gələcəyini hər şeydən daha çox təhdid edir. Qanunverici mühit də getdikcə daralır. Azərbaycan jurnalistikasının qaranlıq gələcəyi üçün ən ciddi problem məhz budur.

-Millət vəkili Fazil Mustafa bəzi media orqanlarının xaricdən maliyyələşməsi ilə bağlı narahatlığını dilə gətirib. Bilmək istərdik ki, bir ölkədə medianın maliyyə mənbələri məqsədli şəkildə qapadılırsa, onların maliyyələşməsinə şərait yaradılmırsa, o zaman medianın bu maliyyəni xaricdə axtarması məntiqli və başadüşülən deyilmi? Medianı xaricdə maliyyə mənbəyi axtarmağa məcbur etmək və sonra buna görə onu təqsirləndirmək mərdi qova qova namərd etmək anlamına gəlmirmi?

-Medianın xaricdən və ya daxildən maliyyələşməsi öz-özlüyündə cinayət deyil. İki cür maliyyələşmə var – qanuni və qeyri-qanuni. Söhbət medianın xaricdən qeyri-qanuni formada, gizli şəkildə maliyyələşməsindən gedirsə, bu, təbii ki, çox təhlükəli bir şeydir. Heç bir şübhə etmirəm ki, Azərbaycanda daxildən də, xaricdən də medianın maliyyələşməsi böyük səviyyədədir. F.Mustafa yəqin ki, medianın ancaq xaricdən maliyyələşməsinə diqqət çəkib. Lakin mən çox istərdim ki, bu məsələyə kompleks yanaşılsın. Həqiqət bundan ibarətdir ki, daxildən maliyyələşmə, xaricdən maliyyələşmədən heç də az problem yaratmır. Tutaq ki, hansısa xarici qüvvə Azərbaycan daxilində ideoloji disbalans yaratmaq istəyir, ideoloji müstəvidə hansısa təxribat törətmək niyyətindədir. Və ya Azərbaycanın informasiya məkanına məqsədli şəkildə müdaxilə etmək istəyir. Məgər həmin xarici qüvvə bunu hansısa mediaya daxildən ötürə bilməz? Əgər medianı maliyyələşmə mexanizmində problem varsa, o zaman təbii ki, onlar bundan istifadə edəcəklər. Çünki onların da ağlı var. Onlar öz çirkin niyyətlərini daxildən həyata keçirə bilərlər ki, bu cür problemlərin qarşısını almaq kifayət qədər çətindir. Buna görə də Fazil bəyin bu problemə bütövlükdə diqqət yetirməsi çox vacibdir. Lakin bir daha vurğulayıram ki, gizli daxili maliyyələşmə də olduqca təhlükəlidir və medianın 90%-i bu formada maliyyələşir. Etiraf etmək lazımdır ki, Azərbaycanda medianın maliyyələşmə mexanizmi xarabdir və bu müxtəlif qüvvələr üçün əlverişli şərait yaradır.

-Bəzi media əməkdaşları bu gün baş verənlərə görə Qərbi ittiham edir. Onların fikrincə, əgər Qərb azad mediaya yönəlik təzyiqlərlə bağlı ciddi bir mövqe ortaya qoysaydı, o zaman medianın vəziyyəti indiki qədər acınacaqlı olmazdı. Bu qənaəti bölüşürsünüzmü?

-Yəqin ki, bu suala həm “hə, həm də “yox” cavabını vermək olar. Elə məqamlar var ki, Qərb burada öz maraqlarını önə çıxardır. Qərb üçün enerji stabilliyi, iqtisadi stabillik və bundan daha sonra demokratiya məsələsi gəlir. Qərb bunu dəfələrlə bəyan edib və əməli surətdə bu ardıcıllığı sərgiləyib. Bu mənada Qərbə yönəlik ittihamlarda həqiqət var. Məsələn, İctimai Televiziyanın yaradılması ilə bağlı məsələyə diqqət yetirək. Azərbaycan öhdəsinə götürmüşdü ki, dövlət televiziyalarını ləğv edəcək və əvəzində İTV yaradacaq. Bunun üstündə Avropa və Azərbaycan arasında nə qədər ciddi müzakirənin getdiyinə şahidəm. Sonda Azərbaycan öz istədiyini elədi. Dövlət televiziyasını da saxladı, İTV-ni saxladı. Halbuki, Azərbaycan üzərinə dövlət televiziyasını transformasiya etməyi üzərinə götürmüşdü. Yəni dövlət televiziyasını İTV-yə çevirməyi üzərinə götürmüşdü. Ancaq belə etmədi. Faktiki olaraq iki dövlət televiziyası yaratdı. Avropa buna əl çaldı və dedi ki, Azərbaycan üzərinə götürdüyü vacib öhdəliklərdən birini elədi. Məgər Avropa başa düşmürdü ki, hansı proses gedir? Başa düşmürdü ki, Azərbaycan İTV adı ilə dövlət televiziyası yaradır? Bunu başa düşürdü. Lakin özünün digər maraqlarına, iştahlarına görə buna göz yumdu. Lakin bir həqiqət var ki, inanın bizim də Afrikanın hansısa ucqar ölkələrindən birində hansısa marağımız, məsələn enerji marağımız olsaydı, əlbəttə, biz o marağı daha üstün tutardıq, nəinki o ölkədə hansısa medianın məhdudlaşdıırlması, demokratiya məsələsi və s. Mən bunu 99,9% əminliklə deyirəm. Bu aspektdən yanaşanda düz deyirlər. Lakin bir məsələ var ki, biz bir çox hallarda Avropadan və dünyanın digər hissəsindən özümüz edə biləcəyindən çox şey istəyirik. Deyirik ki, siz gəlin burda bunu edin, bu mühiti yaradın, bu mexanizmləri qurun, bu ağacı əkin, biz də onun meyvəsindən yeyək. Belə olmaz. Əgər bu dəyişiklik kənardan, kənar qüvvələrin təzyiqi və istəyi ilə baş verəcəksə, mən qorxuram ki, bu dəyişiklik arzuedilməz nəticılər versin. Necə ki, biz bunun dəfələrlə şahidi olmuşuq. Cəmiyyət özü dəyişikliyə hazır olmalı, bunu həyata keçirmək gücünə sahib olmalıdır. Bu dəyişikliyin nəticəsini saxlamaq iqtidarına malik olmalıdır. Baxın, Əfqanıstanda, İraqda kənar müdaxilə ilə dəyişikliklər oldu. Ərəb ölkələrində də kənar təsirlə dəyişikliklər baş verdi. Hətta Şərqi Avropa ölkələrində bu cür kənar müdaxilələrin fəsadları oldu. Cəmiyyətin özündə güc olmayandan sonra bu dəyişikliyin nəticələrini yaşatmaq olmur. Nəticədə daha ağır problemlər meydana çıxır. Əgər cəmiyyət hansısa dəyişiklik istəyrisə, o zaman diqqətini ilk növbədə öz daxilinə yönəltməlidir. Öz resurslarını araşdırmalıdır. Düşünməlidir ki, nə çatmır. Bu dəyişik niyə baş vermir? Ona hansıs yolla nail olmaq lazımdır? Əgər bu sualların cavabını tapsa, o zaman Avropadan daha çox şey tələb etmək haqqına sahib olar.

Seymur Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Arif Əliyev: Jurnalistlərin həbsi hökumətin özünün əleyhinə işləyir

    Arif Əliyev: Jurnalistlərin həbsi hökumətin ...

    4-05-2019, 15:25

  • 
  • “Media indiki vəziyyətdə “dördgöz” olmalıdır”

    “Media indiki vəziyyətdə “dördgöz” olmalıdır” ...

    4-04-2016, 22:35

  • 
  • KIV haqqında qanuna edilən dəyişiklik etirazla qarşılandı

    KIV haqqında qanuna edilən dəyişiklik etirazla ...

    17-12-2014, 11:37

  • 
  • "Kimlərsə Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmlinin media ilə bağlı təkliflərini Prezidentə çatdırmırlar" — Vahid Əhmədov

    "Kimlərsə Elçin Şıxlı, Arif Əliyev və Qulu ...

    13-11-2018, 16:27

  • 
  • “Bu, medianın seçkilərdə ən zəif iştirakıdır”

    “Bu, medianın seçkilərdə ən zəif iştirakıdır” ...

    11-10-2013, 11:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu