GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Füzulinin yağmalanan büdcəsi

Füzulinin yağmalanan büdcəsi

Tarix: 25-12-2014, 23:04 Bölmə :Ölkə Baxış: 0
Füzulinin yağmalanan büdcəsi

Zaur Aslanov, Almaz Həşimova və Camal Ocaqverdiyev rayonu talayırlar

İlin sonu yaxınlaşdıqca ölkədə fəaliyyət göstərən dövlət müəssisə və təşkilatlarında da özünəməxsus bir dolğunluq, bəzi qurumlarda isə hətta müəyyən gərginlik müşahidə etmək mümkündür. Əlbəttə ki, bu vəziyyət ilk növbədə həmin qurumların tabe olduqları yuxarı instansiyalar qarşısında il sonu ilə bağlı verməli olacaqları hesabatla bağlıdır. Etiraf etmək lazımdır ki, həmin hesabatlar heç də bütün qurumlar üçün məqbul hesab oluna bilməz. Digər tərəfdən isə bu hesabatlar əsasında bütövlükdə bir rayonun göstəriciləri də formalaşır ki, bu da ümumi göstəricilərin aşağı düşməsinə səbəb olan müəssisə və təşkilat rəhbərlərinin gərginliyinə səbəb olan amillərdən biri kimi çıxış edir. Bütün bu deyilənləri Füzuli rayonunun misalında nəzərdən keçisək, hazırda bu rayonda daha çox narahatlıq keçirməyə əsası olan müəssisə rəhbərlərinin kimliyinə aydınlıq gətirmək elə də çətin olmaz.Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Füzuli rayon Maliyyə şöbəsinin rəhbərliyi və əməkdaşları tərəfindən rayon sakinlərinin hüquqlarının pozulması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi, müxtəlif maliyyə maxinasiyaları və sairə bu kimi neqativ hallarla bağlı şikayətlər öz aktuallığını saxlayır. Qəzetimizin ötən saylarında biz dəfələrlə bu maliyyə qurumunun fəaliyyətindəki cddi nöqsanlardan bəhs edən tənqidi materiallar dərc etmişik. Eyni zamanda da həmin materiallarda qeyd olunub ki, son vaxtıar biz hamımız respublikada həyata keçirilən antikorrupsiya tədbirlərinin tərkib hssəsi kimi bir çox maliyyə idarələrində keçirilmiş yoxlamaların nəticəsi olaraq bəzi rəhbər işçilərə qarşı həbs cəzasının tətbiq olunması hallarının da bir neçə dəfə şahidi olmuşuq. Lakin bütün bunlara baxmayaraq, Füzuli rayon Maliyyə şöbəsində vəziyyət olduğu kimi bərbad halda qalmaqdadır. Təəssüflər olsun ki, Respublikanın Maliyyə Nazirliyi hələ də bu qurumun rəhbərliyinə qarşı son dərəcə liberal mövqe nümayiş etdirməkdədir. Belə ki, aldığımız məlumatlarda mənbələr şöbənin müdiri Zaur Aslanovun qanunsuz əməllərinə dair bir sıra ciddi iddialar ortaya qoymaqdadırlar. İlk növbədə Z.Aslanova qarşı irəli sürülən iradlar onun rəhbərlik etdiyi quruma öz şəxsi kommersiya obyekti kimi münasibət göstərməsi ilə bağlıdır. Ötən materiallarda da biz qeyd etmişdik ki, əslində cavan və perspektivli kadrların irəliyə çəkilməsi, onlara məsuliyyətli vəzifələrin tapşırılması təqdirəlayiq haldır və prioritet hesab edilməlidir. Lakin bizim misalda 27 yaşlı gəncin rəis vəzifəsinə irəli çəkilməsi heç də idarəyə işgüzar ab-hava gətirməyib. Bu barədə məlumatları təqdim edən mənbə bildirir ki, Zaur Aslanovun özünə və yüksək vəzifəli himayədarlarına olan arxayınlığı olduqca böyükdür. Buna görə də Füzulinin maliyyə şefi istənilən halda bütün əməllərinin cəzasız qalacağına tam əmindir. Z.Aslanovun təyinatından keçən az müddət ərzində artıq bu gözləntilərin özünü doğrultmayacağı aşkar oldu. Eyni zamanda da Zaur Aslanovun rayonda qurduğu bəzi əlaqələr yerli ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, rayonun yeni maliyyə şefi ilk növbədə Füzuli RTŞ-nin müdiri Almaz Həşimova ilə qeyri-qanuni işbirliyinə rəvac verməsi barədə iddialar xüsusilə diqqəti cəlb edir. Z.Aslanovun rayon Maliyyə şöbəsinin rəhbərliyinə keçməsindən sonra isə RTŞ-də həyata keçirilən müxtəlif tender maxinasiyalarının həcmi də xeyli artıb. Yeri gəlmişkən, bir daha qeyd etmək istərdik ki, bu xüsusda bir müddət əvvəl dərc olunmuş və Füzuli Rayon Təhsil Şöbəsinin fəaliyyətində yer almış ciddi qanun pozuntularından bəhs edən tənqidi material da oxucularımızın diqqətini xüsusi olaraq cəlb etmişdi. Həmin materiallarda bildirilirdi ki, təhsil şöbəsinin rəhbərliyi tərəfindən dövlət əmlakının mənimsənilməsi kimi hallara tez-tez yol verilir. Lakin bütün bu deyilənlər bu və ya digər formada artıq ötən materiallarımızda da öz əksini tapmışdı. Bununla belə daxil olan məlumatlarda Z.Aslanovun rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi şəxslərlə əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə həyata keçirdiyi maxinasiyalara dair yeni maraqlı açıqlamalar təqdim olunmaqdadır. Lakin hətta artıq təqdim olunmuş faktların da Füzuli rayonu üzrə illik hesabatlara olduqca mənfi təsir göstərəcəyi tamamilə aydındır.Rayonun ümumi göstəricilərinin aşağı düşməsində xüsusi rolu olacaq qurumlardan biri kimi də əlbəttə ki, Füzuli rayonu Təhsil Şöbəsini təqdim etmək olar. Qeyd etmək lazımdır ki, Füzuli RTŞ-nin müdiri Almaz Həşimovanın yarıtmaz fəaliyyəti, vəzifəsindən sui-istifadə edərək korrupsiyaya qurşanması, ciddi qanunsuzluqları, hüquqpozmalara rəvac verməsi, təhsil müəssisələri rəhbərlərini də özünün cızdığı maxinasiya planlarına cəlb etməsi və başqa neqativ hallarla bağlı indiyədək çox deyilib, çox yazılıb. Bu gün istər dövri mətbuatda, istər internet məkanında Almaz Həşimova barədə tənqidi məqalələr yetərincədir. Rayonun təhsil işçiləri müxtəlif instansiyalara ünvanladıqları məktub və ərizələrdə vəziyyətin gərgin həddə çatdığını dönə-dönə qeyd edirlər. Bildirilir ki, ölkənin təhsil sisitemindəki yenilklər və irəliləyişlər Füzuli rayon təhsil sistemində nəzərə çarpmır. Bunun isə əsas səbəbkarı məhz rayon təhsil şöbəsinin müdiri Almaz Həşimovadır. Məsələn, RTŞ müdirinin laqeydliyi ucbatından rayonda fəaliyyət göstərən bir sıra kənd orta məktəbləri baxımsız qalıb və nəticədə qəzalı vəziyyətə düşüb. Bundan başqa isə rayondakı məktəb və liseylərdə təhsilə aid olmayan məqamlar da çoxdur.Füzuli sakinlərini müxtəlif problemlərlə üz-üzə qoyan digər bir təşkilat kimi də Kapital Bankın bu rayondakı filialını göstərmək olar. Belə ki, redaksiyamıza bu filialın müdiri Camal Ocaqverdiyevin qanunsuz əməllərinə dair məlumatlar indi də daxil olmaqdadır. Həmin məlumatlarda ilk növbədə qeyd olunur ki, C.Ocaqverdiyev rəhbərlik etdiyi müəssisəni ailə qurumuna çevirib. Onun ətrafına topladığı yaxın-uzaq qohumları isə öz əməlləri ilə bank əməkdaşlarından daha çox adi sələmçiləri xatlrladırlar. Belə ki, məlumatlarda filial müdirinin göstərişi ilə burada müəyyən şəxslərə sənədləşdirmə aparılmadan “faizə” pul verilməsi hallarının da geniş yer aldığı iddia olunur. Digər bir maraqlı açıqlama da filialda fəaliyyət göstərən valyutadəyişmə məntəqəsinin işi ilə bağlıdır. Bu xüsusda bildirilir ki, məntəqənin vətəndaşlara göstərdiyi xidmətin sənədləşdirilməsi düzgün aparılmır. Ayrı-ayrı vətəndaşların adına göndərilən, bank kimi fəaliyyət göstərən kredit təşkilatlarının hesablarından çıxarılan xarici valyutalar bir qayda olaraq təyinatı üzrə manatla ödənilir. Bu zaman həmin valyutanın alış kursu ilə hesablaşma aparılır. Həmin valyutalar isə iş gününün sonunda satış kursu ilə müştərilərin manatı ilə əvəzlənir. Bundan başqa isə aldığımız məlumatlarda Kapital Bankın Füzuli filialında son vaxtlar vəsaitlərin nağdlaşdırılması ilə bağlı maxinasiyaların da xüsusilə intensivləşdiyi vurğulanır. Bildirilir ki, bu məqsədlə filial müdiri məxsusi olaraq bir şirkət də təsis etmişdir.Bütün bu deyilənlər əlbəttə ki, ilk növbədə Füzuli rayonu üzrə ilin sonu ilə bağlı tərtib olunacaq hesabatlara öz neqativ təsirini göstərəcək. Digər tərəfdən isə hesabatlarda sadəcə quru rəqəmlərin yer aldığını, real həyatda isə bütün bu özbaşınalıqlardan canlı insanların əziyyət çəkdiyini unutmaq lazım deyil.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • Zülfüqarlı qardaşlarına məxsus müəssisə məhkəməyə verildi - Səbəb...

    Zülfüqarlı qardaşlarına məxsus müəssisə məhkəməyə ...

    11-03-2021, 13:44

  • 
  • Beyləqanda yığım kampaniyası başladı – RƏZALƏT

    Beyləqanda yığım kampaniyası başladı – RƏZALƏT ...

    24-10-2013, 12:52

  • 
  • Naxçıvandakı idarə və müəssisə nümayəndələri iməciliklərdə...

    Naxçıvandakı idarə və müəssisə nümayəndələri ...

    5-11-2013, 13:32

  • 
  • Almaz Həşimovanın həbsi qaçılmazdır

    Almaz Həşimovanın həbsi qaçılmazdır ...

    18-09-2014, 02:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu