Beynəlxalq təşkilat isə Fətullayev yenə həbs olunsa onu müdafiə etməyəcəklərini bəyan edib
Hüquq müdafiəçisi hansı təşkilatlardan maliyyə aldıqlarını açıqladı
Ötən gün hüquq müdafiəçisi Eynulla Fətullayev mətbuat konfransı keçirdi və “Amnesty İnternational” təşkilatı ilə arasında yaranmış qalmaqal, Almaniya hökumətinin onun apardığı araşdırmalara münasibət, o cümlədən hansı təşkilatlardan maliyyələşməsi barədə söz açdı. O, tədqiqatlara niyə məhz Almaniyadan başladığına izahat verdi: “Almaniya Avropanın ən demokratik və inkişaf etmiş ölkəsidir. Buna görə də birinci oradan başladıq. Çoxları elə bilir ki, Almaniya-Azərbaycan münasibətlərindəki soyuqluğa görə onlara cavab vermişik. Ancaq belə deyil. Biz Fransada, İtaliyada, Ukraynada, Macarıstanda və başqa Qərb ölkələrində də layihəni davam etdirəcəyik”. E.Fətullayev deyib ki, Frankfurtdakı mitinqin dağıdılması ilə bağlı səhnələrdən dəhşətə gəlib: “ Almaniyada olanda “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarına da müraciət etmişəm. “Amnesty İnternational” təşkilatının Almaniya ofisinin rəhbəri Aleksandr Boşdan müsahibə almışam. O da Almaniya polisini müsahibədə tənqid edib. Mənim Almaniya səfirliyi ilə həmişə münasibətim yaxşı olub. Lakin Bakıya qayıdandan sonra qəribə münasibətlə qarşılaşdım. Demək belə çıxır ki, tərifləyəndə münasibət yaxşı olur, tənqid edəndə pis. Məndən tələb edirdilər ki, layihənin maliyyə məbləğini açıqla. Mən də demişəm ki, layihəni dəstəkləyənlərdən biri “Black Sea Trast” təşkilatıdır. Almaniyanın Xarici İşlər Nazirliyi həmin təşkilata məktub göndərib ki, bu nə layihədir dəstəkləyirsiniz? Demək, Almaniya hökuməti təşkilatlara təzyiq edir. Bizim təşkilatın illik büdcəsi 200 min manatdan çox olub. Almaniyaya gedib monitorinq aparmaq nə böyük maliyyə tələb edir ki? Mənə fondlar deyir ki, Almaniya Xarici İşlər Nazirliyi bizə sizinlə əməkdaşlıq etməyi tövsiyə etmir. “Amnesty İnternational” təşkilatının nümayəndəsi Maks Taker mənə yazır ki, sən ikinci dəfə tutulsan, səni müdafiə etməyəcəyik. Tüpürüm sizin müdafiənizə. Angela Merkelə də müraciət edəcəyəm ki, bunu edənlər cəzalandırılsınlar”. Tədbirdə iştirak edən Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Fredrik Hanke isə deyib ki, Almaniya dövləti E.Fətullayevin layihə keçirməsinə hər hansı problem yaratmayıb: “Black Sea Trast” təşkilatı özü bizə müraciət edib. Biz demirik ki, Almaniyanı tənqid etmək olmaz. Lakin Almaniya ilə Azərbaycanın problemləri fərqlidir”. Hüquq müdafiəçisi hansı təşkilatlardan maliyyə aldıqlarını söylədi: “UNESCO 30 min verib, Almaniyadakı türk icması, müxtəlif donor təşkilatlar, insanlar bizə dəstək verirlər”. Aslan
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?