GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İmişlidə qohumların adı şok maxinasiyalarda

İmişlidə qohumların adı şok maxinasiyalarda

Tarix: 14-01-2015, 16:25 Bölmə :Ölkə Baxış: 0
İmişlidə qohumların adı şok maxinasiyalarda

Bəzən bir neçə mövzu ətrafında paralel və ya az fərqlənən zaman kəsikləri çərçivəsində aparılan araşdırmalar zamanı maraqlı məqamlar aşkar etmək olur. Məsələn, müəyyən edirsən ki, bir rayonun bir neçə dövlət müəssisəsinə eyni soyadlı şəxslər rəhbərlik edir. Qeyri-ixtiyari və ya düşünülmüş şəkildə onlara eynilə aidiyyatı olan daha başqa müştərək məqamların olması ilə maraqlanırsan. Müəyyən olunur ki, həmin məmurlar bu və ya digər formada, fərqli və ya oxşar müstəvilərdə rayonda baş verən qalmaqallı olayların iştirakçıları olurlar. Bütün bunlardan sonra nəhayət ki, əslində ən üzdə olan, ən aşkar fakt da təsdiq olunur. Bax bu zaman müəssisələrinin fəaliyyəti barədə rəy söylənən rayonda gedən, olduqca maraqlı proseslərin müşahidəçisinə çevrilmək olur. Konkret faktlara keçsək, bu gün İmişli rayonunda kifayət qədər tanınan Əmirovlar soyadının daşıyıcıları artıq uzun müddətdir ki, ölkə mətbuatında davamlı olaraq işıqlandırılan müxtəlif problemli olayların iştirakçıları kimi çıxış edirlər. Zaman keçdikcə bu olaylar ətrafında müzakirələr nəinki səngimir, əksinə hadisələrin cərəyanı digər Əmirovları da diqqət mərkəzinə çıxarır. Yaranmış mənzərəni birlikdə yenidən seyr etmək üçün əlbəttə ki, ilk növbədə İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun öz postunda fəaliyyəti zamanı yol verdiyi bəzi qanu pozuntuları ilə bağlı yaranmış vəziyyətə nəzər salmaq lazımdır. Bu baxımdan isə rayondakı mənbələrin təqdim etdikləri məlumatlar xüsusi əhəmiyyət kəsb edir. Belə ki, hələ ötən ilin mart ayında qəzetimizdə dərc olunmuş materiallardan birində, Ramiz Əmirovun adı, artıq İmişli Maliyyə İdarəsinin rəhbərliyi tərəfindən yol verildiyi iddia olunan bəzi maxinasiyalarda onun yaxından iştirakı ilə bağlı hallandırılmışdı. Bu xüsusda aldığımız məlumatlarda rayonun xüsusilə təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin heç də ünvanyönlü xərclənmədiyi vurğulanır və bildirilirdi ki, İmişlinin Maliyyə İdarəsinə rəhbərlik edən Rəhim Rəhimov rayonun dövlət idarələrində rəhbər vəzifələrdə çalışan bəzi qohumları ilə, o cümlədən RTŞ-nin müdiri, doğma xalası oğlu Ramiz Əmirovla əlbir olaraq dövlət vəsaitlərinin mənimsənilməsi məqsədilə müxtəlif maliyyə maxinasiyaları həyata keçirir. Belə ki, R.Rəhimovun R.Əmirovla birgə rayon məktəblərinə yeni inventarlrın alnması adı altında küllü miqdarda vəsaiti mənimsədikləri iddia olunurdu. Həmçinin məlumatlarda, xalaoğluların daha əvvəl də əlbir olaraq rayondakı banklardan birindən küllü miqdarda vəsait çıxardıqları bildirilirdi. İmişlidəki qaynaqlarımız isə indi də bu fikirdədirlər ki, məhz Maliyyə Nazirliyinin rayonda yaranmış vəziyyətə liberal münasibəti Rəhim Rəhimov tərəfindən törədilən yeni-yeni özbaşınalıqlara rəvac vermiş olur. Yeri gəlmişkən, aldığımız yeni məlumatlara görıə heç bir şeydən çəkinməyən Təhsil şöbəsinin müdiri və Maliyyə idarəsinin rəisi bu gün də sürəkli olaraq müxtəlif maxinasiyaları həyata keçirməkdən qətiyyən çəkinmirlər. Lakin biz imkan daxilində diqqətimizi Əmirovlardan ayırmayaq. Ayrıca olaraq İmişli RTŞ-nin bərbad fəaliyyətinə dair aldığımız məlumatlarda belə bir məqam da ayrıca vurğulanır ki, artıq son bir neçə dərs ilində rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xüsusilə aşağı olub. Müəllimlərin bəzisi repititorluq etdiyi üçün məktəbdə uşaqları öyrətmək istəmirlər, dərsələrə gəlmirlər. Direktorlar həmin müəllimlərdən rüşvət alaraq onların məktəbdən yayınmalarına göz yumurlar. Şöbə müdiri isə bütün bunlardan təbii ki, xəbərdardır və bu məsələlərdə marağı olduğu üçün heç kimi cəzalandırmır. Rayondakı mənbələr israrla bildirirlər ki, RTŞ müdiri rayonun təhsil sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsini təmin etmir. Bu xüsusda müxtəlif kütləvi informasiya vasitələrində ölkənin Təhsil naziri Mikayıl Cabbarova müraciət edən İmişli sakinləri Ramiz Əmirovun rayon təhsilinə vurduğu ziyanın ölçüyəgəlməz olduğunu vurğulayaraq qeyd edirlər ki, faktiki olaraq bu gün İmişli məktəblərində savadsız uşaqlar yetişir. Lakin bundan sonra da qəzetimizdə Ramiz Əmirovun yarıtmaz fəaliyyətinə dair materiallar dərc olundu. Nəhayət növbəti materiallardan birinin dərcindən sonra İmişli Rayon Təhsil Şöbəsinin müdiri iltifat göstərərək redaksiyamızın elektron poçtuna məktubla cavab göndərdi. Ramiz Əmirovun əndişə içində olduğu aşkar hiss ediən məktubda müəllif qeyd edirdi ki, bizim İmişli RTŞ-nin fəaliyyəti və şöbəmüdirinin şəxsiyyəti əleyhinə guya ki, qərəzli, qeyri-obyektiv mövqeydən hazırladığımız materialda göstərilən məqamlar həqiqətə ziddir.Amma bundan sonra redaksiyamıza daxil olmuş növbəti müraciət diqqəti artıq Əmirovların digər bir təmsilçisinə, son seçkilərdə bələdiyyə sədrliyinə namizədliyi YAP-ın yerli təşkilatı tərəfindən irəli sürülmüş İmişli rayonu Cəfərli kənd sakini, kənd orta məktəbində bədən tərbiyyəsi müəllimi işləyən Əmirov Rabil Zeyniş oğluna yönəltdi. Həm də bu dəfə müzakirəyə çıxarılmış olayda Əmirov soyadını daşıyan vətəndaş məhz zərərçəkmiş tərəf kimi çıxış etmiş oldu. Belə ki, Rabil Əmirov redaksiyamıza şəxsən təqdim etdiyi ərizəsində yaşadığı ərazi üzrə keçirilmiş bələdiyyə seçkilərinin bir sıra ciddi qanun pozuntuları ilə müşayiət olunduğunu iddia edirdi. Rabil müəllimin sözlərinə görə o, artıq üçüncü dəfədir ki, yerli bələdiyyə seçkilərində namizəd kimi iştirak edir. Həm də kənddə kifayət qədər nüfuz və hörmətə malik olan Rabil müəllim hər dəfə kifayət qədər səs toplamağa nail olur. Lakin rəsmi nəticələrə görə onun iştirak etdiyi bütün seçkilərdə hər dəfə məhz Kərim Həsənov “qalib çıxır”. Bu isə, yenə də Rabil müəllimin iddialarına görə, yalnız müəyyən saxtalaşdırmalar sayəsində mümkün olur. Məsələn, Rabil müəllim bildirir ki, bundan əvvəlki seçkilərdən sonra Kərim Həsənov ona hətta 1500 ABŞ dolları məbləğində rüşvət verərək artıq ondan “aldığı səslərin halallığını” da istəmişdi. Lakin Rabil Əmirov artıq yaranmış vəziyyətə etirazını bildirməsə də, həmin pulları kənd ağsaqqallarından birinin vasitəsilə geri qaytarmışdı. Son seçkilərdə isə Rabil müəllim namizədliyinin qeydə alınmasından əvvəlcə ümumiyyətlə xəbərdar olmayıb. Bu barədə ona yenə də Kərim Həsənov telefon vasitəsilə xəbər verib. R.Əmirovun sözlərinə görə kənddə fəaliyyət göstərən hər iki seçki məntəqəsinin sədrləri, Şakir Rüstəmov və Yavər müəllim də məhz Kərim Həsənovun maraqlarından çıxış edərək müxtəlif saxtakarlıqlara rəvac verirlər. Bu baş verənlərdə ən maraqlı cəhət isə bu idi ki, Rabil Əmirov nə seçki nəticələrinin ləğv olunması, nə də öz hüquqlarının bərpası kimi tələblər irəli sürmürdü. Sadəcə olaraq, artıq üçüncü dəfə Kərim Həsənovun və onun əlaltılarının səyləri ilə belə bir vəziyyətə düşməsi şikayətçinin sözlərinə görə onu mənəvi cəhətdən son dərəcə sarsıtmışdı. Bu səbəbdən də seçki maxinasiyalarının biixtiyar qurbanına çevrimiş bu insan, həqiqəti sübuta yetirə bilməyəcəyi halda intihar edəcəyini bəyan etmişdi...Göründüyü kimi, artıq neçə müddətdir ki, İmişli rayonunda gedən və əsasən neqativ məqamları ilə gündəmə gələn proseslərdə davamlı olaraq Əmirovların və onların yaxın qohum-əqrabalarının adları hallanmaqdadır. Əlbəttə ki, bu vəziyyət həmin şəxslərin müxtəlif dövlət qulluqlarında xidmət etmələri şərti daxilində daha diqqətəlayiq olur. Məhz bu səbəbdən də müvafiq dövlət orqanları tərəfindən, materiallarda irəli sürülmüş iddialar ətrafında araşdırmaların aparılması son dərəcə məqsədəuyğun hesab oluna bilər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputat və icra başçısının yalanı faş oldu

    Deputat və icra başçısının yalanı faş oldu ...

    1-02-2013, 10:22

  • 
  • İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - İTTİHAM

    İmişlidə DOVLƏTİN QAYĞISINDAN pul çıxarırlar... - ...

    20-05-2019, 12:46

  • 
  • Sumqayıt Dövlət Universiteti intriqa yuvasına çevrilib

    Sumqayıt Dövlət Universiteti intriqa yuvasına ...

    16-12-2012, 13:38

  • 
  • Sumqayıt Dövlət Universiteti intriqa yuvasına çevrilib

    Sumqayıt Dövlət Universiteti intriqa yuvasına ...

    15-12-2012, 14:29

  • 
  • Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar

    Xaçmazda bibinin qətli ilə bağlı şok məqamlar ...

    18-06-2013, 13:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu