Fərman qanunsuz, özbaşına tikilən tikintilərə şamil edilməyəcək Əmlak Məsələləri Dövlət Komitəsi dövlət başçısının sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı fərmanın əhatə dairəsini açıqlayıb. ANS TV-nin məlumatına görə, Komitənin nəzdindəki Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Elşən Məmmədov fərmandan kimlərin yararlana biləcəyini dəqiqləşdirib. Elşən Məmmədov bu fərmanın qanunsuz, özbaşına tikilən tikintiləri əhatə etmədiyini deyir. O bu fərmanın müxtəlif dövrlərdə əlində sənədləri olduğu halda prosesdən yayınmış vətəndaşların problemlərini həll etmək və qeydiyyatı təkmiləşdirmək məqsədi daşıdığını vurğuladı. Onun sözlərinə görə, bu sərəncamla vətəndaşlar öz əmlaklaranı çox çevikliklə qeydiyyatdan keçirəcəklər. Bunun üçün vətəndaşlar Dövlət Reysteri Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?