Ötən gün Bakının Nəsimi rayonunda polisi avtomobillə vurub qaçan sürücü barəsində toplanmış materiallar rayon prokurorluğuna verilib. APA TV-nin məlumatına görə, barəsində həbs-qətimkan tədbiri seçilən Ağsu sakini, 25 yaşlı Cavid Həsənov əməlini etiraf edib: "Sənəd istəyəndə, zəng etmək üçün telefonu götürdüm, dedi "qapını aç", açmadım. Bir az bankla bağlı problemim vardı deyə qorxdum. Bundan sonra polis maşına yumruq atdı. Mən də maşını sürüb qaçdım. Məqsədim qaçmaq idi, onu vurmaq yox. Çox peşmanam. Onun heç bir günahı yox idi".
Həmin hadisə başqa bir avtomobildə quraşdırılan kamera ilə lentə alınıb.
Hadisə Rəşid Behbudov küçəsində baş verib. Saxlanılan şəxs "Lada Priora" markalı maşınla adı açıqlanmayan polis əməkdaşını vuraraq hadisə yerindən qaçıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?