GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ev dustaqlığına buraxılan vitse-admirala sərt ittihamlar

Ev dustaqlığına buraxılan vitse-admirala sərt ittihamlar

Tarix: 16-01-2015, 21:48 Bölmə :Ölkə Baxış: 0
Ev dustaqlığına buraxılan vitse-admirala sərt ittihamlar

Bəxtiyar Məmmədov: “Şahin Sultanovun ağ mundirindəki qara ləkələri veriləcək cəza yuya bilər”
Hüquq müdafiəçisi Bəxtiyar Məmmədov ötən ilin sonunda ev dustaqlığına buraxılan Hərbi Dəniz Qüvvələrinin(HDQ) vitse-admiralı Şahin Sultanovla bağlı araşdırmaları davam etdirir. Vaxtilə Ş.Sultanovun şikayəti əsasında həbs olunan hüquq müdafiəçisi deyir ki, vitse-admiral məhkəmə qarşısında cavab verməlidir:

“Son 7 ayda apardığım araşdırmaların nəticəsi olaraq tam məsuliyyətimlə bildirirəm ki, HDQ-nin sabiq komandanı, hazırda ev dustağı olan Ş.Sultanov oğrudur. Dövlət əmlakını külli miqdarda dəfələrlə mənimsəyib, öz şəxsi marağı zəminində özünə cah-cəlallı yaşayış tərzi quran bağışlanmaz bir şəxsdir. Onu ev dustaqlığına buraxdılar və müsahibə verib dedi ki, ”ağ kostyum ləkə götürməz, rütbəm çiynimdə, formam da əynimdədir".

SSRİ dönəmində ekoloji cəhətdən ən çirkli şəhər Sumqayıt şəhəri idi. Lakin son illər ölkədə həyata keçirilən ekoloji siyasət nəticəsində çiçəklənən şəhərə çevrilib. Şahin Sultanovun ağ mundirindəki qara ləkələri veriləcək cəza yuya bilər. Ağ rəngli kostyumda qara ləkəli əməllərə qol qoyanlar uzun illər zindanlarda məhkumluq həyatı yaşayıb. Sultanov məhkəmənin qüvvəyə minmiş qərarı olmadan özünü elə göstərir ki, guya barəsində bəraət hökmü çıxıb. Sultanova törətdiyi və təqsirli bilinərək ittiham olunduğu maddələri sadalayıram:

- CM-in 178.3.2-ci maddəsi - dələduzluq, yəni etibardan sui - istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə-

- 178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

- CM-in 179-cu maddəsi - Mənimsəmə və ya israf etmə;

- 179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

- 179.2.2. təkrar törədildikdə;

- 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə;

- 179.3.2. külli miqdarda törədildikdə;

- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

- CM-in 311.3-cü maddəsi- rüşvət alma (passiv rüşvətxorluq)

311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:

- 311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi;

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma- əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

- CM-in 312-ci maddəsi- Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

- CM-in 313-cü maddəsi - vəzifə saxtakarlığı;

- beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır;

- CM-in 341-ci maddəsi - Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə

- iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bu maddələrlə başlanmış işlərin araşdırma müddəti bitir və yəqin ki, yaxınlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək. Bu ərəfədə Sultanov atalar məsəlində deyildiyi kimi “oğru elə çığırdı ki, doğrunun bağrı çatladı” prinsipinə uyğun hərəkət edir. O, telekameralar qarşısında ictimaiyyəti çaşdırmaq xülyasına düşüb. Hələ 3 il öncə ictimaiyyəti məlumatlandırmışdım ki, Ş.Sultanov korrupsionerdir, qrup şəklində sayı hesabı bilinməyən cinayət əməllərini törətməklə məşğuldur və Rusiyaya gizlin tellərlə bağlı bir şəxsdir. Lakin sabiq müdafiə naziri Səfər Əbiyevin dirijorluğu, Ş.Sultanovun hazırda həbsdə olan “kod 555" ləqəbli dostu Elxan Hacıyevin, doğma əmisi oğlu Elçin Sultanovun, HDQ -nin sabiq hüquqşünası - əvvəllər CM-in 126.1-ci maddəsinin təsiri altına düşən cinayət əməli törətmiş Rauf Zeynalovun, HDQ-nin sabiq rabitə rəisi Natiq Əsgərovdan ibarət yalançı, qondarma şahid bazası təşkil edərək həbs şərti adı altında məni şərlədilər. S.Əbiyev vəzifədən gedən dövrə qədər, yəni 2 il 5 ay məni faktiki girovluqda saxlatdırdılar.

Ş.Sultanovun törətdiyi cinayət əməllərinə təşkilatçılıq etmiş, göz yummuş, gizlətmiş, onunla əlbir olmuş Səfər Əbiyev, Məmməd Beydullayev və digər yüksək çinli məmurlar barəsində apardığım araşdırmaları Respublika Hərbi Prokurorluğuna yollayacağam. Səfər Əbiyevin hansı səbəbdən Çexiyada saysız-hesabsız mülklər alması və ora üz tuma səbəblərini ictimaiyyətə açıqlayacağam.

Son günlər Ş.Sultanov illər ərzində topladığı və dövlətdən oğurladığı çirkli pullar müqabilində mətbuatda ictimaiyyəti çaşdırmaq kampaniyasına start vermişdir. Artıq bir neçə sayta, qəzetə belə tipli məlumatlar ötürülərək Ş.Sultanovun guya günahsız olması və qərəzli şəkildə keçmiş dostu və oğru şəriki Elxan Hacıyev tərəfindən güdaza verilməsi barədə yanlış fikri formalaşdırır. Lakin bu çirkin kampaniya Ş.Sultanov barəsində aparılmış və sübuta yetirilmiş yuxarıda qeyd etdiyim çoxsaylı cinayət maddələri ilə təqsirli bilinərək sonda məhkəmə tərəfindən onun barəsində çıxarılacaq ittiham hökmünə heç bir təsir göstərə bilməz".

E.HÜSEYNOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Səfər Əbiyev Şahin Sultanovun azadlığa çıxmasına belə reaksiya verdi: `Vaxtım yoxdur, getməliyəm...`

    Səfər Əbiyev Şahin Sultanovun azadlığa çıxmasına ...

    27-12-2014, 00:34

  • 
  • Məhkəmə vitse-admiral Şahin Sultanovla bağlı qərar verdi

    Məhkəmə vitse-admiral Şahin Sultanovla bağlı ...

    1-07-2019, 16:17

  • 
  • Keçmiş komandana 8 il 6 aylıq şərti cəza verildi

    Keçmiş komandana 8 il 6 aylıq şərti cəza verildi ...

    17-03-2017, 23:10

  • 
  • Şahin Sultanovun həbsi rəsmən yetişdirilir

    Şahin Sultanovun həbsi rəsmən yetişdirilir ...

    4-04-2014, 10:35

  • 
  • "Azadlıqda olduğuma görə İlham Əliyevə təşəkkür edirəm" - Həbsdən çıxan general

    "Azadlıqda olduğuma görə İlham Əliyevə ...

    25-12-2014, 22:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu