Prezidentliyə keçmiş namizəd Hillari Klinton ABŞ prezidenti Donald Trampı “biabırçı seksist” adlandırıb.
Klinton 2016-cı ildəki seçkiqabağı kampaniya ilə bağlı “Nə baş verib” adlı kitab yazıb. Kitabın prezentasiyası sentyabrın 12-nə nəzərdə tutulsa da, lakin indidən bəzi hissələr mediada yayılıb. “New York Times”in əldə etdiyi kitabın nüsxəsində yazıldığına görə, Klinton hesab edir ki, “seksizm və mizoqiniya” 2016-cı il prezident seçkilərində rol oynayıb. Açıq-aşkar seksist qalib gəlib. Klinton Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın keçmiş dövlət katibi kimi münasibətləri haqda yazıb. “Bizim münasibərlərimiz pis idi. Putin qadınlara hörmət etmir və ona etiraz edənə nifrət edir, belə ki, məni ikiqat problem hesab edirdi. Onun siyasətini tənqid edəndən sonra kütləvi informasiya vasitələrində bəyan etdi ki, ən yaxşısı qadınla mübahisə etməməkdir. Məni zəif adlandırdı. “Ola bilsin ki, zəiflik qadınlar üçün yaxşı keyfiyyət deyil”, - o, zarafat etdi. Maraqlıdır”, - Klinton yazıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?