ABŞ prezidenti postuna keçmiş namizəd Hillari Klinton yeni kitabında məğlubiyyətin səbəblərini açıqlayacaq. Məlumata görə, xanım Klinton seçkidəki məğlubiyyətinin əsas səbəbləri kimi Moskvanı və FTB-nin keçmiş direktoru Ceyms Komini göstərəcək
Hillari Klintonun keçmiş müttəfiqlərindən birinin dediklərinə görə, xanım siyasətçi həqiqətən məhz bu səbəblərə görə uduzduğuna inanır və bu kitabda açıqlayacağı faktlar böyük əks-səda doğuracaq. Avtobioqrafik esse toplusunun sentyabrda işıq üzü görməsi gözlənilir.
Xatrladaq ki, Hillari Klinton daha əvvəl “Vikiliks” saytı və Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini prezident seçkisini uduzmağında əsas günahkar olaraq açıqlamışdı./Axar.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?