GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağcabədi rayonunda korrupsiya əməliyyatları

Ağcabədi rayonunda korrupsiya əməliyyatları

Tarix: 3-02-2013, 11:15 Bölmə :Ölkə Baxış: 2 122
Ağcabədi rayonunda korrupsiya əməliyyatları

İcra hakimiyyətinin başçısı Şahin Məmmədovun yarıtmaz
idarəçiliyi nəticəində rayonda əsl xaos hökm sürməkdədir


Ağcabədi rayonu zamanında respublikamızın ən qabaqcıl rayonlarından biri hesab olunurdu. Hələ Sovet illərində həm istehsal gücünə, həm potensialına, həm də digər göstəricilərinə görə Ağcabədi Azərbaycanın qabaqcılları sırasında sayılırdı. Sonrakı illəri isə təəssüf ki, Ağcabədi rayonunun tənəzzül illəri kimi xarakterizə etmək olar. Bu isə hər şeydən öncə rayona rəhbərlik edən şəxslərin səriştəzliyindən qaynaqlanır. Hər halda, fərdlər də mühüm rol oynayır.
Qəzetimizə daxil olan məlumatlarda bildirilir ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun yarıtmaz idarəçiliyi nəticəində rayonda əsl xaos hökm sürməkdədir. Bütün bunlar haqda bir qədər sonra, hələlikə gəlin Şahin Məmmədovla daha yaxından tanış olaq.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov əslən buralı deyil. Şahin Kərim oğlu Məmmədov 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.
Şahin Məmmədov 1983-1992-ci illərdə Azərbaycan LKGİ Bərdə rayon komitəsində azad komsomol təşkilat katibi, təlimatçı, ikinci katib, 1992-1993-cü illərdə Maliyyə Nazirliyinin «Azəraudit» mərkəzinin Bərdə rayon şöbəsinin rəisi, 1993-1995- ci illərdə Bərdə rayon İcra Hakimiyyəti başcısının sosial - iqtisadi inkşaf məsələləri üzrə müavini, şöbə müdiri, 1996-2000-ci illərdə Bərdə rayon 026 saylı Əmanət Bank şöbəsinin müdiri, 2000-2004-cü illərdə Birləşmiş Universal Səhmdar Bankının Bərdə rayon filialının müdiri vəzifəsində çalışıb. Ölkə Prezidentinin 26 dekabr 2005-ci il tarixli sərəncamı ilə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ancaq onun icra başçısı kimi fəaliyyətini heç də uğurlu saymaq mümkün deyil. Hər halda onunla bağlı indiyə qədər səsləndirilən ittihamlar və ortada olan faktlar belə düşünməyə əsas verir. Həmin faktlardan biriylə tanış olmaq üçün bir qədər keçmişə ekskurs etmək lazım gəlir.
Belə ki, bir müddət öncə Ağcabədi rayonunda rüsvayçı olayın baş verməsini buna misal götürmək olar. Məlumata görə, Maliyyə Nazirliyi rayondakı səhiyyə müəssisələrində ciddi yoxlamalar keçirib və dərman preparatlarının alınması üçün ayrılan 200 min manat vəsaitin mənimsənildiyi ortaya çıxıb. Fakt aşkarlandıqdan sonra rayonun icra hakimi Şahin Məmmədovun əmri ilə Səhiyyə İdarəsinin müdiri Arif Quliyev vəzifəsindən azad edilib. Qeyd edək ki, A.Quliyev həm də YAP-ın rayon təşkilatının sədri olub. Hadisədən sonra iə səhər vəzifəsindən azad edilən A.Quliyev ictimaiyyətin gözü qarşısında icra başçısının yaxasından yapışaraq «Mən 200 min manatı hesabdan çıxarıb, sənə vermişəm. Pulumu qaytar» deyib. Orada olan şəxslərin müdaxiləsindən sonra A.Quliyevi sakitləşdirmək mümkün olub. Yalnız bundan sonra Şahin Məmmədov rayon icra hakimiyyətinin binasına gedib.
İcra başçısını ifşa edən daha bir rüsvayçı faktla tanış olaq. Belə ki, Ağcabədi rayon Yol İstismar İdarəsinin müdürü Vidadi Hüseynovun rayonun İcra başçısı Şahin Məmmədovun arasında qalmaqal və qarışıdurma yaşanmaqdadır. Belə ki, İcra Hakimiyyətində keçirilən toplantılardan birində İcra başçısı ilə idarə müdürü arasında açıq qarışıdurma baş verib. Qarşıdurma nəticəsində Şahin Məmmədovla Vidadi Hüseynov arasında baş verən söz atışmasından sonra, icra başçısı idarə müdürünü toplantıdan qovub. Sonra isə Şahin Məmmədov nə düşünübsə, Vidadi Hüseynovun geri çağırılmasını əmr edib. Həmin ərəfədə mətbuatın yazdığına görə, İcra başçsı ilə Yol İstismar İdarəsinin müdürü arasında soyuq küləklər çoxdan əsir. Hələ bimr müddət əvvəl İcra başçısı Yol İstismar İdarəsinin müdürünü işdən azad edib və onun əvəzinə bir başqasını təyin etməyə cəhd edib. Lakin «Azəryolservis» ASC-də dayaqları olan Vidadi Hüseynov öz vəzifəsinin icrasını davam etdirib. Məlumatda iddia olunur ki, icra başçısı isə Vidadi Hüseynovu yenidən öz vəzifəsinə bərpa etmək üçün ondan külli-miqdarda pul istəyib.
Son qarşıdurmadan əvvəl isə Şahin Məmmədov Vidadi Hüseynovu kabinetinə dəvət edərək, ondan Ağcabədidəki yolları kosmetik təmir etməyi və «yuyulan» pulların böyük hissəsini ona gətirməsini tapşırmasından sonra olub. Bu barədə daxil olan məlumatda bildirilir ki, Yol İstismar İdarəsinin müdürü başçının bu tələbinə etiraz edib. İstədiyini əldə edə bilməyən icra başçısı bundan sonra ümumrayon toplantısında Vidadi Hüseynova qarşı hücuma keçib və sonuncu bu hücumun qarşılığını verdikdə isə çarəni idarə müdürünü toplantıdan qovmaqda görüb. Yuxarıda da bildirildiyi kimi bir qədər sonra başçı öz fikrini dəyişdirərək idarə müdürünün geri çağırılmasını əmr edib.
Məlumatda göstərilir ki, İcra başçısını qəzəbləndirən əsas məsələ Vidadi Hüseynovun ona qarşı saymamazlıq nümayiş etdirməsi və əldə etdiyi gəlirləri icra başçısınıdan gizlətməsidir. Belə ki, təkcə son bir ildə guya Ağcabədi yollarına sərf olunan 500 000 mant vəsait itə-bata düşüb. Təbii ki, bu yağlı tikədən icra hakimiyyətinin başçısı Şahin Məmmədovda öz payını almaq istəyir. Amma hələlik başçının buna nail ola bilmədiyi bildirilir.
Şahin Məmmədovun adı eyni zamanda qalmaqallı «boru əməliyyatı» ilə bağlı da hallanıb. Bildirək ki, mətbuatda Ağcabədinin icra başçısı Şahin Məmmədov Qarqar çayından rayon mərkəzinə axan suyun borularını çıxararaq satması barədə məlumat verilib. Bu faktı qəzetlərə ötürən mənbənin sözlərinə görə, uzunluğu 18 km olan borunun böyük bir hissəsi satılıb. Yalnız kiçik hissəsi qalıb ki, icra başçısı onları sata bilmir. Bunun səbəbi isə rayon sakinlərinin Şahin Məmmədova təpki göstərməsidir.
Əməkdaşımızın araşdırmaları nəticəsində bəlli olub ki, Qarqardan Ağcabədinin mərkəzinə kimi uzanan 18 km-ə qədəri çuqundan ibarətdir. 1 çuqun borunun uzunluğu 4,20 metr, çəkisi 534 kq-dır. Bu isə o deməkdir ki, bu rəqəmi də 15-dəfə yüksəldəndə 3750 ədəd çuqun boru edir. 15 km-lik çuqun borunun ümumi çəkisini tapmaq üçün isə sonuncu rəqəmi bir borunun çəkisinə, yəni 534 kq-a vuranda 2 002 500 kq - 2002.5 ton edir. 1 ton çuqunun qiyməti ən aşağı hesabla götürsək, 165 dollardır. Bunun cəmi isə 330330 dollara gəlib çıxır. Beləliklə də Şahin Məmmədov «boru əməliyyatı» nəticəsində külli miqdarda gəlir əldə edib. Təəssüflər olsun ki, bütün bu sadalananlar Ağcabədidə baş verən maxinasiyaların yalnız kiçicik bir hissəsidir. Hələ bizə bəlli olmayan neçə-neçə qanunsuzluqlar mövcudur ki, onlar haqda da sizlərə gələcəkdə daha ətraflı məlumat verməyə çalışacağıq.
Azər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şahin Məmmədov bütün ailə üzvlərini Avropa turnesinə hansı pulla aparır?

    Şahin Məmmədov bütün ailə üzvlərini Avropa ...

    19-07-2014, 14:28

  • 
  • Ağcabədidə icra başçısı və idarə müdiri prezidenti belə aldada bilib – ŞOK!

    Ağcabədidə icra başçısı və idarə müdiri ...

    12-06-2015, 14:53

  • 
  • Ağcabədi rayonunda gərginlik

    Ağcabədi rayonunda gərginlik ...

    12-02-2013, 11:36

  • 
  • Ağcabədini talayan ata və oğul kimlərdir?

    Ağcabədini talayan ata və oğul kimlərdir? ...

    24-09-2014, 12:10

  • 
  • Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar etiraza qalxdı

    Aqil Nəzərli özünə “ağsaqqal” seçdi, laçınlılar ...

    12-05-2016, 16:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu