GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Lamiyənin işi” Mədət Quliyevin sistemini bir-birinə qatıb

“Lamiyənin işi” Mədət Quliyevin sistemini bir-birinə qatıb

Tarix: 22-01-2015, 12:29 Bölmə :Ölkə Baxış: 0
“Lamiyənin işi” Mədət Quliyevin sistemini bir-birinə qatıb

Ombudsmanlıq dilə gəldi: "Cəzaçəkmə müəssisəsi strateji və məhdud bir yerdir”; Penitensiar Xidmət araşdırması bitmək bilmir; Aslan Aslanovun adı ən qalmaqallı işdə hallanır, sabiq icra başçısının oğlunu qətlə yetirən qadından məhbəsdə də intiqam aldığı deyilir

Şəmkir rayonunun sabiq icra başçısı Aslan Aslanovun oğlunun qətlinə görə 10 il müddətinə azadlıqdan məhrum edilən Lamiyə Quliyevanın saxlandığı cəzaçəkmə müəssisəsində ana olması aranı qatıb. "Uşağın atası kimdir” sualına hələ də cavab verən yoxdur. Rəsmi qurumlar ümumi sözlərlə bu sualın üstündən keçirlər. 2003-cü ildə bu qətl baş verəndən sonra yaşananları xatırlayanlar işdə A.Aslanovun əlinin olduğunu güman edirlər: "Aslan Aslanov and içib ki, yeganə oğlunun ölümündə adı keçən Lamiyə və Vüqar türmədən çıxmayacaqlar. Onların başına oyun açdıracağını da bu adam hər yerdə deyib. Ondan nə desən gözləmək olar. 2003-cü ildə Lamiyənin, Vüqarın həbsindən sonra onların valideynlərini, xalalarını, əmilərini, bibilərini də həbs etdirmişdi. Hərəni bir ittihamla içəri saldırmışdı”.
"Quliyevaya təcavüz olunduğunu düşünürəm”
"Lamiyə Quliyevaya təcavüz olunduğunu düşünürəm. Bu hadisə ilə bağlı cinayət işinin açılması üçün bu gün Respublikanın Baş Prokuroru Zakir Qaralova müraciət etmişəm. Lamiyənin kimdən uşaq dünyaya gətirməsi məsələsini gizlətməyə çalışırlar, ört-basdır etməyə çalışırlar. Mən bu hadisənin araşdırılmasını baş prokurordan tələb edəcəyəm” – bu sözləri azadxəbər.com-a İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov hazırda qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın müəssisədə uşaq dünyaya gətirməsi olayına münasibət bildirərkən deyib. Hüquq müdafiəçisi L.Quliyeva ilə görüşmədiyini, bu görüşün baş tutması üçün ədliyyə naziri Fikrət Məmmədova da müraciət ünvanlayacağını söyləyib. Qeyd edib ki, L.Quliyeva ilə bağlı işgəncə iddiası varsa, bu hallar mütləq araşdırılmalı, baş verənlərə aydınlıq gətirilməlidir: "Bildirirlər ki, cəzaçəkmə müəssisəsində işgəncə, Lamiyənin iradəsinin əleyhinə olay baş verməyib. Bu təqdirdə penitensiar sistem uşağın dünyaya gəlməsi ilə əlaqədar təfərrüatlı rəsmi açıqlama verməlidir. Əks halda baş verənlərlə bağlı suallar açıq qalacaq. Biz cinayət işinin açılmasında israrlıyıq. Məni ittiham etməyə çalışanlar qapalı müəssisələrdə insanlara qarşı törədilən haqsızlıqlara, vətəndaşların hüquqlarının pozulmasına, işgəncələrə göz yummamalıdırlar”.
"Birmənalı demək olmaz ki, türmənin rəisi edib”
"Biz də sorğu vermişik və cavab almışıq ki, araşdırma aparırlar. Yəni bunu birmənalı demək olmaz ki, türmənin rəisi edib. Bəlkə nadzor edib? Bunu Lamiyənin yanına gələnlərin üstünə də atmaq olmaz. Çünki onun yanına gedənlər anası və qardaşıdır. Bildiyimiz odur ki, məsələni araşdırılar”- bu sözləri "Yeni Müsavat”a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvü olan hüquq müdafiəçisi araşdırmanın ləng aparılması ilə bağlı iddialara da münasibət bildirib: "Lamiyə Quliyeva 2003-cü ildə tutulub. Bizə verilən məlumatları da çatdırırıq. Biz komitəyə müraciət etmişik ki, bu məsələ araşdırılsın. Bizim araşdırma aparmaq səlahiyyətimiz yoxdur. Üzv olaraq məhkumların saxlama şəraiti ilə bağlı monitorinq aparırıq”.
"Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir”
L.Quliyevanın keçmiş nişanlısı Vüqar Əliyev hazırda Qobustan Qapalı Həbsxanasında ömürlük həbsdədir. Bu barədə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov məlumat verib. Deyib ki, V.Əliyev L.Quliyeva ilə deyil, başqa xanımla rəsmi kəbinə girib: "Vüqar Əliyev Lamiyə Quliyevanın əvvəllər nişanlısı olub. Həmin şəxs ömürlük həbs cəzasına məhkum edilməsinə baxmayaraq, artıq evlidir. O, həbsdə ola-ola ailə həyatı qurub, özünün başqa həyat yoldaşı var”. V. Məhərrəmov 4 saylı qadın cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan L.Quliyevanın kimdən uşaq dünyaya gətirməsi barədə mətbuatda yayılan xəbərlərə də aydınlıq gətirib. Bildirib ki, həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada yalnız müəssisə rəisi və onun müavinləri kişidir: "Qanunvericiliyə görə, məhkumun əmisi və yaxın qohumları görüş yerinə gələ bilərlər. Amma bu hadisənin Lamiyə Quliyevaya aidiyyatı yoxdur. Həmin cəzaçəkmə müəssisəsində kişi nəzarətçi işləmir. Orada qadın nəzarətçilər işləyir”. V. Məhərrəmov cəzaçəkmə müəssisəsində zorlama hadisəsinin baş vermə ehtimalından da danışıb. Qeyd edib ki, şəxsin razılığı ilə baş tutan cinsi əlaqə zorlama deyil: "Zorlama şəxsin iradəsinin əleyhinə baş verən bir hadisədir. Əgər şəxsin razılığı varsa, bu, zorlama sayılmır. Əgər həmin şəxsin narazılığı yoxdursa, biz həmin məsələni araşdıra bilmərik. Əgər şəxsin cinsi əlaqədə olmaqla bağlı razılığı varsa, bu, türmədə də nikahdan kənar baş verə bilər. Şəxsin özünün razılığı varsa, o istənilən adamla görüşə bilər. Amma cəzaçəkmə müəssisəsi starteji və məhdud bir yerdir”.
V.Məhərrəmov strateji və məhdud cəzaçəkmə müəssisəsində cinsi əlaqənin baş tuta biləcəyi görüşlərdən də danışıb. O, bildirib ki, cinsi əlaqənin qurula bilməsi üçün məhkumla uzunmüddətli görüş təyin olunmalıdır. Uzunmüddətli görüşdə isə yalnız məhkumun ailə üzvləri iştirak edə bilərlər: "Məhkumla görüş üçün xüsusi siyahı var. O siyahıda isə məhkumun ailə üzvlərinin adları var. Qısa müddətli görüş zamanı məhkumun yanına hər kəs gələ bilər. Qısa müddətli görüşdə cinsi əlaqənin olması qeyri-mümkündür. Ümumi görüş otağında təxminən 10 nəfər üçün oturacaqlar olur. Uzunmüddətli görüşdə isə məhkum yalnız ailə üzvləri ilə iştirak edə bilərlər”.
V.Məhərrəmov qeyd edib ki, Ədliyyə Nazirliyinin Pentensiar Xidməti tərəfindən məsələ ilə bağlı araşdırma aparılır: "Ombudsman Aparatının əməkdaşları da 4 saylı cəzaçəkmə müəssisəsində olacaqlar və araşdırma aparacaqlar. Əgər məhkumun razılığı olarsa, biz onunla danışıb ictimaiyyəti məlumatlandıracağıq”.
"Uşağın atasının kimliyinə gəlincə, bununla bağlı araşdırma aparılır”
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin qadın məhkumların saxlanıldığı 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Lamiyə Sahib qızı Quliyevanın övlad dünyaya gətirməsinə münasibət bildirib. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məhkumun şəxsi istəyi ilə övlad dünyaya gətirdiyini deyib. Bildirib ki, məhkum qadına qarşı hər hansı zorakılıq faktı qeydə alınmayıb. Y.İsakov deyib ki, məhkumun hamilə olduğu müəyyən edildiyi vaxtdan Tibb Baş İdarəsi tərəfindən həkim nəzarətinə götürülüb, onun zəruri tibbi qayğı ilə əhatə olunması təmin olunub. Lamiyə Quliyeva ötən il oktyabrın 16-da Bakı şəhəri 2 saylı Doğum Evində oğlan uşağı dünyaya gətirib. Cəza çəkdiyi müddətdə ana olmuş digər məhkumlar kimi Lamiyə Quliyevaya də xəstəxanadan çıxdıqdan sonra qanunun tələblərinə uyğun olaraq cəzaçəkmə müəssisəsindəki uşaqlı analar üçün nəzərdə tutulmuş yataqxanada xüsusi şərait yaradılıb: "Onun dünyaya gətirdiyi uşağın atasının kimliyinə gəlincə, bununla bağlı araşdırma aparılır”.
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddələrinə əsasən təqsirləndirilən L. Quliyeva və nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir. V.Əliyevin yaxınları ona A.Aslanovun sifarişi ilə ağır cəza təyin edildiyini iddia edirlər. (musavat.com)
Сохранить
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Lamiyə işi” böyüyür

    “Lamiyə işi” böyüyür ...

    20-02-2015, 00:44

  • 
  • Keçmiş icra başçısının oğlunun ölümünə görə həbsdə olmuş Lamiyə ölkədən getdi

    Keçmiş icra başçısının oğlunun ölümünə görə ...

    12-02-2018, 20:19

  • 
  • Lamiyənin keçmiş qayınatasından sensasion açıqlama

    Lamiyənin keçmiş qayınatasından sensasion açıqlama ...

    27-01-2015, 23:56

  • 
  • Aslan Aslanov əks hücuma keçdi

    Aslan Aslanov əks hücuma keçdi ...

    5-02-2015, 15:17

  • 
  • Lamiyə işi gündəmdə: Aslan Aslanov bir gənci Qobustanda çürüdür

    Lamiyə işi gündəmdə: Aslan Aslanov bir gənci ...

    9-01-2018, 14:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu