GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Su hövzəsini şəhər merinə villa tikmək üçün satan icra başçısı!

Su hövzəsini şəhər merinə villa tikmək üçün satan icra başçısı!

Tarix: 7-02-2015, 23:45 Bölmə :Ölkə Baxış: 0
Su hövzəsini şəhər merinə villa tikmək üçün satan icra başçısı!

YAP üzvünün sənədlərini maraqlı «üsul»la ləğv ediblər; Sakinlər Mehriban Əliyevadan «Bizi bu bəladan qurtarın»,- deyə, kömək istəyir

Gədəbəyin icra başçısı Ramiz Yediyarovun rayonda yaratdığı saysız-hesabsız problemlər, ölkə mətbuatında silsilə şəkilində işıqlandırılsa da, hələ də hakim dairələr sözügedən icra başçısına «dur» demirlər. Doğrudur, ölkə başçısının son müşavirədə çıxışından sonra bir sıra məmurlar kimi, bacarıqsız, səriştəsiz və ən əsası rayonda gərginlik yaradan Ramiz Yediyarovun da karyerasına son veriləcəyi aktuallaşıb.

Bu barədə «Gündəm Xəbər»ə verilən məlumata görə, icra başçısı təyinatından ötən üç il ərzində, özünün ağlasığmayan və gülüş doğuracaq əməlləri ilə, Gədəbəy əhalisini təngə gətirən məmur özbaşınalıqlarının dərəcəsini yüksəldir:
«İndisə rayonda daha bir təzadlı vəziyyət yaranıb. Bir aydan artıqdır ki, gədəbəylilər icra başçının üzünə həsrətdirlər. O, səlahiyyətlərini demək olar ki, icra etmir. Bizdə təəssürat yaranır ki, icra başçısının işə gəlməməyi, onun vəziyyətinin heç də yaxşı olmamağından xəbər verir. Əgər bu məmur öz səlahiyyətlərini icra edə bilsəydi, birinci növbədə Gədəbəy şəhər əhalisinin üzləşdiyi ən böyük problemlərdən olan su problemi həll olunardı. Ancaq Ramiz Yediyarov şəhər əhalisinin su problemini həll etmək əvəzinə, su hövzəsinin yerləşdiyi ərazini qeyri-qanuni olaraq şəhər meri Şahbaz Bayramova hədiyyə edib. Şahbaz Bayramov da həmin ərazinin üzərində özünə yaxşı mülk tikdirib. Görəsən, belə qanunsuz əməlləri törədəndə, bu məmurlar fikirləşmirlər ki, qanunları kobudcasına pozurlar? Görən düşünmürlər ki, etdikləri qanun pozuntularına görə mütləq cəzalarını alacaqlar?
Yəqin ki, düşünmürlər. Əgər düşünsəydilər, şəhər merinin düşüncəsiz addımlarının qarşısı dərhal alınar və müvafiq tədbirlər görülərdi».

Sakinlər deyirlər ki, Sovet İttifaqı qəhrəmanı Mehdi Quliyevin adını daşıyan böyük bir küçənin yolu da, şəhər meri Şahbaz Bayramovun təklifi ilə Ramiz Yediyarov tərəfindən bağlanıb: «Böyük bir massivin əhalisi bu gün də, həmin yolun bağlanmasından çox əziyyət çəkir. Aidiyyatı qurumlara müraciət edilsə də, heç bir müsbət cavab alınmayıb. Onsuz da böyük problemlər içərisində olan şəhər əhalisinin yolunun və suyunun kəsilməsi, əhalini daha dözülməz hala gətirir. Məmurlar isə öz alış-verişlərində davam edir».

Məlumatda o da bildirilir ki, Ramiz Yediyarov tərəfindən mülkləri dağıdılmış vətəndaşlar, bu günə qədər öz hüquqlarını bərpa edə bilməyiblər: «Onlara ayrılan yeni ərazi isə, prezidentin verdiyi müvafiq sərəncama görə qeyri-qanunidir. Bəs görəsən, sahibkarlara dəymiş ziyan nə vaxt və kimlər tərəfindən ödəniləcək?
Bununla bağlı çoxsaylı şikayət ərizələrinə baxanda, hər kəs də elə təəssürat yaranır ki, sankı bu məmur qəsdən, bilə-bilə xalqla prezident arasında dərin uçurum yaradır. Prezidentin yeritdiyi uğurlu və uzaqgörən siyasətə, sankı gölgə salmaq istəyir».

Yeri gəlmişkən, icra başçısı Ramiz Yediyarovun özbaşınalıqlarından Gədəbəy şəhər sakini, Yeni Azərbaycan Partiyasının üzvü Əliyeva Aybəniz Ramazan qızı da şikayətçidir. Onun Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ürək ağrıdacaq məktubunda, icra başçısının ilginc qanunsuzluğundan söhbət açılır:

«Çox hörmətli Mehriban xanım! Mən bu müraciəti demək olar ki, bütün dövlət orqanlarına yazmışam. Amma Sizə yazdığım məktubu çox böyük ümidlərlə yazıram və sizdən kömək gözləyirəm.
Əzizim Mehriban xanım, mənim 65 yaşım var. 43 il şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olmuşam. 19 ildir Yeni Azərbaycan Partiyasının 80 nəfərlik üzvünə rəhbərlik edirəm. Həyat yoldaşım Səfərov Vaqif Qara oğlunun 75 yaşı var. 8 nəfər ailə üzvümüz var. Biri tələbə, biri əsgər, ikisi isə körpədir. Tək bir nəfər işləyənimiz var. Onun aldığı əmək haqqı 180 manatdır. Dolanışıq səviyyəmiz çox aşağı səviyyədədir. Ümid yerimiz həyat yoldaşım Səfərov Vaqif Qara oğlunun adına verilmiş 26 sot torpaq sahəsi idi. Həmin torpaq sahəsində tikdirdiyimiz tikintidən aldığımız pul hesabına dolanırıq. 2013-cü ilin oktyabırında heç bir əsas olmadan, həmin torpaq sahəsini bizdən aldılar və içərisində tikdirdiyimiz tikilini də sökdürdülər. Bizə heç bir köməklik etmədən, heç bir kompensasiya ödəmədən orada tikinti tikdirməyə başladılar. Düz bir ildir ki, mən bütün dövlət orqanlarına bu barədə yazıram. Lakin heç bir cavab ala bilmirəm. Nəhayət 11 aydan sonra bizə yazdılar ki, torpaq sahəmizlə bağlı qərar ləğv olunub. Əsasda qoydular ki, torpaq sahəsinin sənədləri və tikili yüksəkgərginlikli elektrik xətlərinin altında yerləşdiyinə görə ləğv olunub. Əgər həqiqətən də həmin torpaq sahəsi qeyd olunan problemə görə ləğv olunubsa, bəs indi həmin gərginliyin altında böyük bir ticarət mərkəzinin tikilməsinə necə izacə verilir? Demək, bizim rayonda hər bir işə icazə ancaq pulla verilir. Qanunlar tərəzinin bir tərəfində, pul isə digər tərəfindədir, pul da qanundan ağır gəlir.

Digər tərəfdən, əgər bizə verilən torpaq sahəsi 2002-ci ildə ləğv olunmuşdusa, biz 2004-cü ildə həmin torpaq sahəsinə 2,564,000 manat (iki milyon beş yüz altmış dörd min manat) pulu dövlətin hesabına necə keçırə bilərdik? Həmin torpaq sahəsində 2008-ci ildə tikinti apararkən, bəs bizə nə üçün icazə verilirdi? Çox uzun-uzadı yaza bilmirəm.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bizim rayonda olan bu qanunsuzluqlara bir «dur!» dedirdəsiniz. Bizi bu çətinlikdən qurtarasınız. 8 nəfərlik ailə üzvümüz Sizin bu işə müdaxilə edib, tapdalanan hüquqlarımızın bərpa olunacağını səbirsizliklə gözləyirik. Bizim rayonda son üç ildə qanunsuzluq, rüşvətxorluq baş alıb gedir. Son ümidimiz Sizədir. Bizim rayonu bu bəladan xilas edin».

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan qazandığı milyonlar

    İcra başçısının bağça və məktəb «əməliyyatı»ndan ...

    21-02-2015, 11:27

  • 
  • GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ YEDIYAROVDAN SAHIBKARA QARŞI NÖVBƏTI ÖZBAŞINALIQ - FOTO

    GƏDƏBƏY RAYON ICRA HAKIMIYYƏTININ BAŞÇISI RAMIZ ...

    15-03-2016, 01:49

  • 
  • İcra başçısı işdən çıxarıldı

    İcra başçısı işdən çıxarıldı ...

    31-08-2015, 18:50

  • 
  • Ramiz Yediyarov Gədəbəylə sağollaşıb

    Ramiz Yediyarov Gədəbəylə sağollaşıb ...

    2-07-2015, 14:37

  • 
  • İcra başçısı Artur Rasi-zadənin səlahiyyətini mənimsəyib

    İcra başçısı Artur Rasi-zadənin səlahiyyətini ...

    6-02-2015, 23:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu