Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 1 ünvanında yerləşən məcburi köçkünlərin yaşadığı Texniki Universitetin yataqxanasında dünən gecə saatlarına qədər elektrik enerjisini verilməsi dayandırılıb. Bu barədə «Gündəm Xəbər»ə yataqxanadan məskunlaşan bir qrup məcburi köçkün məlumat verib. Verilən məlumata görə dünən günortadan sonra yataqxanadan elektrik enenrjisi kəsilib və bunun nədən qaynaqlandığı barədə heç kim məlumatlı deyil. Yataqxanada yaşayan insanların problemin nədən yaranmasını öyrənmək cəhdləri də boşa çıxıb. Vətəndaşların bildirdiyinə görə, əraziyə cavabdeh olan enerji satışı və təchizatı idarəsi ilə əlaqə saxlanılsa da, onlar bu problemdən xəbərsiz olduqlarını deyiblər. Biz də «Gündəm Xəbər» olaraq bu problemin nədən yarandığını aydınlaşdırmaq istəyimiz də alınmadı. Belə ki, aidiyyəti qurumlarla əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Mövzu diqqətimizdədi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?