Milli Məclisin növbəti toplantısı keçirilib. Deputatlar 18 məsələ ətrafında müzakirə aparıb. İclasın cari məsələlərinin müzakirəsi zamanı daha çox AXCP və Müsavatın timsalında real müxalifət partiyaları hədəfə alınıb, onların ötən gün keçirilən hakimiyyət-müxalifət dialoquna qqoşulmaması tənqid edilib. Milli Partiya deyillər YAP-dan olan deputat Siyavuş Novruzov çıxışı zamanı deyib ki, fevralın 12-də siyasi partiyalar arasında görüş keçirilib. Onun sözlərinə görə, bu görüşün keçirilməsi ictimaiyyət tərəfindən müsbət qarşılanıb: “Siyasi sistemin tərəfləri Azərbaycanın taleyüklü məsələlərinin müzakirəsi haqda fikir mübadiləsi aparılıb. Həmçinin bu görüşlərin iki aydan bir keçirilməsi, açıq olması Azərbaycan prezidentinin, dövlətin şəffaf fəaliyyətinin göstəricisidir. Bundan sonra siyasi partiyalar, QHT-lər sərbəst fəaliyyət göstərəcək, təkliflər irəli sürəcək. Təəssüflər olsun ki, bəzi partiyalar ayrı-ayrı qüvvələrə xidmət etdiyi üçün bu milli və dövləti maraqları deyil, bağlı olduqları dairələrin maraqlarını xidmət edirlər. Halbuki bu partiyalar ATƏT-in keçirildiyi toplantıda aktiv iştirak ediblər. Onlar indi özlərini bu prosesdən kənarda saxlayırsa, deməli milli partiya deyillər”. Artıq bitərəf deputat statusu alan Zahid Oruc çıxışı zamanı əsasən dövlətin apardığı struktur dəyişiklikləri haqqında danışıb. Deyib ki, bu təkirarçılığın aradan qaldırılması baxımından effektiv və çevik idarəçilik üçündür: “400 min insan var ki, öz torpağı və əmlakının özəlləşdirilməsini gözləyir, istəyirlər ki, öz yaşadığı mülkün mülküyyətçisi olsun. Əminəm ki, bu istiqamətdə hökumətin fəaliyyəti davam edəcək. Mətbuatda da bu istiqamətdə geniş müzakirələr aparılır”. “Bu prezidentin səlahiyyətinə aid olan məsələdir” Zahid Oruc deyib ki, struktur islahatları prezidentin səlahiyyətinə aiddir: “Mən hesab edirəm ki, Melarasiya və Su Təsərrüfatı Komitəsi Kənd Təsərrüfatı Nazirliyinə, eləcədə Dövlət Qulluğu üzrə Komissiyanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına birləşdirilə bilər”. Milli Məclisin sədri Oqtay Əsədov Zahid Oruca ciddi etiraz edib: “Özünüz deyirsiniz ki, bu prezidentin səlahiyyətinə aid olan məsələdir. Sonrada deyirsiniz ki, bu struktur digər struktura birləşdirilə bilər”. Səfirlərin əmək haqqı 500 manatdır Deputat Qüdrət Həsənquliyev deyib ki, Münxen Təhükəsizlik Konfransında prezident Əliyev erməniləri, Azərbaycanı istəməyən qüvvələrə layiqli cavab verib: “Hesab edirəm ki, diplomatik strukturlara deyilməlidir ki, Xocalı soyqrımı ilə bağlı tədbirlər keçirsin, eləcədə prezidentin Münxen Təhlükəsizlik Konfransında irəli sürdüyü fikirləri əsas olaraq götürsünlər”. Millət vəkili səfirlərin əmək haqqının qaldırılmasını haqda da təkliflə çıxış edib: “Səfirlərin maaşı 500 manat civarındadır, qalan xərclər ezamiyyət xərcləri hesab olunur. Onlar sabah təqaüdə çıxanda 250 manat alacaqlar. Fikrimcə, bu məsələyə baxılmalıdır”. BAXCP sədri çıxışı zamanı iqtidar-müxalifət toplantısı haqda da danışıb: “Siyavuş Novruzov dünənki görüşdən danışdı. Bəli, müəyyən qüvvələr bu prosesə qatılmadı. Prezident Administrasiyasının şöbə müdiri dedi ki, bu prezidentin göstərişi ilə həyata keçirilir. Müəyyən qüvvələr isə öz fəaliyyətlərinə bir daha baxmalıdır”. Oqtay Əsədov isə məsələyə reaksiya verərək deyib ki, həmin partiyalar daima dialoq çağırışı ediblər: “Ancaq indi dialoq var, amma həmin partiyalar bu prosesə qatılmır. Bu göstərir ki, onlar kök altındadır”. Deputat Fazil Qəzənfəroğlu deyib ki, iqtidar-müxalifət görüşü effektiv keçib, yaxşı müzakirələr aparılıb: “Hesab edirəm ki, görüşə qatılmayan partiyalar taktiki səhv ediblər”. Deputat daha sonra söyləyib ki, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin fəaliyyəti müsbətdir: “Ancaq onun Gürcüstana girişinə qadağa qoyulub. O, həmişə birlik çağırışı edib. Məncə, Azərbaycan dövləti bu məsələyə münasibət bildirməlidir. Bizdə Gürcüstan rəsmiləri ilə danışmalıyıq. Hesab edirəm ki, bu məsələ diqqətdə olmalıdır. Fazil Qəzənfəroğlu həm də təklif edib ki, Azərbaycan Fələstinlə əlaqələrini genişləndirsin, bu proses parlamentlər səviyyəsində də aparılsın. Mədət Quliyev çıxışına diqqət etsin Deputat İqbal Ağazadə isə söyləyib ki, iqtidar-müxalifət görüşünü yüksək səviyyə keçib: “Doğrudan da PA nümayəndəsi ilə müzakirələr aparmaq ancaq dövlətimizin xeyrinədir və bu proses davam etməlidir. Azərbaycanın bütün problemləri yalnız masa arxasında həll edilməlidir. Bu yolda hamımız əl-ələ verməliyik və imkan verməməliyik ki, ölkəmizə qarşı diskriminasiyaya yol versinlər”. Deputat vurğulayıb ki, İntiqam Əliyev Azərbaycan üçün çox önəmli insandır: “İ. Əliyev barəsində həbs-qətimkan tədbirinin ev dustağı ilə əvəz olunması dünənki görüşün ab-havasına da uyğun olardı. Onunla bağlı biz prokurorluğa müraciət etmişik”. Millət vəkili Penitensiar Xidməti ilə bağlı da danışıb: “Mənim və digər millət vəkillərinin ötən dəfə bu qurumla bağlı səsləndirdiyi fikirlərə Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev tərəfindən aşağılayıcı cavab verildi. Gələn dəfə də belə olsa, yenidən bu mövzu ilə bağlı çıxış etməli olacağam. Çox xahiş edirəm ki, Mədət Quliyev çıxışına diqqət etsin”. Rusiya iqtisadi problem yaradır Deputat Vahid Əhmədov isə Rusiyanın Azərbaycana yaratdığı iqtisadi problemlərdən danışıb: “Cənub Qaz Dəhlizi Layihəsi haqqında müəyyən fikirlər deyilir: “Cənub Qaz Dəhlizinin Türkiyə vasitəsilə nəqlinə dair maraqlı dövlətlərin iştirakı ilə dünən Bakıda toplantı keçirildi. Bu layihə Azərbaycan üçün vacibdir. Ancaq son zamanlar bu layihəyə problem yaratmaq istəkləri müşahidə edilir. Rusiya Cənub Axını layihəsi əsasında öz qazını Avropa Bazarına çıxarmaq istəyir. Türkiyənin energetika naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında da Rusiya tərəfindən açıqlamalar olur. Mən hesab edirəm ki, burada məqsəd odur ki, Azərbaycan qazını mümkün qədər Avropa bazarına gec çıxarsın. Ancaq prezident Davosda bu haqda müzakirə apardı, nazirləri Bakıya topladı və bildirdi ki, 2016-cı ildə bu layihə başa çatmalıdır. Bilirsiniz bu haqda niyə danışıram? Mən hesab edirəm ki, deputatlar xaricdə səfərdə olanda bu haqda da danışsınlar, bildirsdinlər ki, bu Avropa üçün də əhəmiyyətlidir. Hesab edirəm ki, neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir”. Bakı qəbiristanlıqları insan ruhunun sakitlik tapdığı yer deyil, xəcalət yeridir Deputat Elmira Axundova Milli Məclisdə paytaxt qəbiristanlıqları haqda danışıb. Deyib ki, burada bir səliqəsizlik var: “Az qala bu ərazilər narkomanların, bomojların məskanına çevrilib. Burada bəzən cinayətlərdə baş verir”. Deputat təklif edib ki, bu məsələ ilə bağlı qanun qəbul edilsin, əlavə maliyyə resursları tapılsın. İndi Bakı qəbirstanlıqları insan ruhunun sakitlik tapdığı yer deyil, xəcalət yeridir”. Dünənki iqtidar-müxalifət görüşünü yüksək qiymətlədirəm. Doğrudan da PA nümayəndəsi ilə müzakirələr aparmaq ancaq dövlətimizin xeyrinədir və bu proses davam etməlidir. Milli Məclis bələdiyyələrlə bağlı illik hesabatın müzakirəsinə başlayıb Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında müzakirə keçirilib. Ədliyyə nazirinin müavini Vilayət Quliyev hesabatı millət vəkillərinə təqdim edib. Bildirib ki, beynəlxalq aləmdə öz yerini tutan ölkəmiz 2014-cü ildə də fəaliyyətini davam etdirib, böyük uğurlar əldə edib, iqtisadi inkişafın sürətinə görə, bir çox ölkələri geridə qoyub. 2014-cü il Azərbaycan Avropa Şurası Nazirər Komitəsinin sədri olub, bir
sıra mühüm tədbirlər həyata keçirib. Nazir müavini söyləyib ki, Azərbaycan Bələdiyyələrinin milli portalının ilkin versiyası yaradılıb: “Yerlərdə 21 tədris kursu seçilib. Bələdiyyə sədrləri üçün ixtisasartırma kursu keçirilib. Kurslarla yanaşı il ərzində 82 seminar keçirilib və burada 5 min bələdiyyə üzvü iştirak edib. Bələdiyyələr üçün strateji planlaşdırma kitabı hazırlanıb. İl ərzində 13 metodik vəsait hazırlanaraq bələdiyyələrə təqdim edilib”. “Ancaq YAP-dan və bitərəflərdən olan bələdiyyə üzvləri komissiya sədri olur” Deputat Fazil Mustafa isə bildirib ki, bələdiyyələrin statusu aşağıdır və onların yerlidarə orqanına çevrilməsi üfüqdə belə görünmür: “Bakıda böyük şəhər bələdiyyəsinin olmaması, maliyyə resursu problemi ciddi olaraq qalır. Bu gün ki, məruzə fərqli və yeni formatda təqdim edilir. Fikrimcə bu müsbət haldır. Ancaq bəzi təkliflərin nəzərə alınması vacibdir. Azərbaycanda Elektron Hökumət layihəsi tətbiq olunur. Əksər bələdiyyələrin isə internet resursu yoxdur. Fikrimcə, bələdiyyələrin elektron saytının yaradılması vacibdir. Hesab edirəm ki, nazirliyin bələdiyyələrlə iş üzrə strukturu bu məsələyə diqqət etməlidir. Bildiyiniz kimi bələdiyyə seçkiləri keçirildi və bizdə bu prosesdə iştirak etdik. Ancaq bələdiyyələrin komissiyası formalaşanda YAP-dan və bitərəflərdən olan sədr seçilir, digər partiyalar bu prosesdən kənarda qalır. Nədir ki, orada 3-4 nəfər maaş alacaq. Niyə əmək haqqı alan ancaq icra başçısına yaxın olmalıdır? Digər partiyalarda burada iştirak etsin, əmək haqqı alsın. Biz demokratik cəmiyyət qururuqsa, bu prosesləri həyata keçirməliyik. Məncə, bu məsələni diqqətə almaq lazımdır”. Əli Məsimli: “Qanunda Mənzil İstismar Birlikləri yoxdur” Millət vəkili Əli Məsimli deyib ki, bələdiyyələrin nəzarətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatı çox dəqiqdir: “Burada nöqsanlar açıq şəkildə göstərilib. Perspektivlərdə qeyd olunub. Bu baxımdan mən hesabatı müsbət qiymətləndirirəm. Eyni zamanda nəzərə almaq lazımdır ki, sonuncu bələdiyyə seçkiləri ilə bələdiyyələrin yeni mərhələsi başlayıb. Fikrimcə, bələdiyyələrin imkanlarını genişləndirmək üçün xeyli şanslar var. Mən bələdiyyələrin qarşısında duran vəzifəni üç hissəyə bölərdim: Qanun pozuntularının aradan qaldırılması, Bələdiyyələrin hüquqları və Bələdiyyələrin səmərəliyini artırmaq üçün zəruri olan işlər. Hesab edirəm ki, 2015-2020-ci il üçün bələdiyyələrin fəaliyyətini gücləndirmək üçün proqram qəbul edilə bilər”. Əli Məsimli deyib ki, bələdiyyələr əlavə maliyyə resursu əldə etməli, beynəlxalq əlaqələrini genişləndiməli, maraqlı layihələr təqdim etməklə investisiya cəlb edərək yerli problemlərin həllinə nail olmalıdır: “Qanuna əsasən Mənzil İstismar Birliyi havadadır. Məncə, bu strukturda bələdiyyələrə verilə bilər. Bu da, bələdiyyələrlə yerli əhali arasında təması bir qədər də artırardı”. “Bizdə bələdiyyələrin sayı Türkiyə bələdiyyələrinin sayından 200 dəfə çoxdur” Deputat Elmira Axundova deyib ki, əsas problem torpaqların vətəndaşlara qanunsuz şəkildə və heç bir səbəb olmadan satılmasıdır: “Bir neçə ildən sonra bəlli olur ki, torpaq qanunsuz satılıb. Bəzən yeni sədr torpağı ikinci dəfə satır. Nəticədə minlərlə şikayətçi yaranır. Bununla bağlı mənə çoxlu şikayətlər gəlir. Bilmirəm seçicilərə nə cavab verim. Məncə, Ədliyyə Nazirliyinin müvafiq orqanlarla birlikdə səyi bu problemin həllinə yönəltməlidir”. Deputat bildirib ki, 2012-ci ildə Türkiyədə 3225 bələdiyyə strukturu olub: “İndi cəmi 1395 bələdiyyə var. Bizdə bələdiyyələtrin sayı Türkiyədən 200 dəfə çoxdur. Türkiyə isə ərazisinə və əhalisinə görə, bizdən dəfələrlə çoxdur. Bələdiyyələrin sayı 500-600 olmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?