GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO

Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO

Tarix: 8-03-2015, 18:13 Bölmə :Ölkə Baxış: 0
Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO

“Həyətim kanalizasiya gölünə oxşayır. Bütün məhəllənin kanalizasiya suları mənim həyətimə axır”.

Bu sözləri musavat.com-un əməkdaşına Sabunçu rayonu, Anaşkin 7A küçəsinin sakini olan Gülüstan Sultanova deyib.

Onun sözlərinə görə, uzun zamandır ki, küçənin kanalizasiya xətləri bərbad haldadır. Buna görə də, bütün çirkab suları onun həyətinə dolur. Evinin sol tərəfi, çirkab gölünə çevrilib. Müxtəlif qurumlara şikayət etsə də, heç bir faydası olmayıb.

G.Sultanova deyir ki, qurumlar bu məsələyə biganə yanaşırlar: “Biz neçə illərdir ki, burada yaşayırıq. Və bütün bu illər ərzində də eyni problemlə üz-üzəyik. Kanalizasiya idarəsinə dəfələrlə müraciət etmişəm. Hər dəfə də “Gələcəyik, həll edəcəyik” deyirlər. Amma nə gələn var, nə də gedən... Qalmışam, öz ümidimə... Əvvəllər yoldaşım sağ idi. O, köməklik edirdi. İndi tək qadınam. Çarəsiz haldayam.

Evimin divarları nəm içindədir. Uçulub, tökülür. Evdən pis qoxu gəlir. Özüm bu nəmişliyə görə revmatizm xəstəliyinə yoluxmuşam. Nəvələrim də tez-tez xəstələnirlər və gec sağalırlar. Çünki ev rütubətlidir. Həyətin suyunu çəkmək üçün balaca motor quraşdırmışıq. Amma onu da həmişə işlədə bilmirəm. Çünki elektrik xərcləri çox olur. Mən də təqaüdlə dolanan qadınam. Elə imkanım da yoxdur”.

Eyni problem onun qonşularının da başına gəlib. Kanalizasiya xətlərinin bərbad olması Anaşkin küçəsinin sakinlərinin hamısını eyni dərdə salıb.

Qonşular da eyni problemdən şikayətçidirlər: “Eyni problem bizdə də var. Evimin zirzəmisi su ilə doludur. Hər tərəf göyərib. Zirzəmidə qurbağalar üzür. Hələ havalar soyuqdur. Qoxu bir az azalıb. Yayda üfunət iyindən, ağcaqanadlardan evdə oturmaq olmur. Kanalizasiya idarəsinin isə heç nə vecinə deyil”.

“Mən 2000-ci ildən burada yaşayıram. Həmin illərdən üzübəri vəziyyət belədir. Yayda pis qoxu, ağcaqanadlar hər tərəfi bürüyür. Bu məsələ təkcə bir nəfərin problemi deyil. Bütün məhəlləmiz üçün bu kanalizasiya baş bəlasına çevrilib. Buna ən qısa zamanda bir əncam edilməlidir” – bu sözləri Hüquq müdafiəçisi Elşən Həsənov deyib.

Şikayətçilərlə söhbətimizdən dərhal sonra ərazi üzrə 148 saylı MİS-ə (JEK) yollandıq.

MİS-nin sədri isə bu məsələnin onlara aid olmadığını dedi: “Bizim işimiz küçələrin, yolların təmizliyidir. Onu da yüksək şəkildə yerinə yetiririk. Kanalizasiya xətlərində olan problemlərə kanalizasiya idarəsi baxır. Oraya müraciət edin”.

Daha sonra isə Sabunçu Rayon İcra Hakimiyyətinə yollandıq. Oradan da qısa müddət ərzində məsələyə baxılacağına söz verdilər.

Şikayətçilər isə daha bezdiklərini və problem həll olunana qədər şikayətlərinə davam edəcəklərini bildirdilər.

Məhəmməd TÜRKMƏN,
Fotolar və video müəllifindir.



Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO
Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO
Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO
Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO
Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO
Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO
Sabunçuda işləməyən dövlət qurumları sakinləri çarəsiz hala salıblar – REPORTAJ, FOTOLAR, VİDEO
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Baksol”da çirkab suları sakinləri cana yığıb: “Borular üçün ayrılan vəsaiti mənimsədilər”

    “Baksol”da çirkab suları sakinləri cana yığıb: ...

    28-10-2017, 15:58

  • 
  • Kanalizasiya suları daşaraq evlərə dolub (VİDEO)

    Kanalizasiya suları daşaraq evlərə dolub (VİDEO) ...

    1-02-2014, 01:10

  • 
  • Elmar Vəliyevin talan etdiyi şəhərin biabırçı mənzərəsi... - Fotolar və Video

    Elmar Vəliyevin talan etdiyi şəhərin biabırçı ...

    23-06-2015, 12:53

  • 
  • SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır - BU NƏDİ BELƏ?

    SOS: “Azərsun” kanalizasiya suyu ilə duz çıxarır ...

    18-08-2022, 14:57

  • 
  • Bakının bu hissəsində qatarlar kanalizasiya suyunda hərəkət edir

    Bakının bu hissəsində qatarlar kanalizasiya ...

    2-09-2017, 15:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu