Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin sədri olduğu Regionlar Partiyasının üzvü Stanislav Melnik dünən özünü güllələyib.
Belə ki, sabiq deputat ov tüfəngindən özünə atəş açıb. Stanislav Melnikin niyə intihar etdiyi bilinmir.
53 yaşlı sabiq deputat intihardan öncə yazdığı məktubda hamıdan bağışlanmasını istəyib.
Qeyd edək ki, Maydan hərəkatı ilə hakimiyyətdən devrilən Yanukoviçdən sonrakı dönəmdə Ukraynada Regionlar Partiyasına münasibət mənfiyə dəyişmişdi. Bu səbəbdən patiya rəhbərliyind təmsil olunan əksər üzvlər istefa vermək məcburiyyətində qalmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?