GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İnsanlara yalan söylənildi”

“İnsanlara yalan söylənildi”

Tarix: 12-03-2015, 10:20 Bölmə :Ölkə Baxış: 0
“İnsanlara yalan söylənildi”

Erkin Qədirli: “Manatın devalvasiyasının siyasi məsuliyyətini hökumət daşıyır” Respublikaçı Alternativ Hərəkatının (REAL) İdarə Heyətinin üzvü, tanınmış hüquqşünas Erkin Qədirlinin müsahibəsini təqdim edirik: - Erkin bəy, ölkədə manatın devalvasiyası baş verib. Vəziyyəti necə qiymətləndirirsiniz? - Mən iqtisadçı deyiləm. Ancaq iqtisadiyyatda baş verən prosesləri də diqqətlə izləyim. İş ondadır ki, yalandan camaatı sakitləşdirirdilər. Neftin qiymətinin düşməsi fonunda onsuz da bahalaşma baş verir, insanların narahatlığı yaranır, vətəndaşlar öz pulunu dəyişirdi. Ancaq hakimiyyət sistem islahatları, büdcə xərclərini azaltmaq əvəzinə hər bir formada göstərir ki, narahatçılığa əsas yoxdur, heç nə ola bilməz. Bu prezidentin də çıxışlarında əvvəl səslənib. Xüsusilə, Mərkəzi Bankın sədri cənab Rüstəmov manatın ucuzlaşmayacağını bəyan edirdi. Dövlət televiziyası vasitəsilə insanlara rahatlıq gətirməyə çalışan çıxış etdi. Bildirdi ki, manatın arxasında güclü Azərbaycan dövləti var, dövlətin kifayət qədər maliyyə resursu var və s. Ancaq şənbə günü devalvasiya baş verdi. Beləcə, bir ajotaj yarandı. Böyük mağazalar və marketlər bağlandı, piştaxtlardan mallar götürüldü, qiymətlər yenidən yazılmağa başladı, müştərilər gündəlik tələbatdan xeyli çox ərzaq almağa başladı. Bir sözlə, bazar öz reaksiyasını dərhal göstərdi. Eyni zamanda manat ucuzlaşdı, dollar bahalaşdı və hətta pul kütləsi də çatmadı. Pulunu dəyişmək istəyən bunu edə bilmirdi, çünki bazarda pul kütləsi artıq yox idi. Bütün bunun siyasi səbəbi hökumətin ilin əvvəlindən vətəndaşları

rahat salmaq cəhdi idi. Görünən bu oldu ki, insanlara yalan söylənilib. İnsanların xeyli hissəsi, xüsusilə 50 yaşdan çox olanlar xatırlayır ki, SSRİ dağılanda və ondan sonra dəfələrlə insanları pul islahatı adı altında aldadıblar. Bir gecənin içində belə islahatlara gedilib, insanların da əlində qalan pul kütləsi dəyişdirilməyib. O zaman onsuz da çoxlu banklar yox idi. Əmanət kassalarının qarşısında gecə növbələri olurdu və s. Odur ki, son devalvasiya prosesinə də insanların insdinktiv reaksiyası oldu. - Bunun siyasi nəticəsi haqqında nə deyə bilərsiniz? - Siyasi nəticəsi deyəndə, mən hesab edirəm ki, bu məsələnin siyasi nəticəsi hökumətin üzərindədir. Aydındır ki, manat əsassız olaraq bahalı və güclü valyuta idi. Hamı da bilirdi ki, bu siyasi səbəblərdən bahalı valyutadır. Bunun və eləcə də digər məsələlərin səbəbindən Azərbaycanda daxili istehsal inkişaf edə bilmədi. Yəni gözlənilən idi ki, manat tədricən ucuzlaşacaq. Bunu mütəxəssislər çoxdan bilir və mətbuatda da çıxışlar edirdi. İnsanlarımız da bunu anlamağa başlamışdı. Amma bu ajotajı hökumət yaratdı. Demək istədiyim budur. Hesab edirəm ki, baş verən hadisənin məsuliyyəti hökumətin üzərindədir. - Nəticəsi nə olacaq? - Nəticə göz qarşısındadır. İnsanlar birdən-birə əmanətlərinin ucuzlaşmasını müşahidə etdi, alcılıq qüvvəsi azaldı, bahalaşma getdi. İndi deyirlər ki, möhtəkirlik, süni qiymət artımı var. Bizim bazarımızın əsas ərzaq və mallar əslində idxal edilən mallardır. Xüsusilə kasıb təbəqəyə ən çox təsir edən dərmanlardır. Biz bu məhsulu faktiki olaraq istehsal etmirik. İstər meyvə-tərəvəzi olsun, istərsə də gündəlik

tələbat mallarının çoxu idxal edilir. Bu malların qiymətində artım baş verib. Şübhəsiz ki, bu da, ilk olaraq kasıb təbəqəni-təqaüdçüləri, müəllimləri, tələbələri və sosial müavinat alanları vurur. Bu təbəqə də cəmiyyətin xeyli hissəsini əhatə edir. Baş verən devalvasiya orta sinfi də vurdu. İndi çox adam ticarəti günahlandırmağa başlayıb. Hökumət də ticarətlə məşğul olanların üzərinə gedərək onları cəzalandırmağa çalışır. Hərçənd ki, biz ciddi və təmkinli düşünsək onları cəzalandırmağa haqqımız olmaz. Çünki onlar devalvasiyadan sonra normal bazar reaksiyası göstərdilər. Çünki onlar malları dollarla alırlar, özlərinin də müəyyən biznes planları var idi. İndi fors-mojor situasiya ilə qarşılaşıblar. Çünki hökumətin bir qərarı ilə onların bütün planları alt-üst edib. Nəzərə almaq lazımdır ki, ticarətçilərin böyük hissəsi qurduqları ticarət yerinin faktiki mülkiyyətçisi deyil, bu ərazini icarəyə götürüb. İndi bu şəxs icarə haqqı, idxal rüsumu verilməlidir. Hələ mən qeyri-rəsmi yığımı demirəm. Odur ki, baş verənlər avtomatik qiymətə təsir edir və bu da bahalaşmaya səbəb olur. Ona görə də, vəziyyət getdikcə pisləşəcək. Hökumət hətta xoş niyyətlə tədbir görmək istəsə, bu yenidən bazarda ajotaj yaradacaq. Artıq psixoloji baryer aşıldı, manat getdikcə ucuzlaşa bilər. Ola bilsin ki, manatın nominal dəyəri ucuzlaşmayacaq və mümkündür ki, hökumət indiki kursu bir qədər saxlaya biləcək. Amma manat insanların gözündən düşdü, dövlətə inam azaldı. Manat uzun müddət stabil valyuta idi, bütün daxili köçürmələr və hesablar manatla aparılırdı. İnsanlar hətta öz ağlındakı hesabı da manatla aparırdı. Manatın gücü onun arxasında duran dövlətin gücüdür. Dövlətin gücünə də vətəndaşın inamı azaldı. Çünki beş günün içində dövlət onları aldatdı, dedi ki, narahat olmayın, manat güclüdür, heç nə ola bilməz. Birdən-birə isə milli valyuta devalvasiya etdi. Bundan sonra insanlar milli valyutaya daha az inanacaq.

Çünki manatın arxasında duran dövlətə inam azaldı. Artıq insanlar öz hesablarını, əmanətlərini dollara çevirəcəklər. Manat bir az da, ucuzlaşsa, görəcəksiniz ki, lap 90-cı illərin əvvəllərindəki vəziyyət yaranacaq və insanların hamısı öz hesablarını dollarla aparmağa üstünlük verəcək. - Sizcə, manat ucuzlaşacaq? - Məncə, ucuzlaşacaq. Nəzərə almaq lazımdır ki, dünya bazarında neftin qiyməti düşür. Bizim büdcənin bu il dolmayacağı aydın məsələdir. Bildiyim qədəri ilə hökumət öz xərclərini azaltmaq niyyətində deyil. Qarşıdan Avropa Yay Olimpiya Oyunları gəlir. İndi isə bəlli olur ki, Azərbaycana gələcək idman nümayən heyətlərinin xərclərini hökumətimiz öz üzərinə götürüb. Bu Azərbaycanın daxili iqtisadi vəziyyəti üçün böyük zərbədir. Və vətəndaşın da gözündə Avropa Yay Olimpiya Oyunları əsassız xərcdir. - Erkin bəy, üzvü olduğunuz Respublikaçı Alternativ Hərəkatında vəziyyət necədir, hansı yeniliklər var? - Bizdə fəaliyyət və işlər plana uyğun gedir, sadəcə olaraq işlərimiz bir qədər irəli sürüşdürmüşük. Bizdə özəklər, təşkilatlar, seçki dairələri üzrə məclislər qurulur, yeni üzvlər sıramıza qəbul edilir. Qurultaya doğru gedirik. Ona qədər bölgələrdə bir neçə məclis quracağıq. - Qurultayınızı mayın sonlarında keçirəcəksiniz? - Əslində bizim planımız qurultayı mayda keçirməkdir. Ancaq görünən odur ki, Avropa Yay Olimpiya Oyunlarına görə, Bakı şəhərinə giriş-çıxış, eləcə də şəhərdə böyük toplantı üçün yerin ayrılması bir qədər əngəlli olacaq.

Şübhəsiz ki, medianın gündəmini də, bu idman yarışı tutacaq. Odur ki, çox güman ki, biz qurultayımızı Avropa Yay Olimpiya Oyunlarından sonraya salacağıq. Bu bizə imkan verəcək ki, qurultaya daha yaxşı hazırlaşaq. İndilikdə biz işimizi görürük. - Qurultayınız parlament seçkilərindən sonra keçiriləcək? - Əlbəttə, biz seçkilərə qədər qurultayımızı keçirəcək, sənədlərimizi də Ədliyyə Nazirliyiinə təqdim edəcəyik. Qeydiyyata alıb-almayacaqları ayrı mövzudur, amma biz seçkilərə partiya şəklində qatılmağı nəzərdə tuturuq. - İndi seçki blokları yaranır, partiyalar arasında danışıqlar aparılır. Sizdə bu sarıdan vəziyyət necədir? - Bloklar haqda düşünmür və bu məsələdə təşəbbüs göstərmirik. Seçkilərə REAL olaraq getməyə hazırlaşır və bütün prinsiplərimizi də bu əsasla qururuq. Hələlik seçki bloku məsələsində heç kimdən ciddi təklif də almamışıq. Ona görə, bu haqda danışmaq tezdir. Amma biz seçkilərdə namizəd irəli sürəcəyik və fəaliyyətimizi də buna uyğunlaşdırırıq. - Niyə seçki bloklarına maraq göstərmirsiniz, ənənəvi partiyalardan kənarda durmaq niyyətiniz var? - Şübhəsiz ki, bu faktor da var. Çünki seçki blokları indiyə qədər çox olub, heç biri də uğur əldə etməyib. Həm də müsbət örnək göstərə bilməyib. Eyni siyasətçilər bir araya gəlib, seçkidən sonra da, biri digərini ittiham edib. Hər beş ildən bir bu baş verir. Seçici də, belə halları və həm də uğursuzluğu görməkdən yorulub. Biz yeni partiya

olduğumuzdan və həm də gələcəyə doğru getdiyimizdən ümumi yükün altına girərək uğursuzluğun bir parçası olmaq istəmirik. Əgər səhvimiz olacaqsa, bu bizim səhv olacaq və təşkilat kimi də, bundan nəticə çıxaracağıq. Başqasının səhvlərindən məsuliyyət payı almaq istəmirik. - Seçkilərdə neçə namizəd irəli sürəcəksinz? - Bunu demək bir qədər çətindir. Biz əvvəl namizədliyini irəli sürəcək üzvlərimizlə söhbət edir, onların seçkilərə hazır olub-olmadığını aydınlaşdırırıq. Biz həm də seçkilərə yaxşı namizədlərlə qatılmaq istəyirik. Say çox olsun deyə, seçkilərə getməyi doğru hesab etmirik. Keyfiyyətli və yaxşı namizədlər prinsipinə üstünlük veririk. İndidən neçə namizədimiz olacağını demək doğru olmazdı. Zamanı gələndə namizədlərimizin ümumi sayı bəlli olacaq. Ancaq sizə deyim ki, bu barədə maneə də var. Hazırda REAL sədri İlqar Məmmədov və İdarə Heyətinin üzvü Rəsul Cəfərov həbsdədir. Onlar bizim layiqli namizədimiz ola bilərdi. Hazırda bu sarıdan problem yaşayırıq. - Siz özünüz hansı dairədən namizəd olacaqsınız? - Mən 16 saylı Yasamal Seçki Dairəsindən namizədliyimi irəli sürməyi düşünürəm. 2010-cu ildə də bu dairədən namizəd olmuşam. Mənim uşaqlığım və gəncliyim bu ərazidə keçib, universiteti burada oxumuşam, daha sonra universitetdə dərs demişəm. Bura mənə doğma dairədir. Odur ki, bu dairəni seçmişəm.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İqtisadçı: Manatın devalvasiyası qaçılmazdır

    İqtisadçı: Manatın devalvasiyası qaçılmazdır ...

    18-03-2020, 13:16

  • 
  • Erkin Qədirli deputat kreslosundan danışdı: “Düymələri də var, irəli-geri gedir…”

    Erkin Qədirli deputat kreslosundan danışdı: ...

    12-03-2020, 09:47

  • 
  • ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı verilməyib

    ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı ...

    18-04-2013, 10:08

  • 
  • Erkin Qədirli MSK-ya şikayət etdi –8 MƏNTƏQƏDƏKİ NƏTİCƏLƏRİN LƏĞVİ İLƏ BAĞLI

    Erkin Qədirli MSK-ya şikayət etdi –8 MƏNTƏQƏDƏKİ ...

    12-02-2020, 19:36

  • 
  • Qubad İbadoğlu: "Manatın ikinci devalvasiyası mümkündür"

    Qubad İbadoğlu: "Manatın ikinci ...

    21-12-2015, 20:19


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (122)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu