Vaqif Əlisoy 1954-cü ildə anadan olub. 1976-cı ildə indiki Azərbaycan Pedoqoji İnstitutunu bitirib. Bir müddət Kəlbəcərdə, sonra isə Cəbrayılda müəllim işləyib. Ermənilər Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etməyə başlayanda, Vaqif müəllim könüllü olaraq Cəbrayılda yerli özünümüdafiə taboruna yazılıb. 1992-ci ildə Əsir və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri təyin olunub. Vaqif Əlisoyun rəhbərliyi altında 1992-93-cü illərdə 50-dən çox Azərbaycan vətəndaşı erməni əsir və girovluğundan azad olunub.
Keçmiş döyüşçü Vaqif Əlisoyun danışacağı bu əhvalat Xocalıda əsir düşən və ermənilərin başını kəsməyə hazırlaşdığı Qarabağ döyüşçüsünün azad edilməsindən bəhs edir. Əslən Göyçay rayonundan olan Mayıl Məmmədov adlı bu Qarabağ döyüşçüsü hazırda sağdır. Və bu əhvalatın danışılmasına özü də razılıq verib.
Beləliklə, Vaqif Əlisoyun müharibə dəhşətlərini özündə əks elətdirən söhbətini oxuculara təqdim edir.
- Danışacağım əhvalatın qəhrəmanı sağdır. Əsirlikdən azad etdiyim onlarla oğuldan biridir. Bu əməliyyatda istirak etmiş və adlarını çəkəcəyim döyüşçülərdən də sağ olnlar var və söyləyəcəklərimi hər biri təsdiqləyə bilər. İstərdim bunları gənc nəsil də bilsin və unutmasın.
1992-ci ilin mart ayının 15-i idi. Cəbrayıl rayonu ərazisində ön cəbhədəki “Qusçular” postundan döyüsçulər mənimlə əlaqə saxlayıb, təcili ora getməyimi xahis etdilər. Onu qeyd edim ki, o zaman biz Cəbrayıl döyüşçülərinin öz gücü hesabına Dağlıq Qarabağın Hadrut rayonunun 15 kəndini ermənilərdən azad etmisdik və həmin kəndlər də bizim əsgərlərin tam nəzarətindəydi.
Kəsfiyyat məlumatları vardı ki, Xocalıdan olan girov qızlar, qadınlar və əsir əsgərlərin bir qismi Hadrut rayonuna gətirilib. Bu məlumat bizə çatandan sonra ermənilər hər gün həmin girov qadınları və bir hərbi əsiri “Armud postu”na çıxarıb uzaqdan əsgərlərimizə göstərir, bizimkilərin əsəblərilə oynayırdılar. Bəzən də girov qız-gəlinlərlə alçaq davranışlarının, etdikləri şərəfsiz hərəkətlərin səs-küyünü ratsiya ilə efirdə yayır (nə demək istədiyimi yəqin basa düsürsünüz), bizimkiləri qıcıqlandırırdılar. Dəfələrlə o qızlarla ratsiya vasitəsilə danışmışdım. Mənə nələr deyirdilər, bunu bütün Cəbrayıl camaatı bilir, çünki postlarımızdakı ratsiyalar kənd təsərrufatı üçün nəzərdə tutulmuş aparatlar idi və yayılan danışığı hamı, eyni zamanda hətta Beyləqanda da eşidirdilər.
”Quşçular” postundan məlumat alan kimi, dərhal ora getdim. Əsgərlər dedilər ki, Hadrutdan Edik (onunla girovların azadlığı üçün apardığım danışıqları bütün Cəbrayıl əhli eşidib) səninlə danışmaq istəyir. Ratsiya vasitasilə əlaqə yaradıldı, danışdıq. Hadrut rayon özünümüdafiə taborunun qərargah rəisu olan Edik bildirdi ki, 10 dəqiqə sonra “Armud postu”na binokulla baxım. Təxmin etdim nə demək istəyir. Dönüb əsgərlərə baxdım. Hamısı başını aşağı salmışdı, hətta hirsindən ağlayanlar da vardı. Basqa əlac yox idi. Binoklu göturüb 10 dəqiqə sonra “Armud postu”na baxdım. Kaş gözlərim kor olaydı o mənzərəni gördüyüm yerdə. Hər seyi açıq deyə bilmirəm, yəqin bunları bızim qadınlar da oxuyacaq. İndi basa düşun ki, bizə nəyi göstərirdilər.
Burda bir şeyi də qeyd edim, Xocalının qisasını Azərbaycanda ilk dəfə Cəbrayıl alayı, Gəncə reyd dəstəsi (bu gün erməni girovluğunda olan Dilqəm Əsgərov da o dəstədə qulluq edirdi), İmislinin “Küdrü qartalları” batalyonunun əsgərləri Hadrutun Sur kəndini təmizləməklə artıqlaması ilə aldılar.
Nə isə, qızlardan sonra bir cavan əsgərimizi də postdan bizə göstərdilər. Əvvəl onun köynəyini qaldırdılar. Sinəsinə basılmış xaç şəkilli dağı görəndə dəhşətə gəldim. Sonra oğlanı diz çökdürdülər. Biçağı boğazına dirədilər. Edik ratsiyada dedi ki, “səninlə komandirimiz Arutunyan danışacaq”. Sakitcə əsəblərimi cilovlayib dinlədim:
- Hər seyi gördün. Bu əsgər Xocalıda əsir götürülüb. Aprelin 24-də gözünüzün qabağında başını kəsib sənə göndərəcəyəm. Bir də burdakı qızlardan narahat olma, özün də gördün ki, bizim üsaqlar onlari darıxmağa qoymurlar.
Rabitə kəsildi. Bilmirdim nə edim. Əllərim əsirdi. Birdən Əli adli əsgər üzünü postdakı hərbçilərəmizə tutub qışqıra-qışqıra dedi;
- Ə, aramızda kişi var? Hər gün bunu bizə göstərirlər. Nə qədər dözmək olar? Allah bizə niyə ölüm vermir. Sizi bilmirəm, o qızların intiqami alınmayınca, hərbi intizami pozsam da, bunu başımda gəzdirməyəcəyəm. Bunu deyib başındakı əsgər papağını yerə çırpdı (Əli sonralar ermənilərin Sur kəndinə birinci girənlərdən oldu və şəhidliyə ucaldı. Məkanı cənnət olsun!).
Əsgərlərin üzünə baxa bilmirdim. Onların əksəriyyətini 1988-ci ildən, torpaqlarımızı tüfənglə, qoşalülə ilə qorumağa başlayan gündən tanıyırdım. Bizim alay 72 nəfərin iştirakı ilə yaradılmışdı və onların çoxu xalq hərəkatından gələnlər idi. Bu gün də onları hörmətlə xatırlayır, qarşılarında baş əyirəm.
Əsgərlərə bir söz demədən postu tərk etdim. Nə isə etmək lazim idi. Rayonun polis rəisi Vaqif Məhərrəmovla və alay komandiri mayor Yusifovla görüsməyi qərara aldım.
Postdan qayıdanda sürücü xəbər verdi ki, rayon mərkəzində rəis Vaqif Məhərrəmov və alay komandiri mayor Yusifov Polis İdarəsində məni gözləyir. Təcili ora getdim. Rəisin otağında qanqaraçılıq idi. Otağa daxil olanda hər ikisinin gözlərinə baxdım. Başlarını asağı saldılar. Bir müddət heç kəs dinmədi. Sükutu rəis pozdu;
- Danışığını mən də, Yusıfov da esitdik. Deməli kəsfiyyatın məlumatları doğrudur. Neyləyək?
Özümdən asılı olmayaraq ücadan dedim:
- Sən də danışıqdan bəhs edirsən. Gərək mənə “Armud postun”da göstərdiklərini siz də görəydiniz, onda bilərdim necə sakit oturursunuz…
Ermənilərin postunda binokulla gördüklərimi onlara danışdım. Dəhşətə gəldilər. Yusifov təklif etdi ki, kəsfiyyat gücləndirilsin və nəyin bahasına olursa-olsun, erməni girovu ələ kecirilsin. Başqa yol yox idi. Girovlarımızı bu yolla azad edə bilərdik. Elə ordaca qərara alındı ki, iki istiqamətə kəsfiyyat qrupu göndərək.
Ermənilərlə danışıqdan 2 gün keçmişdi. Kəsfiyyat qruplarımız iki istiqamətdə hərəkət edirdi. Mərkəzlə daim əlaqə saxlayırdılar. Hələ ki deyilən əraziyə çatmamışdılar. Hər iki qrup gündüz dincəlir, ancaq gecələr hərəkət edirdi. Bizim üsaqlar ərazini yaxsi tanıyırdılar. İnanırdım ki, əliboş qayıtmayacaqlar.
Növbəti gün növbətşi polis, kapitan Famil Hüseynov zəng edərək, rəisin təcili məni görmək istədiyini bildirdi. Söbəyə getdim. Rəisin otağında 50-60 yaşlı saqqalı və orta yaşlı iki nəfər var idi. Onları tanımadım, ilk dəfəydi görürdum. Rəis:
- Əlisoy, bu adamlar Göycaydan gəliblər. Oğulları Xocalıda əsir düşüb. Məlumat alıblar ki, oğulları Hadrutda saxlanılır. Yazıqlari Füzülidə əsl adi Seyid olan "Fantomas" ləqəbli biri aldadıb ki, filan qədər pul verin, oğlunuzu azad edək. Guya, bu pulu ermənilərə verəcəkmiş. Ona inanmayıb bura gəliblər.
Rəis bu sözləri deyib qurtarmışdı ki, saqqallı kişi, Həsən dayı hönkürərək, diz çöküb ayaqlarımı qucaqladı: - Əlisoy, balami səndən istəyirəm. 6 bacının tək qardaşıdır. Könüllü gedib cəbhəyə. Ölüm xəbərini esitmisdik. Ancaq 15 gün qabaq Tiflisdən bizə zəng vuraraq, onun sağ olduğunu və Hadrutda saxlanıldığını dedilər. Onu da söylədilər ki, aprelin 24-nə kimi 1 milyon rubl (o vaxt sovet pulu idi) verməsəniz, həmin gün başı kəsiləcək.
Diz cökmüs atanini ayağa qaldirib ağlar gözlərindən öpüb dedim: - Mən sənə qurban olum, ay ata, döyüşə könüllü gedən belə oğul böyütmüsən. Sakit ol. Nə mümkunsə , onu edəcəyik. Əgər oğlun sağdırsa və Hadrutdadırsa , onu və digər girovları azad etmək ücün nə lazimdırsa, edəcəyik. Oğlunun adı nədir? Son səkli var? Atanı sakitləsdirib stulda oturtduq. Rəis su gətirməyi tapşırdı. Ata ilə gələn 35-40 yaslı kişi üzünü mənə tutub dedi:
- Mənim adim Sahibdir. Saratovda prokuror isləyirəm. Əsir götürülən oğlanın adı Mayıl Məmmədovdur. 6 bacının bir qardaşıdır. Könüllü gedib cəbhəyə. Xocalıda əsir düsüb. Əvvəl ölüm xəbərini aldıq. Mənim qaynımdır. Yas da vermişik. Oğul düsmən çəpəridir. Təki Vətən sağ olsun. Gözləmədiyimiz halda Gürcüstandan zəng gəldi Göycaya - qaynatamgilə ki, Mayıl sağdır və Hadrutda saxlanılır. Əgər aprelin 24-nə kimi (qondarma erməni soyqırımı günü) 1 milyon rubl (sovet pulu) gətirməsəniz, həmin gün başı kəsiləcək. Təklif etdilər ki, Füzuliyə gələk və onlarla əlaqə saxlayaq. Füzüliyə gəldik . Orada bizi “Fantomas” ləqəbli bir nəfərin yanına göndərdilər ki, girovlarla o məsğul olur. Bir neçə dəfə əlaqə saxladı. Hiss etdik ki, bizi aldadır. Orda bir nəfər bizə dedi ki, Cəbrayila-Vaqif Əlisoyun yanına gedin. Dedi ki, onun oglunu da siz azad etmisiniz. Sizi tanımırdım. Cəbrayıldan dostum var. Hüquqda dərs deyir. Adi Rafiq Quluyevdir. Görüsdük . Sizə məktub verib.
Sahib müəllim Rafiq Quliyevin məktubunu mənə verdi. Məktubda Rafiq müəllim bu adamlara kömək göstərməyi xahis edirdi. Sahib müəllimdən xahis etdim ki, oğlanın səklini göstərsin. İstəyirdim biləm ki, oğlan ermənilərin mənə göstərdikləri əsgərdimi, yoxsa yox. Səkilə baxdım. Həmin əsgər idi. Sarışın oğlan.
Söhbətin bu yerində AXC-nin yerli şöbəsindən olan Fuad Quliyev və İlqar Salmanoğlu içəri girdilər. Fuadın videokamerası vardı. Cəbrayılda 1988-ci ildən sonra baş verən bütün hadisələri o, lentə alırdı. Bu gün də gələcək ücun onda qiymətlı materiallar var. İlqar isə mənim əmioglum idi. Əlbəyaxa döyüs üzrə ölkə cempionu idi. Döyüs təcrübəsi var idı. Bizim kəşfiyyat qruplarını öyrədirdi. İndi Ukraynada yaşayır. Onlar da keçib oturdular. Fuad cəklişə başladi. Qonaqlarımızdan xahis etdim ki, bizə danısdıqlarını bir də təkrar etsinlər və Fuad lentə alsın. Tarix ücün lazımdır. Qoy hamı bu alçaq ermənilərin iç üzünü görsun. Az keçmisdi ki, Sahib muəllim cəkilişi dayandirmağı xahiş etdi və stolun üstunə bir bağlama qoyub dedi:
- Bunu ermənidən Mayılı qurtarmaq ücün toplamışıq. Allah xatirinə bunlari qəbul edin. Nə edirsiniz, edin. Təki Mayılı azad edin. Bacılarının, anasının vəziyyətini yəqin basa düşürsünüz.
Əsirlikdən azad edilmiş əsgər Mayıl Məmmədov
Bağlamani açdım. Xeyli pul, qızıl və brilyant üzük, sırga, qolbağı, bir də qadın qızıl saatı var idi. Bunlari görən rəis Vaqif Məhərrəmov çox ciddi şəkildə Sahib müəllimə dedi:
- Siz bizim qonağımızsınız. Görünur, siz Cəbrayıl camaatı haqda az bilirsiniz. Bizdə alver söhbəti, özü də şərəfsiz erməni ilə olmayıb və ola da bilməz. İndiyə qədər bizim ərazidə nə qədər şəhid və girov qaytarılıb. Onlar vətən oğullarıdır. Onları azad etmək bizim borcumuzdur. Arxayın olun, əlimizdən nə gəlir edəcəyik. Artıq bu ıstiqamətdə iş gedir. Oğlunuzdan basqa Hadruta Xocalıdan qız-gəlin də gətirib bu oğraşlar. Bilirsiniz bu nə deməkdir? Bu bir namus məsələsidir. Bu gətirdiklərinizi də götürün. Allah qoysa, Mayıl azad olandan sonra sahiblərinə qaytararsınız. İndi sizi mehmanxanada yerləsdirəcəklər. Nə lazımdırsa, edəcəklər.
Burda qeyd etməliyəm ki, Cəbrayılda 1 aydan da artıq qaldıqları müddətdə onların bütün xərclərini yerli camaat qarşıladı.
Rəis mehmanxananin müdiri rəhmətlik Qara dayıya zəng vurub Göycaydan qonaqlar olduğunu və onlar ücün yaxşı sərait yaratmağı xahis etdi.
Göyçaydan gələn qonaqları - Həsən dayını (əsgərin atası), Sahib müəllimi (onun yeznəsi) rayon mehmanxanasına aparıb yerləşdirdik, ürək-dirək verdik, səbr edib gözləməyi tövsiyə etdik.
Sonra rəis alaya getməyi təklif etdi. Kəsfiyyatçıların getdiyindən 4 gün keçmişdi. Alaya gəlib komandir Yusifovun kabinetinə daxil olduq. Çox fikirli idi. Bizi görən kimi dedi:
- Elə sizi axtarırdım. Usaqlardan xəbər yoxdur. Birinci qrup deyilən yerdədir. 2-ci qrupdan xəbər yoxdur. 1-ciyə də cavab vermirlər. Allah eləməsin pusquya duşsünlər.
Bu xəbər məni də üzdü. Narahat olmağa əsas var idi. Ancaq mən o uşaqlara inanırdım. Dəfələrlə düsmən arxasına keçmişdilər və həmişə də kişi kimi tapşırığı yerinə yetirmişdilər. Amma bu, müharibə idi. Hər sey ola bilərdi. Bizdən ancaq Allaha dua etmək qalırdi ki, uşaqlara bir sey olmasın. Onlar nə ücüm və kim ücün getdiklərini bilirdilər. Səhidliyi hər an qəbul etməyə hazır olan 18 igidimiz bu ağır və məsuliyyətli tapşırığı yerinə yetirmək üçün könüllü yola çıxmışadılar.
Ertəsi gün alay komandirindən xahis etdim ki, ermənilərin hava telefonunun efir məkanını tam nəzarətə götürsünlər və eyni zamanda üzbəüz mövqelərdən erməni postlarını gərginlikdə saxlasınlar. Heç bir halda ermənilərlə hava rabitəsinı girməsinlər. Komandirə bildirdik ki, polis rəisiylə göycaylı qonaqların necə yerləsdiyini öyrənmək ücün mehmanxanaya gedirik, əgər kəşfiyyatçılardan bir xəbər olsa, bizə də çatdırsın.
Mehmanxanaya təzəcə yetişmişdik ki, komandir ratsiya ilə bildirdi ki, rəis mehmanxanaya çatan kimi şəhər telefonu alaya təcili zəng vursun. Mehmanxanaya çatan kimi dərhal Qara dayının (mehmanxana müdiri) otağına qaçdıq. Rəis özünü telefonun üstünə atdı: - Yusifov, eşidirəm. Nə baş verib, -deyə soruşdu və dinləməyə başladı. Ardınca dedi: - Ay səni sad xəbər olasan. Allah qoysa, sağ-salamat qayıdarlar. Dəstəyi yerinə qoydu, məni qucaqlayib dedi: - Bəy, təbrik edirəm. Hər iki kəşfiyyat qrupumuz birləşib. İki qrup da yağışa düsdüyündən təyin olunmus yerə bir saat əvvəl çatıblar. Həm də qrup rabitəçisinin səhlənkarlığından ratsiya suya düşüb və bir müddət əlaqədə problem yaranıb. İndi Hozapert kəndi və Hadruta gedən yolu nəzarətdə saxlayırlar.
Sevincək 2-ci mərtəbəyə - qonaqların otağına daxil olduq. Qonaqlar üçün lazım olani rəis aldırmışdi. Otaqda qonaqlarla bərabər mehmanxanın bufetçisi Kamran Mehdiyev və çayçı Aydın da oturmuşdu. Onlar da xeyli ərzaq almışdılar. Şirin-şirin söhbət edərək, qonaqlara acılarını unutdurmağa çalışırdılar. Bizim gülə-gülə otağa daxil olduğumuzu görən Mayılın atası Həsən dayı dilləndi: - Rəis, qadan alım Mayıldan xəbər var? Rəis təmkinlə dedi: - Həsən dayı, narahat olmayın, hər sey yaxşıdır. Yaxşı xəbərin bünövrəsi qoyulub. Yaxın günlərdə Mayılı görəcəyik. - Sizə təşəkkür edirəm. Bayaq rayonunuz haqda danışdınız. Buna canlı sahid olduq. Bayaq Aydın qardaşın çayxanasında oturmuşduq. Hamı başımıza yığışdı. Dərdimizlə maraqlandılar. Elə bil bizim başımıza gələnlər onların öz dərd-sərləriydi. Hamı bizi evinə aparmaq istəyirdi. Heç kəsə əziyyət vermək istəmədik. Allah hamınızdan razı olsun.
Qonaqlar, Aydın və Kamranla görüşub rəislə postları yoxlamaq ücün yuxarı dağ kəndlərinə yola düsdük.
Bütün cəbrayıllılar bilir ki, o günlər biz ev üzü görmürdük, yatmırdıq. Nəyin bahasına olur-olsun girov qızları və Mayılı azad etmək ücün çalışırdıq.
Əməliyyat cox məxfi hazırlanmışdı. Hətta alaydan da cox məhdud sayda hərbçi kəsfiyyat qrupunun məqsədini və hansi istiqamətdə hərəkət etdiyini bilirdi. Hava telefonu məkanında ən təcrubəli rabitəçilərimiz işləyir və yalnız “öz dillərində” (buna “qarğa dili” deyirdik, sözləri tərsinə deməklə danışmaq) danışırdılar. Bundan bütün bölgədə ancaq bizim rabitəçilər istifadə edirdilər. O zaman bu danışıqları eşidən ermənilər deyirdilər ki, sizdə əcnəbilər var.
Kəşfiyyatçılarımızın gedişinin 21-ci günü idi. Aprel ayinin 11-i, saat 14-də məni təcili alay komandirinin yanına çağırdılar. Demək olar ki, polis rəisiylə eyni vaxtda alaya çatdıq. Birnəfəsə komandirin otağına qalxdıq. İçəri girəndə gözlərimizə inanmadıq. Yaxsi stol açılmışdı. Komandir Yusifovün kefi də yaxşı idi. Hərdən yaxşı yeyib-icməyi vardı. Alaya hərbi komissarlıqdan gəlmisdi. Yaxşı oğlan idi. Bizi görən kimi qədəhlərə araq süzüb dedi: - A kisilər, doşab almışıq bal çıxıb eee… Heç bilirsiniz bizim üsaqlar nə edib? Götürün vuraq, sonra elə xəbər deyəcəm ki, oynayacaqsınız! - Komandir, vurmaq qaçmır. Ürəyimizi üzmə. Neçə gündür hamımız nələr çəkirik, Allah bilir,-dedim Cox təkid etdiyindən “vurmalı” olduq. Mayor Yusifov siqaret yandırıb dedi: - Dünən rabitə yaxşı isləmədiyindən anlamamışdıq. Ona görə sızə xəbər verməyə tələsmədim. Əlisoy, Hadrutdakı Hozapert kəndinin kolxoz sədrinin adi nədir? - Samvel Babayan. Dasnakın yekəsidir. Onu 1988-ci ildən axtarırıq. Bir necə dəfə əlimizdən qaçırmışıq. Hadrutda böyük nüfuzu var. Yoxsa uşaqlar onu götürüb? - Yox onu götürə bilməsələr də, qardaşı Armiki oğurlayıblar. Bir də Hozapert-Hadrut yolunda da 2 erməni əsgəri götürüblər. Hər iki qrup ordan üzaqlaşıb. Birlikdə geri qayıdırlar. Allah qoysa 2 günə burda olarlar. Hamısı da salamatdır.
Bu şad xəbəri yaxşıca qeyd etdik. Qərara gəldik ki, uşaqların girovlarla qayıdışı çox məxfi saxlanılsın. Rayon mərkəzinə gecə daxil olsunlar və gətirilən ermənilər Polis Şöbəsinin kamerasında saxlanılsın. Onların kimliyi və haradan gətirildiyi haqda məlumat kənara sızmasın. Ermənilər girov və əsirlərin kimin apardığını dəqiq bilməyəcək. Laçın, Qubadlı və Cəbrayılda axtaracaqlar onları. Eyni zamanda, o da qərara alındı ki, hava rabitəsində də ermənilərə cavab verilməsin. Samvel Babayan elə bir adam idi ki, qardaşı götürüləndən sonra yəqin bütün Hadrutu ayağa qaldırmışdı.
Kəşfiyyatçılarımız sağ-salamat, girov və əsirlərlə qayıtdıqdan bir gün sonra ermənilərin səs- küyü efir məkanını gütürmüsdü. Hay-küylə məni axtarırdılar. Bizimkilərə tapşırmışdım ki, mənim Bakıda olduğumu deşınlər. Özum də onların səsini eşidirdim. Edik israrla mənə sözü olduğunu deyirdi. Yaman təlaşlı idi. Deməli, Samvel Babayan faktoru öz işini görmüşdü. Uşaqlara dedim ki, Edikə deyin ki, Əlisoya xəbər vermişik, aprelin 25-də Bakıdan qayıdan kimi əlaqəyə girəcək.
Aprelin 22-si səhər tezdən Polis Şöbəsinə gələndə Mayılın atası Həsən dayını və yeznəsi Sahib müəllimi də burda gördüm. 2 günlüyə Göycaya getmişdilər. Dediklərınə görə, bir saat olar ki, qayıdıblar. Sözlü adama oxşayıqdılar. Sahib müəllim dedi:
- Vaqif müəllim, ayın 24-nə az qalıb. Nə etmək fikriniz var? Birdən o sərəfsizlər usağın başını kəsərlər. Gəlın, bu əmanətləri götürün, verin ermənilərə. Təki Mayılı qurtarın!
- Sahib müəllim, Həsən dayı, məndən inciməyin, sizə bir söz deyəcəm. Tutaq ki, pulu-qızılı verdik və Mayılı qurtardıq. Bəs Xocalıdan girov götürülən ana-bacılar, qız-gəlinlər necə olsun?-dedim.
Mayılın atası mənə yaxınlaşdi və dedi: - Əlisoy düz deyirsən. Onsuz da Mayılı şəhid bilirdik. Yenə elə bılərik. Qızları oradan qurtarmaq lazımdır. Bizdən də nə kömək lazımdır edək. Gətirdiyimiz pullar və zinət əşyalarını da götürün. Nə lazımdırsa, edin.
Həsən dayının boynunu qucaqlayıb üzündən öpdüm. Bu hadisəyə qədər və bu hadisədən sonra da Cəbrayıla övladların dalınca gələnlərin və eyni zamanda bizim yerlı camaatın birinin dilindən “oğlum, ərim, qardaşım niyə səhid oldu?" kəlməsini esitmədim. Hamı "torpaq uğrunda gedib, ancaq meyitləri geri alın ki, doğmalarının gözu yollarda qalmasın" deyirdi. Həsən dayı da onlardan biri idi. O vaxtlar indiki kimi deyildi. Üzümü Həsən dayı ilə Sahib müəllimə tutub dedım: - Arxayın olun ki, nə Mayıl, nə də ki, qızlarımız onların əlində qalacaq. İndi ermənilər bizi axtaracaq. Artıq axtarırlar da... - Nə olub ki? Sən Allah bir xəbər var?,- deyə ikisi də birdən soruşdu. - Hələlik sizə bir söz deyə bilmərəm, amma inanın cox yaxın gündə qızlar da, Mayıl də bu Çinardan su içəcək (söhbət Cəbrayılın mərkəzindəki məşhur kəhrizdən gedir), indi isə gedin mehmanxanaya, lazım olsa, dalınızca gələcəklər.
Onları yola salıb polis rəisinin kabinetinə daxil olanda alay komandiri Yusifovu da içəridə gordüm. Bildirdilər ki, kəşfiyyatçılarımızın gətirdikləri erməniləri danışdırıblar. Məlum olub ki, gətirilən 2 əsgər Ermənistan Milli Ordusunun hərbçiləridir. Orduya da Ermənistanın Artaşak rayonundan çağırılıblar. Bu, qiymətli məlumat idi. Ermənilər bütün dünyaya bildirirdilər ki, Azərbaycana qarşı guya, Dağlıq Qarabağ erməniləri vuruşur. Ancaq indi fakt başqa şey deyirdi. Bu məlumatı dünyaya yaymaq lazım idi. Dünya bilməliydi, bizə qarşı Ermənistan və onun arxasında olan Rusiya vuruşur. Rəisə dedim:
- Əməliyyatda istirak etmiş hər kəs cox yüksək səviyyədə mükafatlandırılmalıdır. İkincisi, Bakıdan həm yerli, həm də xarici jurnalistlər dəvət etmək lazımdır ki, bu şərəfsiz ermənilərin dediklərini çəkib dünyaya yaysınlar ki, bu oğraşlar hansı xislətin sahibidirlər. Bir də Ediklə rabitə yaratmaq ücün icazə istədim. Dedim ki, “onlarla bir oyun oynayaq. Həm də Mayılla atasını efirdə danışdırmaq istəyirəm ki, kişi bir az toxtasın. Ermənilər məni öz girovlarina görə axtarırlar. Bu gün onlara deyəcəm ki, Edikin məni təcili axtardığını eşidib aprelin 25-ni gözləmədən Bakıdan tez qayıtmışam. Erməni əsirlər və girovun bizdə olduğunu danıb vaxt udacam. Bildiyiniz kimi, Edik mənə inanır. Heç vaxt da sözümü yerə salmayıb”.
Rəis də, Yusifov da mənimlə razılaşdı. Bizim rabitəçilərdən həmişə mənimlə işləyən Valehlə Həsənə dedim ki, Ediklə əlaqə saxlasınlar və desinlər ki, Əlisoy 1 saatdan sonra əlaqə quracaq. Dedim ki, Mayılın atasını və yeznəsini da götürüb Polis Şöbəsinə gətirsinlər.
Bir stəkan çay içib çıxdıq. Artıq rabitəçilər və Həsən dayıgil Çinar kəhrizinin yanında söhbət edirdilər. Yusifov vacib işi olduğu ücün alaya gedəcəyini deyib, bizdən aralandı. Rəislə Həsən dayigilə yaxınlaşdıq. Rabitəçilərdən əlaqə üçün hansı postun münasib olduğunu soruşdum. Bildirdilər ki, ən münasibi "Quşçular" postudur. Ordan əlaqə yaxşı alınır. Həsən dayı yaman sevinirdi. Yazıq kişi çiyinlərimdən tutub gözlərimin içinə baxıb dedi: - Bir az əvvəl də dedim, Mayıl bu vətənə qurban. Hara gedirik? Mən hər şeyə hazıram. Onu qucaqlayıb cavab verdim: - Mən sənə söz vermişdim axı. Səni oğlunla danışmağa aparıram, Həsən dayi!- demisdim ki, kişi özündən getdi. Həsən dayını bir təhər ayıldıb "Niva" maşınına oturub “Quşçular” postuna yola düşdük.
Rəis, mən, Həsən dayı və yeznəsi Sahib “Niva”da, radistlər Valeh və Həsən UAZ-da “Quşçular” postuna gedirdik. Çərəkən kəndini keçəndə UAZ siqnal verərək, dayandı. Valeh ratsiya ilə bizə yaxınlaşıb bildirdi ki, rayon mərkəzindən çıxandan az sonra Edik iki dəfə rabitəyə çıxaraq, məni soruşub. Bizimkilər isə ona cavab verməyiblər. Polis rəisi Məhərrəmov mənə məsləhət gördü ki, “özün efirə çıx və bildir ki, bir azdan ratsiyada olacaqsan. Hava telefonunu alıb "Edik, mən Vaqif Əlisoyam" deyən kimi cavab verdi. Elə bil ratsiya əlində hazır dayanıbmış. Bildirdim ki, “məni axtardığını eşitdim. Ona görə tez qayıtdım Bakıdan. 20 dəqiqədən sonra efirdə olacam”.
Nəhayət gəlib “Quşçular” postuna çatdıq. Əsgərlərlə görüşdük. Vəziyyətlə maraqlandıq. Rəisə dedim: - Məhərrəmov açıq mətnlə efirə çıxacam. Qoy hamı eşitsin.
Deməli, bizdə həm hərbi ratsiyalar, həm də kənd təsərrufati ratsiyaları vardı. Hərbi ratsiyalar olmayan vaxt, o telefonlardan istifadə edirdik. Kənd təsərrufati ratsiyaları ilə danışanda Fuzulidə, Beyləqanda, Xocavənddə də eşidə bilirdilər. Butün müəssisələrdə bu ratsiyalardan vardı. Ona görə də ermənilərlə danışığımın hamısını eşidirdilər. Mən də istəyirdim ki, həmişə danışıqlardan əhali də xəbər tutsun. Bunu bizim alayın döyüşçüləri, rabitəçilərimiz də təsdiq edə bilərlər. Yeri gəlmiskən, sonralar mənə sər-böhtan atanları susduranda o zaman necə düz hərəkət etdiyimi anladım.
Rəis razılıq verəndən sonra rabitə yaradaraq, Edikdən məni nə üçün axtardığını soruşdum. Edik cavab verdi: - Səni axtarırdım, dedilər Bakıdasan. Biz səninlə təmiz danışmışıq həmişə. Sən nə demisən, mən yerinə yetirmişəm, mən dediyimi də sən. Bir xahişim var. Bizim 3 adamımız yoxa çıxıb. Biri mülki səxsdir, ikisi əsgər. Bu adamlar sizdə deyil ki? Mən səndən kişi kimi cavab gözləyirəm.
- Ay Edik, siz nə vaxtdan kişi kimi danışmağı öyrənmisiniz ki, indi də məndən kişi cavabı gözləyirsən. Xocalıda etdikləriniz kişi hərəkəti idi, yoxsa mülki adamlara qarşı etdikləriniz? Yəqin ki, o yanındakılar da məni eşidir. Bunun cavabını alacaqsınız. Qadınları posta çıxarıb bizə göstərmək, əsirin başını kəsməklə hədələmək nə vaxtdan kişilik sayılıb? Əsirə görə pul tələb edirsiniz. Ölmüş insanlara etdiyiniz hərəkətləri kişilik sayırsınız? Bu söz siz ermənilərə yaddır. İndi isə qulaq as. Mən Bakıdan təzə qayıtmışam. Vəziyyətlə tanış deyiləm. Öyrənməyə çalışaram. Ancaq bir sərtlə. Sizə Xocalıdan qadınlar gətirilib və Göycaydan Məmmədov Mayıl Həsən oğlu adlı bir əsgər. Bir necə gün əvvəl sizin “Armud postu”ndan onları göstərmisiniz. Mən də onları görmüşəm. Mən o qadınlardan biri və Mayılla danışmaq istəyirəm. Bundan sonra mən də bizimkilərlə danışıb sənə dəqiq cavab verərəm.
- Yaxşı. Mən razıyam. Mən də özümüzünkülərlə danışım. Sənin dediklərini onlara çatdırım. Yarım saatdan sonra efirdə ol.
Danışıqdan sonra uşaqların üzünə baxdım. Rota komandiri Maarif dilləndi: - Əlisoy, qadan alım sənin, nə yaman dedin. Allah haqqı, bu qisası onlarda qoysaq, biz heç kişi deyilik. Əsgərləri güclə saxlayırıq. Hamısı qan-qan deyir. Sonra da məni qucaqlayıb üzümdən öpdü. Rəis də məmnun idi. Əlini kürəyimə vurub siqaret çəkmək ücün blindajdan çıxdı. Mən də onun dalınca çıxdım. Bir fikrim var idi. Dedim: - Rəis, mərkəzə xebər verək. Babayanın qardaşı Armiki gözübağlı telestudiyaya gətirsinlər. Mən deyəndə onu əlaqəyə çıxartsınlar. Ermənicə danışmağa qoymasınlar. Bircə kəlmə azərbaycanca "mən yaxşıyam" desin. Söhbət etdiyimiz vaxt Həsən dayı və Sahib də bizə yaxınlaşdı. Cox həyəcanli idilər.
- Bilmirəm sizə necə təşəkkur edim. Azərbaycanın hər yerində, elə bizim Göyçayda da buralarda nə baş verdiyindən xəbərləri yoxdu. Ölkənin bir yerində ölüm-itim, digər yerlərdə kefdir. Mən burdakı əsgərlərlə fəxr edirəm. Elə sizin kimi rəhbərlərlə də,- Həsən kişi dedi.
- Həsən dayı, biz 1988-ci ildən belə yaşayırıq. Bu uşaqlar bir vaxtlar qoşalülə ilə torpaq qoruyublar. Neçə illərdir rahat yataq, isti xörək üzünə həsrətdirlər. Biz öz gücümüzlə 15 erməni kəndini onlardan azad etmişik və bu kəndlərə nəzarət edirik. Mən sizə söz vermisdim ki, Mayılı azad edəcəyik. İndi sizə açıb söyləyirəm. Xocalıdan olan girov qızların və Mayılın azad edilməsi ücün hər sey hazırdır. Bizim kəşfiyyatçılar ölumə gedərək, 3 erməni gətiriblər. Onlardan biri Hadrutun ən sanbanlı adamlarindan biri olan Samvel Babayanın qardaşı Armik əlimizdədir. İkisi də əsgərdir. Mayılal siz danışmayın. Həyəcanlısınız. Qoy Sahib müəllim danışsın.
Razılaşdıq. Xəbər verdılər ki, bizimkilər artıq Armiki telestudiyaya gətiriblər. Yaman qorxur. Bizdən xəbər gözləyirlər.
Düz yarım saatın tamamında Edik rabitəyı çıxdı: - Əlisoy, Xocalıdan olan qadınları Valerik Ağdamda Allahverdi Bağırova qaytarıb. 8 nəfər idi. Ancaq Mayı burdadır. 10 dəqiqə sonra danışa bilərsən onunla. - Qulaq as Edik, mənə nağıl danışma. Onsuz da bunu yoxlayacam. Mən artıq sənə inanmıram. - Yaxşı. Mənə inanmısan. Onda inandığın bir adam var burda. De görum Hərəküldən Levonu tanıyırsan? - Futbolçu Levonu? - Bəli.
Levonun adını eşidəndə bir an duruxdum. Bu ad mənə uzaq keçmişi xatırlatdı. Levon Hadrutun Hərəkul kəndindən idi. Biz usaqlıq dostu idik. Yaşı və orta nəsil cəbrayıllılar onu yaxşı xatırlayırlar. Bir kəlmə yalan deyirəmsə, buyursunlar təkzib etsinlər. Levon Cəbrayıl yığma futbol komandasının məşhur 10 nomrəsi idi. Məşhur holland Kruifə oxşadığına (saç düzümü və oyun stilinə görə) onu Kruif adlandırırdıq. Təsəvvür edin ki, hətta Hadrut ermənilərinə qarşı oynayanda da Levon bizim komandada çıxış edirdi. Səfər oyunlarında mənim otaq yoldaşım idi. Sonuncu dəfə onu 1987-ci ildə görmüşdüm. Bu o vaxt idi ki, Aqambekyan məlum hadisələrlə bağlı çıxış etmişdi. Bir gün miliosdən mənə bir erməni saxladıqlarını dedilər və həmin erməninin məni görmək istədiyini söylədilər. Milisə o vaxt bizimlə birgə futbol oynayan Yadigar, Mehdi, Çingizlə birgə getdik. Bizi görəndə Levon ağladı. Bildirdi ki, bu hadisənin sonunu yaxsi görmür və buna görə Rostovdan gəlib ki, ata-anasını burdan aparsın. Rəisdən - rəhmətlik Rəsid Məmmədovdan xahis etdik ki, onu azad etsin. Yeri gəlmiskən, Levonla Mayıl azad ediləndən düz bir il sonra da üzbəüz gəldik. Bu da çox maraqlı görüş olub. İmkan olsa, bu haqda ayrıca söhbət edəcəm. Bütün bunlar gercək hadisələrdi.
Bunları ona görə xatırlatdım ki, hadisələri obyektiv qiymətləndirəsiniz. Ona gorə Edikdən Levonun adını esitdikdə bir az duruxdum. Axı o Rostovda olmali idi. Deməli, o da burda imiş. Mənə qarşı vuruşurmuş. Ona görə düsünmədən dedim:
- Edik, ola bilməz ki, Levon sizinlə birgədir. Əgər o mən tanıdığım Levondursa, onda desin ki, 1970-ci ildə Füzulidə "Qizil sünbül" kubokunda Ağdam-Cəbrayil oynunda hesab neçə olub? (həmin kubok oyununda Ağdam komandasında Milli Qəhrəman Allahverdi Bağırov (kapitan), Elbrus Abbasov, Adil Nadirov (indiki futbolçu Vuqar Nadirovun əmisi), qapıçı Sasa Babayev kimi fubolçular oynayırdı. Rəhmətlik Allahverdi ilə dostluğumuz o vaxtdan baslamışdı). Hər detalı deyirəm ki, bu söhbətə qiymət verəsiniz.
- Vaqif , mənəm Levondur. Hecab 2:1 oldu. Qolu da mən pas atdım, Cingiz vurdu. Mən sənə bir söz deyəcəm. Xocalıdan hal-hazirda burda bir qadın da yoxdur. Mən sənin Əlisoy olduğunu bilmirdim. Demək, Əlisoy sən imissən. Mən sənə başqa heç nə deməyəcəm. Məni bağısla.
Burda bir seyi qeyd edim. Məshur "Sısqaya" əməliyyatından sonra onunla cox maraqlı görüşümüz oldu. Məhz onun sayəsində rəhmətlik döyüşçülər Faiqlə Mirələmin meyitini geri almaq mümkün oldu, halbuki, ermənilərin onların meyitini qaytarmaq fikirləri yox idi. Bütun döyüsculərimiz, hətta ermənilər onların necə qəhrəmanlıla şəhid olduğunu mənə danısmışdılar.
- Levon, mənim sənə inanmamağa haqqım yoxdur. Son görüsumüz yadındadır? Sənə heç nə demirəm. Sadəcə üzbəüz gəlmək, gözlərinə baxmaq istəyirəm. İndi isə Edikə de, 10 dəqiqə sonra əlaqədə olsun. Bizim orda girov olan əsgərimiz Mayılla danışmaq istəyirəm. Ona da sürprizim var,-deyib əlaqəni kəsdim və blindajdan çıxdım. Dalımca rəis, Həsən dayı, Sahib, rota komandiri Maarif çıxdılar. Usaqlardan aralanmaq, hirsimdən doyunca ağlamaq istəyirdim. Diz üstə çökdüm. İçin-için ağlayırdım. Birdən Həsən dayınin səsini esitdim: - Oğul, deyirlər kiçi ağlayanda dəhsət olur. Ayağa dur, başını qaldır yuxarıdakı əsgərlərə bax. Onlar sənə inanırlar. Bir aya yaxındır ki, burdayıq. Hələ sənin haqqında bir dənə də pis söz esitmədik. Həbsdə olduğunu, başına nələr gəldiyini də bizə danışıblar. Mən öz oğluma görə demirəm, bu millətə görə nə cəkmisənsə, halal et. Nə yaxşı ki, sənin kimi adamlar var. Dur ayağa, sən diz çökməli oğul deyilsən. - Həsən dayı, sən get, biz indi gəlirik, -deyə rəis Məhərrəmov bizə yaxınlaşdı və o, uzaqlaşan kimi çiyinlərimdən tutub məni silkələdi: - Əlisoy, bir düşün ki, səni nə qədər adam efirdə dinləyir. Özünə gəl. Bura qədər gəlmisən. Mən səni beləe bilməzdim. Əgər Mayılı azad etsək, bu, bilirsən nə deməkdir? İndi dur efirə çıx. Bir sey deyim, basda Cəbrayil polisi, Cəbrayil camaatı sənin arxandadır. Möhkəm ol, efirdə də necə başlamısan, elə də davam et. Rəisin bu sözləri sanki məni yuxudan ayıltdı. Posta qalxdım, əlaqə yaradıb: - Edik, mən Vaqif Əlisoyam,-dedim. - Hə, eşidirəm. Mənə inandın. Mayıl burdadir. Danısmaq istəyirsən? - Əlbəttə, danışacam. Yəqin Samvel Babayan da yanındadır. İndi isə siz mənə qulaq asın.
Mərkəzlə əlaqə saxlayıb Armiki efirə çıxarmağı və bir kəlmə deməyini tələb etdim. “Mən Armikəm. Mənə yaxşı baxırlar. Ordakılara bir şey etsəniz, burda məni öldürəcəklər. Məni qurtarin!".
Armik ratsiyada bu sözləri deyib qurtaran kimi: - Mən Samvel Babayanam. Sərtlərini de. Nə istəyirsən? -deyə kimsə rabitəyə qoşuldu. Bildim ki, ox hədəfə dəyib. - Samvelsən, nəsən bilmirəm. Əgər orda bizim adamlara bir etsəniz, beş qat cavabın alacaqsınız. Nə yaxşı qardaşınla maraqlanırsan, ondan basqa bizdə iki əsgərinız var. Artasakdan. Bəs onlarla niyə maraqlanmırsan? Bəs deyirdiniz “özümüz döyüşürük”. Ermənistan ordusunun əsgərinin Qarabağda nə iti azıb? Nə etmisinizsə, qarşılığını alacaqsınız. İndi isə Edikə de, Mayılı efirə çıxarsın.
Mayılın səsini eşitdik:
- Mən Mayılam. Məndən narahat olmayın.
Oğlunun səsini eşidən Həsən dayı özünü itirdi. Rabitəyə yeznəsi Sahib qoşuldu: - Mayıl, danışan Sahibdir. Atan da burdadır. Necəsən? Bizdən narahat olma. Allah qoysa, görüşəyik.
Sonra Edikin səsi gəldi: - Artıq danışmağın nə mənası. Mayılı veririk, siz də Armiki və 2 əsgərimizi veririrsiniz. - Ay Edik, sən mənimlə şərtlə danışma. Qərarı mən verirəm. Mən bizim qadınların Valerik tərəfindən Allahverdi Bağırova verildiyinə tam əmin olduqdan sonra bu haqda danışarıq. - Demək, mənə inanmırsan? - Sizə inandıq ki, bu günə düşdük. Mən sənə xəbər verərəm - deyib rabitəni kəsdim.
Postdakı rabitəçilərə tapşırdıq ki, gizli kanalla digər postlara xəbər versinlər ki, efirdə artıq-əksik danışmasınlar və ermənilərin heç bir çağırışına cavab verməsinlər. Əks halda ciddi cəzalanacaqlar.
Ermənilərlə danışıqdan sonra rayon mərkəzinə qayıtdıq. Həsən dayıgili memanxanaya qoyub alaya getmək istəyirdik ki, Aydının çayxanasındakı adamların küçəyə çıxıb bizi gözlədiyini gördük. Sən demə çayxanadakılar “QAİ” maşınını saxlatdırıb ermənilərlə danışığa qulaq asırmışlar. Hamının üzündən sevinc hiss olunurdu. Bir azdan adamların sayı artmağa başladı. Həsən dayıgil də camaata qoşuldu. Cəbrayıllar arasında baməzəliyi ilə tanınan Niftalı dayı bu dəfə ciddi halda dedi: - Ay rəis, ay Əlisoy, bu camaat sizin o alçaqlarla danışığınızı eşitdi. Bu işdə əməyi olan hər kəsə bu camaat adından minnətdarıq. Əlisoy da maşallah oğraşların cavabını yaxşı verdi. Demək, o alçaq Levon da (dediyim kimi, cəbrayıllılar onu yaxşı tanıyırdı) əlinə silah alıb. Cəbrayılın çörəyi onun burnundan gələcək. O göyçaylı oğlan azad edilən gün bir heyvan mən qurban kəsəcəm.
Bu sözləri göz yaşı ilə dinləyən Həsən dayı rəis Məhərrəmovu və məni qucaqlayıb üzünü camaata tutdu: - Camaat, artıq bir aya yaxındır ki, Cəbrayıldayıq. Bu adamların nələr çəkdiyini sözlə demək çətindir. Mən hamınıza burda açıq deyəcəm. Oğlumun azad olunması üçün ermənilər bizdən külli miqdarda pul tələb etmişdilər. Bütün qohum-əqraba toplaşıb müəyyən qədər pul və qızıl-zinət əşyaları topladıq. Füzulidə bəxtimiz gətirmədi. Cəbrayıla gəldik. Burda bizi yüksək səviyyədə qarşıladılar. İnanin Allaha, bizdən o pulu almadılar. Hadrudda saxlanan Xocalı qızlarının və oğlumun azad edilməsi üçün sizin alayın döyüşçüləri ölümə getdilər. Yəqin ki, Əlisoyun ermənilərlə danışdığını eşitdiniz. Siz cəbrayıllılara belə oğula görə minnətdaram. Burda olduğumuz müddətdə cəbrayıllıların bizə etdiyi hörməti heç vaxt unutmarıq. Göyçaylılar sizin bu yaxşılığın əvəzini heç cür ödəyə bilməz. Eşq olsun sizlərə.
Alqış səsləri ətrafı bürüdü. Bizd ə maşına minib alaya yola düşdük. Birlikdə qərara gəldik ki, Ağdamla -Allahverdi Bağırovla əlaqə saxlayıb, dəqiqləşdirək ki, doğrudanmı Valerik Hadrutda saxlanan Xocalı qızlarını Allahverdiyə qaytarıb…
Ağdamda vəziyyət gərgin olduğundan Allahverdi ilə yalnız may ayının 4-də əlaqə yarada bildik. Allahverdi təsdiq etdi ki, 15 gün əvvəl Valerik həmin qızları ona qaytarıb. Ancaq dəqiq deyə bilməz ki, ermənilərdə başqa qadınlar qalır, ya yox? Bir neçə saatdan sonra xəbər verə bilər. 2 saatdan sonra zəng edib bildirdi ki, ermənilər düz deyir. Azad edilən qadınlarla görüşüb. Orada onlardan başqa Göyçaydan Mayıl Məmmədov adlı bir əsgərimiz əsir saxlanılırmış. Ermənilər ona dəhşətli işgəncələr verib, dəmir xaçı qızdıraraq sinəsinə basıblar. Onun başını kəsməklə hədələyirlər.
Allahverdi ilə məlumatı dəqiqləşdirdikdən sonra birlikdə qərara gəldik ki, mən rabitə yaradıb Mayılla Samvel Babayanın qardaşı Armiki dəyişək. Əgər ermənilər Artaşakdan olan əsir əsgərlərini də istəsələr, bunu qəbul etməyək. Çünki bilirdik ki, Samvel Babayan qardaşı üçün hər şey edəcək. Hadrutda onun sözünü eşitməyən adam yox idi. Həm də keçən dəfə danışıqda hiss etmişdim ki, onları yalnız Armik maraqlandırır.
May ayının 6-da hava telefonu ilə əlaqəyı çıxdım.
- Edik, mən Vaqif Əlisoyam. 1 saatdan sonra efirdə ol,- dedim.
Düz bir saatın tamamında efirdə Edikin səsini eşitdim: - Əlisoy, eşidirəm. Nə deyirsən? Dediklərimi yoxladın? - Qulaq as Edik. Mənim siz ermənilərə inanmamağa haqqım var. Amma indi buna nə vaxtım, nə də imkanım var. Təklifim budur, Mayılı verirsininiz, əvəzində Armiki qaytarırıq. Başqa təklif müzakirə olunmayacaq. - Bəs o əsgər? - Mən dedim axı başqa təklif olmayacaq. - Onda bir az gözlə, mən böyüklərlə danışım.
Mən əmin idim ki, onlar razılaşacaqlar. Ortada Samvel Babayan amili var idi. Səhv etməmişdim. Edikin səsini eşitdim: - Əlisoy, biz razıylq. Dəyişmə nə vaxt və harada olsun. - Mən sənə xəbər verəcəm, - deyib efirdən cıxdım.
Məqsədim bu idi ki, onlari ayağımıza gətirim. Buna da artıq nail olmuşdum. Rayon mərkəzinə qayıtdım. Mənə İcra Hakimiyyətindən 1-ci müavin Heyran Kalbalıyeva xəbər verdi ki, sabah - mayın 7-də Bakıdan AzTV-nin və xarici ölkələrin jurnalistləri gələcək. Ayın 7-də səhər saat 10-da İcra Hakimiyyətindən dalımca maşın göndərdilər. Bakıdan gələn qonaqlar icra başçısı rəhmətlik Abbasqulu müəllimin kabinetində idilər. Koməkçi dərhal içəri keçməyi xahiş etdi. Kabinetdə rəis və alay komandirindən başqa 1 qadin və 3 kişi var idi. Abbasqulu müəllim məni onlara təqdim etdi: - Tanış olun. Vaqif müəllim bizim Təhsil Şöbəsində metodist işləyir. Nə lazımdır, o, sizə deyəcək. Qonaqlarla həyətə düşdük. Əynimdəki hərbi formaya baxıb öz aralarında nə isə danışırdılar. Onlardan biri mənə yaxınlaşıb dedi: - Mən Vaqif Kərimovam. Az.TV-nin əməkdaşıyam. Dövlət mükafatı laureatıyam. Əcnəbiləri sizin müəllim ola-ola hərbi forma geyməyiniz və silah gəzdirməyiniz maraqlandırır. Mən başa düşürəm, bəlkə onlara bir neçə kəlmə deyəsiniz.
Razılaşdım. Nə üçün əlimə silah aldığımı və öz sevdiyim peşəmdən uzaq düşməyimin səbəbini açıqladım. Bildirdim ki, bizə qarşı Dağlıq Qarabağda erməni terroristləri və Ermınistan dövləti, onların arxasındakı Rusiya vuruşur. Bunlar bizim azad və müstəqil yasamağımızı istəmirlər. Yəqin Xocalıda baş verənlərdən xəbərdarsınız. Xocalı soyqırımı insanlıq adına bir ləkədir. Ancaq dünya bunu sakitcə seyr edir. Əgər bu gün bunların qarşısı alınmasa, sabah gec olacaq (bu gün o vaxt dediyim təsdiqini tapır). İndi sizi polisə aparacağıq. Ermınistan dövləti dünyaya car çəkir ki, Qarabağda onların əsgəri yoxdur. Bizdə inların 2 əsgəri var. Özünüz dindirin. Həqiqəti çəkin və göstərin. Bizim heç kəsin torpağında gözümüz yoxdur.
Əcnəbilərlə bu söhbəti AzTV əməkdaşları lentə alırdı. İcra Hakimiyyətindən polisə gəldik. Hər iki erməni əsgərini rəhmətlik Firat müəllimin (polis rəisinin müavini) kabinetinə gətirdilər. Onlar Ermənistan ordusunun əsgərləri olduqlarını, Qarabağa təzə gəldiklərini, hərbi əməliyyatlarda iştirak etmədiklərini, zorla gətirildiklərini, onlarla yaxşı rəftar edildiyini bildirdilər.
Polisdə çəkilişdən sonra qonaqlar əhali ilə görüşüb, bəzi postlarımızda olub əsgərlərimizlə səmimi söhbət etdilər. Çəkilişlər bitdikdən sonra AzTV-nin əməkdaşı Vaqif Kərimov və əcnəbilər təşəkkür edib bildirdilər ki, artıq işlərini bitiriblər və Bakıya qayıtmalıdırlar. Əcnəbilər ölkələrinə uçmalı idilər. Vaqif Kərimov isə çəkdiklərini "Günün xəbərləri"nə çatdırmalı idi .Doşulu Əlinin kababxanasında yaxşı bir qonaqlıq verib qonaqları Bakıya yola saldıq. Vaqif Kərimov da söz verdi ki, çəkdiklərinin hamısını televiziyada verəcək. Doğrudan da axşam "Xəbərlər"in xüsusi buraxılışında çəkdiklərinin hamısını göstərdilər.
Bizi isə sabah ağır gün gözləyirdi. Bərk yorulmuşdum. Yatmaq istəyirdim. Rəisdən xahiş etdim ki, alayın rabitəçiləri Ediklə əlaqə saxlayıb efirdə olacağımı desinlər.
Səhəri dirigözlü açdım. Çöx həyəcanlı idim. Bu, çox riskli bir əməliyyat idi. Bunu o vaxt belə əməliyyatlarda iştirak edən hər kəs təsdiq edə bilər. Dəfələrlə bu əməliyyatlar zamanı təxribatlarla üzləşmişdim. Alay komandiri Yusifov, polis rəisi Məhərrəmovla birlikdə əməliyyat planı hazırlandı. Əməliyyatda həm polisin, həm də alayın ən seçmə döyüşçüləri iştirak etməli idi. Bütün postlara xəbərdarlıq edildi ki, hər bir vəziyyətə hazır olsunlar. Bütün hazırlıq prosesi başa çatdıqdan sonra telestudiyadan efirə çıxdım: - Edik, mən Əlisoyam. Elə bil məni gözləyirmiş. Həmin an da cavab verdi; - Əlisoy, eşidirəm. Harda gorüşürük? - Edik, həməşki yerdə. (Füzuli rayonu ərazisində Köşbək deyilən yeri, Qaradağlı kəndinin yaxınlığını nəzərdə tuturdum). Yəqin ki, görüş vaxtı bir hadisə baş verməyəcək. - Biz hazırıq. Görüş yerinə həmişəki kimi silahsız gələcəksən. - Narahat olma. Biz sözümüzü tutan kişiyik. - Ara yenə başladın? - Yaxşı 30 dəqiqə sonra Qaradağlıdan səninlə əlaqə saxlayacam.
Danışığı bitirdim. Mayılın atası xüsusilə həyəcanlı idi. Qabağıma yeridi. Onu qucaqlayıb ancaq bunları deyə bildim: - Mən sizə söz vermişdim.Allahın köməyi ilə bu gün oglunu görə biləcəksən. - Mən bir ata kimi gecə-gündüz sənə dua edəcəm. - Həsən dayı, mənə yox, oğlunun azad olunması üçün özünu ölümə atan bu oğullara (əlimlə bizi gözləyən əsgər və polisləri göstərdim) dua edərsən. Bu, çətin əməliyyətdır. Onlardan sağ qayıtmayan da ola bilər. Onlar hər gün ölümlə üz-üzədir. İndi isə maşınlara…
Artıq 30 dəqiqə sonra Qaradağlıdaydıq. Burada bizi Qaradağlıdakı batalyonun əsgərləri gözləyirdi. Ərazi onların olduğundan həmişə birllkdə hərəkət edirdik. Bibim qızının yoldaşı Sahib də burda idi. O, uzun müddət Hadrutda işləmişdi və ermənicə təmiz danışırdı. Həmişə bizə yardımçı olurdu. Qaradağlıdakı əsgərlərin komandiri ətrafı yoxladıqlarını və hər şeyin nəzarətdə olduğunu bildirdi. Rəis öz uşaqlarımızın - snayperlərin yerləşdirılməsini əmr etdi.
Hərbi formanı soyundum və mülki paltar geyindim. Erməniər məni mülki səxs kimi tanıyırdılar. Görüşə hazırda Ukraynada yaşayan İlqar Salmanoğlu ilə getməli idim. O əlbəyaxa döyüş ustası idi və 1988-ci ildən döyüşürdü. Getmək istəyirdik ki, rəis əlindəki “Makar” tapançasını mənə uzadıb dedi: - Hər ehtimala qarşı köynəyin altına qoy. Bu oğraşlara inanmaq olmaz. Snayperlər də sizi qoruyacaq. Allah amanatında. Haydı.
Bizim postları keçib neytral zonaya yaxınlaşıb əl işarəsilə bizimkilərə işarə etdik ki, Edikə desinlər ki, biz lazımı yerdəyik. Bir az keçmişdi ki, 3 hərbi formalı efməni bizdən 100 m məsafədə dayandı. Biri Edik, o biri rusların Hadrutdakı sərhəd dəstəsində vaxtı ilə rota komandiri olmuş, indi isə burdakı ermənı birləşməsinin komandiri Ruben Arutunyan idi. Üçüncünü tanımadım. Amma ürəyimə damdı ki , Samvel Babayandır. Ediklə Babayan və mənlə İlqar bir-birimizə yaxınlaşdıq. Üzbəüz gələn kimi Babayan soruşdu: - Qardaşım hanı? - Nə qışqırırsan? Qardaşından ötrü belə darıxmısan? Qorxma burdadır. Bir də ki, mən Ediklə danışıq aparıram. Sən müdaxilə etmə. Sənə söz veriləndə danışarsan. Edik, de Mayılı gətirsınlər, mən də deyirəm Armiki gətirsinlər! Mənim sizinlə söz güləşdirməyə nə vaxtım, nə də həvəsım var, - dedim. Hər iki tərəfdən girovları gətirdilər. Daha ləngimək olmazdı. Mayılı götürüb neytral zonadan uzaqlaşdıq. Oz postumuza yaxınlaşmışdıq ki, Mayıl diz çöküb torpağı öpməyə başladı. Döyüşçümüz İlqar onu qucaqlahıb ayağa qaldırdı. Çox təsirli səhnə idi. Lap kinolarda olduğu kimi. Mayıl özünə gəlib dedi: - Vaqif müəllim, hər dəfə sizin səsinizi eşidəndə yaşamağa inamım artırdı. Çox sağ olun. Atamgil də burdadır? - Burdadır. Burdan uzaqlaşmaq lazımdır. Bunlardan nə desən gözləmək olar.
Postumuzu keçib məktəbdə yerləşən Qaradağlı batalyonuna gəldik. Buradakı qələbəliyi görməyə dəyərdi. Ata-balanın görüşünü təsvir etməyə söz də acizdir. Ölüm görmüş döyüşçülər belə, göz yaşlarını saxlaya bilmirdilər. Qaradağlıdakı uşaqlara təşəkkür edib Cəbrayıla yola düşdük.
Yolüstü Çərəkən kəndinə - qayatam Mustafa kişigilə döndük. Mayılı sağ-salamat gətirdiyimiz üçün bir qoyun kəsib, əlüstü bır-iki tikə yeyib, yolumuza davam etdik. Yolda ikən növbətçi polis ratsiya ilə xəbər verdi ki, rayon mərkəzində izdiham var. Axşam televiziya ilə verilişi izləyən, Mayılın azad olduğunu eşidən yerli əhali, digər rayonların sakinləri Polis Şöbəsinin qarşısına toplaşıblar.
Vaqif Əlisoy
Doğrudan da, bizi 1000-ə yaxın adam alqışlarla qarşıladı. Mayılı atıb-tuturdular. Ona müxtəlif şəkillər göstərirdilər. Hər kəs Mayıldan yaxınlarını əsirlikdə görüb-görmədiyini soruşurdu. Hamıya cavab verə bilmirdi. Onu rəisin kabinetinə apardıq. Orada başına gələnlər haqda müsahibə Verdi, çəkiliş apardıq. Sonra küçəyə- izdihamın qarşısına çıxdıq. Rəis məsləhət gördü ki, camaata nəsə demək lazımdır. Hardansa səsgücləndirici gətirdilər. Səsgücləndiricini əlimə alıb üzümü camaata tutdum: - Əziz cəbrayıllılar, hörmətli qönaqlar, ən əvvəl göyçaylı əsgərimizin azad olünmasında əməyi ölan hər kəsə təşəkkür edirəm. Xüsusilə alayımızın əsgərlərini qeyd etməliyəm. Onlar həyatları bahasına bu əməliyyatı hazırlayıb peşəkarcasına həyata keçirdilər. Yəqin Hadrutda bizim girovlarln, xüsusilə qadınların saxlandığını bilirdiniz. Bu, bizi çox narahat edirdi. Cəbrayıl hərbçiləri heç bir kömək olmadan 15 kəndi ermənı separatçılarından itki vermədən azad edib və bu gün də həmin ərazilərə nəzarət edirik. Həmişə önlara layiqli cavab vermişik.Amma bir şeyi də bilin, biz erməniyə qarşı deyil, onun arxasinda olan Rusiyaya qarşı vuruşuruq. Bildiyiniz kimi Şayax yuksəkliyi bizdə idi. Məhz ruslar o postu bizdən alıb ermənilərə verdilər. İndi ordan bizi atəş altında saxlayırlar. 20 yanvarı və Xocalını unutmaq olmaz. Xocalının qisası alınmayınca, heç kəsin başını qaldırmağa haqqı yoxdur. Bizdə 2 erməni əsgəri var idi . Onları Xocalıdan olan girov qızlarla dəyişmək istəyirdik. Ancaq dəqiqləşdirdik ki, girovlar Ağdam Xalq Cəbhəsinin sədri Allahverdi Bağırov tərəfindən azad edilib. Ermənilər bizim girovlara olmazın işgəncələr verirlər. İndi bizdə olan erməni əsgərlərini bura gətirəcəklər. Bir saatlığa onları sizə verəcəm. Hansı işgəncəni verirsiniz verin.
Bu sözləri deyib, rəisdən xahiş etdim ki, polislərə əmr etsin, əsir erməniləri gətirsinlər. Erməniləri gətirdilər. Onlar izdihamı görüb qorxudan əsirdilər. Dediklərimin onlara tərcümə esilməsini istədim. Onlara izah edəndə ki, etdikləri vəhşiliklərə görə bu camaata cavab verəcəklər, erməni əsgərlər ayaq üstə az qala öldülər. Üzümü camaata tutdum: - Buyurun, təhvil alın. Yerbəyerdən səslər eşidildi: - Əşi yazıqdırlar. Görmürsünüz ayaq üstə olüblər. - Kimdir yazıq? Bunlardır yazıq? - deyib erməniləri qabağa itələdim. Sonra Mayılı qabağa çəkdim: - Bura gəl, Mayıl, - dedim, - aç sinəni. İndi baxın, diqqətlə baxın. Bəs bu, yazıq deyilmi? Görürsünüz sinəsinə basılmış xaç şəkilli dağı? Qollarını, ayaqlarını qırıblar, bədənindən külqabı kimi istifadə ediblər, damarına kerosin vurublar. Gözünün qabağında qız-gəlinlərımizin başına min bir oyun açıblar. Bəs o, biz insan deyilik. Bir əsrdə bu şərəfsizlər üç dəfə bizə bu dəhşətləri yaşadıblar. Biz niyə ayılmırıq? Çixarın qəlbinizdən bu mərhəmət hissini. Bununla düşmənə qələbə çalmaq olmaz!
Erməni əsgərlərini kameraya apardılar. Sonra söz Mayılın kürəkəni Sahibə verildi. Çox təsirli danışdı.Sonda dedi : - Bir aydan artıq Cəbrayılda olduq. Sizdən ancaq hormət gördük. Hər birinizin qarşısında baş əyirəm. Kaş hər bir azərbaycanlını ürəyi bu elin igidlərinin ürəyi kimi VƏTƏN sevgisi ilə dolu olsun. Eşq olsu Sizə.
Hamı onu alqışladı. Sonra Çinar kəhrizinə getdik. Buz kimi suyu dəmir qabla doldurub Mayılın atasına - Həsən dayıya uzadıb dedim: - Həsən dayı, bu sudan için. Sizə söz vermişdim axı! Suyu içdikdən sonra rəis 3 polis ayırdı və qonaqları Göyçaya yola saldıq. Cox xosbəxt idim.
Bu xatirəni danışmazdan əvvəl Mayılla danışıb razılığını almışdım. Atasının rəhmətə getdiyinə üzüldüm. Başsağlığı verib səbir dilədim. Allah Azərbaycanımızı qorusun. Səhidlərımizə rəhmət eləsin. Allah bizə imkan versin ki, onların intiqamını ala bilək!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?