GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ziya Məmmədovla bağlı gərgin aylar başlayır

Ziya Məmmədovla bağlı gərgin aylar başlayır

Tarix: 16-03-2015, 11:42 Bölmə :Ölkə Baxış: 0
Ziya Məmmədovla bağlı gərgin aylar başlayır

Nəqliyyat naziri ilə bağlı yeni plan işə salınıb; onun yaxın ətrafı hədəfdədir

Nəqliyyat naziri Ziya Məmmədov və yaxın ətrafı ilə bağlı gərgin həftələr başlayıb. Çox böyük ehtimalla Ziya Məmmədov və rəhbərlik etdiyi nazirliyin son 3 ildəki fəaliyyəti rəsmi şəkildə dərindən araşdırılacaq.

Bu sözləri «Gündəm Xəbər»ə hakimiyyətə yaxın məlumatlı şəxs deyib. Onun sözlərinə görə, Ziya Məmmədovun ötən ay yaxın ətrafının yenidən vəzifələrlə ətyin olunması ilə bağlı verilən sərəncamlar onun rəqiblərini sərt addımlar atmağa sövq eləyib.

Mənbənin sözlərinə görə, son bir neçə ay ərzində Ziya Məmmədov, oğlu Anar Məmmədov, deputat qardaşı Elton Məmmədov və onun övladları haqda mətbuata ötürülən kompromatların artması da təsadüfi deyil: «Atıq Ziya Məmmədovla bağlı «düymə» basılıb. Nəqliyyat naziri Ziya Məmmədov və

yaxın çevrəsinin təsir dairələri nəinki azaldılır, hətta onların qurduğu iqtisadi və siyasi təsir imperiyasının tamamilə çökdürülməsi də qaçılmaz hala gəlib. Bunun əsas səbəbi isə Ziya Məmmədovun hakimiyyətlə bağlı buraxdığı çox ciddi siyasi səhvdən qaynaqlanır».

Məlumatlı şəxs deyir ki, Ziya Məmmədovun qardaşı oğlu ilə bağlı ən ilginc foto-faktların dövriyyəyə buraxılmasına paralel olaraq, nazirin özünün şəxsi və ictimai fəaliyyətinin də son aylar daha qabarıq şəkildə «nişangah»a gətirilməsi də siyasi zəmində buraxılan səhvdən qaynaqlanır: «Bəli, hakimiyyətdə artıq inanırlar ki, Ziya Məmmədov parlamet seçkiləri ərəfəsində Rusiyada təşkilatlanmış «Milyarderlər ittifaqı» ilə gizli təmasa keçib. Və o «Ast Telman» adıyla tanınan Telman İsmayılov vasitəsiylə Rusiyadakı milyonçuların Azərbaycandakı proeyktində yer alıb. Lakin Ziya Məmmədov da digərləri kimi, arxa planda saxlanılıb. Əgər Rusiyadakı iş adamlarının layihəsi uğurla davam edəcəksə, o zaman Ziya Məmmədovun üzə çıxması təmin ediləcək. Hər halda Abbas Abbasovla bağlı son aylar yaranan siyasi təlatüm Ziya Məmmədovla bağlı hakim düşərgədəki çoxluqda bəli bir rəy yaradıb. Elə ona görə də ona qarşı hücumların bundan sonra intensiv xarakter alacağı şübhə doğurmur. Buraya son bir ay ddaa onun yaxın adamlarının gələcəyini təminat alıtna altına alan sərəncamların verilməsini də əlavə etsək, o zaman vəziyyəti anlamaq çətin deyil».

Məlumatlı şəxsin sözlərinə görə, Ziya Məmmədovun yaxın ətrafı ilə bağlı verilən sərəncamlar cəmiyyətdə müəyyən fikir yaradıb: «Amma cəmiyyətdə çoxları düşünmür ki, onun yaxın ətrafının yeni vəzifələrlə təyin olunması ilə bağlı verilən sərəncamlardan xeyli əvvəl, Nəqliyyat Nazirliynin səlahiyyətlərinin məhdudlaşdırılması qərarları da olub. Bilirsiniz ki, bir qədər əvvəl paytaxtın sərnişindaşıma nəqliyyatı Ziya Məmmədovun nəzarətindən çıxarılıb. Ötən il isə Ziya Məmmədovun səlahiyyətləri bir qədər də məhdudlaşdırıldı. Əgər şəhərdaxili nəqliyyat Hacıbala Abutalıbovun sərəncamına verildisə, budəfəki həmlədə isə Ziya Məmmədov Ramil Usubova məğlub etdirildi. Belə ki, Nazirlər Kabinetinin qərarıyla "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların

hərəkətinə xüsusi icazənin verilməsi Qaydası”nda dəyişiklik olundu. Dəyişikliyə əsasən, bundan sonra Daxili İşlər Nazirliyi də avtomobil yollarının istənilən sahəsində və nəzarət postlarında (məntəqələrində) xüsusi ölçü alətləri və cihazları ilə bu cür nəqliyyat vasitələrinin faktiki qabarit ölçülərinin yoxlanılmasını, stasionar və daşına bilən xüsusi avtomobil tərəziləri vasitəsilə ümumi kütləsinin və oxlara düşən ağırlığının təyin edilməsini həyata keçirəcək. Bu isə həm də Ziya Məmmədovun geniş təsir imkanlarının minimuma endirilməsi və onun ekstremal vəziyyətdə təxribata əl atmaq imkanlarını məhdudlaşdırmaq deməkdir».

Müsahibimizin sözlərinə görə, çevrəsi və səlahiyyəti daraldılan Ziya Məmmədovu portfelsiz nazirə çevirdikdən sonra ən «vurulması» heç bir narahatlıq yaratmayacaq: «Diqqət edin, Ziya Məmədovun ən yaxın adamı sayılan Arif Əsgərov nazir müavini təyin olunsa da, onun konkret hansı sahəni kurasiya edəcəyi bəli deyil. Hətta ona bir ay ərzində hələ də otağın ayırlmaması da bəzi məqamlara işıq sala bilər. Yəni göründüyünün əksinə olaraq, Ziya Məmmədov bu proseslərdən güclənərək, çıxmayıb. Tam əksinə, onun ətraf həlqələri daraldılıb. Artıq Nəqliyyat Nazirliyi sisteminə Ziya Məmmədovun iradəsindən kənar kadr təyinatlarına da hazırlıq bitmək üzrədir. Yaxın həftələrdə Nəqliyyat Nazirliyində ciddi dəyişikliklər həyata keçirməklə yanaşı, Ziya Məmmədovla uzun illər yol gələn və onun korrupsiya şəbəkəsində önəmli status daşıyanlar da uzaqlaşdırılacaq».

CƏFƏR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aynar Məmmədov nazir əmisinin başına dərd açıb - “düymə” basıldı

    Aynar Məmmədov nazir əmisinin başına dərd açıb - ...

    10-05-2014, 13:29

  • 
  • Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı

    Ziya Məmmədovun qardaşı da işdən çıxarıldı ...

    5-10-2015, 21:39

  • 
  • Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib

    Ziya Məmmədovun qardaşı vəfat etdi - Yenilənib ...

    15-09-2016, 16:50

  • 
  • Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin yeni vəzifəsi nə olacaq?

    Ziya Məmmədov nazir postu ilə vidalaşır - Nazirin ...

    17-08-2015, 16:18

  • 
  • Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina edir? - Sensasion iddia

    Ziya Məmmədovun oğlu ölkə vətəndaşlığından imtina ...

    9-06-2016, 01:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (410)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu