GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Arvadını namaz qılan yerdə boğdu

Arvadını namaz qılan yerdə boğdu

Tarix: 16-03-2015, 12:39 Bölmə :Ölkə Baxış: 0
Arvadını namaz qılan yerdə boğdu

Bakıda ailə münaqişəsi zəminində arvadını xüsusi amansızlıqla öldürən 36 yaşlı kişi cəzalandırıldı

Bakı Apellyasiya Məhkəməsində keçmiş həyat yoldaşını boğaraq öldürən 1979-cu il təvəllüdlü Emin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, qətl hadisəsi 2014-cü il mayın 27-də Sabunçu rayonu Pirşağı qəsəbəsində məcburi köçkünlərin yaşadığı “Alov” düşərgəsində baş verib.

Tərtər rayon sakini 35 yaşlı Emin Heydərov keçmiş həyat yoldaşı, Zəngilan rayon sakini 27 yaşlı Şəlalə Nağıyevanı namaz qıldığı yerdə boğaraq qətlə yetirib. Hadisəni törətdikdən sonra Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsinə gəlib könüllü şəkildə təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq materialları toplanaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə Emin Heydərov 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Heydərov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bu səbəbdən də onun barəsində olan cinayət işi Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Emin Heydərov ifadə verib. O, keçmiş həyat yoldaşını öldürdüyünü etiraf edib: “Mən ailəmə baxırdım. Əks halda, onun məndən ayrılmaq istəməsini asanlıqla qəbul edərdim. Amma o, anasının fikri ilə evdə söz-söhbət yaradırdı. Evim olmadığına görə kirayədə yaşayırdıq. Özüm fəhlə işləyirdim. Gah pulum olurdu, gah olmurdu. Ona görə də kirayə haqqını gecikdirirdim və bu səbəbdən də aramızda problem yaranırdı. O, mənimlə boşanmaq istədiyini deyəndə səbəbini soruşdum. Cavabında dedi ki, “sərbəst olmaq istəyirəm”. Ola bilər əsəbiləşib deyib ki, mən ondan asanlıqla əl çəkim. Çünki onun məndən ayrılmasına imkan vermirdim. Hətta ayrılan gün məhkəmənin qarşısında mübahisə etdik. Cəhdlərimə baxmayaraq, Şəlalənin istəyi ilə biz rəsmi qaydada ayrıldıq. Ayrılandan iki gün sonra isə onu öldürdüm”.

“Naqillə boğdum”

Təqsirləndirlən şəxs daha sonra qeyd edib ki, cinayətin baş verməsinə səbəb Şəlalə Nağıyeva ilə arasında uşaq üstündə yaranan mübahisə olub: “Məhkəmə mənə 8 aylıq

övladımı görməyimlə bağlı icazə vərəqi verib. Ayrılandan iki gün sonra, yəni hadisə baş verən gün övladımı görmək bəhanəsi ilə Şəlalənin anasının yaşadığı evə gəldim. Evdə Şəlalə və onun bacısının qızı vardı. Uşaq da yatırdı. Yenə də Şəlalə ilə mübahisəmiz düşdü, çünki onun məndən ayrılmasını heç cür qəbul edə bilmirdim. Məndən onlara gəlməyimin səbəbini soruşdu və ondan əl çəkməyimi tələb etdi. Mən də dedim ki, sənə görə yox, övladımı görməyə gəlmişəm. O, mənə əhəmiyyət vermədən yan otağa keçdi. Pəncərədən baxanda gördüm ki, üzü divara namaz qılır. Mən də həmin otağa girdim. Xəbəri yox idi. Onun başı qarışmışdı. Divanın üstündəki naqili götürüb, arxa tərəfdən onun boynuna keçirdim və naqillə boğdum. Hadisəni törətdikdən sonra bir qədər gözlədim. Öldüyünə tam əmin olandan sonra özüm polisə gedərək təslim oldum”.

“4 il idi ki, Eminlə ailə qurmasına baxmayaraq, o, tez-tez küsüb evə gəlirdi”

İş üzrə daha sonra zərərçəkmış qismində Şəlalə Nağıyevanın anası dindirilib. Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra 1993-cü ildən Pirşağıda sanatoriyanın həyətində məskunlaşıblar. Qadın

bildirdi ki, övladları ailə qurandan sonra həmin evdə həyat yoldaşı ilə birlikdə yaşayıb. Bir müddətdən sonra həyat yoldaşı onu atıb çıxıb gedib və qadın böyük qızının övladı ilə birlikdə yaşayıb. Bu müddət ərzində qızı Şəlalə həyat yoldaşı Eminlə yola getmədiyindən tez-tez dalaşıb anasının evinə gəlib: “Şəlalə 4 il idi ki, Eminlə ailə qurmasına baxmayaraq, tez-tez küsüb evə gəlirdi. O, qızımı döyürdü, ona baxmırdı. Nə də 8 aylıq körpəsinə baxırdı. Ac-susuz qalırdılar. Körpə uşağa yemək almırdı. Məcbur olub mən uşağa yemək alırdım, evə də bazarlıq edirdim ki, ac qalmasınlar. Amma o, qızımı yenə də yola vermirdi. Onlar kirayədə yaşayırdılar. Evin kirayə pulunun vaxtı gələndə günlərlə evdən çıxıb gedirdi. Bir müddət keçənədən sonra yenə gəlib üzr istəyib qızı aparırdı. Sonuncu dəfə qızım bezdi və qəti şəkildə ondan ayrılacağını bildirdi. Mən də razılıq verdim. Cünki qızımı öz evində döyməsi azmış kimi, gəlib mənim də evimdə döyürdü. Qışqır-bağır salırdı, qonşularımın yanında bizi biabır edirdi”.

“Məhkəmənin qarşısında qızımı təhdid edib, onu öldürəcəyini bildirdi”

Beləliklə, Şəlalə Nağıyeva ayrılmaq üçün məhkəməyə müraciət edib. Lakin həyat yoldaşı Emin Heydərov onu

bu yoldan çəkindirmək üçün onunla gah mülayim, gah da hədə-qorxu ilə danışırdı. Şəlalə Nağıyevanı isə fikrindən daşındırmağa nail ola bilmədi. Şəlalə ondan ayrılmaqda fikrinin qəti olduğunu bildirdi. Beləliklə, hadisə baş verəndən iki gün əvvəl onlar məhkəmənin qərarı ilə rəsmi qaydada ayrıldılar: “Boşanan gün məhkəmənin qarşısında o, hər kəsin qulağı eşidə-eşidə qızımı təhdid etdi. Onu öldürəcəyini bildirdi. Hadisə baş verən gün evdə deyildim, işdə idim. Qonşular zəng edib xəbər etdilər. Amma hadisə barədə heç nə demədilər. Evə gələndə gördüm hamı həyətə yığılıb, qarışıqlıqdır. Elə bildim uşağa nəsə olub. İçəri keçəndə qızımı yerdə ölmüş vəziyyətdə gördüm”.

“Həyətdə qışqırıq səsi gəldi”

Şahidlər Şəlalə Nağıyevanın həyat yoldaşının onu yola vermədiyini, tez-tez anasının evində belə hücumlara məruz qoyduğunu təsdiqlədi. Bildirdilər ki, hər dəfə o, küsüb anasının evinə gələndə Emin Heydərov da həyat yoldaşının arxasınca gəlib, həyətdə hay-küy salırdı, onunla dalaşıb çıxıb gedirdi. Lakin hadisə günü Emin Heydərovun çirkin əməli barədə qonşulara Şəlalə Nağıyevanın 6 yaşlı bacısı qızı məlumat verib. Şahid qismində dindirilən Şəlalə Nağıyevanın qonşusu Nəcibə

Əsgərova bildirdi ki, ilk köməyə gələn o olub: “Biz bir həyətdə yaşadığımız üçün evdən gələn səs-küyü eşitdim. Əhəmiyyət vermədim ki, ailə məsələsidir. Onsuz da Emil onlara gəlib hər gün Şəlalə ilə mübahisə edirdi. Düşündüm ki, yəqin yenə söz-söhbət yaranıb. Birdən həyətdə qışqırıq səsi gəldi və həyətə çıxdım. Gördüm Şəlalənin bacısının 6 yaşlı qızı ağlaya-ağlaya üstümə gəlir. Dedi ki, xalamı öldürüblər. Sorüşdum kim, dedi Emin öldürdü. Bu xəbərdən mən özümü itirdim və tez o biri qonşulara məlumat verdim. İçəri girəndə Şəlaləni yerdə ölmüş vəziyyətdə gördüm. Emil isə artıq mən gələnə qədər qaçıb getmişdi”.

“Naqil boynuna sarılıb və boynunun ətini kəsmişdi”

Şahid qismində məhkəmənin suallarının cavablandıran Şəlalə Nağıyevanın digər qonşusu Vüsalə Əhmədovanın sözlərinə görə, o, hadisə yerinə gələndə artıq gec idi: “Şəlaləni yerdə ölmüş vəziyyətdə görüb içəri girməyə ürək etmədim. Gördüm naqil boynuna sarılıb və boynunun ətini kəsib. Təcili Tibbi Yardıma zəng elədim. Onlar gələndə, artıq gec idi. Həkim əli ilə Şəlalənin nəbzini yoxladı və dedi ki, artıq keçinib”.

Daha sonra prosesdə dövlət ittihamçısı çıxış edərək bildirib ki, Emin Heydərovun apelyasiya şikayəti üzrə

hökmün dəyişdirilməsi üçün əsas yoxdur. O, apelyasiya şikayətinin təmin edilməməsini və hökmün qüvvədə saxlanılmasını istəyib. Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, Emin Heydərovun apelyasiya şikayəti təmin edilməyib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Arvadının boğaraq öldürdü

    Arvadının boğaraq öldürdü ...

    21-12-2016, 15:22

  • 
  • Bakıda qardaşı arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub

    Bakıda qardaşı arvadını qısqanclıq zəminində ...

    7-03-2019, 13:31

  • 
  • Arvadını boğan qısqanc ərin məhkəməsi başlayır

    Arvadını boğan qısqanc ərin məhkəməsi başlayır ...

    11-09-2018, 13:48

  • 
  • Bakıda ər arvadını öldürdü

    Bakıda ər arvadını öldürdü ...

    4-11-2015, 11:15

  • 
  • Sosial şəbəkədə kişi ilə yazışan arvadını boğdu – Dəhşətli qətlin təfərrüatı

    Sosial şəbəkədə kişi ilə yazışan arvadını boğdu – ...

    20-09-2018, 17:49


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu