GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Toplananların yerini dəyişsək, əmsal dəyişmir: “İcra başçılarını dəyişsək də sistem dəyişmir”0

Toplananların yerini dəyişsək, əmsal dəyişmir: “İcra başçılarını dəyişsək də sistem dəyişmir”0

Tarix: 16-03-2015, 22:11 Bölmə :Ölkə Baxış: 0
Toplananların yerini dəyişsək, əmsal dəyişmir: “İcra başçılarını dəyişsək də sistem dəyişmir”0

Toplananların yerini dəyişsək, əmsal dəyişmir: “İcra başçılarını dəyişsək də sistem dəyişmir”

Bu günə qədər müəmmalı olan bir məsələ vardı: Görəsən icra başçılarının yerdəyişmə qanunu ilə kürsü dəyişmələrinin həmin rayonlardakı rüşvətxorluq və maliyyə yeyintiləri prinsipi ilə qurulmuş sistemi nə üçün dəyişmir? Axı yerdəyişmə ilə belə olsa da həmin adamlar fərqli insanlardır və fərqli üsul-idarə sisteminə malik olmalıdırlar. Adam özünə o sualı da verir ki, nə oldu bütün bu icra başçılarının hamısı oldu rüşvətxor və korrupsioner? Yəni bunların içərisində bir düz-əməlli bir fəaliyyəti olan icra başçısı yoxdur? Məsələ o qədər maraqlı idi ki, ilk əvvəl araşdırma aparıb nə üçün icra hakimlərinin yerini dəyişsək də, üsul idarə dəyişmir sualına cavab axtardım. Məktəb zamanı hamımızın bildiyi riyazi düstür vardı: Toplananların yerini dəyişsək də əmsal dəyişmir. Deməli, icra başçılarının yerini dəyişmə prinsipi də, elə buna əsaslanır. Bəs, axı necə? Bir-iki icra başçısını çıxmaq şərti ilə bütün icra başçılarının bir-birləri ilə qohumluq bağlarının olduğunu öyrəndik. Qohumluq bağlarının olmadıqlarının isə himayədarlarının qohum olduğunu öyrəndik. Hə, məhz elə bu qohumluq bağları da, sistemin dəyişməsinə mane olur. İndi açacağım məsələnin də, elə bizim icra başçılarına uzaqdan qohumluğu var.

Əhməd Əhmnədzadənin “zənginlik klanı” imperiyası

Sözsüz ki, “Baron” ləqəbli Əhməd Əhmədzadə haqqında eşitmisiniz. Əslində bir zamanlar kasıb təbəqənin nümayəndəsi olsa da, tez bir zamanda varlanıb, böyük bir var-dövlət klanına sahib olmağa müvəffəq olub? Axı necə? Bu adi məsələdir. Dövrümüzdə düz yolla varlanmaq fantastikadan başqa bir şey deyil. Yəni düzgün, yaxşı yaşamaq olur, daha bizim “baron” kimi varlanmaq təbii ki, mümkün olmur. Elə biz də onun hansı yollarla varlanmasını öyrənməyə çalışdıq ki, görəsən bizim də başımızın girdiyi koldursa, bu üsul-idarəni elə biz də öyrənək. Düzdür, hansı yolla varlandığını öyrəndik amma onu da bildik ki, o yolda hər adam “Baron”un yerişini yeriyə biməz... Keçək mətləbə. Uzun sözün qısası, Əhməd Əhmədzadə hal-hazırda Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəridir. Onun adi bir ASC olmasına baxmayın. İçərisi “Baron”un hər qarışında, hər maliyyə maxinasiyasında əmək və zəhmətinin olduğu böyük bir idarələr toplusu var ki, məhz o ASC daxili idarələrlə də bölgələrin korrupsiya müstəvisində səyahətini başa vurmaq mümkün olur. Əvvəla bir yanlışlığı düzəltmək istərdik. Bizim “Baron” sırf maxinasiyalar üzərində birdən-birə də varlanması məsələsi bir az fərqlidir. Yəni əldə etdiyimiz məlumata görə, Əhməd Əhmədzadənin varlanması üçün təkan və onun

nisbətən daha varlı cəmiyyət içərisində təmsil olunması məhz onun Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı ilə evlənməsi sayəsində baş verib. Bundan sonra isə necə deyərlər, “Baron”un bəxti hərtərəfli açılıb. İndi bir az əvvəl qeyd etdiyimiz, ismi qulağa sadə gələn ASC-nin içərisindəki adı idarə, özü pul sovuran sistem olan “idarələr”in adını və saylarını sadalasaq lap yerinə düşər.

1. ASC Suvarma Sistemləri İdarələri – 48 idarə

2. Kollektorların İstismar idarələri - 8 idarə

3. Su Ambarları, Hidroqovşaqların və Magistral Kanalların İstismar İdarəsi – 13 idarə

4. Meliorasiya İdarələri- 4 idarə

5. Mexaniki Suvarma İdarələri- 10 idarə

6. Subartezan Quyularının İstismarı idarələri – 9 idarə

7. Melioservis İdarələri – 23 idarə

Qeyd edək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tərkibində 120 idarə olsa da, əldə etdiklərimiz 7 idarənin tərkibində olan idarələrin sayları ilə bağlı faktlar bunlardır. Digərlərinin adlarını sadalaya bilərik. Amma, həmin idarələrin nəzdinə neçə idarənin daxil olması haqqında hələ ki, informasiyamız yoxdur.

8. Azmelsutəsərrüfat –ASC

9. Texnoloji İslahat və Komplektləşdirmə İdarəsi

10. Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu

11. Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu

12. Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İslahat Birliyi

13. Hidrogeoloji Meliorativ Xidmət İdarəsi

14. Tikintidə olan Meliorasiya və İriqasiya Obyektlərinin Birləşmiş İdarəsi

15. Bəhrəmtəpə Dəmir Beton Zavodu

Göründüyü kimi, eyni adlı və eyni iş prinsipli bir neçə idarə elə eyni ASC-yə daxil olsalar da, ayrı-ayrılıqda fəaliyyət göstərir. Bəs bu nə üçündür? Əlbəttə ki, maliyə köçürmələrinin yaxşı işləməsi üçün nə qədər idarə çox olsa nə ASC basılar, nə də Əhməd Əhmədzadənin cibi... Çünki bütün bu idarələr imperiyasının sahibinin əlinin altında nə az, nə çox düz 25 minə yaxın işçi işləyir. Mənbə bildirir ki, Əhməd Əhmədzadənin bir illik gəliri təqribən 1 milyardı ötür. Hələ bu harasıdır, araşdırmalar zamanı belə açıq aydın görünür ki, hər bir idarəınin adında ayrı-ayrılıqda yüz milyonlarla pul köçürmələri əməliyyatı aparılıb. Misal üçün, əlimizdə olan 2013-cü ildəki məlumatlara əsasən,

Meliorasiya və Su Təsərərüfatı ASC-nin tərkibindəki sadəcə Texnoloji İslahat və Komplektləşdirmə İdarəsi düz 18 milyon 132 min köçürmə əməliyyatı həyata keçirib. Bu azmış kimi Əhməd Əhmədzadə fürsətdən istifadə deyib il ərzində Prezidentin Ehtiyat Fondundan da min bir dillə pul almaq imkanına malikdir. Buna əyani subut olaraq bildirək ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi əldə etdiyi o qədər vəsait və dövlətdən çaldıqları yetməzmiş kimi elə bu ilin yanvar ayında Prezidentin Ehtiyat Fondundan ASC-nin büdcəsinə 15 milyon manat vəsaitin köçürülməsinə də müvəffəq olmuşdur. İndi gəl ki, bu qədər maxinasiyalarla əldə edilən pul dalğasının qabağında sözügedən “Baron” regionlarda suvarma sistemlərinin çəkilməsi və sairə kimi öz idarələr imperiyasına aid olan işləri lazımi qaydada yerinə yetirirmi? Əlbəttə ki yox. Əgər Əhməd Əhmədzadənin idarələr imperiyası bir işə yarayıb dövlətə xidmət etmirsə, görəsən nə üçün onun dövlət büdcəsinə xeyri dəyməyə-dəyməyə büdcədən “pul sovurma” əməliyyatına göz yumulur? Hələ bu azmış kimi, onun üçün istənilən şərait də yaradılır. Hazırda “manatın” devalvasiyası start almasını nəzərimizdə saxlayaraq, bu kimi pul maxinasiyalarının reallaşmasını dayandırmaq lazımdır. İqtisadi böhran sadəcə kasıb təbəqəyə şamil edilməməlidir. Bu gün hər bir kəs Əhməd

Əhmədzadənin var-dövlət klanından istəyir. Amma bunun üçün heç kəs dövləti soymur, bunun üçün heç kəs öz dövlətinin cibini yarıb, pulunu mənimsəyib, əhalisinin üzərində qoçuluq etmir...

Ata gedən yolları bala qarış-qarış gedir...

Bəli, bu atalar sözünü biz müasir standartlara uyğun şəkildə məhz Əhməd Əhmədzadənin şərəfinə və onun “Baron-2” adını verə biləcəyi biznesmen oğlu Cümə Əhmədzadənin şərəfinə necə deyərlər deformasiyaya uğratdıq. Azərbaycan Respublikasının müdrik qanunvericiliyi sağ olsun ki, bu məmurların acgözlüyünü nəzərə alıb və onları qanunla bizneslə məşqul olmalarını qadağan edib. Bunun yaxşı tərəfi ondan ibarətdir ki, acgöz məmurlar məcburiyyət qarşısında öz bizneslərini öz övladlarının üzərində qurmalı olurlar. Bu da onların övladlarının “nə yoğurdum, nə yapdım hazırca kökə tapdım” prinsipi ilə nəticədə “biznesmen” oldurur. Bu məsələnin pis tərəfi odur ki, bizim məmurların bizneslə məşğul olması qanuni şəkildə qadağan edilir. Onlar isə bunu elə anlayırlar ki, guya qanuni şəkildə bizneslə məşğul olmaq olmaz. Saxta yolla isə olar. Əgər belə olmasaydı, bu gün bizim məmurlar handa bir oliqarx olmazdı. Və ya bu gün “Baron 1”, “Baron 2”-lərimiz də olmazdı... “Baron 2”-dən, yəni Əhməd

Əhmədzadənin oğlu Cümə Əhmədzadədən söz düşmüşkən, qeyd edək ki, o ASC-ləri həm daxildə, həm də xaricdə artırmaqla məşquldur. Deməli bu kiçik Baron İngiltərədə “ALPS s.r.o” şirkətinə, Çexiyada “GYUNEL LİMİTED” və “GLOBALLY LTD” şirkətlərinin sahibidir. Amma bunlarla kifayətlənməyən Əhməd Əhmədzadə işini sağlama alıb və bir çox oğlunun biznesinə daxil yerli biznes şirkətlərinin təsisçiliyini əlində saxlayıb. Elə buradan da, mənbə izinə düşərək, Əhmədzadələrin digər şirkətlərinin də adını nəzərinizə çatdırmağa müvəffəq olub:

1. “Advisors CO.”

2. “Proyekt”

3. “Muğal” Məhdud Məsul Cəmiyyəti

4. “Uluyurd” Məhdud Məsul Cəmiyyəti

Bunların sahibliyini Əhməd Əhmədzadə oğlu Cümə Əhmədzadəyə həvalə etsə də, türk demişkən, ipi sağlam kazağa bağlamaq istəyi ilə təsisçiliyini öz adında saxlayıb. Elə buna görə də, araşdırmalar zamanı istənilən materialı əldə etmək mümkün oldu. Bununla yanaşı, Cümə Əhmədzadə bir sıra otel zəncirlərinin də sahibidir. Misal üçün, “El-Resort oteli”, “İlisu Uludağ Turizm və İstirahət Kompleksi və sairə... Bir məsələni də nəzərinizə çatdırmaq yerinə düşərdi. Deməli, bizim

Əhməd Əhmədzadə kimi bir çox məmurlarımızın xaricdə şirkət açmalarının iki səbəbi var. Bu yenə də dövlətdən maliyyə köçürməsini daha asanlaşdırmaqdan irəli gəlir. Yəni tutalım ki, bir məmurun ölkə daxilində olan bir şirkətindən hər hansısa bir yolun abadlaşdırılması üçün sərf olunan materialı əldə edərkən alqı-satqı məsələlərini çox zaman ört-basdır etmək mümkün olmur. Sonuc olaraq, həmin məmurlar bir-birlərinin qarşısında pis vəziyyətdə qalırlar. Bəzən də müəyyən şantajlara məruz qalmamaqdan ötrü və daha çox maliyyə köçürməsi etmək üçün həmin şirkəti xaricdə açırlar. Sonra hər hansısa bir yolun təmiri üçün istifadə olunan materialı guya xaricdən alırmış kimi, elə xaricdəki özlərinə məxsus şirkətdən iki qat qiymətə alırlar. Bu da məmurlar arasında guya nisbətən qanuniləşmiş pul köçürmə əməliyyatı hesab edilir. İndi bir çox məmurlar təcrübələnib və tranzit haqqını nəzərə alıb, xarici şirkət adı altında elə ölkə daxilində şirkət açırlar. O zaman iki qat mənfəət əldə edə bilirlər. Ona görə də, bu gün ölkədə fəaliyyət göstərən xarici şirkətlərin 55-60 %-nin sahibi elə yerli məmurlardır.

Əhmədzadənin icra başçısı qohumları kimlərdir?

Əvvəldə qohumluq əlaqələri olan icra başçılarından danışmışdıq. İndi də gəldik həmin məsələyə. Əvvələ ondan başlayaq ki, Zaqatala icra başçısı Mübariz

Əhmədzadənin rayonu “soyub soğana çevirməsi” haqqında geninə-boluna məlumatlar eşitsək də hələ postunun dəyişməsi ilə bağlı qərar verilməyib... Görəsən nə üçün? Hə məsələ də elə burasındadır. Sən demə, Zaqatala icra başçısı Mübariz Əhmədzadə soyadından da göründüyü kimi, səhərdən bütün var-dövlət klanını təsvir etdiyimiz Əhməd Əhmədzadənin dost-doğmaca qardaşıdır. İndi siz deyin, “Baron” ləqəbli Əhmədzadənin qardaşına kim gözünün üstə qaşın var deyər ki? Bu hələ son deyil. Elə düz Zaqatalanın yanında yer alan Qax rayonunun icra başçısı isə sözügedən Əhmədzadələrin xalası oğlu Musa Şəkiliyevdir. Ona görə də, Zaqatala və Qax rayonlarını bütünlükdə Əhmədzadələrin şəxsi mülkü hesab etmək olar. Belə ki, öz qohumluq əlaqələrindən istifadə edən Əhmədzadələr demək olar ,bütün Zaqatala-Qax zonasını öz əllərinə almağı bacarıblar. Əhali rayonda mövcud olan abu-havadan narazı olsa da, Əhmədzadələr hallarından olduqca razıdırlar.

Sözü gedən rayonlardakı Əhmədzadələrin cah-cəlalından daha sonra geniş məlumat verəcəyimiz üçün ətraflı bu haqda verib oxucuları bu boyda informasiya yükü ilə yükləmək istəmirik. Çünki indi daha önəmli bir məlumatı nəzərinizə çatdırmaq istəyirik.

Əhmədzadələrin qohumluq zənciri daha hansı postlara yiyələnib?

Mübariz Əhmədzadənin kürəkəni Elyar – Rabitə Nazirliyində məsul vəzifədə çalışır. Dövlət Sosial Müdafiə Fondunun Qax rayon Şöbəsinin müdiri Vüqar Əhmədzadədir. Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsində rəis müavini Coşqun Əhmədzadədir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Baş İdarənin bu yaxınlarda vəzifəsindən azad olunan rəisi və polis polkovniki Cavad Şıxəliyev isə Əhməd Əhmədzadənin bacısının yoldaşıdır. Göründüyü kimi, bu sadəcə bir klanın “cibdoldurma prinsipinə əsaslanan” pul sovurma siyasətini gerçəkləşdirən bir məmurun ailə zənciri və biznes bağlarının tablosudur.

Faktlarla bağlı araşdırmalarımız davam etdirilir... Növbəti saylarımızda Qax və Zaqatala rayonlarının qohum icra başçılarının əldə etdiyi mənfəətlərdən və Qax-Zaqatala rayonlarındakı meşənin necə və hansı məqsədlərlə məhv edilməsindən danışacağıq...

Ülkər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır

    Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır ...

    20-10-2014, 14:30

  • 
  • Kürdəmir icrasının tamahı sayəsində maşınlar artıq şütümür, üzür...

    Kürdəmir icrasının tamahı sayəsində maşınlar ...

    14-04-2015, 21:53

  • 
  • Xəzər rayonunda icra başçısı 3 ildir dəyişib... - Amma...

    Xəzər rayonunda icra başçısı 3 ildir dəyişib... - ...

    16-05-2021, 11:06

  • 
  • Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan başçılarını dəyişdi - SƏRƏNCAMLAR

    Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan ...

    12-11-2019, 12:43

  • 
  • İcra başçılarının “ələnmə dövrü”

    İcra başçılarının “ələnmə dövrü” ...

    15-12-2012, 14:26


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu