GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Məni ölümlə susdurmaq olmaz”

“Məni ölümlə susdurmaq olmaz”

Tarix: 17-03-2015, 00:11 Bölmə :Ölkə Baxış: 0
“Məni ölümlə susdurmaq olmaz”

Abdulla Abdullayev Zakir Qaralovun ünvanına sərt ittihamlar səsləndirdi

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, eləcə də mərkəzin işçiləri Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın məhkəməsi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesin əvvəlində cinayət işi üzrə zərərçəkmiş Orxan Cəfərovun ötən iclasda qaldırdığı mülki iddia müzakirə edilib. O, bildirib ki, “AMAY”ın binasının tikintisi aparılan ərazidə nənəsi Minarə Qurbanovaya məxsus ev olub. Onun sözlərinə görə, həmin ev məhkəmənin qərarı ilə əllərindən alınıb. Evdə nənəsi, anası və dayısı qeydiyyatda olduğunu deyən mülki iddiaçı bildirib ki, 2011-ci ildə nənəsi rəhmətə gedib: “Bu səbəbdən də mən zərərçəkmiş kimi tanınmışam. Ev anamın, dayımın olub. Korrupsiya idarəsində də ifadə vermişəm”.

“AMAY”ın sahibinə daha 2 milyon manatlıq ittiham

Abdulla Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, istintaq orqanının Orxan Cəfərovu zərərçəkmiş şəxs qismində tanıması qanunsuzdur. Vəkilin sözlərinə görə, cinayət işinin materiallarında Orxan Cəfərovun adı yalnız zərərçəkmiş şəxslər siyahısında keçir: “Bu şəxsin adına hər hansı bir müqavilə yoxdur. İstintaq orqanı tərəfindən nə zərərçəkmiş şəxs qismində tanınıb, nə də dindirilib. Onun hüquqi varisi kimdir? Biz bunu bilmək istəyirik. Cinayət işinin materiallarında Orxan Cəfərovun adı heç bir yerdə qeyd edilməyib. Bu iş üzrə ibtidai istintaq zamanı kifayət qədər qanunsuz əməllərə yol verilib. Orxan Cəfərovun da adı yalnız zərərçəkmişlər siyahısında göstərilməklə zərərçəkmiş kimi məhkəməyə göndərilib. Bundan əlavə, mülki iddia qanununun tələblərinə əsasən, yalnız məhkəmə istintaqı başlanana qədər verilə bilər. Bunu da Orxan Cəfərov etməyib. Müdafiə tərəfi olaraq istəyirik ki, Orxan Cəfərovun adı zərərçəkmişlər siyahısından çıxarılsın. Çünki bu şəxsin adına nə müqavilə var, nə də

arayış. Bu şəxs Korrupsiyaya qarşı Mübarizə İdarəsində necə dindirilib, bu da bizə məlum deyil. Orxan Cəfərovun göstərdiyi rəqəm kiçik məbləğ deyil. İndi mətbuat yazacaq ki, Abdulla Abdullayevə daha 2 milyon manat ittiham verilib. Xahiş edirik ki, bu iddia əsassızdır və icraata qəbul edilə bilməz”.

Hakim bildirib ki, fevralın 26-da məhkəməyə daha bir mülki iddia daxil olub. Hakimin sözlərinə görə, Mahirə Aslanovanın məhkəməyə göndərdiyi mülki iddiada Abdulla Abdullayev və “Xudafərin” MMC cavabdeh kimi göstərilib: “Mahirə Aslanova MMC-dən 151 kv metr mənzil, həmçinin Abdulla Abdullayevdən 25800 manat təzminat ödəməsini tələb edib. İddiaçı evinin verilməməsini qeyd edir”.

Əkbər Bağırov Mahirə Aslanovanın mülki iddiasının müzakirə edilməsinə qanunun yol vermədiyini deyib. Onun sözlərinə görə, mülki iddia yalnız məhkəmə istintaqı başlanana qədər verilə bilər. Vəkil əlavə edib ki, istintaq başlanandan sonra mülki iddianın icraata qəbul edilməsi və müzakirə edilməsi qanunsuzdur.

Hakim isə deyib ki, mülki iddialar icraata qəbul edilməyib. Onun sözlərinə görə, mülki iddiaların icraata qəbul edilib-edilməməsi üçün müzakirə aparılır. Vidadi Qurbanovun vəkili Yavər Hüseyn bildirib ki, mülki iddia məhkəmə istintaqı aparılana qədər verilməsi mümkündür. Bu səbəbdən vəkil mülki iddiaların icraata qəbul edilməsinə etiraz edib. Abdulla Abdullayevin digər vəkili Murad Əliyev bildirib ki, Orxan Cəfərovun zərərçəkmiş kimi tanınması da müəmmalıdır.

“Sifariş verilib, hökmü çıxarın”

“AMAY” sahibinin başqa bir vəkili Osman Kazımov deyib ki, məhkəmə prosesi kobud qanun pozuntusu ilə aparılır. Onun sözlərinə görə, müdafiə tərəfinin əsas vəsatətləri məhkəmə tərəfindən qəbul edilməyib: “Amma belə yersiz mülki iddialar müzakirə edilməklə məhkəmə süni şəkildə uzadılır. Bizim vəsatətlərə dövlət ittihamçısı münasibət bildirərək, deyir ki,

yersizdir. Bundan sonra bizim əsaslı vəsatətlərimiz baxılmadan rədd edilir. Amma burada Orxan Cəfərov deyir ki, anam, dayım həmin ərazidə evləri olduğunu deyib. Bundan sonra da mülki iddia qaldırır. Bu məsələlərə də prokuror münasibət bildirir. Bu qanunsuzdur”.

Osman Kazımov qeyd edib ki, burada Abdulla Abdullayev əziyyət çəkir. Onun sözlərinə görə, prosesi belə boş-boş məsələlərlə uzatmaq lazım deyil: “Əslində prosesin gedişi sürətləndirilməlidir. Biz məhkəmənin hazırlıq iclasında zərərçəkmişlərlə bağlı vəsatət vermişdik. Həmin vəsatətimiz qəbul edilməsəydi, bu gün də belə hallara yol verilməzdi. Gəlin, qanunlara hörmətlə yanaşaq, insanlara əziyyət verməyək. Dövlətin hüquq-mühafizə orqanı olan Korrupsiya İdarəsi insanlara əziyyət verir”.

Abdulla Abdullayev çıxış edərək, bildirib ki, “AMAY”ın binasının tikintisini aparmaq üçün danışıqlar olub. Onun sözlərinə görə, Orxan Cəfərovun ailəsinə həmin vaxt lazım olan pul verilib: “Bu gün hərənin əlinə bir kağız verib bura göndərirlər. Biz çoxlarına pul vermişik, onlar da həmin pullarla evlərdə yaşayırlar. Amma biz bu məsələni qabartmırıq. Öz insanlığımızı qoruyuruq. Gəlin, bu məhkəməni keçirtməyək, onsuz da sifariş verilib, hökmü çıxarın, biz də işimizi bilək. Biz məhkəməyə ədalətlə baxırıq. Bu ədalətli əlimizdən alın, işimizi bilək, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edək. Burada illərlə tapmadığımız ədalətli Avropa Məhkəməsində 1 ay ərzində əldə edəcəyik”.

Prokuror Həbib Nağıyev bildirib ki, Orxan Cəfərov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Onun sözlərinə görə, Orxan Cəfərovun mülki iddiasının icraata götürülməsi qəbul edilməsi kimi qiymətləndirilə bilməz. O, qeyd edib ki, mülki iddia məhkəmənin icraatına götürülməlidir və məhkəmə araşdırması zamanı araşdırılmalıdır: “Məhkəmə araşdırmasında Orxan Cəfərova dəymiş ziyan müəyyən edilməlidir. Müəyyən edilsə, hökmdə təsdiq edilməlidir. Bütün bunlar məhkəmənin hazırki mərhələsində araşdırıla bilməz. Bu məhkəmənin sonrakı mərhələsində araşdırılan işdir. Orxan Cəfərova da ziyanın dəyməsi ittiham

aktında da göstərilib və zərərçəkmişlərin siyahısında da məhkəməyə təqdim edilib. Bu səbəbdən Orxan Cəfərovun adının zərərçəkmişlər siyahısından çıxarılması üçün əsas yoxdur”.

Prokurorun çıxışı mübahisə ilə nəticələndi

Prokuror Orxan Cəfərovun mülki iddiasını vaxtında verdiyini deyərək, onun iddiasının icraata qəbul edilməsini istəyib. Mahirə Aslanovanın mülki iddiasının vaxtından gec verildiyini əsas gətirən prokuror iddianın geri qaytarılmasını hakimlərdən xahiş edib. Bundan əlavə, prokuror müdafiə tərəfinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlandığı ittihamlara da cavab verib. O, deyib ki, müdafiə tərəfi qərəzlidir, aqressivliyini nümayiş etdirir.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Abdulla Abdullayev deyib ki, artıq torbası tikilib və artıq hökmü elan edin, gedək. Tərəfləri sakitləşdirməyə çalışan hakim bildirib ki, belə şəraitdə işə baxmaq mümkün deyil. O, tərəfləri işin uzadılmasında ittiham edib. Tərəflərin mübahisəsi sakitləşdiriləndən sonra prokuror deyib ki, müdafiə tərəfi qərəzliyini nümayiş etdirir və tez-tez onun sözünü kəsir. Daha sonra qərar qəbul etmək üçün hakimlər yerində müşavirə keçiriblər. Müşavirdən sonra qərarı açıqlayan hakimlər bildiriblər ki, Orxan Cəfərovun mülki iddiası araşdırılması üçün icraata qəbul edilir. Amma Mahirə Aslanovanın mülki iddiası vaxtından gec verildiyi üçün icraata qəbul edilməkdən imtina edilib.

Hakim: “Mustafanı deyin”

Daha sonra vəkil Əkbər Bağırov bildirib ki, məhkəmənin qərəzli aparılması ilə bağlı müdafiə tərəfində xeyli şübhələr var. Onun sözlərinə görə, müdafiə tərəfinin əsaslı vəsatətləri məhkəmə tərəfindən rədd edilir və ya baxılmamış saxlanılır: “Yalnız prokurorun müdafiə etdiyi vəsatətlərimiz qəbul edilir. Bu günə qədər 15 yazlı vəsatətlə, kifayət qədər şifahi vəsatətlə çıxış etmişik. Amma vəsatətlərimiz obyektiv araşdırılmayıb. Prokuror deyir ki, müdafiə tərəfi aqressivdir. Müdafiə tərəfi aqressiv deyil, qəsdən

belə hala gətirilir. Bu işdə məhkəmə qərəzlidir. Müdafiə tərəfinin əsaslı vəsatətləri təmin edilmir...”.

“Dövlətimə ziyan gətirən hərəkət etməmişəm”

Bu zaman vəkilin sözünü kəsən hakim “Mustafanı” deyib, daha belə çıxış etməyə dəyməz. Əkbər Bağırov bildirib ki, məhkəmə belə davam etdirildiyi halda hakimlərə etiraz veriləcək. Vəkil xəbərdarlıq vəsatətini yazılı şəkildə məhkəməyə təqdim edib. Osman Kazımov isə deyib ki, çəkişmə prinsipi pozulur. Vəkil cinayət işində zərərçəkmiş Orxan Cəfərovla bağlı sübutların müdafiə tərəfinə təqdim edilməsini istəyib. Hakim isə deyib ki, istənilən tərəf cinayət işi ilə tanış ola bilər. Məhkəmənin tərəflərə sübut verməyə borclu olmadığını söyləyən hakim əlavə edib ki, Orxan Cəfərovla bağlı məhkəmə qərarını qəbul edib. Bundan sonra Abdulla Abdullayev ifadə verməyə başlayıb: “Sovetin vaxtında xalq məhkəməsi var idi. İçəridə məndən soruşurlar ki, xalqın məhkəməsi yoxdur, məhkəmə Baş Prokurorluğun idarəsidir. Onları başa salmağa çalışıram ki, məhkəmə xalqındır. İçəridəkilərə deyirəm ki, cəmiyyət dövləti qurur. Onlar deyirlər ki, dövlət cəmiyyəti qurub. Biz vergi ödəyirik ki, məmurların balası yaxşı dolansınlar, məmurlar da ədalətlə işləsinlər. Amma əksini görürük. Mənim çıxışım xalqım üçündür. 25 ildir bu dövlət üçün çalışmışam. Bu 25 ili Korrupsiya İdarəsi yerə vurur. Cinayətimin adı İranda biznes qurmağımdır. Hakim demişkən, sözümün müstafasını deyim. 10 ildir bu ölkədə oturmağa adamı qoymurlar. Bu səbəbdən xaricdə işləmişəm. Amma dövlətimə ziyan gətirən hərəkət etməmişəm”.

“Ədalətli olmaq lazımdır”

12 aydır həbsdə saxlanıldığını deyən Abdulla Abdullayev bildirib ki, həbs olunan zaman 2 ay istintaq hərəkətləri aparılmayıb. Onun sözlərinə görə, istintaq kreditlərlə bağlı mülki qaydada olan iş üzrə cinayət işi başlayıb: “Belə olan halda başa düşmək olar ki, bu ölkədə istənilən şəxsi təqib edə bilərlər. Avropa konvensiyasına qoşulmuşuq. Həmin konvensiyanın maddəsində açıq qeyd olunub ki, mülki işlərlə bağlı cinayət işi başlana

bilməz. İranda 4 aya 3 zavod tikmişəm. Amma Azərbaycanda 1 ildə 12 zavod tikə bilərdim. Prezident deyir ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Amma inkişaf etdirməyə qoymurlar. Azərbaycanda mən ədalətə nail ola bilməyəcəm. Buna baxmayaraq, Avropada təzminatımı almağa çalışacağam. Buna da nail olacağam. Məndə heç kim günah görməsin. Çünki 7 ildir barəmdə cinayət işi var, imkan vermirlər iş görməyimə. 10 il əvvəl bilməzdim ki, burada əyləşəcəm. 10 ildən sonra burada kim öyələcək, onu hələ bilmək olmaz. Ədalətli olmaq lazımıdır”.

“Məni ölümlə susdurmaq olmaz”

Abdulla Abdullayev bildirib ki, 20 ildir iş verilsə də, heç kimdən incik olmayacaq: “Mən nə danışıram, heç kim bundan inciməsin. Mən ədalət axtarıram. Bu ölkədə Zakir Qaralov var. Zakir Qaralov olan yerdə ədalət gözləyə bilmərik, ədalət də olan deyil. Mən bu dünyanın hər üzünü görmüşəm. 30 yaşım olanda 6-7 min işçim olub. Mən İrəvan xanı Abdullanın nəvəsiyəm. Məni ölümlə susdurmaq olmaz. Anam sürgündə ölüb. Bu səbəbdən bizi cəza ilə qorxutmayın.

Hörmətli prokuror! 2 yaşında uşaq da günah işlədir. Üzr istəyirəm ifadəmə görə. Həmin uşaq altını batıranda anası, atası tərəfindən cəzalandırılır. Bu millətin günahı nədir? Belə çıxır ki, bütün Azərbaycanı içəri atmaq lazımdır”.

Abdulla Abdullayev ifadəsində həmçinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin də ünvanına ittihamlar səsləndirib. O, bildirib ki, idarəyə çağırılan zaman şantaj olunub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “AMAY Abdulla” şikayətini geri götürüb

    “AMAY Abdulla” şikayətini geri götürüb ...

    10-03-2016, 00:17

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22

  • 
  • Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi

    Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi ...

    18-08-2015, 18:16

  • 
  • “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya…

    “AMAY Abdulla”nın məhkəməsində yeni situasiya… ...

    20-04-2015, 22:28


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu