GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağstafalıların Heydər Əsədovdan tələbi

Ağstafalıların Heydər Əsədovdan tələbi

Tarix: 17-03-2015, 00:13 Bölmə :Ölkə Baxış: 0
Ağstafalıların Heydər Əsədovdan tələbi

Sərhəd kəndi olan Köhnəqışlaqlılar toxumluq kartof tələb edir

“Gündəm Xəbər”-in elektron poçtuna ölkənin qərb-sərhəd bölgəsi, Ağstafa rayon Köhnəqışlaq kənd sakinləri tərəfindən çoxsaylı imzalarla məktub göndərib. Məktubda bildirilir ki, Köhnəqışlaqlılar 1992-ci ildən əzəli torpaqlarını çoxsaylı itkiləri hesabına yağı düşməndən öz gücləri hesabına, azad ediblər.

Ermənistanın Berd rayonu ilə həmsərhəd olan kənd sakinlərinin hər biri qəhrəmanlığa layiqdir. Vətən Köhnəqışlaqdan başlayır.

Xatırladaq ki, Köhnəqışlaqlılar qonşu kənd olan Tatlıdan öz kəndlərinə getmək üçün 7 km məsafəni düşmənə aid ərazidən keçməli olurdular. Şükürlər olsun ki, düşmən sıxışdırılaraq ərazidən çıxarılıb. Həmin ildən də ərazidə qalan üzüm və meyvə bağları susuzluqdan məhv olub. Hal-hazırda kənd əhalisi həmin torpaqdan səmərəli istifadə edə bilmir.

Gileyli soydaşlarımız problemləri həll olunmayacağı təqdirdə fəaliyyətsiz Kənd Təsərrüfatı Nazirliyinin ölkə başçısı tərəfindən ləğvini tələb edəcəklər. Kənd Təsərrüfatı Nazirliyi normal fəaliyyət göstərsəydi bazarlarda kartofun kiloqramı 1 manat olmazdı.

Köhnəqışlaqlılar Kənd Təsərrüfatı Naziri Heydər Əsədova ünvanladıqları müraciəti olduğu kimi dərc edirik.

“Hörmətli cənab nazir, əgər oturduğunuz kabinetdə Azərbaycan xəritəsi varsa baxın, görün Ağstafa rayon Köhnəqışlaq kəndi harada yerləşir? Biz quduz düşmənlə elə məsafədə yaşayırıq ki, bir-birimizi söyəndə hər iki tərəf eşidir. Sözümüzün canı odur ki, ötən il biz həmkəndlilər rəhbərlik etdiyiniz nazirliyə müraciət edərək toxumluq kartof istəmişdik.

Nazirliyin şöbə müdiri Seyfəddin Talıbovdan lokanik cavab aldıq. Seyfəddin müəllim cavab məktubunda bildirirdi ki, nazirliyin ehtiyyat fondunda cücərdiləsi toxum yoxdur (heç cücərməyəni də yoxdur). Təkrar məktubda bildirilirdi ki, xahişinizin mümkünsüz olduğunu nəzərə alaraq sizlərin (təkrar olaraq) Tovuz rayon kənd təsərrüfatı idarəsinə müraciət etməyinizi məsləhət bilirik. Tovuz regional Kənd Təsərrüfatı İdarəsinin rəisi Canpolad Qəhrəmanov bizə telefon vasitəsi ilə bildirdi ki, “biz özümüz toxumluq kartofu, öz şəxsi hesabımıza Gədəbəy rayonundan alırıq”. Deməli sərhəd kənd əhalisi problemləri ilə taleyin ümidinə buraxılıb.

Hörmətli Cənab Nazir, ölkə başçısı İlham Əliyevin toxum fondunun yaradılması haqqında sərəncamından sonra sözün həqiqi mənasında hərəkətə keçmisiniz. Aldığımız məlumata görə KTN Rusiyadan, Belarusiyadan dava gedən Ukraynadan külli miqdarda ölkəyə kartofçuluğun və taxılçılığın inkişafı üçün toxumluq gətirilmişdir. Təəccüblənsək də bu təqdirəlayiq fəaliyyətinizi alqışlayırıq.

Biz həmkəndlilər sizi vətənimizin bir parçası olan Qələmçə meşəsinin ətəyində yerləşən Köhnəqışlaq kəndinə dəvət edirik. Heç nədən çəkinməyin, təhlükəsizliyinizə təminat veririk. Gəlişiniz möcüzə olardı. Gəlib öz gözlərinizlə istifadəsiz torpaqlarımızı görərdiniz.

Xatırladaq ki, rayonun iri çaplı məmurları nə qədər israr etsək də qorxularından kəndə ayaq basmırlar.

Torpaqlarımız yiyəsizlikdən istifadəsiz qalıb. Zəhmət adamları dövlət qayğısına möhtacdır. Yəqin ki, kartofun bazat qiymətini bilməmiş deyilsiniz. KTN hərəkətə keçməsə bu il kartofun 1 kiloqramı ət qiymətinə olacaq.

130 təsərrüfatı olan Köhnəqışlaq kənd sakinlərinə, yağı düşməndən azad etdikləri 10.000 hektarlarla istifadəsiz torpaqlarda kartifçuluğun və taxılçılığın inkişafı üçün toxumluq ayırmanızı xahiş edirik.”

Şakir Həsənsu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Köhnəqışlağın köhnə problemləri

    Köhnəqışlağın köhnə problemləri ...

    8-01-2013, 10:16

  • 
  • Ağstafanın Köhnəqışlaq qəbirstanlığında 3 mərtəbəli məktəb

    Ağstafanın Köhnəqışlaq qəbirstanlığında 3 ...

    2-06-2016, 01:15

  • 
  • Ağstafanın Köhnəqışlaq kənd qəbirsanlığında məktəb

    Ağstafanın Köhnəqışlaq kənd qəbirsanlığında məktəb ...

    20-03-2016, 02:23

  • 
  • Heydər Əsədov: "Kartof, soğan bolluğu olacaq"

    Heydər Əsədov: "Kartof, soğan bolluğu ...

    28-12-2013, 23:56

  • 
  • Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyev Tatlı və Köhnəqışlaq kəndlərində oldu

    Ağstafa rayon İcra hakimiyyətinin başçısı ...

    17-04-2019, 14:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu