GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kərəm Həsənov Qərib Məmmədovun bütün işçilərini qovdu

Kərəm Həsənov Qərib Məmmədovun bütün işçilərini qovdu

Tarix: 17-03-2015, 00:23 Bölmə :Ölkə Baxış: 0
Kərəm Həsənov Qərib Məmmədovun bütün işçilərini qovdu

Ləğv edilən komitənin əməkdaşlarının əmək kitabçaları verilib; Komissiyalar dərindən yoxlama aparır, hesabatın PA-ya təqdim ediləcəyi isə məsul şəxslərin həbsini gündəmə gətirib

Xəbər verdildiyi kimi, Prezident İlham Əliyev Qərib Məmmədovun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında fərman imzalayıb. Və bu fərmanla ləğv edilən komitənin əsas səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında bölünüb. Xəzər hövzəsi və sərhəd zonasındakı vəziyyət isə Dövlət Sərhəd Xidmətinin sərəncamına verilib.

“Gündəm Xəbər”in əldə etdiyi məlumata görə, əsas səlahiyyətləri iki dövlət qurumu arasında bölünən keçmiş komitə ilə bağlı hər üç qurum tərəfindən təhvil-təslim komissiyası güclü fəaliyyətə başlayıblar:

«Artıq hər üç dövlət qurumunun nümayəndələrindən ibarət olunan komissiya keçmiş komitənin mərkəzi aparatı da daxil olmaqla, bütün rayon şöbələrində ciddi təftişə başlayıblar. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Ekologiya Nazirliyinini komissiyaları bütün qeydiyyat kitablarını və digər sənədləri təhvil götürməklə yanaşı, keçmiş komitənin işçilərini də prosesdən uzaqlaşdırıblar. Bu isə Qərib Məmmədovun yaxınlarının, hətta komitənin aparat rəhbərinə qədər çoxunu əndişələndirməyə başlayıb. Çünki adıçəkilənlər və onların yaxın ətrafı çox ciddi qanun pozunularına yol veriblər. Hətta onların bəziləri qəfil verilən fərman səbəbindən paytaxt Bakı daxil olmaqla, rayonlarda ələ keçirmək üzrə olduqları torpaq sahələrinə dair sənədləşmələri də tam həyata keçirə bilməyiblər. Doğrudur, mümkündür ki, komitənin ləğv edilmə fərmanının səhəri günü Qərib Məmmədovun yaxınları şəxsi maraqlarına cavab verən bəzi vacib sənədləri köhnə tarixə qeyd etdirməklə həll edə biliblər. Amma əminəm ki, bir sıra «əməliyyat»larını rəsmiləşdirmək vaxt və digər səbəblərdən mümkün olmayıb. Çünki həmin torpaq sahələrini ələ keçirmək təkcə komitənini özündən aslı olan işlər deyildi. Bu və ya digər faktlar da Qərib Məmmədovun yaxın ətrafını “qayğılandıran” əsas məsələlər siyahısındadır».

Məlumatlı şəxsin sözlərinə görə, Kərəm Həsənov Hüseynqulu Bağırovdan fərqli olaraq, təhvil-təslim işlərində daha operativ və sərt davranışı ilə seçilir: «Kərəm Həsənov prezident fərmanı ilə sərəncamına verilən sahələrdə çalışan keçmiş komitənin bütün işçilərinin əmək kitabçasının yazılaraq özlərinə təhvil verilməsinə göstəriş verib. Bu proses dərhal həyata keçirilib. Ancaq o,

əmək kitabçaları özlərinə verilən işçilərini də sərbəst buraxmayıb. Tam əksinə, onlara fərmanın icrasında göstərilən müddətə qədər, yəni aprel ayının ortalarına qədər iş yerlərini tərk etmək qadağası qoyulub. Hətta ləğv edilən komitənin bütün işçiləri «Prezident fərmana görə, təhvil-təslim işləri iki ay çəkəcək. Ona görə aprel ayının ortalarına qədər iş yerlərinizdə olmalısınız. Əks halda, hər hansı bir çatışmazlığa məsul olan işçilər haqqında hüquq-mühafizə orqanlarına müraciət olunacaq», - deyə, qorxudulub. Bu xəbərdarlıqdan sonra Torpaq Komitəsinin bütün işçiləri və rayon şöbə müdirləri hər gün iş yerlərinə gəlir və komissiyanın istəyinə uyğun olaraq, tapşırıqları yerinə yetirirlər. Ancaq qeyd etdiyim kimi, onların əmək kitabçaları da özlərinə verilib. Yəni buna görə əmək haqları da almayacaqlar».

Müsahibimiz deyir ki, Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvindən sonra vətəndaşlara aid olan sənədlərin verilməsi də dayandırılıb: «Əmlak Məsələləri Dövlət Komitəsi yerli hərrac komissiyaları tərəfindən keçirilən hərraclarda qalib gələn vətəndaşların sənədlərinin verilməsini də dayandırıb. Məsələn, yanvar ayında qalib gələn torpaq sahibləri hərrac protokolunda göstərilən mülkiyyət sənədini indi ala bilmirlər. Çünki həmin sənədlər və müvafiq qeydiyyat kitabları da Kərəm Həsənovun yaratdığı komissiya tərəfindən torpaq şöbələrindən alınıb. Ona görə də onlar Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Reyestri Xidmətinə müraciət edib, torpaq sahəsinin özəlləşdirə bilmirlər. Xidmətdən deyirlər ki, mülkiyyət sənəd ancaq aprel ayından sonra veriləcək və məhz bundan sonra şəhadətnamə almaq üçün müraciət oluna bilər. Ancaq burada diqqətçəkən məqam odur ki, dekabr və yanvar ayından fərqli olaraq, fevral ayı ərzində respublika üzrə keçirilən torpaq hərracı qaliblərinin torpağa dair şəhadətnaməsi isə sahiblərinə verilib. Bunu isə həmin hərraclarda Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə əsaslandırırlar. Yəni onu demək istəyirəm ki, bu sahədə də vəziyyət dolaşıq şəkildə davam edir».

Məlumatlı şəxs deyir ki, başda Qərib Məmmədov olmaqla, Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyni, o cümlədən rayon torpaq şöbə müdirlərini ən çox əndişələndirən isə yoxlamadan sonra hazırlanan hesabatın Prezident Administrasiyasına təqdim ediləcəyidir:

«Bildiyiniz kimi, bu məsələ Prezident İlham Əliyevin imzaladığı ləğvetimə fərmanında da açıq yazılıb. Bildirilib ki, ləğv edilmiş komitənin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş

dəyişikliklər barədə arayışı Prezident Administrasiyasına təqdim etmək səlahiyyəti Əmlak Məsələləri Dövlət Komitəsinə verilir.

Bu fakt isə Kərəm Həsənovun əlini gücləndirən və Qərib Məmmədovu güncə sıxacaq ən ciddi faktordur. Əgər nəzərə alsaq ki, ləğv edilmiş komitənin torpaqların monitorinqi, onların münbitliyinin bərpası və artırılması, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək, dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmi, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi, nəşri və geodeziya, qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək, vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya, topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək sahəsindəki funksiyalarına dair vəziyyətini də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Prezident Administrasiyasına təqdim edəcək, o zaman Qərib Məmmədovun və ləğv edilən komitənin bütün məsul şəxslərinin əndişəsini anlamaq çətin deyil.

Göründüyü kimi, Qərib Məmmədov və onun keçmiş kadrlarının gələcək vəziyyətləri Kərəm Həsənovla Hüseynqulu Bağırov tərəfindən Prezident Administrasiyasına təqdim ediləcək hesabatdan aslı vəziyyətdədir. Məhz bu məqam da Qərib Məmmədov və ətrafının Kərəm Həsənovla Hüseynqulu Bağtırovun yaratdıqları komissiya üzvləri ilə isti davranmağa, onların hər bir göstərişini dərhal yerinə yetirməyə məcbur edir. Hətta bildiyimə görə, bir neçə ciddi məsələlərdən özünü və yaxın ətrafını sığortalamaq üçün Qərib Məmmədov şəxsən Kərəm Həsənov və Hüseynqulu Bağırovla danışıb. Ancaq onların keçmiş komitə sədri və onun yaxınlarına çox böyük güzəştə gedəcəkləri inandırıcı deyil. Çünki elə məsələlər var ki, istər nazir, istər komitə sədri bunların gələcək məsuliyyətini daşıya bilməyəcəklər».

Məlumatlı şəxs deyir ki, Qərib Məmmədov və keçmiş komitənin əksər vəzifəli şəxsləri ölkənin səfalı yerlərində böyük ərazilərə sahibləniblər: «Elə Nabran istiqamətində araşdırma aparılarsa, orada Qərib Məmmədovdan tutmuş, komitənin bəzi vəzifəli şəxslərinə qədər, çoxunun həbsi də gündəmə gətirilə bilər. Deyə bilərəm ki, Qərib Məmmədov və onun əksər yaxınlarının

meşə massivi və satılması qadacan olunan digər təyinatlı torpaq sahələrini qanunsuz yolla ələ keçirmələri haqlda ciddi faktar var. Yəqin ki, bu faktları nazir Hüseynqulu Bağırovla Kərəm Həsənov rahat şəkildə araşdırıb, müavfiq hesabat formasında Prezident Administrasiyasına təqdim etmək zorunda qalacaqlar. Əks halda Hüseynqulu Bağırov ölkənin cənub və şimal bölgələrində təyinatı saxta yollarla dəyişdirilən və ayrı-ayrı şəxslərin adlarına sənədləşdirilən torpaq sahələrinin gələcək məsuliyyətini də daşımalı olacaqlar. Nəzərə alsaq ki, bu qanunsuzluqlara yol verənlərin gec-tez hüquq-mühafizə orqanlarına cavab vermək zərurəti qaçılmazdır, o zaman şəxsən mən inanmıram ki, hazırda heç bir vəzifəsi olmayan Qərib Məmmədov və yaxın ətrafının əməllərinə göz yumulacaq».

Cəfər Mərdanoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Kərəm Həsənov qohumlarını «vurdu»

    Kərəm Həsənov qohumlarını «vurdu» ...

    20-02-2015, 12:57

  • 
  • Qərib Məmmədov və yaxın ətrafı “məşhər ayağı”na çəkiləcək

    Qərib Məmmədov və yaxın ətrafı “məşhər ayağı”na ...

    19-02-2015, 23:10

  • 
  • İlham Əliyev Qərib Məmmədovu «vurdu», Kərəm Həsənovla Hüseynqulu Bağırova yeni səlahiyyət verdi

    İlham Əliyev Qərib Məmmədovu «vurdu», Kərəm ...

    8-02-2015, 00:36

  • 
  • Əmlak Komitəsi ləğv edilir, bütün səlahiyyətləri ASAN-a verilir - Kərəm Həsənov yola salınır

    Əmlak Komitəsi ləğv edilir, bütün səlahiyyətləri ...

    8-07-2017, 21:30

  • 
  • Kərəm Həsənov və Ramiz Həsənovun kreslodakı son günləri - İki oliqarx məmurun ətrafında halqa daralır

    Kərəm Həsənov və Ramiz Həsənovun kreslodakı son ...

    14-06-2017, 19:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu