“Gündəm Xəbər”ə daxil olan məlumata görə Sumqayıt şəhərində bərqərar olmuş Qubadlı rayon İH başçısı Malik İsaqov və Sumqayıt şəhər İH başçısı Eldar Əzizov arasında mövqe “döyüş”ləri davam edir.
M.İsaqov Sumqayıt İH postuna iddialı olduğundan bu şəhərdə məskunlaşmış həmyerlilərini səfərbər edərək E.Əzizovun devrilməsinə çalışır.
Xatırladaq ki, 1970-ci illərdə Sumqayıt şəhər Kommunist Partiyasının birinci katibi işləyən Kamran Hüseynov da əslən Qubadlı rayonundan olub. Bu səbəbdən də şəraitsizlikdən Qubadlı rayon əhalisi əsasən, K.Hüseynovun qohumları sonradan həmyerliləri, Sumqayıta axın edib. Qarabağın işğalından sonra demək olar ki, Qubadlıların 99%-i Sumqayıtda məskunlaşdı.
Aldığımız məlumata görə əslən Qubadlıdan olan sahibkarlar E.Əzizova qarşı etiraz aksiyaları təşkil etmək üçün M.İsaqovun əmrinə gözləyir. 50-50%-ə oturdulan sahibkarlara bir bəhanə gərəkdir. Ümumiyyətlə Sumqayıtda insanların sosial vəziyyəti dözülməz həddə çatdırılıb. 2011-ci ildən Sumqayıta İH başçısı təyin edilən E.Əzizov iş yerlərinin açılması üçün çalışmadı. İşsizlikdən sumqayıtlılar gündəlik çörək pulu üçün səhər Bakıya, axşam isə evlərinə qayıtmaq məcburiyyətində qalırlar. Qazandıqlarının müəyyən hissəsi gediş-gəliş üçün nəqliyyata xərclənir. Barıt çəlləyini xatırladan Sumqayıt bir qığılcıma bənddir.
E.Əzizovdan fərqli olaraq Qubadlı rayon İH başçısı M.İsaqov insaf naminə qubadlıların sosial vəziyyətinin yaxşılaşdırılması yönündə böyük işlər görüb. Buna görə də həmyelilərinin rəğbətini qazana bilib.
Sumqayıtda həmyerlilərinin çoxluğu və nüfuz sahibi, Paşayevlərlə ayrılmaz qohumluq telləri olan Qubadlı rayon İH başçısı M.İsaqovun qələbəsi qaçılmazdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?