Sumqayıt İH-dan ötürülən məlumata görə, E.Əzizov Prezident Aparatına çağırılaraq töhmətləndirilib. Sahibkarların mülkiyyət hüquqlarının pozulması, küçə və parkları alver predmetinə çevirdiyindən PA-na çoxsaylı şikayətlər daxil olub.
Prezident Aparatına dəvət edilən E.Əzizova son xəbərdarlıq edilib. Avropa Olimpiya İdman Oyunlarını yola vermək üçün təşkil olunan “katyol”un doldurulmasında passivlik göstərdiyinə görə E.Əzizov məzəmmət edilib.
E.Əzizov töhmət-xəbərdarlıqdan sonra Sumqayıt İH-da qəfildən müşavirə keçirmək zorunda qalıb. Müşavirə zamanı başçı ərköyün İH əməkdaşlarını bir-bir ayağa qaldıraraq onlara məxsus obyektlərin siyahısını onlara xatırladıb. Bu obyektlərin hansı vəsaitlə tikildiyini soruşub. “Siz elə bilirsiniz mənim heç nədən xəbərim yoxdur? Öz içinizdən hər şeyi mənə çatdırıblar”.
Danlaq ərəfəsi dilini dinc qoymayanlar da olub. Zalda E.Əzizovun eşidəcəyi asta səslə bildirilib ki, “bizim N.Nərimanovda “şəhər bağı”nda mülklərimiz yoxdur”. Xatırladaq ki, E.Əzizov bütün yatırımlarını Bakı şəhərinə daşıyıb. “Şəhər bağı” deyilən ərazidə özünün və oğlunun möhtəşəm villası var. Bundan əlavə, başçının Mərdəkan qəsəbəsində də villası olduğu bildirilir.
E.Əzizovun müşavirə zamanı son barmaq sirkələdiyi Sumqayıt İH-da Ticarət Şöbəsində referent işləyən Firudin Əsgərov olub. Başçı Firudun Əsgərovu ayağa qaldıraraq, onu işdən qovacağı ilə hədələyib. E.Əzizov Firudun Əsgərovun diqqətinə çatdırıb ki, “EL market”in haqqında da məlumatın var. F.Əsgərov Sumqayıtda çoxsaylı obyektlərə sahiblənib.
Qeyd edək ki, Sumqayıtda tütün məmulatı, spirtli içkilərin lisenziyasının verilməsi F.Əsgərova həvalə edilib. İllik lisenziya sahibkarlara 500-1000 manata satılır. Sumqayıt şəhərində də minlərlə market mövcuddur. Əlbətdə ki, bu yığımdan E.Əzizov xəbərsiz deyil.
Müşavirənin sonunda E.Əzizov şöbə müdirlərini təklikdə qəbul edərək, onlara Avropa Olimpiya İdman Oyunlarını yola vermək üçün təşkil olunan “katyol”un doldurulmasında hərəkətə keçmələrini tələb edib.
Sumqayıt İH-dan tükürpədici məlumatlar almışıq. Araşdırmaya ehtiyacı olduğundan yazının davamı ilə oxucularımız növbəti saylarımızda tanış ola bilər…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?