GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “AMAY”ın sahibi yenə də sərt danışdı

“AMAY”ın sahibi yenə də sərt danışdı

Tarix: 17-03-2015, 00:56 Bölmə :Ölkə Baxış: 0
“AMAY”ın sahibi yenə də sərt danışdı

Abdulla Abdullayev qan salan açıqlamalar verəcəyi barədə anons etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, eləcə də mərkəzin işçiləri Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın məhkəməsi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesin əvvəlində Abdulla Abdullayevin vəkili Osman Kazımov zərərçəkənlərin məhkəməyə gəlməməsinin səbəbləri ilə maraqlanıb. Böyük məbləğdə ittihamın olduğunu deyən vəkil zərərçəkənlərin məhkəməyə gətirilməsini istəyib. Hakim bildirib ki, hər məhkəmə iclasında zərərçəknələrin iştirak etməsi üçün məktub ünvanlayırlar: “Amma onlar məhkəmə iclasına gəlmirlər”.

Daha sonra ifadəsini davam etdirən Abdulla Abdullayev bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə ünvanlandığı müraciət əsasında cinayət işi başlanıb: “Fondla “Birlik bank” arasında müqavilə var. Həmin müqaviləyə əsasən, öhdəlik də bankın üzərinə düşür. Öhdəlik yerinə yetirilmədiyi halda bank öz hesabına kreditləri ödəməyə məcburdur. Həmçinin bank dəymiş ziyanı da ödəyə bilər. Amma burada əksinə olaraq, cinayət işi başlanıb. Burada fondla Korrupsiya İdarəsi arasında danışıqlar olub. Onlar aralarında razılığa gəliblər ki, cinayət işi başlaması üçün qondarma sübutlar toplasınlar. Bundan sonra fond Korrupsiya İdarəsinə müraciət edərək kreditlərin verilməsini araşdırmağı istəyir. Amma bu iş mülki qaydada həll olunmalı

idi. Lakin qanunsuz olaraq cinayət işi başlanır. Bu da həm fondun, həm də korrupsiya idarəsinin özbaşınalığıdır”.

Abdulla Abdullayev deyib ki, “Birlik Bank”da müşahidə şurasının sədri olub: “Müşahidə şurası nəzarət edici orqandır. Mənim də vəzifəm nəzarət etmək olub. Çünki orada məsuliyyətim olmayıb. 4 il əvvəl bankda kreditlərin verilməsi ilə bağlı cinayət işi başlanıb. Qanunsuz olaraq bankın 3 əməkdaşı həmin vaxt cəzalandırılıb. 4 il əvvəl başlanan cinayət işi üzrə mən məsuliyyətə cəlb edilməmişəm. 4 ildən sonra fond yenidən korrupsiya idarəsinə müraciət edir və məni məsuliyyətə cəlb edirlər. Belə olan halda mənə mənimsəmə ittihamının verilməsi düzgün deyil. Milli Bankın və Beynəlxalq bankın müşahidə şurasının sədri maliyyə naziridir. Demək həmin bankların rəhbər şəxsləri qanunsuz iş gördüyü halda maliyyə naziri məsuliyyətə cəlb edilməlidir. Bu əsassızdır. Çünki müşahidə şurasının funksiyası nəzarət edib, tədbir görməsindən ibarətdir. Hesab edirəm ki, bankla bağlı mənə verilən mənimsəmə, dələduzluq ittihamlarının əsası yoxdur”.

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, Ali Məhkəmə banklardan götürülən kreditlərin vaxtının bitmədiyi halda mülki qaydada belə işə baxılmasının mümkün olmaması ilə bağlı şərhi var: “Ali Məhkəmə şərh edir ki, kreditin ödəniş vaxtı bitmədiyi halda məhkəmə işə baxa bilməz”.

Abdulla Abdullayev həmçinin “Birlik Bank”ın lisenziyasının ləğv edilməsindən danışıb: “2011-ci ildə bankın lisenziyasını ləğv etdilər. Guya belə əsaslandırdılar ki, həmin bankda İranın çirkli pulları yuyulur. Araşdırma aparılandan sonra bu fakt təsdiqini tapmadı. Amma yenə də bankın lisenziyası bərpa edilmədi. Bankın kapitalı 10 milyon olduğu halda bağlanması,

lisenziyasının ləğv edilməsi mümkün deyil. Amma bizim bankın kapitalı 16 milyon olub. Belə olan halda lisenziyasının ləğv edilməsi üçün də hər hansı bir əsas olmayıb. Bankın lisenziyasını bərpa etmirlər. Bərpa edilməsi üçün də bizim müdaxilə etməyimizə imkan vermirlər. Guya qanunla nəzərdə tutulmuş qaydada iş görürlər, işə də ədalətlə baxırlar. Amma bu ölkədə ədalət, qanun yoxdur. Qanunlar Baş prokurorluqda istədikləri formada müəyyən edirlər. Eyni işə iki dəfə baxılması mümkün deyil. Amma burada eyni iş üzrə iki dəfə cinayət işi başlayıblar. “Birlik Bank”la bağlı 2011-ci ildə cinayət işi başlayıblar və qanunsuz olaraq hökm qəbul ediblər. 4 ildən sonra eyni iş üzrə yenidən cinayət işi açırlar. Mən qanunlara söykənərək danışıram. Qanunda birbaşa göstərilib ki, bank özü məsuliyyəti üzərinə götürməklə girovsuz yüksək məblğədə kredit verə bilər. Amma bizim işimizdə müstəntiq yazır ki, bank girovsuz kredit verə bilməz”.

“AMAY”ın sahibi daha sonra qeyd edib ki, “Birlik Bank” bağlanandan sonra İran Milli Bankı və “Atabank” onları məhkəməyə verib və girov olan əmlakların müsadirə edilməsi üçün məhkəmə tərəfindən qərar çıxarılıb. “AMAY”ın təmiri başa çatması üçün yuxarılardan göstəriş aldıqlarını deyən Abdulla Abdullayev deyib ki, Heydər Əliyevin ad günündə binanın açılışnın edilməsi istənilib: “Həmin vaxt dedim ki, təmir işlərini başa çatdırmaq üçün imkanları yoxdur. Fonda müraciət edildi ki, əlavə kredit verilsin. Mən də razılaşdım. Sonra fondun rəhbəri Elçin Zeynalov məni çağırdı. Onun yanına gedərək nə məsələ olduğunu bildirdim. O, dedi ki, fonddan böyük məbləğdə pul ayrılıb, həmin pulu bötüvlükdə köçürmək mümkün deyil. O, həmin pulu hissə-hissə köçürməyin lazım olduğunu dedi. Ona bildirdim ki, bununla bağlı məni narahat etməyə dəyməzdi, bu

məsələni bankın rəhbəri ilə həll edə bilərdilər. Həmin vaxt fonddan 3 milyon manat ayrılmışdı. Bu pulun ayrılması üçün yuxarı dairələrdən göstəriş verilmişdi. İndi həmin göstərişin kimin tərəfindən gəldiyini açıqlamıram. Burada sual işarəsi qoyuram. Nə vaxtsa bununla bağlı da danışacam. Məni bir az qaşındırsalar, o qədər danışacam. Qaşıyıb qanımı çıxartsalar, qan salacam”.

Məhkəmə iclası martın 19-da davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “AMAY Abdulla” şikayətini geri götürüb

    “AMAY Abdulla” şikayətini geri götürüb ...

    10-03-2016, 00:17

  • 
  • Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi

    Prokuror “AMAY Abdulla”ya 14 il iş istədi ...

    18-08-2015, 18:16

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22

  • 
  • "AMAY Abdulla" kassasiya şikayəti verdi

    "AMAY Abdulla" kassasiya şikayəti verdi ...

    18-05-2016, 19:22

  • 
  • Təcili: “AMAY Abdulla”ya hökm oxundu - 13 il

    Təcili: “AMAY Abdulla”ya hökm oxundu - 13 il ...

    7-09-2015, 13:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu