GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Müstəntiq hadisə yerinə baxışı iştirakım olmadan keçirib”

“Müstəntiq hadisə yerinə baxışı iştirakım olmadan keçirib”

Tarix: 17-03-2015, 00:58 Bölmə :Ölkə Baxış: 0
“Müstəntiq hadisə yerinə baxışı iştirakım olmadan keçirib”


Prokurorluq ölümlə nəticələnən yol qəzasında təqsirli bilinən sürücünün bəraət hökmünü ləğv etdirdi

Şəki Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirli bilinən Mingəçevir şəhər sakini Yunis Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Yunis Vəliyev 4 mart 2013-cü il tarixdə idarə etdiyi “VAZ 21013” markalı avtomobili ilə Mingəçevir şəhəri Azərbaycan İstilik Elektrik Stansiyası (AZİES) qəsəbəsində Naxçıvan küçəsi ilə hərəkət etdiyi zaman yol hərəkəti qaydasını pozub.

O, qarşı tərəfdən hərəkətdə olan Ramil Xudiyevin idarə etdiyi “Chaolin SLG 6660 CGE” markalı avtobus ilə toqquşub. Nəticədə avtomobildə olan sərnişin Aynurə Qafarlı xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yunis Vəliyev Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) mаddəsi ilə ittiham edilib və cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Məhkəmə Yunis Vəliyevin əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı nəticəsinə gəlib və onun barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokurorluq və apelyasiya şikayəti verərək Yunis Vəliyevin barəsində ittiham hökmünün çıxarılmasını tələb edib.

Hakim Mirbahəddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı Vidadi Cabbarov bildirib ki, məhkəmə bəraət hökmü çıxararkən Cinayət Prosessual Məcəlləsinin tələblərinə riayət etməyib. Onun sözlərinə görə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməyib: “Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməyib. İbtidai istintaq orqanı tərəfindən alınmış məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinə qiymət verərkən göstərilib ki, həmin ekspert rəyinin mənbəyi Mingəçevir şəhər Polis Şöbəsinin Istintaq Bölməsinin müstəntiqi Mahir Orucovun “məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının təyin edilməsi barədə” 15 iyul 2013-cü il tarixli qərarı olub, istintaq tərəfindən verilən məlumatlar daha obyektiv rəyin verilməsi üçün yetərli olmayıb. Lakin, məhkəmə istintaqı zamanı toplanmış və məhkəmənin müəyyən etdiyi “daha mötəbər” məlumatlar əsasında təkrar ekspertiza təyin edilsə də, yenidən ekspert tərəfindən Yunis Vəliyevin qanununun tələblərini pozduğu və onun həmin Qanunun müvafiq tələblərinə

riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması qənaətinə gəlinib. Bu dəfə məhkəmə ekspertiza rəyinə qiymət verərkən hesab edib ki, təkrar məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilərkən “Chaolin SLG 6660 CGE” markalı avtobus təmir edildiyi üçün ekspertizanın aparılması mümkün olmayıb. Halbuki, ekspertin 1 iyul 2014-cü il tarixli 9685 saylı rəyindən və məhkəmə iclasında dindirilmiş ekspert Vüqar Quliyevin ifadəsindən görünür ki, “Chaolin SLG 6660 CGE» markalı avtobusun təmir edilməsi bəzi suallara cavab verməyə imkan verməsə də, ümumilikdə ekspertizanın keçirilməsinə mane olmayıb. Göründüyü kimi, məhkəmə ziddiyyətli mülahizələrlə hər iki ekspert rəyini əsassız olaraq qəbul etməyib”.

Prokuror çıxışının sonunda Yunis Vəliyevin barəsində çıxarılan bəraət hökmünün ləğv edilməsini və ittiham hökmünün çıxarılmasını tələb edib. Prosesdə çıxış edən Yunis Vəliyev onа qarşı irəli sürülən ittihаm üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, 4 may 2013-cü il tarixdə arvadı Aynurə Qafarlının müəllim işlədiyi Mingəçevir şəhəri 16 saylı orta məktəbin şəhər stadionunda keçirdiyi tədbirdə iştirak etməsi üçün aparıb. Onun sözlərinə görə, həmin vaxt avtomobildə anası Durna Vəliyevada olub: “Anamı da iş yerinə düşürəcəkdim. Bu səbəbdən avtomobildə həm anam, həm də arvadım olub. Mingəçevir şəhəri Naxçıvan küçəsi ilə AZİES qəsəbəsindən şəhərin mərkəzi istiqamətində saatda 50 km sürətlə hərəkət etməyə başladım. Həmin vaxt Aynurə avtomobildə arxada solda, anam isə arxada sağda əyləşmişdi. Yolun özümə aid olan hərəkət hissəsi ilə hərəkət edərək sağa olan yolayrıcına çatmağa təxminən 3-4 metr məsafə qalmış bir avtobusun qarşıdan gəldiyini gördüm. Avtobus özünün hərəkət zolağında olan

çaladan yayınaraq yoluma çıxdı. Avtobusun sürətlə hərəkət etdiyini gördüm. Ancaq avtobusun öz yoluna qayıdacağını güman etdim. Toqquşmadan yayınmaq üçün avtomobili yolun sağ kənarına tərəf çəkdim. Bu zaman idarə etdiyim avtomobil avtobusla toqquşdu. Zərbədən avtomobilim bir qədər geri itələnərək dayandı. Maşından düşmədən arvadımın vəziyyətinin pis olduğunu gördüm. Onu xəstəxanaya çatdırmaq üçün avtomobili işə salaraq şəhərin mərkəzi istiqamətində sürməyə başladım. Bir qədər irəli getdikdən sonra avtomobilin nasaz olduğu üçün xəstəxanaya qədər gedə bilməyəcəyini bildim və avtomobili saxladım. Avtomobili saxladıqdan sonra oraya gələn “VAZ 2107” markalı avtomobilin sürücüsü dayanaraq məni və arvadımı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına apardı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, xəstəxanada Aynurə Qafarlıya tibbi yardım edilməsinə baxmayaraq ona kömək etmək mümkün olmayıb. O, qeyd edib ki, arvadı aldığı xəsarətlərdən xəstəxanada ölüb. Onun bildirdiyinə görə, xəsarət aldığı üçün onun özünə də tibbi yardım edilib: Arvadımın öldüyünü bildikdən sonra xəstəxanada dayana bilmədim. İlkin istintaqın gedişindən və gəldiyi nəticədən tamamilə narazı qalmışam. Müstəntiq hadisə yerinə baxışı iştirakı olmadan, təkcə mikroavtobusun sürücüsü Ramil Xudiyevin iştirakı ilə keçirib. Avtomobillərin toqquşma yerini də Ramil Xudiyevin göstərməsi əsasında rəy müəyyən edilib. Bu səbəbdən də hadisə yerinin sxemini düzgün tərtib edilməyib. Hadisə mikroavtobusun deyil, mənim hərəkət etdiyim yolda baş verib. Mikroavtobus çalaya düşməmək üçün mənim avtomobili idarə etdiyim yola çıxması nəticəsində hadisə baş verib. Hadisənin baş verməsində təqsirim və hadisənin qarşısını almağa texniki imkanı olmayıb”.

Mərhum Aynurə Qafarlının atası Arif Qafarov ifadəsində kürəkənindən şikayətçi olmadığını deyib. Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar açıqlayıb. Qərara görə, prokurorluğun şikayəti təmin edilib və Mingəçevir Şəhər Məhkəməsinin hökmü ləğv edilib və Yunis Vəliyevin barəsində ittiham hökmü çıxarılıb. Məhkəmənin hökmü ilə Yunis Vəliyev 4 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək, cəzası şərti hesab edilib. Həmçinin o, 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Şəkidə piyadanı vuraraq öldürən sürücünün istintaqı başa çatıb

    Şəkidə piyadanı vuraraq öldürən sürücünün ...

    15-07-2019, 10:58

  • 
  • Məhkəmə tanınmış şirkətin sürücüsünü cəzalandırdı

    Məhkəmə tanınmış şirkətin sürücüsünü cəzalandırdı ...

    6-04-2016, 12:01

  • 
  • Bakıda ölümə səbəb olan iş adamı azadlığa buraxıldı

    Bakıda ölümə səbəb olan iş adamı azadlığa ...

    5-03-2020, 10:46

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    18-01-2016, 12:14

  • 
  • Ağır qəza törədən sürücüyə hökm oxundu

    Ağır qəza törədən sürücüyə hökm oxundu ...

    23-05-2016, 17:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu