GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bakıda rəqifəsini 50 çəkic zərbəsi ilə öldürən qadına hökm oxundu

Bakıda rəqifəsini 50 çəkic zərbəsi ilə öldürən qadına hökm oxundu

Tarix: 20-03-2015, 12:20 Bölmə :Ölkə Baxış: 0
Bakıda rəqifəsini 50 çəkic zərbəsi ilə öldürən qadına hökm oxundu

Vəliyeva əxlaqsız həyat tərzi yaşayırdı.

Bakı Ağır Cinayətlər Məhkəməsində Nailə Apayevanın (1960-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

ötən il iyunun 17-də saat 15:00 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi ev 39 mənzil 51 ünvanında Nailə Apayeva yaşadığı evdə rəfiqəsi Lalə Vəliyeva ilə birlikdə nahar etdikdən sonra, sonuncu tənha olduğunu, onu heç kimin

anlamadığını, bu səbəbdən artıq yaşamaq istəmədiyini bildirərək, Nailə və qızının ünvanına nalayiq ifadələr işlədərək söyüb.

Bundan hiddətlənən Apayeva aralarında baş vermiş mübahisə zamanı mənzilində olan çəkic və dəhrə ilə Vəliyevanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vuraraq ona, ümumilikdə 50-dən artıq xəsarət yetirib. Lalə Vəliyeva kəskin

qanitirmə nəticəsində hadisə yerində keçinib.

Məhkəmə prosesində Nailə Apayeva ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərib ki, Lalə Vəliyeva onun rəfiqəsi olub. O, Laləni tanıyanda rəfiqəsi heç yerdə işləməyib, insanlara faizlə pul verib. Lalənin psixoloji durumu yerində

olmayıb, onun əsəbi və qeyri adekvat olduğu hamıya məlum idi, həmişə evindəki problemlərdən danışırdı. Oğlu Fuad evdən 50.000 dollar oğurlayaraq narkomanlarla xərcləmişdi. Fuad anasını şantaj edirdi, çünki Vəliyeva əxlaqsız həyat tərzi

yaşayırdı, ona görə də əri Nazim Vəliyev onunla boşanıb.

Əri 4 ay əvvəl rəsmi olaraq Səkinə Əliyeva adlı qadınla evlənib, bu isə Lalə Vəliyevaya pis təsir edib. Mərhum şahidlərin yanında söyləyib ki, əvvəlki ərinin arvadını öldürəcək. Hadisə günü Lalə Vəliyeva rəfiqəsinin evinə nahara gəlib, özünə içki

olaraq çaxır gətirib. Yemək zamanı içki içərək dərmanlar qəbul edib və ağlayaraq oğlundan, ərindən, ərinin yeni arvadından, sevgililərindən şikayət edib və yaşamaq istəmədiyini deyib.

Lalə bildirib ki, öncə ərinin arvadı Səkinəni öldürəcək, sonra isə özünə qəsd edəcək. Yeməkdən sonra içkili vəziyyətdə evindəki istilik sistemi olan kombinin yanında yerdə olan alətlərdən baltanı alaraq boğaz nahiyəsinə 2 zərbə vurub. Nailə

gördüklərindən şoka düşüb və dərhal ona bint gətirib və qorxa-qorxa bintlə onun boğazını sarmağa çalışıb. Həmin an Lalə balta ilə onun qoluna vurub. Ev qan içində olub. Lalə onu yerə yıxıb və əlinə keçən çəkiclə ona zərbələr vurub, adını

Səkinə deyərək onu boğmağa başlayıb. Çarəsiz bir anda çəkici onun əlindən alan Nailə onun başına bir zərbə endirib.

Apayeva göstərib ki, ümumi xəsarətlər mərhumda 4 dənə olub, Lalə onlardan üçünü özü-özünə balta ilə vurub. Bunun nəticəsində 20 dəqiqənin içində mərhum çoxlu qan itirib və ona görə keçinib. Apayeva bildirib ki, Vəliyeva öz evində onun

həyatını məhv edib.

İstintaq zamanı müstəntiq ekspertlə əlbir olaraq ekspertizanın rəyində, guya mərhumun üzərində 70 ədəd xəsarət olduğunu yazıblar.

Sonda təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, onun barəsində CM-nin 123-cü (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri aşmaqla adam öldürmə) maddəsi ilə hökm çıxararaq onu həbsdən azad etsinlər,

əks halda o, özünə qəsd edəcək.

Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Fuad Vəliyev bildirib ki, ayın 17-də saat 16:30-da anasının telefonundan ona sms gəlib və orda yazılıb ki, “mən dostlarımla üç günlük rayona gedirəm, telefonun adaptorunu evdə

unutmuşam, telefonun zaryadkası azdır”. Sms aldıqdan sonra o, anasına “başın işləyir?” sözləri ilə cavab yazıb və “bəli” sözləri ilə cavab alıb. Bundan sonra o, anasının telefonuna zəng edib, lakin telefonun bağlı olduğunu görüb. Axşam işdən

çıxaraq evə gedib, təxminən bir saat sonra Nəsimi RPİ-nin əməkdaşları ona zəng edərək hadisə barədə məlumat veriblər.

İş üzrə 4 nəfər şahid dindirilib.

Məhkəmənin hökmü ilə Nailə Apayeva cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rəfiqəsini 50 çəkic zərbəsi ilə öldürən qadının etirafları

    Rəfiqəsini 50 çəkic zərbəsi ilə öldürən qadının ...

    25-08-2015, 19:56

  • 
  • Qaynını öldürən şəxsə hökm oxundu

    Qaynını öldürən şəxsə hökm oxundu ...

    22-06-2017, 14:44

  • 
  • Qardaşını öldürən məhkəmə qarşısında

    Qardaşını öldürən məhkəmə qarşısında ...

    22-04-2016, 00:50

  • 
  • RƏFİQƏSİNİ BALTA İLƏ HİSSƏLƏRƏ DOĞRAYAN QADIN : "MƏNİ BEZDİRMİŞDİ"

    RƏFİQƏSİNİ BALTA İLƏ HİSSƏLƏRƏ DOĞRAYAN QADIN : ...

    21-08-2018, 00:56

  • 
  • Bakıda adam öldürən fəhləyə hökm oxundu

    Bakıda adam öldürən fəhləyə hökm oxundu ...

    4-02-2016, 16:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu