Türkiyə baş nazirinin müavini Bülənt Arınc prezident Ərdoğanla bağlı dediyi sözlərə görə onu tənqid edənlərə cavab verib.
Avropa.info xəbər verir ki, Arınc Ərdoğanla qardaşlıq hüququnun olduğunu və hər zaman prezidenti dəstəklədiyini bildirib.
"Bəzi media mənsubları guya hökumətlə prezidentimiz arasında qarşıdurma olduğunu yazdılar. Arınç intiqam alır kimi yazılar yazdılar. Bizlər dövlət məsələlərinə duyğularımızı qarışdırmırıq. Bu sözlərimi başa düşməmək, ya da səhv anlamaqdan başqa bir şey deyil. Biz prezidentimizə qarşı hörmətsizlik etmərik. Bizim hüququmuz illər əvvələ söykənir. Rahat yataqlarımızda, ayaqlarımızı uzadaraq bu günlərə gəlmiş deyilik. Ərdoğanla hüququmuz qardaş hüququdur. Dava yoldaşlığıdır. Ərdoğan qəhrəmanımızdır. Ərdoğan mənim sözlərimi heç bir zaman səhv başa düşməz.
Prezidentimizə bəzi məsələlərdə natamam məlumat veririksə, qüsuru özümüzdə axtararıq. Mən heç kimin adamı olmamışam. Siyasət həyatım bitəndə Allah qismət etsə, 2 ay sonra başım dik gəzəcəyəm.
Arınc AK Partiyadan olan Ankara Bələdiyyə baqanı Gökçəkin onun haqqında yazdıqlarına da sərt şəkildə cavab verib.
Göyçək mənimlə bağlı Tvitterdə bəzi açıqlamalar verib. Bu tərbiyəsiz bir açıqlamadır. Allah qismət etsə, bu vəzifədə olmayacağam, sadəcə, pensiya yaşayan biri olaraq Ankaranın küçələrində gəzəcəyəm. Məni istefaya çağırmaq kimsənin həddi deyil.
Hər kəs mənim camaata (Gülən camaatını nəzərdə tutur: red) qarşı fikrimi bilir, amma 17 və 25 dekabr olaylarından sonra, mən hökumətin yanında oldum.
Göyçək Bələdiyyə başqanı keçməkdə səs toplamaq üçün, "paralel"in qucağında oturmuşdu. Onlara yurd yerləri vermişdir. 30 Marta qədər "paralel quruluşla" bağlı ağzından bir pis söz çıxmayıb. Verdiyi yerləri ləğv etmək üçün məhkəmələ qaçır."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?