“Tərəflər təzyiq və təhdidləri kənara qoyaraq, məsələni diplomatik yolla həll etmək barədə təminat veriblər”
Rəsmi Moskva Azərbaycanın işğal altında olan Xocalı hava limanının ermənilər tərəfindən qeyri-qanuni yolla istifadəsinə dair rəsmi mövqeyini açıqlayıb. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Aleksandr Lukaşeviç Xocalı aeroportu ilə bağlı bildirib ki, rəsmi Moskva ATƏT-in Minsk qrupu həmsədrlərinin fikirlərini dəstəkləyir. «Bu məsələ bir neçə dəfə ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən gündəmə gətirilib. Biz onların mövqeyini dəstəkləyirik. Biz məlumat almışıq ki, tərəflər təzyiq və təhdidləri kənara qoyaraq, məsələni diplomatik yolla həll etmək barədə təminat veriblər”,-deyə XİN rəsmisi bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?