GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Tarix: 31-03-2015, 20:28 Bölmə :Ölkə Baxış: 0
Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

İnsanın dəfolunmaz qorxu hissini nəinki başqalarına, heç özünə də etiraf etməsi ona xas deyil. Lakin qorxunc həbsxana divarları arasından çıxandan sonra mən ilk dəfə idi ki, Pervoprestolda (Moskvanın qədim adlarından biri) hökm sürən hansısa qəribə qorxu mühitinə düşmüşdüm.

Bu, mənim Bakıya qayıdarkən yaşadığım ilk hisslər idi. Hətta Azərbaycanda sərt, bəzən qəddar hakimiyyət vertikalına baxmayaraq burada bugünkü Moskvaya nisbətən hər necə də olsa azad nəfəs almaq olur.


Biz həmin məşhur “Metropol” otelində, belə demək mümkünsə, düz Kremlin divarları önündə qalırdıq. Hərçənd mənə elə gəldi ki, bu məşhur otel də özünün əvvəlki lüks görkəmini dəyişib. Sanksiyalardan sonrakı Moskva kimi...

Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR


Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR


BÖLÜM: Siyasət
YAYIM TARİXİ: 31 Mart 2015 19:20
Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR
İnsanın dəfolunmaz qorxu hissini nəinki başqalarına, heç özünə də etiraf etməsi ona xas deyil. Lakin qorxunc həbsxana divarları arasından çıxandan sonra mən ilk dəfə idi ki, Pervoprestolda (Moskvanın qədim adlarından biri) hökm sürən hansısa qəribə qorxu mühitinə düşmüşdüm.

Bu, mənim Bakıya qayıdarkən yaşadığım ilk hisslər idi. Hətta Azərbaycanda sərt, bəzən qəddar hakimiyyət vertikalına baxmayaraq burada bugünkü Moskvaya nisbətən hər necə də olsa azad nəfəs almaq olur.


Biz həmin məşhur “Metropol” otelində, belə demək mümkünsə, düz Kremlin divarları önündə qalırdıq. Hərçənd mənə elə gəldi ki, bu məşhur otel də özünün əvvəlki lüks görkəmini dəyişib. Sanksiyalardan sonrakı Moskva kimi...






Yeri gəlmişkən, Boris Nemtsovun Moskva çayı körpüsündə (onu xalq arasında indi "Nemtsov körpüsü" də adlandırırlar) mənə bu hisslər güc gəldi ki, indi Kremlin divarları önündə olmaq da təhlükəsiz deyil. Slavyan Bizansının xarabalıqları üzərindən dirçəlib qalxmış və başı yeni imperiya əzəməti şövqü ilə dumanlanmış Putin Moskvası hələ də Ukrayna hərbi ekspedisiyasının ani uğurundan yaranan bayram eyforiyası içərisindədir. Moskvalılar onları xışdan-kotandan xilas edə biləcək və yeni nüvə silahı hədiyyə edəcək yeni Stalin axtarışındadır.

Sağlam düşüncəli, ağlı başında görünən və sifətində ziyalı ifadəsi olan şəxslər məni əmin edirdilər ki, Stalinin ruhu gecələr Qırmızı Meydanın üzərində dolaşır. Rəhbər oyanır və qaranlıq düşəndən sonra Kremlin ətrafında gəzintiyə çıxır...

Sovet imperiya ocağının sahibinin ruhu haqda bir şey deyə bilmərəm, ancaq Kremlin divarı önündə qətlə yetirilmiş Boris Nemtsovun ruhunun bir çox moskvalılara rahatlıq vermədiyi dəqiqdir.

Vurulmuş siyasətçinin öldürüldüyü yerdə həmişə güllər olur. Moskvada bu cinayət haqda danışmamağa, nəzərlərini israrla yayındıraraq pıçıldaşmağa üstünlük verirlər.

Lakin Moskvada əksəriyyət də olmasa bu ritual qətlə haqq qazandırmağa cəhd edənlər çoxdur: Nemtsov böyük imperiya ideyalarının güdazına gedən qurbandır. İvan Qroznı tərəfindən gözləri kor edilmiş arxitektorların əzablı ölümləri hesabına başa gəlmiş Müqəddəs Vasili kilsəsi də Moskva çayı körpüsündən uzaqda deyil... Rusiyanın heybətli, özü də necə heybətli hökmdarları var!

Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Bəli, Rusiyada velikoderjava revanşizmi ideyası qalib gəlib. Bədnam Yeltsin dövrü və sivilizasiyalı Avropa ailəsinə qəbul olunmaq üçün göstərilən sonrakı səylər rusiyalıları yeni tarixin mənbəyinə gətirib çıxardı. Bunda Rusiyanı yeltsinsayağı sərxoş orgiyasına itələyən Qərbin də böyük rolu var.

Bu nəhəng ölkə son nəticədə nə əldə etdi? İqtisadi çöküş, səfalət, parçalanma və dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi - onun ödədiyi bədəl belə idi.

Rusiya Qərbə görə hər şeyini, ilk növbədə ləyaqətini itirdi. Putin isə Rusiyaya itirilmiş şərəfini və layiqli həyat illüziyasını geri qaytardı. Doğrudur, layiqli həyat barədəki bu ötəri illüziya enerjidaşıyıcılarının Rusiya üçün kritik olan qiymətləri ilə bərabər dağılıb gedə bilər.

Belə görünür ki, rusiyalılar bu dəhşətli reallığı başa düşür, ancaq Qərb Kremlə dalandan çıxmaq üçün başqa çıxış yolu buraxmayıb. Axı Rusiyanı bu geosiyasi labirintə Qərb özü, ilk növbədə ABŞ qovub salıb. Və Rusiyanın öz insanlarını dünyanın neostalinizm ruhundakı zəbti və rus ideyasının qalib gələcəyi illüziyası ilə qidalandırmaqda davam etməkdən başqa yolu qalmır. Bunun alternativi yoxdur. Liberalizm - Yeltsin dövrü dərəbəyliyi haqdakı kədərli xatirələrdən və ölkəyə yad olan Avropa seçimi barədə zorla sırınan stereotiplərdən ibarətdir. Bəli, bəli, velikoderjava revanşizmi ideyası leninizmdə yox, stalinizmdə təcəssüm edir.

Lenin klassik kommunist idealları və sinfi mübarizə ilə eyniləşdirilir. Və o, olduqca qeyri-populyardır - Mavzoley bağlanıb və xalq əmindir ki, onu çoxdan dəfn ediblər. Bugünkü Rusiyada dünyanın ələ keçirilməsindən və onun yenidən bölüşdürülməsindən başqa ideya yoxdur. Hər şey Stalin dövründəki kimidir: ən əsası Berlinə, ən pis halda isə Kiyevə qədər gedib çıxmaq və öz milli “mən”ini təsdiqləmək.

Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Rusiyada qorxu, xof mühiti və çürüməkdə olan dünya imperializmi ilə yeni “soyuq müharibə” haqda mövzunu davam etdirərkən rusiyalıların ruhuna hopmuş yeni təhlükəyə toxunmamaq mümkün deyil. Hamı neftin növbəti və qaçılmaz ucuzlaşması dalğasından qorxur. Mağazalarda isə qiymətlər qalxır, büdcə ixtisar olunur, bunlarla birlikdə insanların maaşları da azaldılır. Restoranlar bağlanır (500-dən çoxu bağlanıb!) - yeyib-içmək, kef-damaq, sərxoşluq etmək qurtardı!

Rus mujiki tərəfindən hələ sağlığında bütləşdirilmiş Putinin Rusiyada ağlasığmaz dərəcədə yüksək reytinqinin olması fenomeni nə ilə əlaqəlidir? O, Rusiyaya sabitliyi və sakit, ilk növbədə dolğun həyatı qaytardı. Ancaq indi həyat gündən-günə pisləşir.

Doğrudur, bunu hakimiyyətin Stalin modelinin dirçəlişi və rus insanının 25 ildir xəyal etdiyi dövlət-sərt yumruq konsepsiyası kompensasiya edir, ancaq hər halda rus insanının istənilən sanksiyanın ağırlığına tab gətirəcəyinə dair fikirlər həqiqətə əsla uyğun deyil. Axı çar Aleksandrın dövründən (Nikolayı hesaba almayaq, çünki ilk siyasi böhran onun dövründə başlayıb) ruslar heç vaxt belə yaxşı yaşamamışdılar. Paradoksal səslənir - Putinin dövründəki kimi...

Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Çar və bolşevik təhkimçiliyi zülmündən xilas olmuş ruslar üstündən əsrlər keçəndən sonra “dəmir pərdə”ni də dəf etdilər. Onlar əsrlər boyunca nələrdən məhrum edildiklərini məhz onda anladılar. Kann əyləncələrində və türk kurortlarında ərköyünləşmiş xalqı təzədən qovub vahid və böyük bir düşərgəyə salmaq artıq mümkün olmayacaq. Ona görə də çoxunun üzündə çaşqınlıq və narahatlıq hissi var. Rusiyanın yenidən dünyanın əsas izqoy ölkəsinə, təklənmiş və təcrid olunmuş ölkəyə çevrilməsi fikri ilə barışmaq ruslardan ötrü çox çətindir. Axı heç Stalin dövründə də Rusiyanı izqoya çevirməyi heç kəs bacarmamışdı.

“Bizimlə hesablaşırdılar, bizi dinləyirdilər, sözümüzə baxırdılar” - həmsöhbətlərimizin demək olar ki, hamısı bu sözləri təkrarlamağı xoşlayır.

Ruslar ona ümid edir ki, indi də Putin hamını Rusiya ilə hesablaşmağa, Rusiyanı dinləməyə məcbur edəcək. Doğrudur, onlar buna nəyə görəsə ümid edirlər, amma buna əmin deyillər. Sabahkı günə olan inam da yavaş-yavaş yoxa çıxır. Milyonlarla rusiyalını yalnız Putinin Kremldə olması ruhlandırır. Onlar özlərinə bu fikri təlqin ediblər ki, Putin hamının yerinə bir qərar verəcək, axı nəyin düz, nəyin səhv olduğunu, nəyi necə etmək lazım gəldiyini yalnız o bilir...

Ortada bir Putindir, bir də od tutub yanan dünya. Rusiyadakı parlament müxalifətini hakimiyyətin rəqibi saymaq çox çətindir, çünki rus müxalifəti baş nazir Medvedyevin özündən də qatı iqtidarpərəstdir. Yeri gəlmişkən, Qərb jurnalistlərinin bir neçə il əvvəl “sabahkı günün Qorbaçovu” adlandırmağı xoşladığı Medvedyev ölkədə əsla populyar deyil. Liberalları Rusiyada əvvəllər olduğu kimi indi də sevmirlər. Medvedyev özünün innovativ Skolkovo layihəsi və liberal islahatları ilə gülüş hədəfinə çevrilib. Bu gün Moskvada heç kəs onu ciddiyə almır.

Rusiyada sistemdənkənar müxalifət haqda isə heç söhbət belə gedə bilməz. Onun mövcudluğu haqda yalnız gümanlar irəli sürə bilərsən - o da siyasi andeqraund sakini haqda olduğu kimi...

Bugünkü demək olar ki, Stalin Rusiyasında hansısa yeni müxalifətin doğulmasından danışmaq isə ümumiyyətlə yersizdir.

Bəs indiki Stalin Moskvası taleyin hökmü ilə siyasi tarixin sonuna qədər velikoderjava revanşizmi ilə qonşu olmağa məhkum olmuş ölkələrə necə yanaşır?

Anladığım qədər Kreml hətta Ukraynaya hərbi ekspansiyanın uğur qazanacağı təqdirdə də yaxın qonşuları olan ölkələrə soxulmağa hazırlaşmır. Yəni Moskvadan ötrü bircə ağrılı məsələ var. Bu da Ukrayna, Belarus, Qazaxıstan və... Ermənistandan ibarət Avrasiya İttifaqının özəyidir. Bəli, bəli, təəccüblənməyin. Dövlət Dumasının hər bir deputatı öz otağının pəncərəsindən Moskvanın mərkəzində ucalan “Ararat” otelini yeni nəzərlərlə seyr edir.

Moskvada yaşayan azərbaycanlıların heç birinin (Araz Ağalarovdan Vahid Ələkbərova qədər) ağlına rusiyalılarda müəyyən assosiasiya doğurmaq ideyası gəlməyib. Məsələn, onlardan biri öz layihəsini, tutalım “Krokus” yox, “Abşeron” adlandıra bilməzdimi? Azərbaycanlılar belədir. Dumanın deputatlarının Ararat tərəfə baxması onların nəyinə gərəkdir?!

Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Bugünkü Rusiya bu ölkələrdən hər biri uğrunda ölümünə savaşacaq. Bu, ona həddən artıq baha başa gəlsə belə... Rusiya Baltikyanı ölkələrin və Şərqi Avropanın itirilməsi ilə yalnız müəyyən müddətə barışıb. Onun büdcəsi bu məkana soxulmağa hələlik imkan vermir. Səbəb yenə də neftin-qazın qiyməti məsələsinə bağlıdır. Büdcəyə əlavə yerlərdən gəlir gəlmir və gəlməyəcək də. Ən yaxşı halda Rusiya öz iqtisadiyyatını diversifikasiya edə, şaxələndirə bilər (hərçənd ki, mən buna şübhə ilə yanaşıram). Amma rus malları bu halda da heç kimə - nə Avropaya, nə Türkiyəyə, nə də Cənub-Şərqi Asiyaya gərək olmayacaq. Yaxın xaricdən isə heç danışmağa dəyməz.

Deməli, əsas diqqət əvvəlki kimi yenə də enerji ehtiyatlarına və silah istehsalına yönəldiləcək. Lakin Rusiyanın Qərbdən texnoloji yeniliklər baxımından azı 50 il geri qaldığını nəzərə alanda o, öz əbədi rəqibi ilə yaxın onilliklər ərzində rəqabət apara bilməyəcək.

Ola bilər ki, “yaşıl adamcıqlar” haradasa Vilnüs ətrafında, Balkanlarda, yaxud Sofiya yaxınlığında peyda olsun. Şoyquya əhsən. O, Serdyukovun qoyub getdiyi xarabalıqlar üzərində cəmi bir neçə il ərzində çox güclü və döyüş qabiliyyətli ordu yaratmış əsl qəhrəmandır. Lakin bir dəqiqə dayanın, amma Rusiyanın bu yeni əraziləri saxlamaq və idarə etmək üçün axı pulu yoxdur və heç olmayacaq da. Krımla Donbası zor-bəla saxlayırlar. Ermənistanı saxlamağa isə ümumiyyətlə pul çatmır.

Amerikalılar neftin qiymətinin bu enerji derjavasının yenidən ayağa qalxmasına imkan verəcək həddə qədər qalxmasına sadəcə olaraq imkan vermir. Rusiyanın nəhəng Sabitləşdirmə Fondu Avrasiyada qeyri-sabitlik yaradacaq təhlükə mənbəyidir. Bunu yaxşı anlayan amerikalılar Cənub-Şərq Asiyadakı kontingentlərini və ən yaxşı qüvvələrini yenidən Rusiyaya qarşı mübarizəyə səfərbər ediblər.

Amma Rusiya hətta xəzinəsinin boş olmasına da baxmayaraq bu “Avrasiya dördlüyü”nün nəzarətdən çıxmasına imkan verməyəcək.

Bəs Azərbaycan? O, necə olacaq?

Bu suallar müəmmalı gələcək qarşısında panikaya düşən azərbaycanlı oxucunu daha çox maraqlandırır.

Rus liderləri Qarabağa üstündə Andreyevlentləri olan tankları yeritməyə çağırır. Çoxdan bəri Kremlin danışan dilinə çevrilmiş siyasətçi bunu uca səslə bəyan etdi. Hamı da bu bəyanatı oxudu. Rus tankları doğrudanmı Bakıda peyda olacaq?


Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Moskvada Azərbaycanı da Moldova və ya Orta Asiya respublikaları (Ağ sütunlu evdə sovet siyasi coğrafiyasının qaydaları ilə hərəkət edib Qazaxıstanı Orta Asiyadan ayırırlar) kimi qardaş ölkə adlandırırlar. Varşava Müqaviləsinə daxil olan ölkələrini qatı stalinizm, hətta məxməri Brejnev durğunluğu illərində belə adlandırırdılar. Moskvada Türkmənistan və Gürcüstan kimi Azərbaycana da yəqin Erix Honekkerin ADR-i və ya Todor Jivkovun Bolqarıstanı sayaq, bu statusda baxırlar. Yaxud da ona ən yaxşı halda Yuqoslaviya kimi - nə NATO-ya, nə də amerikalılara yerin olmadığı bufer zona kimi baxırlar.

Rus qoşunları burada yalnız bir halda - amerikalıların və onların müttəfiqlərinin fəallaşacağı təqdirdə peyda olacaq. Moskva Qərbin buradakı iqtisadi mövcudluğuna göz yumacaq. Səbəb çox sadədir - “Rosneft” və Seçin Amerikanın ən son və ən yeni enerji texnologiyalarının Bakıya verə biləcəklərini Azərbaycana təklif edə bilmir.

Lakin Moskva Qərbin burada siyasi mövcudluğuna icazə verməz. Əlbəttə, Azərbaycanın Gömrük İttifaqı tipli hər cür inteqrasiya layihələrinə qoşulması Kremlin fiks-ideyasıdır. Lakin Moskvanın hələlik Azərbaycana təklif edəcəyi bir şey yoxdur. Hətta Qarabağı da təklif edə bilmir.

Rusiya ilə Azərbaycan arasındakı yaxınlaşmanın fonunda meydana çıxan versiyalar dalğası, məsələn, Moskvanın guya İrəvana təzyiq göstərəcəyi və Sərkisyanı mövqeyini yumşaltmağa məcbur edəcəyi barədəki gümanlar reallıq adlı daşa dəyib çilik-çilik oldu. Rusiyanın bu məsələdəki mövqeyində dəyişiklik olmayacaq.

Azərbaycan Rusiyadan ötrü şübhəsiz ki, vacib ölkədir. Amma bu zərurət Ermənistanı itirmək hesabına mövcud deyil. İrəvan isə hər hansı güzəştə getməyə hazır deyil. Ona görə də Rusiya üçün ən yaxşı variant həm Azərbaycanı, həm də Ermənistanı havadan asılı vəziyyətdə saxlamaqdır. Allaha şükür ki, Qarabağ var və olacaq!

Nəhayət, ən son təəssüratlarım haqda. Mən ön cəbhəyə - Azərbaycan diplomatiyasının ən mürəkkəb sahəsinə diplomatik savaşların ustası Polad Bülbüloğlunu göndərmiş İlham Əliyevin qərarlarının bütün müdrikliyini indi anladım. Yüksək mərtəbələrdə qərar tutan rusiyalılar bütün görüşlərdə dillərinə iki familiyanı gətirirdilər - Əliyevlər (Heydər, İlham və Mehriban xanım) və Bülbüloğlu. Qalan digər soyadlar bu tanınmış azərbaycanlıların adının kölgəsində qalırdı.

Bizim səfirin rolu ondan ibarətdir ki, Rusiya tankları hələ də nəinki Qarabağda, heç Bakıda da peyda olmayıblar.Bu da diqqəti cəlb etməyə bilməz. Moskvada bütün qapılar onun üzünə açıqdır, onunla hesablaşırlar, onu dinləyirlər.

İlham Əliyevin Rusiyaya münasibətdəki indiki doktrinası, bütövlükdə prezidentin xarici siyasəti ən mükəmməl modeldir. Ölkənin real müstəqilliyini məhz bu model sayəsində saxlamaq mümkün olur. İstənilən digər alternativ yol, illah da açıq qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsi rus tanklarının Bakıya daxil olması demək olardı.

Özü də təkcə bu da yox. Bu variant həm də Qarabağın birmənalı şəkildə, özü də bu dəfə de-yure itirilməsi demək olardı. Məsələn, Abxaziya və Osetiya nümunəsində olduğu kimi. Hələ Krımı və Donbası demirik...

Rusiya ilə hesablaşmalı... Qarabağı itirmək istəmiriksə... - FOTOLAR

Azərbaycan həddən artıq bu mürəkkəb geosiyasi vəziyyətdə nə etməlidir? İndiki hakimiyyətin etdiyini - Rusiya ilə hesablaşmaq və onu dinləmək. Əgər biz Qarabağın birdəfəlik itirilməsi ilə barışmaq istəmiriksə, başqa yolumuz yoxdur.

Hələ heç bu da hamısı deyil. Dövlət Dumasının deputatı, Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin vitse-prezidenti Məmməd Abbasovun da dediyi kimi, “şimal əraziləri” adlı problem Azərbaycanda daha aktual deyil. Bilirsinizmi niyə? Deputat bu suala açıq cavab verdi: ona görə ki, Putinlə Əliyev anlaşıb.

Belə çıxır ki, əgər prezidentlər anlaşmasaydı, Azərbaycan daha bir problemlə üzləşəcəkdi! Bu dəfə öz şimal sərhədlərində...

Qarabağdakı indiki status-kvo isə hələ uzun müddət davam edəcək. Belə görünür ki, sonu olmayan yeni “soyuq müharibə”nin sonuna qədər...

Eynulla Fətullayev

Moskva
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Rusiya Qarabağı Azərbaycana qaytarır" - Erməni politoloq

    "Rusiya Qarabağı Azərbaycana qaytarır" ...

    22-11-2014, 22:22

  • 
  • Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edir – Londondan şok iddia

    Moskva İrəvanı Qarabağı qaytarmağa məcbur edir – ...

    3-09-2015, 21:43

  • 
  • Erməni siyasətçi: “Rusiya Qarabağı Azərbaycana hədiyyə edəcək”

    Erməni siyasətçi: “Rusiya Qarabağı Azərbaycana ...

    20-11-2013, 13:56

  • 
  • ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı...

    ​Kreml açıqladı: Ərdoğan Putinlə Qarabağı... ...

    10-11-2017, 17:41

  • 
  • “AST Telman”a Kremlin yanında otel tikməyə icazə vermədilər

    “AST Telman”a Kremlin yanında otel tikməyə icazə ...

    26-09-2013, 12:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu