Rusiya prezidenti Putinin tələbə yoldaşı, Azərbaycanda və Moskvada böyük biznesi olan İlham Rəhimov və kürəkəni yeni problemlə üzləşiblər
«Gündəm xəbər» qəzeti ölkənin bəzi xəbər portallarında yayılan məlumatlara istinadən bildirir ki, Vergilər Nazirliyi İlham Rəhimova məxsus olan, amma kürəkəni Araz Mehdiyevin nəzarət etdiyi «Mobitel» şirkətində yoxlamalara başlayıb:
«Qısa məlumat üçün bildirək ki, 20 ilə yaxındır fəaliyyət göstərən bu şirkət mobil cihazların Azərbaycanda rəsmi distribütorudur və bu illər ərzində milyonlarla mobil telefon və cihaz satıb.
Bu şirkətin satış şəbəkəsi demək olar ki, ölkənin bütün iri şəhərlərini əhatə edir. İndisə yoxlama nəticəsində «Mobitel» şirkətinin vergidən külli miqdarda yayındığı üzə çıxıb. Məlumdur ki, Mobitel şirkəti monopolist şirkətdir, yəni onun icazəsi olmadan respublikaya heç bir sahibkar telefon gətirə bilməz. Təkcə iPhone 6 + mobil telefonun ölkəmizə yeni gətirilən günlərində «Mobitel» şirkəti 3 miliyon manat gəlir əldə edib. Nəzərə almaq lazımdır ki, bu gəlir ancaq iPhone 6 + mobil telefonuna aiddir».
Məlumatda bildirilir ki, vergi orqanları «Mobitel»i vergidən böyük məbləğdə vəsait yayındırmaqda ittiham edərək, 10 milyon manat cərimə eləməyə hazırlaşır:
«Yoxlama zamanı şirkətin rəhbəri İlham Rəhimovun kürəkəni Araz Mehdiyev Gömrük Komitəsindən sənəd alıb nazirliyin əməkdaşlarına təqdim eləsə də, ona izah ediblər ki, bu, çıxış yolu deyil. Çünki ölkədə mobil telefonların real satış qiymətini nəzərə alanda məlum olur ki, şirkət külli miqdarda vergidən yayınıb. Məlumata görə, hətta Araz Mehdiyev Vergilər Nazirliyinin əməkdaşları ilə “razılığa gəlmək” üçün cəriməni 10 milyondan 3 milyona salmağı da «təklif» edib. Amma “təklif”i qəbul etməyən vergi əməkdaşları şirkətin telefon satışını dərhal dayandıraraq, qanunsuzluqlar barədə ciddi aktlar həyata keçiriblər ».
«Məlumata görə, yoxlamalarla bağlı şirkət telefon satışını dayandırmaq məcburiyyətində qalıb. Buna görə işçilər öz hesablarına məzuniyyətə buraxılıb: «İşçilərə deyilib ki, yoxlamanın nəticəsinə uyğun olaraq, onların nə
zaman işə çıxacaqları bilinəcək. Artıq iki aya yaxındır, işçilərin həsrətlə çağırış gözləyir».
Şirkətin nə zaman fəaliyyətini bərpa edəcəyinin hələ də bilinmədiyini deyən mənbə onu da bildirib ki, Araz Mehdiyev «Mobitel»in rəsmi satış mərrkəzlərində satıcı işləyənlərin hər birinə Azərbaycan manatı ilə deyil, dollarla maaş ödəyirmiş: «Satıcılara 1000 dollar maaş verilirdi. Son iki ayın əmək haqları isə yuxarıda qeyd edilən səbəbdən də ödənilməyib».
Məsələyə İlham Rəhimovun müdaxilə edib-etmədiyinə gəldikdə isə, müsahibimiz “Bu haqda məlumatlı deyiləm”, - deyə, bildirib.
Yazıda deyilənlərlə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?