GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Mehdiyev kimdir...

İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Mehdiyev kimdir...

Tarix: 14-03-2018, 15:08 Bölmə :Cəmiyyət Baxış: 611
İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Mehdiyev kimdir...



Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu, oliqarx-milyarder İlham Rəhimovun Moskvadakı biznesinə sahiblənən Araz Mehdiyev onun kürəkənidir. Bu barədə İlham Rəhimov özü “Yeni Müsavat” qəzetinə danışıb.

Bundan əvvəl virtualaz.org Rusiyanın RBC agentliyinə istinadla xəbər vermişdi ki, İlham Rəhimov bu il yanvarın 31-də Moskvanın kommersiya daşınmaz əmlak biznesinə çoxsaylı aktivlərə nəzarət edən “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan 6 şirkətdəki səhmlərini Azərbaycandakı tərəfdaşına təhvil verib. Səhmlərin yeni sahibi İlham Rəhimovun Azərbaycandakı hüquq firması “Fina LLC”-dəki tərəfdaşı Araz Mehdiyev olub.

Oliqarx açıqlamasında bildirib ki, səhmləri adına keçirdiyi Araz Mehdiyev onun böyük kürəkənidir. “Daha mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir. Əksinə, bütün işlərin ağsaqqallığını yenə özüm edəcəm”-İ.Rəhimov deyib.

Biznesmen bildirib ki, bu dəyişikliyə baxmayaraq nə o özü, nə ortaqları Qod Nisanov və Zarah İliyev Rusiyanı tərk etmək niyyətində deyillər.

İlham Rəhimov Moskvadakı aktivlərini kürəkəninin adına keçirməsini “biznes aləmini tərk edib getməsi” və “özünü elmə həsr etməsi” ilə əsaslandırmağa çalışsa da bu sövdələşmə ABŞ Maliyyə Nazirliyinin məlum “Kreml siyahısı”nı açıqlamasından cəmi bir gün sonra baş verib. Həmin siyahıda Kremlə yaxın oliqarxların, o cümlədən İ.Rəhimovun biznes ortaqları Qod Nisanovla Zarah İliyevin də adları yer alır. Gözlənilir ki, tezliklə ABŞ adları “Kreml siyahısı”ında yer alanlara qarşı sərt sanksiyalar tətbiq edəcək.

Habelə Rusiya hakimiyyətinin xaricdəki dostlarının da yeni sanksiyaların təsiri altına düşəcəyi gözlənilir. Yəni İ.Rəhimov “Azərbaycan vətəndaşı olduğuna görə” bu siyahıdan kənarda qalsa da yeni sanksiyaların onu da əhatə edəcəyi gözlənilən idi. Və oliqarx özünün Moskvadakı aktivlərini kürəkəninin adına keçirməklə bu risklərdən sığortalanmağa çalışır. Əslində digər rusiyalı oliqarxlar da tələm-tələsik buna bənzər sövdələşmələr həyata keçirirlər, yaxud Putindən mümkün qədər uzaq qaçmağa çalışırlar ki, aktivlərini qoruya bilsinlər.
İndiki halda İ.Rəhimovun Moskvadakı kifayət qədər gəlirli aktivlərinin yeni sahibi (formal da olsa) Araz Mehdiyev həmin gəlirlərdən Azərbaycan büdcəsinə vergi ödəməli olacaq. Əgər Moskvadakı kommersiya daşınmaz əmlak biznesindən əldə edilən gəlirlər offşorlara ötürülməsə...

Araz Mehdiyevin adına isə bu günlərdə rospres.org saytında yer alan araşdırmada rast gəlinir. Həmin araşdırmada Avropa İttifaqına daxil olan ölkədə-Litvada “Jukovsk” aeroportunun yaradılması ilə məşğul olan “Avia Solution Group” şirkətinin benefsiarlarından bəhs olunur. Bu holdinqin səhmlərinin 10 faizi Rusiyanın “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezova və sənaye naziri Denis Manturova yaxın şəxslərə məxsusdur. Qalan benefisiarlar isə məlum deyil və Hollandiyada qeydiyyatdan keçmiş fondlarda gizlənir. Hansı ki, Litva Dövlət Təhlükəsizliyi Xidmətinin xəbərdarlıqlarına baxmayaraq şirkət bu ölkənin aeroportlarında işləyir, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi ilə müqavilələr bağlayır.
Şirkətin aktivləri arasında olan “Jukovsk” aeroportunda 2016-cı ildə “Sky Gates Rus” MMC şirkəti və “Sky Gates Airlines” MMC yükdaşıma şirkəti yaradılıb. 2017-ci ilin aprelində və mayında “Sky Gates Rus” şirkətinin yeni investorları meydana çıxır: şirkətin səhmlərinin 20 faizinin sahibi “Mountain” FZCO(Birləşmiş Ərəb Əmirliklərində azad iqtisadi zonada qeydiyyatdan keçmiş şirkət) və 45 faizinin sahibi isə Rəhimova-Mehdiyeva Səbinə İlham qızı olub. Səbinə Mehdiyeva-Rəhimova İlham Rəhimovun qızıdır.

2016-cı ilin sentyabrında isə “Jukovsk” aeroportunun yük terminalına xidmət etmək üçün “Ramport Aero” səhmdar cəmiyyəti və yenə də Birləşmiş Ərəb Əmirliklərində azad iqtisadi zonada qeydiyyatdan keçmiş “Greenway International” FZCO müvafiq olaraq 51 və 49 faiz payla “Jia Cargo” Səhmdar Cəmiyyətini təsis ediblər

Hansı ki, “Greenway International” şirkətinin sahibi İlham Rəhimovun kürəkəni Araz Mehdiyevdir. Bildirilir ki, Araz Mehdiyev Putinin dostu, milyarder Arkadi Rotenberqin partnyoru - “İmperial Duty Free” (Moskvanın Şeremetyovo aeroportunda 17 mağazaya sahibdir) şirkətinin həmsahibidir.

Ötən ilin dekabrında isə həmin “Jia Cargo” şirkəti “Rostex” dövlət korporasiyasının törəmə şirkəti olan “RT-Logistic” şirkəti ilə əməkdaşlıq memorandumu bağlayıb. Hansı ki, həmin “RT-Logistic” ötən ilin sentyabrında Avropa İttifaqının sanksiyalarını pozaraq “Siemens” şirkətinin istehsalı olan qaz turbininin Krıma daşınmasını həyata keçirmişdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin dostu İlham Rəhimova daha bir zərbə - 10 milyonluq qalmaqal

    Putinin dostu İlham Rəhimova daha bir zərbə - 10 ...

    1-04-2015, 16:38

  • 
  • İlham Rəhimovun bazarında yanğın

    İlham Rəhimovun bazarında yanğın ...

    20-10-2013, 23:44

  • 
  • İlham Rəhimovun bazarına yenə basqın oldu

    İlham Rəhimovun bazarına yenə basqın oldu ...

    25-11-2013, 12:30

  • 
  • İlham Rəhimovun obyektində faciə: 8 nəfər 10-cu mərtəbədən yıxıldı, azərbaycanlı öldü

    İlham Rəhimovun obyektində faciə: 8 nəfər 10-cu ...

    15-10-2014, 15:02

  • 
  • Putinin tələbə yoldaşının bağında kimin gizli fotoları çəkilib? - İlham Rəhimova yeni zərbə planı

    Putinin tələbə yoldaşının bağında kimin gizli ...

    17-12-2014, 10:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu