GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Cinayətkarlar azadlıqda gəzir”

“Cinayətkarlar azadlıqda gəzir”

Tarix: 13-04-2015, 21:47 Bölmə :Ölkə Baxış: 0
“Cinayətkarlar azadlıqda gəzir”

Qardaşı öldürülən Salyan sakinindən müstəntiqə sərt ittiham

O, müstəntiqin cinayət işini səthi apardığını, cinayətin iştirakçılarının şahid qismində dindirildiyini iddia etdi

Şirvan Apellyasiya Məhkəməsində Salyan rayon sakini, 1970-ci il təvəllüdlü Şəmsəddin Əsədovun məhkəməsi başa çatıb. İttihama görə, Şəmsəddin Əsədov həmkəndlisi İlqar Nəzərovu bıçaqlayaraq öldürüb. Hadisə 19 fevral 2014-cü ildə Salyan rayonunun Alçalı kəndində qeydə alınıb.

Həmin gün gecə saat 1 radələrində Şəmsəddin Əsədov sərxoş vəziyyətdə kənddə yerləşən “Alçalı” restoranına gəlib. O, həmin vaxt restoranda həmkəndliləri Füzuli Quliyev və Nizami Kərimov ilə birlikdə çay içib. Bu zaman İlqar Nəzirov da restorana gəlib. İlqarı yanına çağıraraq 2007-ci ildə vəfat etmiş qaynı, həmçinin dostu olmuş Sədrəddin Zeynalovun arvadı Zərifə Zeynalova ilə intim münasibətdə olmasını iddia edib. Bu zəmində onunla mübahisə yaranıb. İlqar Zərifə Zeynalovanın və onun ünvanına kənar şəxslərin yanında ucadan söyüş söyüb.

İlqar onu qorxutmaq məqsədilə masanın üzərində olan stəkanlardan ikisini sındıraraq yeyib və Şəmsəddini döyməklə hədələyib. O, İlqar Nəzirovun təhqiredici sözlərindən bərk əsəbləşib və aralarında yaranmış mübahisədən

istifadə edərək sonuncudan qisas alaraq onu öldürmək qərarına gəlib.

Şəmsəddin restoranın bufetindən siqaret alarkən İlqar Nəzirovun restorandan bayıra çıxdığını görüb. O, bu niyyətini həyata keçirmək məqsədilə həmin vaxt masanın üzərində olan bıçağını götürərək restoranın qarşısına çıxıb.

Şəmsəddin Əsədov həmin vaxt orada Nizami Kərimovla söhbət edən İlqar Nəzirova yaxınlaşıb. Bu zaman İlqar Nəzərov onun ünvanına yenə də təhqiredici ifadələr işlədib. Bundan bərk əsəbləşən Şəmsəddin özündə olan bıçaqla İlqar Nəzərova bir neçə zərbə vurub. Zərbənin təsirindən İlqar Nəzərov ölüb.

“Stəkanın şüşəsini çeynəyərək uddu”

Şəmsəddin Əliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şəmsəddin Əsədov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şəmsəddin Əsədov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verərək Şəmsəddin Əsədovun cəzasının ağırlaşdırılmasını tələb edib. Hər iki şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Şəmsəddin Əsədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, İlqar Nəzirov həmkəndlisi olmaqla uzaq qohumu olub: “İlqar Nəzərovla əvvəllər aramızda ədavət və ya düşmənçilikləri olmayıb. Baş vermiş hadisədən təxminən 15 gün əvvəl Salyan rayonunun Alçalı kəndində yerləşən “Alçalı” restoranında çay içərkən digər masada əyləşmiş İlqar Nəzirov məni uca səslə yanına çağırdı. Hmin vaxt aramızda mübahisə yarandı. Mübahisə zamanı İlqar məni söyərək təhqir etdi və hədələdi. Orada olan uzaq qohumlarım Rövşən Cavadov və Füzuli Quliyev dava düşməsinə imkan vermədilər”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2014-cü ilin fevral ayının 18-də əmisinin yas mərasimində iştirak etdikdən sonra saat 21 radələrində yaşadığı kənddə yerləşən kafeyə gəlib və orada pivə və araq içib: “Daha sonra siqaret alaraq evə getmək istəmişəm.

Lakin kənddə olan mağazalar bağlı olduğundan siqaret almaq məqsədi ilə rayonun Alçalı kəndində yerləşən ”Alçalı” restoranına gəlmişəm. Həmkəndlilərim Füzuli Quliyev və Nizami Kərimovla oturaraq orada çay içən İlqar Nəzirov məni yanına çağırdı və söhbəti olmasını bildirdi. İlqar stolun üstündə olan stəkanları götürərək dişlərim ilə sındıraraq qırıntılarını çeynəyərək uddu”.

Şəmsəddin Əsədovb qeyd edib ki, İlqar Nəzərov həmin qırıntılardan birini Nizamiyə uzadaraq onu verməsini deyib: “İlqar Nəzərov dedi ki, həmin şüşə qırıntısını udmayacağım təqdirdə kişi olmağıma şübhə ilə yanaşacağını dedi. Füzuli İlqara acıqlanaraq əlindəki stəkanı alaraq yerə çırpdı. Bu zaman İlqar ayağa qalxaraq mənə söyüş söyərək təhqiredici sözlərlə hədələdi. Nizamidən İlqarın niyə belə etdiyini soruşmaq üçün onunla bayıra çıxdım. Bayıra çıxarkən İlqarla da mübahisə etdim. Nizami İlqarın sərxoş olmasını dedi. Bu söhbətdən sonra yenidən restorana qayıtdıq. Restorana qayıdarkən İlqar masadakı nəlbəkiləri yerə çırparaq sındırdı, kənar şəxslərin yanında qaynım arvadı Zərifə Zeynalovanın və onun ünvanına söyüş söyərək məni təhqir etdi”.

“Faiqə polisə zəng etməsini tapşırdım”

Təqsirləndirilən şəxs bildirib ki, İlqar Nəzərovla mübahisə edib, orada olan şəxslər onları ayırıb: Sonra restoranın bufetində işləyən Faiq Allahverdiyevdən siqaret aldım. Faiqin başı qarışıq olduğundan bufetdəkı masanın üstündə olan bıcağı götürərək cibimə qoydum və bayıra çıxdım. İlqar və Nizaminin restoranın yaxınlığındakı piyada yol keçidində, əl-üz yumaq üçün nəzərdə tutulmuş yerin qarşısında dayandığını gördüm. Onlara yaxınlaşaraq İlqardan mənə qarşı olan münasibətinin səbəbini soruşmaq istədim. İlqar yenidən söyüş söyərək məni

təhqir etdi. Buna görə əsəbiləşərək gödəkcəmin cibindən bıçağı çıxararaq İlqara iki zərbə vurdum. Füzuli qarşıma keçərək

əlimdən tutduğundan bıçaq yerə düşdü. İlqarın qışqıraraq yaxınlıqdakı avtoyuma məntəqəsi istiqamətinə, Nizami isə yaxınlıqda olan ağaclığa tərəf qaçdı. Faiqə polisə zəng etməsini tapşırdım. Bıçağı cibinm qoyaraq yaşadığım evə getdim. Hadisə barəsində ailəmə məlumat verdikdən sonra isə polis şöbəsinə yollandım. Cinayəti törədərkən istifadə etdiyim bıçağı polis əməkdaşlarına təqdim etdim”.

“Müstəntiq işi tamamilə səthi aparıb”

Zərərçəkmiş şəxsin hüquqi varisi Vüqar Nəzərovun vəkili Arif Allahverdiyev bildirib ki, həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi tərəfindən tam hərtərəfli araşdırma aparılmayıb. Onun sözlərinə görə, baş vermiş hadisəyə obyektiv hüquqi qiymət verilməyib: “Məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifində səhvə yol verilib. Cinayət hadisəsi insanların çox yaşadığı yerdə Alçalı restoranında baş verib. Həmin vaxt ictimai qayda pozulub, insanlar narahat olub, restoranda olan digər şəxslər isə avtomaşınlarda hadisəyə tamaşa ediblər. Alçalı reatoranı Bakı Astara yolunun sağında yerləşdiyi üçün orada ictimai qayda kobul şəkildə pozulub. Bundan əlavə ibtidai istintaq aparan müstəntiq işi tamamilə səthi aparıb. Müstəntiq baş vermiş hadisə ilə bağlı kifayət qədər şahidləri dindirməyib, birbaşa hadisənin törədilməsinə şərait yaradan, həmçinin cinayət hadisəsinə şəxsi təhrik edən Nizami Kərimovun və Füzuli Quliyevin əməllərinə düzgün qiymət verməyib. Onların əməllərində Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin tərkibi olmasına baxmayaraq, onları təqsirləndirilən şəxs kimi cəlb etmək əvəzinə iş üzrə şahid kimi dindirib. Lənkəran Ağır

Cinayətlər Məhkəməsinin hökmü ləğv edilməlidir. Şəmsəddin Əsədovun əməlini Cinayət Məcəlləsinin 120.2.2-ci (xiluqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif edərək, onun barəsində ağır cəza təyin edilməsini xahiş edirik”.

Şəmsəddin Əsədovun vəkili Ruslan Mirzəyev müdafiə etdiyi şəxsin apelyasiya şikayətini müdafiə etdiyi və məhkəmə kollegiyasından apelyasiya şikayətinin təmin edilməsini istəyib. Prokuror Ədalət Əzimov apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib. O, qeyd edib ki, Şəmsəddin Əsədovun əməlləri Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunub. Onun sözlərinə görə, məhkum edilmiş şəxsə cəza təyin edilərkən şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi, birinci instansiya məhkəməsinin hökmünün ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Prokuror çıxışının sonunda apelyasiya şikayətlərinin təmin edilməməsini istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda apelyasiya şikayətlərinin təmin edilməməsi barədə qərar açıqlayıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Salyan sakini həmkəndliləri tərəfindən bıçaqlanıb

    Salyan sakini həmkəndliləri tərəfindən bıçaqlanıb ...

    26-02-2017, 23:22

  • 
  • Toyda oynamaq üstündə qan tökdülər

    Toyda oynamaq üstündə qan tökdülər ...

    27-04-2016, 11:36

  • 
  • Ələt-Astara yolunda dəhşət: 2 ölü 1 yaralı

    Ələt-Astara yolunda dəhşət: 2 ölü 1 yaralı ...

    23-12-2014, 13:08

  • 
  • “Hər gün zəng edib məni bezdirirdi”

    “Hər gün zəng edib məni bezdirirdi” ...

    28-03-2017, 20:58

  • 
  • Salyan sakini intihara cəhd edib

    Salyan sakini intihara cəhd edib ...

    10-02-2016, 23:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu