Əhaliyə su da pulla satılır; idarə rəisi isə əlbir olub milyonlar silir
Daşkəsəndə su boruları donur. Bu da sakinlərin günlərlə susuz qalmasıdır. Rayon su idarəsinin rəisi Pənah Əhmədovun başı fəaliyyətindən kənar işlərə qarışıb. “Gündəm xəbər”in məlumatına görə, şəhərin su ehtiyatını yaxşılaşdırmaqdan ötrü 90-cı illərin axırında Qoşqar dağından su xətti çəkilib.
Bu xətt şəhər sakinlərini içməli suya olan təminatını ödəyirdi. Artıq 4 ildir ki, bu xətt Xoşbulaq yaylağına gələn heyvan sürülərinə və Xoşbulaqda tikilən bağ evlərinə satılır. Rayon su idarəsinin rəisi Pənah Əhmədov mənzillərə su sayğaclarını quraşdırılmasını dayandırılıb. Əhalidən adambaşı hesabla pul yığmağa başlanıb.
Amma 1860 abunəçisi olan şəhərin 70 faizində su sayğacı yoxdur. Sakinlərə 5-10 gündən bir su verilir. Bu hesabla sayğacı olan sakinlərdə su sayğacı 30-50 qəpik yazdığı halda sayğacı olmayan sakinlərdən adambaşı hesabla 2-4 manat pul yığılır. O da orta hesabla hər ay 4-5 min manat artıq pul yığılıb mənimsənilməsinə gətirib çıxarır.
Məktub müəllifləri qeyd edirlər ki, yay aylarında Qoşqar su xəttini hər heyvan sürüsünə 1000-2000 manat olmaqla, hər bağ evinə 100-300 manat olmaqla alınaraq Xoşbulaqda satılır. Bu da orta hesabla hər il yay aylarında 30000-45000 manat pul deməkdir. Pənah Əhmədov ustalıqla bu pulu mənimsəyir və əhali də susuz qalır.
Daşkəsənə gələn digər Gülbulaq su xəttində elektrik enerjisinə qənaət edərək su anbarlarına fasilə ilə su vurulur. Bu da sakinləri su ilə təmin etmir. Su idarəsinin rəisi rayonda olan su maşınlarına hər gün 30 manat almaqla suyu istədikləri vaxt istədikləri qədər aparıb əhaliyə satdırır. Bunun nəticəsidir ki sakinlərə 5-9 gündə bir verdikləri su da 30-50 dəqiqə çəkir. Sakinlər bulaqlardan su gətirib mənzildə işlədir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?