Andranikin portretinin kafedə olması Abidin Fərzəliyev üçün baş ağrısına çevrilib; sahibkara xəbərdarlıq olunub
Bakının Montin qəsəbəsində yerləşən “Stara Praqa” kafe bir məmura məxsus olub. “Gündəm xəbər”in özəl qaynaqdan aldığı xəbərə görə, - bədnam erməni millətçisi Andranik Ozanyanın portretinin kafedə aşkarlanması həmin məmurun başını dərdə salıb.
Qatil Andranikin portretinin bir kafedə olması heç də onun vəziyyətini yaxşı etməyib. Həmin məmurun adını etika naminə açıqlamırıq. Lakin regional olaraq Nərimanov rayon icra başçısı Abidin Fərzəliyev üçün baş ağrısına çevrilib.
İcra başçısı onun regionunda belə bir hal olmasına göz yumub. Hüquq-mühafizə orqanlarının da diqqətindən yayınıb. Gələn xəbərlərə görə, icra başçısı kafenin sahibini danlayıb. Polisdən də həmin sahibkara xəbərdarlıq olunub. İctimaiyyətdə ciddi narazılıq doğuran bu fakta görə hakim strukturlar problem yaşaya bilərdi.
Xatırladaq ki, qalmaqallı portretlə bağlı ilk dəfə jurnalist Sənan Nəcəfov özünün Facebook səhifəsində məlumat yaymışdı. Montində “Montinburg” adlı pub var. Bahalı yerdir. Dostlardan biri bayaq o pubın fanarlarının fotosunu paylaşıb.
Fotoya diqqət yetirin. Əgər o fotoda olanın kimliyini tanımadınızsa, mən izah edim. Bu erməni cəlladı Аndronikin fotosudur. Bunlar nə demək istəyirlər? Məqsədləri nədir? Bu qədər qudurublar, ya kimin fotosunu vurduqlarından xəbərsizdirlər? Bilirsiniz, nəyə oxşayır? Elə bilin ki, İrəvanda hansısa bahalı puba Mübariz İbrahimovun fotosunu vurublar. Vurarlarmı?”.
Türk-müsəlman dünyasında kifayət qədər vəhşiliklər törədən qatil Andranikin Azərbaycan paytaxtının mərkəzində uzun müddət təbliğ edilməsi bir çox suallar yaradır. Məsələnin arxasında kimlərin dayandığı, portretin həqiqətən də erməni qatilinə məxsus olub-olmaması isə hələlik tam aydınlaşmayıb.
Sorğu
Yeni dizaynımız necədir?