GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İŞİD-də döyüşən azərbaycanlılardan şok etiraflar

İŞİD-də döyüşən azərbaycanlılardan şok etiraflar

Tarix: 1-05-2015, 11:34 Bölmə :Ölkə Baxış: 0
İŞİD-də döyüşən azərbaycanlılardan şok etiraflar

Universiteti atıb Suriyaya qaçan tələbə xəcalət çəkdiyini dedi

16 yaşlı oğlunu cihada göndərən ata: “Peşman deyiləm”

Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə təqsirləndirilən İlkin Babazadəyə ifadə vermək təklif edilib. İlkin Babazadə mühakimə olunmaq istəmədiyini, susmağı üstün tutduğunu bildirib. O qeyd edib ki, mühakimə olunduğu məhkəməni tanımır: “Məhkəməni tanımıram, barəmdə başlanan cinayət işinə şəriət məhkəməsində baxılmasını istəyirəm”.

Hakim İlkin Babazadənin istintaqa verdiyi ifadəsini açıqlayıb. O, istintaqa verdiyi ifadəsində göstərib ki, 2 ildir İslam dini üzrə ibadət etməyə başlayıb. Onun sözlərinə görə, Qəbələnin mərkəzində olan məsciddə ibadət edib: “”Özümə “Yəhya” ləqəbini götürmüşəm. Suriyada aparılan

döyüşləri internet vasitəsi ilə izləmişəm, oradan çəkilən videolara baxmışam. Videolarda Suriyada vətəndaşlara qarşı edilən zülmləri görəndən sonra Bəşər Əsədə və kafirlərə qarşı vuruşmaq qərarına gəlmişəm”.

“Suriyaya keçmək üçün 50-60 ABŞ dolları verdim”

Təqsirləndirilən şəxsin sözlərinə görə, “Facebook” sosial şəbəkəsi vasitəsi ilə Suriyada cihad aparan camaat rəhbəri “Abu-Məhəmməd” ləqəbli Aqil Hacıyevlə əlaqə saxlayıb: “Aqil Hacıyevə Suriya ərazisinə gəlməyimi, orada aparılan cihada qoşulmaq istədiyimi bildirdim. Aqil Hacıyev Türkiyəyə gəlməyimi, oradan Suriyaya keçməyimi məsləhət bildi. Onun vasitəsi ilə Sumqayıt şəhərindən olan Mehman adlı şəxslə əlaqə saxladım. Mehmana Suriyaya getmək istədiyimi bildirdim. 2013-cü il oktyabrın 3-də Bakı avtovağzalında Mehman adlı şəxslə görüşdük. Oradan avtobusla Türkiyəyə getdim. Türkiyənin Altay vilayətinə getdim. Aqil Hacıyev məni Altay vilayətində milliyyətcə ərəb olan “Hasan” adlı şəxslə görüşməyimi bildirdi. Aqil Hacıyev “Hasan” adlı şəxsin mobil telefon nömrəsini verdi. Mən də “Hasan” adlı şəxslə əlaqə saxladım, Suriyaya keçməyim üçün mənə köməklik göstərməsini istədim. Məni Suriyaya keçməyim üçün “Hasan” adlı şəxsə 50-60 ABŞ dolları verdim. “Hasan” da məni Suriya ərazisinə keçirdi. Orada Aqil Hacıyevin rəhbərlik etdiyi camaatın yanına gəldim. Onun rəhbərlik etdiyi dəstəyə qoşuldum”.

“Ya Suriyanın ərazisindən çıxmağımızı, ya da öldürüləcəyimizi bildirdilər”

İlkin Babazadə qeyd edib ki, Suriyada olduğu zaman bir neçə azərbaycanlı ilə tanış olub: “Orada bizi döyüş təlimlərini ərəb mənşəlindən olan bir nəfər, fiziki təlimləri keçən isə azərbaycanlı idi. Orada olduğum müddətdə heç bir döyüşdə iştirak etməmişəm. Suriyada olduğum müddətdə “Cəbhə-Tül-Musra” təşkilatının üzvləri bizi əsir götürdü. Onlar bizim qarşımıza məqsəd qoydular ki, onların təşkilatlarına qoşulub, onlarla birlikdə cihad aparaq. Əks halda ya Suriyanın ərazisindən çıxmağımızı, ya da öldürüləcəyimizi bildirdilər. Biz onların istəklərini qəbul etmədik. 10 gün əsirlikdən qalandan sonra bizi Türkiyə ərazisinə keçirdilər. Türkiyənin Qaziantep şəhərində polis jandarması tərəfindən həbs edildik. Türkiyədən bizi Azərbaycana deportasiya etdilər. Aeroportda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edildim. Suriya məhkəməsi tərəfindən mühakimə olunmamışam, cəza da almamışam”.

Prokuror Rahil İsmayılovun və vəkilinin də ünvanlandığı sualları cavablandırmayan İlkin Babazadəyə hakim Ramella Allahverdiyeva bunları deyib: “Belə susmaq fikriniz var idi, istintaqda da susardın. Daha belə geniş ifadə vermək üçün sizə istintaqda təzyiq olunub? Sərbəst ifadə veribsən, imza da edibsən. Cinayət işində də öz imzanla izahatın var.

Vəkilin ilə birlikdə sərbəst ifadə verib, sonra da imza edibsən”.

Universiteti atıb Suriyaya qaçan tələbənin etirafları

İlkin Babazadə səslənən fikirlərə münasibət bildirməyərək başını aşağı dikib və susub. Daha sonra sərbəst ifadə vermək üçün Malik Musayevə söz verilib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda təhsil alıb və təhsilini yarımçıq qoyaraq Suriyaya gedib. Onun ifadəsinə görə, baş verən hadisəyə qədər heç kimi tanımayıb: “2009-cu ildən namaz qılmağa başlamışam. Suriyada cihad başlayandan sonra ora getmək qərarına gəldim. Orada döyüşmək üçün getməmişəm. Dinimə sadiq qalaraq dindar qardaş-bacılarımın yanında olmaq üçün ora getmişəm. İstəmişəm ki, dinim ətrafında rahat yaşayım. Suriyada camaat rəhbəri olan “Muaz” adlı şəxslə internet vasitəsi ilə tanış oldum. Suriyaya da onun vasitəsi ilə getmişəm. “Muaz” adlı şəxsin vasitəsi ilə əvvəlcə Gürcüstana, oradan da Türkiyənin Antep şəhərinə getdim. Antepdə “Muaz” mənə “Hasan” adlı şəxsin mobil nömərəsini verdi. “Hasan” adlı şəxs milliyətcə ərəb olsa da, türk dilində yaxşı danışırdı. Ona Suriyaya keçmək üçün mənə köməklik göstərməsini istədim. “Hasan” adlı şəxs məni Suriyaya keçirdi. Sərhədi keçəndən sonra azərbaycanlıların olduğu yerə getdim. Orada Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev,

İlkin Babazadə, Mehman Balakişiyevi görüb, tanımışam. Orada olduğum müddətdə heç kimdə silah görməmişəm. Hərbi təlimlərdə də iştirak etməmişəm. Belə hallarla da rastlaşmamışam”.

“Dinc insanları incidirlər”

Malik Musayevin sözlərinə görə, təxminən Suriyada 2 ay yarım müddətdə qalıb: “İlk görünüşdən Suriya o qədər də yaxşı yer deyil. Orada ayrı-ayrı terror quruplaşmaları var. Terror quruplaşmalarının rəhbərləri dinc insanları incidirlər, Bəşər Əsədə qarşı vuruşmağı tələb edirlər. Mən Suriyaya vuruşmaq üçün yox, yaşamaq üçün getmişdim. Bu səbəbdən də vuruşmaq niyyətim olmayıb. Amma insanın fikirləşdiyi kimi də olmur. Bizi əsir götürən terror quruplaşması Bəşər Əsədə qarşı vuruşmadığımızı görəndən sonra Türkiyə ərazisinə keçiriblər. Türkiyə polisi məni Azərbaycana deportasiya edib. Burada Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilmişəm”.

“Hər addımda terror quruplaşlamalarının üzvləri var”

Prokurorun suallarına cavab verən Malik Musayev bildirib ki, Suriyada 10 gün əsirlikdə qalıb: “”Bizi əsir götürən “Cəfər” adlı şəxsin quruplaşması olub. Bizi dövlət Türkiyəyə deportasiya etməyib, həmin quruplaşmanın rəhbərləri edib. Suriyada dövlət yoxdur, orada özbaşınalaqdır. Döyüşmək istəməyənləri, haqsızlığa qarşı

çıxanları da quruplaşma rəhbərləri ölkədən çıxarır. Oranın hər yerində terror quruplaşlamalarının üzvləri var. Suriyada döyüşmək məqsədim olmayıb. Ora getmək asan olduğu kimi, qayıtmaq asan deyil. Özbaşına oradan qayıda bilməzsən. Hər tində bir nəfər qarşına çıxır. Hər addımda bir quruplaşma var. Buna görə də tək oradan qayıtmaq asan deyil”.

“Burda necə, orada da elə yaşamışam”

Malik Musayev bildirib ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kursunda təhsilini yarımçıq qoyaraq Türkiyəyə yollanıb. O qeyd edib ki, universitetə yüksək balla daxil olub, stepeniya da alıb: “Məqsədim Suriyada dinc insanların yanında yaşamaq, onlarla həmrəy olmaq olub. Mən Türkiyəyə ilə sərhəd olan şəhərlərə getmək qərarın vermişdim. Bildiyim qədəri ilə Suriyanın Türkiyə ilə sərhədində döyüşlər getmirdi, əməliyyatlar keçirilmirdi. Amma ora gedəndən sonra hər şeyin fikirləşdiyim qədər ilə olmadı. Orada mənim silahım olmayıb. Burda necə, orada da elə yaşamışam. Silahdan necə istifadə etdiyimi belə bilmirəm”.

Onun bildirdiyinə görə, Suriyanın Türkiyə ilə olan sərhədində yerləşən Abuhava şəhərinə getmişəm: “Orada müxtəlif millətlərdən olan ibarət camaatın tərkibində olmuşam. Camaatın rəhbəri Aqil Hacıyev olub. Həmin

şəhərdə silahlı və silahsız camaatlar olub. Silahsız camaatlar orada qəsəbə və kəndlərdə yaşan insanlarla bir yerdə olub. Amma silahlı camaatlar isə terror quruplaşması olub. Bizim olduğumuz şəhərdə döyüşlər getməyib. Burada olanların çoxunu əsirlikdə olanda tanımışam. Biz Suriyada mühacir kimi olmuşuq. Bizi əsir götürənlər təklif ediblər ki, silahla quruplaşmalarda döyüşək. Amma biz buna qarşı çıxmışıq”.

“Gördüyüm işlərə görə çox peşmanam”

Malik Musayev bildirib ki, ata və anasına əziyyət verdiyi üçün peşmandır: “Burada məhkəməmi anam, atam izləyir. Onların qarşısında xəcalət çəkirəm. Mənim valideyn himayəsindən çıxaraq evə çörək pulu gətirən vaxtımdır. Amma məni bunun əksini etmişəm. Gördüyüm işlərə görə çox peşmanam. Suriyaya getmək üçün bizə külli miqdarda və yaxud torba ilə pul təklif etməyiblər. Yeniyetmə vaxtım olub, başa düşməyərək bu addımı atdım. Hər kəsin yeniyetməlik vaxtı keçirdiyi bir hiss olub. Mən də belə etmişəm”.

“Orada güc yox, silah işləyir”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Suriyanın qəsəbə və kəndləri yiyəsiz qalıb: “Bizdə orada yiyəsiz qalmışdıq. İnsanlar bir yerdə toplaşıb yaşayıblar. Bu toplanışıada camaat deyilib. Camaat deyəndə terror quruplaşması kimi nəzərə almaq olmaz. Orada biz qəsəbə və kəndlərdə

insanlarla bir yerdə yaşamışıq. Başqa-başqa dövlətlərdən Suriyada yaşayanlara dövlət səviyyəsində yardımlar edilib. Həmin yardımlardan biz də istifadə etmişik. Biz sakinlərdən yemək üçün nəsə istəmişik. Onlar da veriblər. Orada yaşayış başqa cür olur. Yemək üçün kim nə istəsə verirlər. Mən evdən gedəndə valideynlərimin xəbəri olmayıb. Orada yaşamağa imkan verilmir. Biz insanlarla birlikdə yaşamışıq. Amma orada insanları yaşamağa imkan vermirlər. Millət Rusiyaya kefindən getmir, işləməyə gedir. Suriyada da belədir. Biz də orada əziyyət çəkən insanlarla birlikdə yaşamağa getmişik. Fikirləşmişdim ki, fiziki cəhətdən güclüyəm. Orada yaşayanlara köməklik edə bilərəm. Amma oranı görəndən sonra fikirləşdiyim kimi olmayıb. Orada güc yox, silah işləyir”.

Daha sonra sərbəst ifadə vermək üçün Vüsal Bayramova söz verilib. O, ifadə verməkdən imtina edib. Bu səbəbdən onun istintaqa verdiyi ifadəsi elan edilib. O istintaqa verdiyi ifadəsində göstərib ki, 2004-cü ildən ibadətlə məşğul olub. Vüsal Bayramov ifadəsində Suriyada gedən cihadları internet vasitəsi ilə izlədiyini, bundan sonra Suriyaya getmək qərarı verdiyini deyib: “Suriyaya getmək üçün yollar axtardım. Şəkidə “Ömər” ləqəbi ilə tanınan Vüqarla görüşdüm. Ona Suriyada gedən cihada qoşulmaq istədiyimi bildirdim. Vüqar da mənim düz yolda olduğumu, amma ora özbaşına getməyin mümkün olmadığını dedi. Vüqarın

vasitəsi ilə Suriyada olan Aqil Hacıyevlə əlaqə saxladım. O da mənim Türkiyəyə gəlməyimi, oradan isə Suriyaya keçməyin asan olduğunu bildirdi. 2500 ABŞ dolları götürərək Türkiyənin Qaziantep şəhərinə gəldim. Oradan “Hasan” adlı şəxsə 100 ABŞ dolları verdim və onun vasitəsi ilə Suriya ərazisinə keçdim. Suriyada Aqil Hacıyevin qanunsuz quruplaşmasına qoşuldum”.

Vüsal Bayramov bildirib ki, Suriyada döyüş hazırlıqlarında iştirak etsə də, döyüşlərdə iştirak etməyib. Onun qeyd etdiyinə görə, orada quruplaşma rəhbərləri mücahirləri döyüşməyə məcbur ediblər: “Valdeynlərim Suriyaya getməyimə narahat olublar. Onlar pul göndərəndən sonra gizli yolla geri qayıtmışam”.

Vüsal Bayramovun atası Qalib Bayramov bildirib ki, Əfqanıstan döyüşlərində iştirak edib və ikinci qrup əlil olub: “Oğlumu Suriyada yalvara-yalvara geri qaytarmışam. 2014-cü ilin martın 27-də televiziyada xəbər verdilər ki, prezident İlham Əliyevin 15 gün ərzində Suriyada qayıdanlara cinayət işinin başlanmaması ilə bağlı göstərişi var. Biz də bu xəbəri eşidəndən sonra oğlumuzu geri qaytarmışıq. Özüm oğlumu MTN-ə aparmışam və orada dindirilməsini istəmişəm. Fikirləşdim ki, oğlunmu dindirəndən sonra sərbəst buraxarlar”.

Vilayət Həsənovun da atası Əlistan Həsənov eyni fikirləri səsləndirib. Hakim deyib ki, işdə belə bir sənəd yoxdur. Məhkəmənin öz təşəbbüsü ilə belə bir faktın müəyyən edilməsi ilə bağlı sorğu edə bilməz: “Amma vəkillər bununla bağlı sorğu versinlər və sorğunun cavabını məhkəməyə təqdim etsinlər”.

Təqsirləndirilən Samir Həşimov da ifadə verməkdən imtina edib: “istintaqa ifadə vermişəm. Amma sonradan həmin ifadə dinimə uyğun olmadığını bildim və ifadə verməmək barədə tövbə etdim”.

Hakimlər Samir Həşimovun susmasını nəzərə alaraq onun istintaqa verdiyi ifadəsini açıqlayıblar. O, ifadəsində Suriyada baş verən cihadları internet vasitəsi ilə izlədiyini, sonradan ora getdiyini qeyd edib. O, həmçinin ifadəsində bildirib ki, evləri silahlı mühafizə edib. İfadəsi açıqlanandan sonra o, prokurorun və vəkilinin də suallarına cavab verməyib. O qeyd edib ki, Allahın təyin etdiyi cəza bütün şiddətlərdən daha ağırdır. O da şəriət məhkəməsində mühakimə edilməsini istəyib.

16 yaşlı oğlunu Suriyaya göndərən atanın etirafları

Daha sonra 16 yaşlı oğlunu Suriyaya cihada göndərən Vüqar Dursunəliyevə ifadə vermək təklif edilsə də, o, ifadə verməkdən imtina edib. Onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan edilib. O, istintaqa verdiyi ifadəsində qeyd edib ki, 1972-ci ildə Şəki şəhərində anadan olub: “Şəkidə fərdi əməklə məşğul olmuşam. 2000-ci ildən ibadətlə məşğul olmuşam. Böyük oğlum Əhəd içki içib, sərxoşluq edib. Ona qədər içkini atmağı, dinə qayıtmağı təklif etsəm də, bunu etməyib. Bu səbəbdən Əhəddən imtina etmişəm. Əhəd anamgillə birlikdə yaşayıb. Kiçik oğlum Elvin həddi buluğa çatandan sonra fikirləşdim ki, o da böyük oğluma oxşayar. Bu səbəbdən onu dinə meylli olmağa məcbur etdim. Ona dini dərslər keçirdim, dini cəhətdən böyüdürdüm. İnternetdə Bəşər Əsədin haqsızlığı və cihadla bağlı aparılan videolara baxırdım. Həmin videoları Elvinə də izlədirdim. Oğlumun cihada qoşulub Bəşər Əsədə, kafirlərə qarşı vuruşmaq istəməsi barədə ruhlandırırdım. Özüm işimlə bağlı Suriyaya gedə bilmədiyim üçün 2013-cü ildə oğlumu Suriyaya göndərmək qərarına gəldim. Oğlum azyaşlı olduğu üçün ölkədən təkbaşına çıxa bilməzdi. Onu Türkiyədə təhsil alan Tehran adlı həmyerlimiz vasitəsi ilə göndərmək qərarına gəldim. Oğlumun Suriyaya getməsi barədə Tehrana heç nə deməmişəm, ona demişəm ki, oğlum Türkiyədə işləməyə gedir. Oğlumu Tehranla birlikdə Türkiyəyə göndərdim. Oradan da oğlumun Suriyaya keçməsini təşkil etdim. Oğlum bir neçə ay orda qalandan sonra Azərbaycana qayıdıb”.

Hakim Ramella Alahverdiyeva 16 yaşlı oğlunu Suriyaya göndərən atanı məhkəmədə ittiham edib: “Sən özün niyə ora

getməmisən, körpə oğlanı ora göndəribsən. Mən bu sözləri bir hakim kimi yox, ana kimi deyirəm. Bu yaşda olan uşağın qayğıya, sevgiyə ehtiyacı var. Amma sən onu od yanan bir yerə göndəribsən”.

Bundan sonra prokuror Vüqar Dursunəliyevə suallar versə də, o, suallara cavab verməyib.

Məhkəmə iclası aprelin 16-da davam etdiriləcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prokuror İŞİD üzvlərinə ağır cəzalar istədi

    Prokuror İŞİD üzvlərinə ağır cəzalar istədi ...

    14-05-2015, 12:47

  • 
  • İŞİD-çilərin məhkəməsində sənədləri elan edildi

    İŞİD-çilərin məhkəməsində sənədləri elan edildi ...

    7-05-2015, 13:53

  • 
  • İŞİD-çi azərbaycanlılardan məhkəməyə etiraz: “Azərbaycan qanunlarını tanımırıq”

    İŞİD-çi azərbaycanlılardan məhkəməyə etiraz: ...

    2-04-2015, 23:12

  • 
  • İŞİD-də döyüşən azərbaycanlılardan şok açıqlamalar

    İŞİD-də döyüşən azərbaycanlılardan şok açıqlamalar ...

    17-04-2015, 23:43

  • 
  • İŞİD-in azərbaycanlı üzvünə ağır cəza tələbi

    İŞİD-in azərbaycanlı üzvünə ağır cəza tələbi ...

    13-03-2018, 18:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu