Bir neçə gün Bakıda qaldıqdan sonra tanınmış iş adamı təkrar İspaniyaya geri dönüb
Redaksiyamıza maraqlı bir məlumat daxil olub. Bilgili qaynaqlardan ötürülən xəbərə görə, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qudası, tanınmış iş adamı «Evsen Group»un prezidenti Əli Evsen bu günlərdə Bakıda olub. Mənbə DİA.AZ-a bildirib ki, bir neçə gün Bakıda qaldıqdan sonra tanınmış iş adamı təkrar İspaniyaya geri dönüb. Xatırladaq ki, Əli Evsenə qarşı Misirin devrilmiş prezidenti Hüsnü Mübarəklə şübhəli maliyyə əlaqələrinə görə İspaniya polisi tərəfindən cinayət işi açılıb və xeyli müddətdir gedən istintaq araşdırmaları səbəbindən Şeyxin qudasının İspaniyadan çıxışı qadağan edilib. Belə olan təqdirdə Əli Evsenin hansı şəraitdə Bakıya gəlməsi də kifayət qədər maraqlıdır. Mənbəmiz iddia edir ki, Bakıdakı qohumlarının evinə gələ bilməsi üçün Əli Evsen 300 min avro həcmində təzminat ödəyib. Həmin pulun elə Bakıdan ödəndiyi də deyilir. Xatırladaq ki, Əli Evsen özü də mətbuata açıqlamasında bildirmişdi ki, ona qarşı ittihamların olması səbəbindən İspaniya dövlətinin razılığı ilə ara-sıra ölkə xaricinə səfərlər edir və dəfələrlə Albaniyada da olub.
Sorğu
Yeni dizaynımız necədir?