GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Türkiyə vətəndaşları Miqrasiya Xidmətini prezidentə şikayət etdi

Türkiyə vətəndaşları Miqrasiya Xidmətini prezidentə şikayət etdi

Tarix: 8-05-2015, 00:51 Bölmə :Ölkə Baxış: 0
Türkiyə vətəndaşları Miqrasiya Xidmətini prezidentə şikayət etdi

“Bizi hərkəsin gözü önündə aşağılayaraq şəxsiyyətimizi alcaldıb, hansısa ağır cinayəti törətmiş qatil kimi kafenin ortasından, hər kəsin gözü önündə sürüyə-sürüyə çölə aparıb, şəxsi maşına basmaq istədilər”

Azərbaycanda bir sıra məmurların özbaşınalığı bizim qədər xarici vətəndaşları da narahat etməkdədir. Belə ki, Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədovun özbaşınalığı, qanunsuz fəaliyyəti ilə bağlı bir müddət öncə də mətbuatda yazılmışdı. Lakin şəxsi maşını ilə gecə yarısı xarici, xüsusilə türk vətəndaşların evinə basqın edən, onları oğurlayaraq, deportasiya edən Qüdrət Məmmədova “dur” deyən olmadığı üçün həmin şəxs vəzifə səlahiyyətlərini aşaraq, Türkiyə Cümhuriyyəti vətəndaşlarına qarşı qərəzli münasibətini davam etdirir. Azərbaycan I Avropa Oyunları kimi mötəbər bir yarışa hazırlanırkən, xarici vətəndaşlar üzrə məsul bir qurumun şöbə müdirinin qanunazidd hərəkətlərinə anlam vermək olmur.

Vaxtilə, İranla sərhəddə çalışarkən haqqında cinayət işi açılaraq, Dövlət Sərhəd Xidmətindən uzaqlaşdırılan Qüdrət Məmmədovun hansı yollarla yenidən yüksəldiyi ciddi sual doğurur. Qəddarlığı ilə adından söz etdirən bu şəxslə bağlı Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Türkiyə Respublikasının vətəndaşları Omuş Ersun(Vöen: 1902367112) və Önen Mahmut(Vöen: 1003755362) tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə yazılan məktub çox mətləbdən xəbər verir.

Xüsusilə qeyd etmək istərdik ki, məktubda Firudin Nəbiyevin rəhbərlik etdiyi DMX-nin digər qurumlarından razılıq ifadə olunsa da, Qüdrət Məmmədov və işçilərinin xidməti vəzifə zamanı törətdikləri cinayət bütün təfsilatı ilə qeyd olunur.

Məktubda qeyd olunur ki, hər iki şikayətçi “Azərbaycan Respublikasında “SAFRAN-AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edərək,vergi orqanlarında qeydiyyatdan keçiriblər”. “Eyni zamanda biz ikimiz də ayrı-ayrılıqda fərdi sahibkar kimi 02.04.2015-ci ildə vergi orqanlarında qeydiyyatdan keçmişik” deyə, qeyd edən məktub müəllifləri “Şəhərimizin mərkəzində yerləşən kafelərdən birindən bizə administrativ-idarəetmə işləri üzrə məsləhətə böyük ehtiyacları olduğunu bildirərək təklif verildi və biz də həm öz biliklərimizi və təcrübəmizi azərbaycanlı qardaşlarımızla bölüşmək, həm də bildiyimiz kimi, apardığınız məqsədyönlü daxili və xarici siyasətin bəhrəsi olan “Bakı-2015 Birinci Avropa Oyunları” ərəfəsində vətənimizdə çoxsaylı xarici turistlərin olacağını düşünərək, ikinci vətənimiz Azərbaycanda qonaq olacaq turistlərə ən yüksək səviyyədə xidmət göstərə bilmək üçün bu təklifi qəbul etdik. 10.04.2015-ci il tarixində fiziki şəxs Əliyev Fəxrəddin Nəsrəddin oğlu ilə podrat müqavilə əsasında ona administrativ işlər üzrə məsləhət xidmətini göstərəcəyimizi öz üzərimizə götürdük. Bizim göstərəcəyimiz xidmət kafenin işçi kollektivi ilə söhbət aparmaq, onlara bu işin sirlərini öyrətmək, qonaqların qarşılanması, süfrəyə xidmətin necə təşkil olunması, müştərilərlə davranış qaydalarının öyrədilməsi və masalara nəzarət işinin təşkili formasını izah etməkdən ibarətdir”-deyə öz fəaliyyətləri barədə geniş məlumat veriblər.

Qüdrət Məmmədov və bandasının cinayətlərindən isə bu sətirlərdə xəbər tuturuq: “28.04.2015-ci il tarixində nahar yeməyi zamanı özünü Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları kimi təqdim edən Rəşad Abbasov və Rüfət İbrahimov adlı şəxslər bizə ayrı-ayrılıqda yaxınlaşaraq, kobud və bir dövlət məmuruna yaraşmayacaq şəkildə, “sizi deport edəcəyik” deyərək, bağırıb, hədələdilər. Biz isə etik normalara uyğun şəkildə fəaliyyətimizlə bağlı müvafiq sənədləri təqdim etdik və qanunsuz fəaliyyətlə məşğul olmadığımızı sənədlərlə göstərdik. Kafenin sahibi olan sahibkarla aramızda olan podrat müqaviləsini, Müvəqqəti Yaşamaq üçün İcazə vəsiqəmizi, eyni zamanda Türkiyə pasportlarımızın surətini və Azərbaycan Respublikasının Vergi Orqanlarında fiziki şəxs olaraq qeydiyyatdan keçdiyimiz barədə Vergi Şəhadətnaməsini DMX-nin əməkdaşlarına təqdim etdik. Lakin onlar, yüzlərlə müştərinin önündə, heç nəyə məhəl qoymadan, qollarımızı arxadan buraraq, bizə qarşı zorakılıq tətbiq etdilər. Bizi hərkəsin gözü önündə aşağılayaraq şəxsiyyətimizi alcaldıb, hansısa ağır cinayəti törətmiş qatil kimi kafenin ortasından, hər kəsin gözü önündə sürüyə-sürüyə çölə apardılar. Bizim qolumuzu arxadan buraxmayaraq, “Dodge” markalı şəxsi avtomobilə ataraq, aparmağa cəhd edərkən, oradakı azərbaycanlı vətəndaşların etirazı ilə üzləşdilər. Onlara vətəndaşlar tərəfindən bildirildi ki, bunların günahı olsa belə, şəxsi avtomobilinizlə aparmaq hüququnuz yoxdur, xidməti avtomobil çağırmalısınız. Bu haqlı etirazdan sonra Rəşad Abbasov DMX-nin Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədova zəng vuraraq, xidməti maşın tələb etdi. Qüdrət Məmmədovun telefonda uca səslə bağırdığı və nəinki bizim, oradakı hər kəsin eşitdiyi ifadələrini olduğu kimi təqdim edirik: “Qələt edirlər. Lazımdısa, döyə-döyə mindirin, onları maşına. Kimdilər ki, onlar sizdən nəsə tələb etsinlər. Gətirin o zibilləri idarəyə!” Rəşad Abbasov ona “baş üstə” desə də, biz həmin maşına minməkdən imtina etdik. Oradakı insanların haqlı etirazından sonra DMX əməkdaşları zor tətbiq etməkdən vaz keçdilər və 2 saatdan sonra xidməti maşın gəldi. Biz bu xidməti maşınla Ayna Sultanova heykəlinin yanında olan DMX-nin Baş İdarəsinə gətirildik. Biz ayrı otaqlara salındıqdan sonra 45-50 yaşlarında, arıq ağlı-qaralı saçları olan, xidməti formalı bir şəxs bizə yaxınlaşaraq üstümüzə qışqırıb, “Bele qudurmusunuz? Xidməti maşın tələb edirsiniz?” deyərək, hər birimizə bir ağ kağız və qələm verib yüksək səslə dedi ki, “İzahatınızı yazın! Yazın ki, biz ofisiant işləyirik”. Biz ofisiant işləmədiyimizi bildirsək də, Qüdrət Məmmədov olduğunu öyrəndiyimiz buşəxs buna məhəl qoymadan daha uca səslə qışqırdı ki, “Yazmasanız, sizi bu dəqiqə deportasiya edəcəyəm. Haranın zir-zibili var gəlib, məni tapır! Gedin oturun xarabanızda, nə var, nəyə gəlmisiz Azərbaycana?” Nə qədər təzyiq etsə də, bizim onun diktə etdiklərini yazmadığımızı görüb, bu dəfə bizimlə yumşaq şəkildə danışmağa başladı və dedi ki, “siz izahatı yazın, onsuz da sizə heç nə etməyəcəyik, cərimə sahibkara yazılacaq. Sizdən nə gedir ki. Yazmırsınızsa, ağ kağızın aşağısına qol çəkin, biz özümüz yazarıq, lazım olan şeyləri”. Biz isə yalan ifadə yazmaqdan imtina etdik. Bu planının da baş tutmadığını görərək, bizi otaqdan qovdu”.
Məktub müəllifləri qeyd edirlər ki, “Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən həm fiziki, həm də mənəvi hücum, eyni zamanda DMX Baş İdarəsinin şöbə müdiri Qüdrət Məmmədovun bir türk düşməni olmasına dair tarixçəsi bizi çox narahat edir. Məhz onun tərəfindən türk iş adamlarının bir çox hallarda evindən oğurlanaraq, şəxsi avtomobillə aparılması, döyülməsi, deportasiya edilməsinə dair qərarlar çıxarır, səfirliyə belə müraciət etməsinə imkan vermədiyi bildirilir. Olduqca kinli şəxs olduğu bildirilən bu şəxsin bizi təqib etdirdiyinə dair də məlumatlar almışıq. Qısacası, Qüdrət Məmmədovu tanıyan şəxslər onun bizdən gec-tez ağır intiqam alacağını bildirirlər. Hətta bildirirlər ki, o, bizim Müvəqqəti Yaşama İcazəmizi ləğv etdirə və Azərbaycandan qısamüddətli səfər etdiyimiz zaman ölkəyə buraxdırmaya bilər. Açıqcası, biz bütün sənədlərimiz qaydasında olmasına rəğmən Qüdrət Məmmədov qorxusu altında yaşayırıq”.

Dövlət Miqrasiya Xidmətinin digər qurumlarının fəaliyyətini qənaətbəxş hesab edən Omuş Ersun və Önen Mahmut hesab edirlər ki, “Biz Firudin Nəbiyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən hər zaman razı olmuşuq, hər zaman sənədləşmə ilə bağlı istər sərhəddə, istərsə də digər müvafiq yerlərdə DMX əməkdaşları hər zaman bizi gülər üzlə qarşılayıblar, sənədlərimizin qəbulunda bizə kömək ediblər.Lakin Qüdrət Məmmədovun neqativ fəaliyyəti və onun tabeliyində olanların kobud davranışları ilk növbədə cənab Firudin Nəbiyevə qarşı bir təxribatdır. Təəssüf ki, Qüdrət Məmmədov birilərindən dəstək almasa, Azərbaycan xanımları ilə evli olduğu halda bir çox Türkiyə vətəndaşını qanunsuz olaraq, deportasiya etməz, Stalin dönəmi repressiyası zamanında olduğu kimi gecə vaxtı Türkiyə vətəndaşlarını yatağından oğurlamaz, mobil telefonlarını əllərindən alaraq, özlərini deportasiya etməzdi”.

Göründüyü kimi ortada ciddi şikayət faktı var və bu barədə Azərbaycan Prezidenti ilə yanaşı Azərbaycan Respublikasının Birinci Xanımı, millət vəkili Mehriban Əliyeva, Azərbaycan Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkili, Ombudsman Elmira Süleymanova ilə yanaşı Türkiyə Respublikasının Azərbaycandakı səfiri Alper Coşqun da məlumatlandırılıb. Qısacası, bir məmurun özbaşınalıqları qardaş olan iki dövlət münasibətlərində də öz yerini tapıb.

Yəqin ki, müvafiq qurumlar bu məmur özbaşınalığının qarşısının alınması üçün addım atacaqlar.

Mövzunu diqqətdə saxlayacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rövşən Məmmədovu qızının gözü önündə öldürdülər

    Rövşən Məmmədovu qızının gözü önündə öldürdülər ...

    17-11-2015, 16:03

  • 
  • Aktrisa evin arxa bağçasında qonşuların gözü önündə…sekslə məşğul olub: +18

    Aktrisa evin arxa bağçasında qonşuların gözü ...

    16-11-2016, 01:45

  • 
  • Azərbaycan vətəndaşları Almaniyadan deportasiya olunub

    Azərbaycan vətəndaşları Almaniyadan deportasiya ...

    15-11-2019, 14:23

  • 
  • Şəmkir icra başçısının gənc şöbə müdirinin maşını niyə daşqalaq olunub ? – ŞOK TƏFƏRRÜAT

    Şəmkir icra başçısının gənc şöbə müdirinin maşını ...

    23-04-2018, 15:15

  • 
  • DƏHŞƏT: İŞİD-çilər qızı qardaşının gözü önündə zorladılar

    DƏHŞƏT: İŞİD-çilər qızı qardaşının gözü önündə ...

    6-11-2014, 22:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu