GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Emin Hüseynova yardım üçün Mehriban Əliyevaya müraciət edildi

Emin Hüseynova yardım üçün Mehriban Əliyevaya müraciət edildi

Tarix: 12-02-2017, 14:22 Bölmə :Siyasət Baxış: 722
Emin Hüseynova yardım üçün Mehriban Əliyevaya müraciət edildi

BİRİNCİ LEDİ-DƏN XAHİŞ

IFEX - fikir azadlığını müdafiə edən 95 təşkilatı birləşdirən qlobal şəbəkə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun İsveçrənin Bakıdakı səfirliyində gizlənmək məcburiyyətində qalmasından narahatdır.
Təşkilat bununla bağlı Azərbaycanın birinci ledisi, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya, UNESKO-nun baş direktoru İrina Bokovaya, BMT-nin insan hüquqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseynə və BMT-nin söz azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Devid Keyuya müraciət edib.

Müraciətdə deyilir ki, Emin Hüseynov Azərbaycanda ifadə və KİV azadlığının müdafiəsi ilə məşğuldur. Son on ildə o, yüzlərlə jurnalisti, bloqqeri və müstəqil fəalı müdafiə edib. Ancaq son altı aydır ki, Emin bu mühüm işini davam etdirmək iqtidarında deyil.
2014-cü ilin avqustunda polis RATİ-nin ofislərində axtarış aparıb, kompüterləri və sənədləri müsadirə edib, ofisi möhürləyib. Emin Hüseynov saxta ittihamlarla həbsdən qaçmaq üçün İsveçrənin Bakıdakı səfirliyində gizlənib.
Emin Hüseynova qarşı Cinayət Məcəlləsinin 3 maddəsi – 308 (vəzifə səlahiyyətlərini aşma), 213 (vergi ödənişindən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb.
İttihamlar sübut olunsa, Emin Hüseynov 8 ilə qədər müddətə azadlıqdan məhrum edilmə, əmlakının müsadirə olunması ilə üzləşə bilər.
İFEX hesab edir ki, bu ittihamlar “siyasi motivli”dir:
“Biz UNESKO-nun xoşməramlı səfiri kimi sizə bizi dəstəkləmək xahişi ilə müraciət edirik. Emin Hüseynovun və Azərbaycanda hüquqları pozulmuş digər ifadə azadlığı müdafiəçilərinin təhlükəsizliyini və azadlığını müdafiə etmək imkanına maliksiniz”, deyə müraciətdə qeyd edilir.
Onlar həmçinin Emin Hüseynova qarşı ittihamların ləğv olunmasını, ona ölkəni təhlükəsiz şəkildə tərk etmək imkanı verilməsini, RATİ-yə qarşı cinayət işinə son qoyulmasını, ifadə və birləşmək azadlıqlarına tam həcmdə riayət olunmasının təmin edilməsini, QHT-lərin fəaliyyəti üçün əlverişli şərait yaradılmasını xahiş edirlər.

Emin Hüseynova yardım üçün Mehriban Əliyevaya müraciət edildi

İSVEÇRƏ ÇIXIŞ YOLU AXTARIR

İsveçrə Xarici İşlər Nazirliyi bildirir ki, Emin Hüseynovun maraqları ilə bağlı çıxış yolu tapmaq üçün Azərbaycan hökuməti ilə danışıqlar aparılır. Bunu nazirlik APA informasiya agentliyinin sorğusuna cavab olaraq deyib. Cavabda daha sonra deyilir:
“Hazırda bir Azərbaycan vətəndaşı İsveçrənin Azərbaycandakı səfirliyindədir. O, 2014-cü il avqustun 18-də səfirliyə müraciət edib və İsveçrə ona humanitar əsaslarla sığınacaq verib. Həmin vaxtdan etibarən, onun maraqları ilə bağlı Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”.
Emin Hüseynova İsveçrədə siyasi sığınacaq verilib-verilməməsi, onun sonrakı taleyi və danışıqların nəticəsi ilə bağlı sualları isə İsveçrə XİN nümayəndəsi cavablandırmaqdan imtina edib: “Biz bundan artıq məlumatı sizinlə bölüşə bilmərik”.
Azərbaycanın Xarici İşlər Nazirliyi də fevralın 10-da İsveçrə səfirliyində gizlənən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovla bağlı məlumat yayıb.

Emin Hüseynova yardım üçün Mehriban Əliyevaya müraciət edildi

XARİCİ İŞLƏR NAZİRLİYİNDƏN İTTİHAM

Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirir ki, Baş Prokurorluq Emin Hüseynov barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edib. Eyni zamanda, ötən il avqustun 19-da məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Məlumatda o da deyilir ki, Emin Hüseynov ictimai birliyin sədri kimi “qeydiyyata alınmayan qrant müqavilələri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti göstərib. Bundan başqa, onun 1 milyon 575.956 manat məbləğində külli miqdarda gəlir əldə etdiyi halda dövlət büdcəsinə ödənilməli olan 247.551 manat məbləğində vergiləri ödəməkdən yayınıb.
“Ötən ilin iyunundan Emin Hüseynovun ünvanına dəfələrlə çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycandakı Səfirliyində gizlənib.
Azərbaycan Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ vardır.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir” deyə məlumatda bildirilir.
Fevralın 11-də İsveçrə televiziyası jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyinə sığınması barədə məlumat yayıb. Faktı Milli SRF Telekanalında yayımlanan «Rundschau» verilişi ortaya çıxarıb. «Foreign Policy» dərgisi isə yazır ki, Bakıdakı ABŞ səfirliyi «amerikalı hərbçi xanımla evli olan Hüseynovun müdafiəsindən imtina edib».
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan hökuməti Emin Hüseynova 20 min avro ödəyəcək

    Azərbaycan hökuməti Emin Hüseynova 20 min avro ...

    8-05-2015, 00:54

  • 
  • Emin Hüseynov İsveçrəyə getdi - FOTOFAKT

    Emin Hüseynov İsveçrəyə getdi - FOTOFAKT ...

    17-06-2015, 09:04

  • 
  • AŞPA-nın həmməruzəçiləri mətbuata görə narahatdır

    AŞPA-nın həmməruzəçiləri mətbuata görə narahatdır ...

    21-05-2014, 10:32

  • 
  • RATI-nin hüquqşünqsı Baş Prokurorluğa çağrılıb

    RATI-nin hüquqşünqsı Baş Prokurorluğa çağrılıb ...

    15-08-2014, 10:20

  • 
  • İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum etdi

    İlham Əliyev Emin Hüseynovu vətəndaşlıqdan məhrum ...

    17-06-2015, 15:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu