Redaksiyamızın elektron poçtuna maraqlı bir məktub daxil olub. Məktubu olduğu kimi təqdim edirik: “27 saylı Qazax Yol İstismar İdarəsinin rəisi Həsən Hadıyev haqqında dəfələrlə mətbuatda yazılmasına baxmayaraq, Yol Nəqliyyat Departamentinin sədri Cavid Qurbanovun qohumluğuna arxalanaraq, heç rayon rəhbərliyinin tapşırıqlarına da əməl etmədiyi göz önündədir. Çünki, rayonun bütün kəndlərinə gedən asfalt yollarının hamısı son dərəcə bərbad haldadır. Bütün kəndlərdən Həsən Hadıyevə ünvanlanan müraciətlərin və sualların hər birinə bircə cavab verir: “Gedin Nəqliyyat Naziri Ziya Məmmədova və Departamentinin sədri Cavid Qurbanova yazın qoy bizim idarəyə material və vəsait göndərsin, məndə yolunuzu təmir edim. Yoxsa bizim nə vəsaitimiz var, nə də materialımız. – Birdəki rayon rəhbərliyi mənə imkan vermir. Zavodu işə salan kimi, belimə elə iş yükləyirlər ki, bir il altından çıxa bilmirəm”. Amma dediklərinin heç biri düz deyil. 27 saylı Yol İstismar İdarəsinin adının çəkilməsini istəməyən bir əməkdaşının verdiyi məlumata görə, Həsən müəllim ildə 2-3 dəfə yolların təmirində yaxşı işlədiklərinə görə idarənin bütün kollektivinə əlavə əmək haqqı və yardımlar da ayırmışdır ki, bu barədə əlimizdə sənədlər də var. Adıçəkilən idarənin işləyən texnikasının çoxu idarənin rəisi Həsən Hadıyev tərəfindən rayonda fəaliyyət göstərən bəzi özəl idarə və təşkilatlara rəsmi və qeyri-rəsmi yollarla icarəyə verilir ki, o da Həsən müəllimin cibinə axır. Araşdırmalarımız nəticəsində biz aydınlaşdırdıq ki, adıçəkilən idarənin nəzdində 70 nəfər civarında işçisi var ki, onların yarısı ölücandır və maaşlarını Həsən Hadıyev alır, və həmin ölü canlar da gələcəkdə təqaüd alacaqlarına ümidlənərək bu günki taleləri ilə barışmalı olurlar. Bütün bunlara rəğmən yenə də biz ümid edirik ki, Qazax rayon əhalisinin ümidləri heçə çıxarmayıb, Həsən müəllimin təbirincə desək öz xalası oğlundan Qazax rayonunun yollarını təmir etdirməsi üçün tövsiyyələrini və gərəkirsə vəsait ayıracağını əsirgəməyəcək”. İlkin Babayev
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?