GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ”Laçın”da gestapo rejimi

”Laçın”da gestapo rejimi

Tarix: 10-02-2013, 11:02 Bölmə :Ölkə Baxış: 931
”Laçın”da gestapo rejimi

Ticarət mərkəzi, yoxsa nasist düşərgəsi?

“Laçın” Ticarət Mərkəzi və bu mərkəzdə icarədarların üzləşdiyi problemlər KİV-in zaman-zaman diqqət yetirdiyi problemlərdən biri olub. Bugünlərdə adıçəkilən ticarət mərkəzi ilə bağlı redaksiyamızı bilgiləndirən özəl mənbə, “Laçın” Ticarət Mərkəzində ənənəvi problemlərlə yanaşı yeni problemlərin də meydana gəldiyini bildirib. Mənbənin sözlərinə görə, sərt və amansız qadağaların mövcud olduğu ticarət mərkəzində çalışmaq günü-gündən çətinləşməkdədir.

Arenda bataqlığı

Mənbənin bildirdiyinə görə, “Laçın” Ticarət Mərkəzi üçün xarakterik olan və gündən-günə dərinləşən problemlərdən biri arenda haqları ilə bağlıdır: “Ticarət mərkəzində çalışan icarədarları narahat edən ən başlıca məsələlərdən biri arenda haqlarının yüksəkliyi, habelə arenda qiymətlərinin mütəmadi surətdə artırılmasıdır. Digər ticarət mərkəzlərindən fərqli olaraq mövcud iqtisadi reallıqlar əsasında deyil, sahibkarın arzu və istəkləri əsasında artırılan qiymətlər mövcud bazar qiymətlərini bir neçə dəfə üstələyir ki, bu da öz növbəsində icarədarların biznesinə ciddi ziyan vurur. Arenda haqqının bahalığı icarədarı sadəcə sahibkar üçün işləməyə vadar edir ki, bu da onların haqlı olaraq narazılığına səbəb olur. İcarədarlar hesab edir ki, rəhbərliyin arenda qiymətlərini hər istəyəndə qaldırması ədalətsizlikdir və bu, yüzlərlə şəxsi dolanışıq mənbəyindən məhrum etmək deməkdir. Lakin buna baxmayaraq, arenda haqlarının durmadan artırılması “Laçın” Ticarət Mərkəzinin başında dayanan şəxslərin icarədarların qeydinə qalmaq niyyətində olmadıqlarını göstərir. Məhz bu səbəbdən də bir çox icarədarlar əllərində qalan malı dəyər-dəyməzinə sataraq ticarət mərkəzini tərk etməyə, arenda bataqlığından xilas olmağa çalışır”.

“Rolls Royce”lu cənabın qəribəlikləri

Bilgili qaynağın sözlərinə görə, ticarət mərkəzinin sahibi olan Maqsud adlı şəxs bir fərd kimi də xeyli dərəcədə qəribəliklərə malikdir. Bu qəribəliklərdən biri “Rolls Royce” markalı bahalı avtomobilə sahib olan iş adaçmının icarədarların hüquqlarını pozmağı məşğuliyyət halına gətirməsi, özünü hər kəsin fövqündə görməsidir: “İcarədarlar arasında “Laçınlı Maqsud” kimi tanınan iş adamı çoxlu sayda qəribəliyə malik şəxs hesab edilir. Öz maraq və rahatlığına düşgün bir insan kimi tanınan sahibkarın duyduğu ən adi rahatsızlıq və narazılıq səbəbilə icarədarların haqq və hüququnu tapdalaması ilə bağlı kifayət qədər faktlar mövcuddur. İcarədarlar hesab edir ki, iş adamı el bir mürəkkəb xarakterə malikdir ki, onda məmnunluq və ya müsbət emosiya doğurmayan hər bir şəxs dərhal zavala gələ bilər. Məsələn, əgər “Laçın” Ticarət Mərkəzinin qarşısındakı dayanacağı arendaya götürən şəxs “Rolls Royce”un dayanacağı rahat girişi üçün şərait yaratmaqda gecikibsə, o zaman iş adamının qərarını gözləmədən özünə yeni iş yeri axtarışına çıxa bilər. Çünki “Laçınlı Maqsud”un onu işdən qovacağı şübhəsizdir. Hansısa icarədar və ya satıcının təsadüfən yolunun üstünə çıxması, kiminsə “Rolls Royce”lu cənaba xoş gəlməyən hər hansı hərəkəti və hətta sifət quruluşu belə onun işdən azad edilməsi üçün yetərli qədər ciddi əsas hesab edilir”.

Ticarət mərkəzində nasist qaydaları

Mənbənin məlumatına görə, “Laçın” Ticarət Mərkəzində icarədarların narazılığına səbəb olan amillərdən biri də onların yerli-yersiz ağır cərimələrə məruz qalması ilə bağlıdır: “Laçın” Ticarət Mərkəzi üçün keçərli olan xüsusiyyətlərdən biri də burada cərimə sisteminin geniş tətbiqi ilə əlaqədardır. Maraqlıdır ki, burada icarədarlar yalnız özlərinin və ya satıcılarının yol verdiyi nöqsana görə deyil, həm də hər hansı bir müştərinin hərəkətinə görə də cərimə ödəməli olurlar. Məsələn, əgər ticarət mərkəzinə daxil olan hansısa müştəri təsadüfən əlindəki soku hansısa obyektin qarşısına tökürsə, o zaman həmin obyektin sahibi müştərinin bu ehtiyatsızlığına görə ciddi məbləğdə cərimə ödəməli olur. Burada yol verilən hər səhv, baş verən hər bir ehtiyatsızlığın öz cəriməsi var və bu cərimələr icarədarları eyniylə müharibə meydanında olduğu kimi ehtiyatlı olmağa vadar edir. Ticarət mərkəzinin əməkdaşları yarızarafat-yarıciddi bildirir ki, bura onlara flmlərdə gördükləri nasist düşərgələrini xatırladır. Orada da insanları adi bir səhv və ehtiyatsızlığa görə amansızcasına cəzalandırır, beləliklə də digər insanlarda da vahimə və xof mühiti formalaşdırırdılar. “Laçın” Ticarət Mərkəzində də prinsipcə eyni qaydalar tətbiq edilməkdədir. Doğrudur, burada kimsə kimsəni birbaşa ölümə məhkum edir. Lakin icarədarların çörəyini əlindən almaqla onları aclığa və səfalətə məhkum edirlər”.

Sərvəti ümid olan sahibkarlar

Mənbə ticarət mərkəzindəki icarədarların baş verənlərə məcburiyyət qarşısında dözüb dayandığını qeyd edir: “Yəqin ki, adıçəkilən ticarət mərkəzinə qədəm qoyan hər kəs bunca məhrumiyyətlər içərisində icarədarların buranı nə üçün tərk etmədiyinə təəccüblənir. İcarədarların özü bu durumu məcburiyyətlə əlaqələndirir. Onlar yaxşı bilir ki, indiki məqamda iş tapmaq asan deyil və ticarət mərkəzini tərk etmək çıxış yolu sayıla bilməz. Ən azından ona görə ki, gedəcəkləri yerdə özlərinə müştəri toplamaq müəyyən zaman tələb edəcək ki, bu da xırda sahibkarlar üçün iflas deməkdir. Odur ki, onların bir çoxu ağır şərtlər altında belə olsa, səbr etməyə, proseslərin sonunu gözləməyə qərarlıdır. Onlar vəziyyətin nə vaxtsa dəyişiləcəyinə ümid edir və düşünürlər ki, bəlkə bu dəyişiklikdən sonra öz ailələrinin gələcəyi üçün gün ağlaya bildilər. Bu gün isə onların ümiddən başqa heç nələri yoxdur”.
İlqar Rəsulov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Laçın” Vergilər Nazirliyinə meydan oxuyur

    “Laçın” Vergilər Nazirliyinə meydan oxuyur ...

    28-02-2013, 11:13

  • 
  • “Laçın”da qızıl fırıldağı

    “Laçın”da qızıl fırıldağı ...

    9-01-2013, 10:58

  • 
  • “Laçın” ticarət mərkəzinin sahibi iş otağında öldü – “MTN işi” ilə bağlılığı varmı?

    “Laçın” ticarət mərkəzinin sahibi iş otağında ...

    17-11-2015, 16:08

  • 
  • Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN

    Bakının mərkəzindəki ticarət mərkəzində HƏYƏCAN ...

    30-08-2014, 11:30

  • 
  • Sabiq millət vəkilindən “səndəl qadağası”

    Sabiq millət vəkilindən “səndəl qadağası” ...

    27-02-2013, 10:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu