GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 2 dəfə cinayət törədib azadlıqda gəzən məmur övladı

2 dəfə cinayət törədib azadlıqda gəzən məmur övladı

Tarix: 6-07-2015, 19:30 Bölmə :Ölkə Baxış: 0
2 dəfə cinayət törədib azadlıqda gəzən məmur övladı

Ölkə başçısı İlham Əliyevin məmur övladlarının yaramaz, hüquqazidd əməlləri barədə çıxışlarına, onlara irad tutmasına baxmayaraq bəzi məmur övladları hələ də qudurğanlıq etməkdə, valideynləri isə onların əməllərini pərdələməkdə davam edir.

İlham Əliyev 27 fevral 2014-cü ildə keçirdiyi müşavirədə dediklərini bir daha xatırladaq:
"Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları mən təyin etmişəm, vəzifədən mən də çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası isə işdən qovulacaq".

Təəssüf ki, ölkə başçısının göstəriş və tapşırıqlarının yerinə yetirilməsinin qarantı olan hüquq-mühafizə orqanları bütün bu işlərin həyata keçməsində yaxından iştirak edərək proseslərin əsas iştirakçısına çevrilirlər. Təbii ki, bütün bunlar çox böyük rüşvət və hədiyyələr müqabilində baş verir. Əlbəttə ki, cəmiyyətdə də belə hadisələr böyük nifrət hissiylə qarşılanır.
İndi haqqında bəhs etdiyimiz hadisə Hollivudun "boevik" filmlərindən götürülməyib və Afrikanın qəbilə-tayfa münasibətlərinin hökm sürdüyü cəngəlliklərində baş verməyib. Bu hadisə elə Azərbaycanda bir məmur övladı tərəfindən törədilib.

Ölkə başçısının tapşırıq və göstərişlərinə məhəl qoymayan bu özündənrazı dövlət məmuru, Səhiyyə Nazirliyi Səbayel rayon Məhkəmə Tibbi Ekspertiza idarəsinin rəisi Məcid Kərəm oğlu Məmmədovdur. Onun oğlu Munis Məcid oğlu Məmmədov 26 noyabr 2013-cü ildə gecə saat 2 radələrində Beyləqan rayonu Bünyadlı kəndində dostlarıyla yeyib-içən zaman kənddə yaşayan X adlı xanımı kənddən çıxarmaq qərarına gəliblər. Munis Məmmədov həmin xanımın yaşadığı həyətə gələrək xanımın əri N-ni çağırıb və onu təhqir edib. Onun ailəsi və xanımı haqqında təhqiramiz ifadələr işlədəndən sonra evə hücum çəkmək istəyəndə heç nədən xəbəri olmayan evin kişisi onun qabağını kəsərək nə baş verdiyini soruşub. Munis Məmmədov daha da aqressivləşərək ona mane olmaq istəyən kişini təpik və yumruqla döyərək yerə yıxıb və onun bir neçə qabırğasını sındırıb. Bu zaman köməyə gələn xanımı da kobud küçə söyüşləriylə təhqir edərək onu da döyüb. Dəhşətlisi odur ki, bundan ürəyi soyumayan Munis Məmmədov valideynlərinin döyülməsini ağlayaraq görən evin iki azyaşlı uşaqlarına da hücum edib. Uşaqlar qaçaraq evə girib qapını bağlayıblar. Belə olanda Munis Məmmədov qapını sındıraraq evə girib və rəhm etmədən uşaqları da validenlərinin gözü qarşısında döyüb, yerə yıxıb sürüyüb və təhqir edib.

Bu olay Munis Məmmədovun həyatında ilk hadisə deyil. O, 2011-ci ildə Ağsu Məhkəməsinin hökmüylə 2 il müddətinə dövlət işlərində işləmək hüququndan məhrumetmə və 1000 manat miqdarında cərimə cəzasına məhkum edilib. Həmin vaxt Munis Məmmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirli bilinib. Həmin vaxt Munis Məmmədov Ağsuda torpaq şöbəsinin müdiri olub. Atası Məcid Məmmədov öz gücündən istifadə edərək oğlunun layiq olduğu cəzanı almasına mane olub. İki nəfəri və azyaşlı uşaqları döyüb onlara xəsarət yetirən şəxs barəsində Cinayət Məcəlləsinin 157.2-ci (mənzil toxunulmazlığını zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsilə pozmaq) maddəsilə cinayət işi başlanıb. Beyləqan Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi Munis Məmmədovu bu maddə təqsirli bilsə də, ona yüngül cəza verib. Məmur oğlu 1 il 6 ay islah işləri cəzasına məhkum edilib. Özü də bu hadisə Munis Məmmədovun birinci məhkumluğunu ödəmədiyi dövrdə baş verib.

Baş Prokurorluq məhkəmənin hökmündən protest verib. Dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Ədalət Əzimov protesti Munis Məmmədovun cinayəti qəsdən, xüsusi qəddarlıqla, həm də birinci məhkumuluğu ödəmədiyi dövrdə törətməsilə əsaslandırıb. "Munis Məmmədovun cinayətkar əməlləri gecə vaxtı, çəkicdən istifadə edərək evin qapılarını sındırmaqla, ailənin bütün üzvlərinə fiziki zor tətbiq edib onlara bədən xəsarəti yetirməklə müşahidə olunan daha ictimai təhlükəli hərəkətlərdən ibarət olmuşdur.

Həmçinin Munis Məmmədovun cinayətin ictimai təhlükəliliyini artıran göstərilən hallardan başqa onun alkoqol sərxoşluğu vəziyyətində olmaqla bunun təsiri altında cinayəti törətməsinə hüquqi qiymət verməmişlər",- deyə protestdə qeyd olunur.

İyulun 8-də Ali Məhkəmədə kassasiya protestinə baxılacaq. Görəsən, bu dəfə ədalətli qərar veriləcəkmi, yoxsa Munis Məmmədovun məmur atasının gücü yenə də ədalətin ayaqlar altına atılmasına səbəb olacaq?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Gecə ərinin yanında arvadına sataşan məmur oğlu - Azərbaycanda ŞOK olay

    Gecə ərinin yanında arvadına sataşan məmur oğlu - ...

    7-07-2015, 08:59

  • 
  • Daha bir məmur oğluna görə vəzifəsini itirdi - Azərbaycanda

    Daha bir məmur oğluna görə vəzifəsini itirdi - ...

    31-03-2015, 18:40

  • 
  • Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə xofa düşdülər

    Oliqarx-məmurlar övladlarının şıltaqlığına görə ...

    28-04-2014, 10:54

  • 
  • İlham Əliyev hakim komandanı topa tutdu

    İlham Əliyev hakim komandanı topa tutdu ...

    13-02-2013, 10:54

  • 
  • Hakimiyyət daxilində “Tonqal” qalayanlar kimlərdir?

    Hakimiyyət daxilində “Tonqal” qalayanlar ...

    25-02-2013, 10:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu