Bakı Beynəlxalq Avtovağzal İdarəsi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.
Oxu.Az-a bu barədə Bakı Beynəlxalq Avtovağzalının şöbə müdiri Mətləb Abidi bildirib.
Onun sözlərinə görə, sərnişinlərin daha çox sıx olduğu ərazilər üzrə əlavə avtobuslar ayrılacaq.
“Bizim əlavə avtobus ehtiyatlarımız var. Ehtiyac olduğu təqdirdə həmin nəqliyyat vasitələri sərnişinlərin ixtiyarına veriləcək” - deyə, o əlavə edib.
M.Abidi bildirib ki, qiymət artımının qarşısını almaq məqsədilə 11 nəfərdən ibarət komissiya yaradılıb.
“Bu gündən qiymətlərə nəzarət başlayıb” - deyə, o əlavə edib.
Bununla yanaşı, sərnişinlər onlayn qaydada bilet də əldə edə bilərlər:
“Sərnişinlər 10 gün qabaqcadan biletləri əldə edə bilərlər. Həmçinin onlayn satışlar da həyata keçirilir. Bu da onların əlavə vaxt itkisinin qarşısını alacaq” - deyə, M.Abidi vurğulayıb.
Sorğu
Yeni dizaynımız necədir?