"Bolqar müğənnisi Azisin Bakıdakı konsertinin video görüntülərinə baxıb millətimə görə utandım
Hərçənd ki, Azis deyilən cinsiyyəti məlum olmayan müğənni tamaşaçılarından çox razı qalıb. Bir anlıq fikirləşdim ki, bu xanımlar kiminsə həyat yoldaşı, bacısı, qızı və əlbəttə gələcəyin anasıdır. Bəs bu qızların bu hala düşməsinə günahkar kimdir? Bəlkə biz gender bərabərliyi, ailədə azadlıq, demokratiya, sərbəstlik və sair anlayışları düzgün təbliğ etməmişik. Əgər bir jurnalistimiz ölkəmizə gələn qonaqlardan - Qızlarımızı bəyənirsinizmi?-soruşursa, demək özümüz öz əxlaqımıza əmin deyilik. Bu avropalaşma deyil, bu, uçuruma yuvarlanmadır.”
Bu sözləri Xeberle.com-a açıqlamasında "Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyib. Onun sözlərinə görə, boşanmaların sayı artır, rəsmi nikahsız ailələr çoxalır: "Səbəblərini axtarırıq, günahkarı tapmağa çalışırıq. 3 ayın gəlinini, bətnində 3 aylıq əkiz körpəsi olan, rəsmi nikahı olmayan qızını gətirir ki, boşatdırıram. Gün ərzində qəbul etdiyimiz insanların 4-dən 3-ü boşanma ilə əlaqədar müraciət edir. Boşanma üçün çox ciddi səbəblər olmalıdır. Dinləyəndə isə məlum olur ki, belə ciddi səbəblər yoxdur: məlum olur ki, sərbəstlik, azadlıq arzusunda olanlardır. Belələrinin sayı artdıqca xaos da artacaq. Xəyanətlər, əxlaqsızlıq baş alıb gedəcək. Biz İslam ölkəsiyik, guya Allahdan qorxuruq, buna baxmayaraq rüşvət alırıq, reketlik edirik, oğurluq, əxlaqsızlıq, xəyanət edirik, sonra da oruc tutub deyirik, Allah bizi bağışladı. Bəs vicdanımız necə olsun?! Alaq otları kimi çoxalan parazitlərin kökünü ancaq doğru tərbiyə və güclü təhsillə ala bilərik.”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?