GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Şpigel” hakimiyyətin mediaya münasibətinə qiymət verdi

“Şpigel” hakimiyyətin mediaya münasibətinə qiymət verdi

Tarix: 13-02-2013, 10:22 Bölmə :Ölkə Baxış: 666
“Şpigel” hakimiyyətin mediaya münasibətinə qiymət verdi

“Təki səsini kəs”

Almaniyanın nüfuzlu “Şpigel” nəşri Azərbaycanda söz azadlığına ola basqılardan yazıb. Müəllif Christian Siepmann blogger Mehman Hüseynovun üzləşdiyi təzyiqlərə diqqət yetirib.

Bu şəkildə əksini iddia etsə də, tələbə Mehman Hüseynov vətəni Azərbaycanda baş verən haqsızlıqlara qarşı bloqlamağa davam edir. Bu yol onu tezliklə həbsxanaya apara bilər.
Mehman Hüseynov çox şeyin fikrini çəkməlidir, amma təhsilini bitirə biləcəyinə arxayın ola bilər. Azərbaycanın paytaxtında, Bakıdakı universitetin prefessorları sözlərinə əməl etsələr, onda ona bu yay diplomunu verəcəklər, özü də yaxşı qiymətlərlə. Axı 22 yaşlı Mehman universitetə daha ayağını da basmır və tələbə yoldaşlarını etiraza səsləyə bilmir. (qızışdıra bilmir). O, bu razılaşmaya riayət edir. Bundan başqa, İT menecmenti təhsili üçün Mehmanın onsuz da vaxtı yoxdur.
Başının ortasında buruqarını saxlamış, qıraqlarını isə daz qırxdırmış bu qalın qara saçlı oğlan ölkənin ən tanınmış video-bloqqeridir. Mehman dünyanın hər yerindən olan televiziya və qəzetlər üçün işləyir. Onun şəkilləri və reportajları Xəzərin sahilindəki avtoritar idarəetmə üsullu Azərbaycanda nəyin qaydada olmadığını göstərir. Bu ölkə həm neftlə zəngindir, həm də insan hüqüqu pozuntuları ilə. O göstərir ki, rejimin prestijli yeni tikililəri üçün insanlar öz evlərindən necə məhrum olurlar. Onun reportajları rejimə qarşı olanlara polisin necə davrandığını sübut edir. „Mənim vəzifəm Azərbaycan reallıqlarını göstərməkdir“ deyir Mehman.
Ötən il mayın 26-da Bakıda keçirilən Eurovision Mahnı Müsabiqəsindən əvvəl bir-iki ay ərzində dünya bu ölkəyə yaman fikir verirdi. Amma ulduzlar oranı tərk edən kimi xarici jurnalistlər də ölkədən getdilər. Mehman isə be ilə əvvəl başladığı işi davam etdirir: Hüquq pozuntularını kameraya köçürür, korrupsiya hallarını tənqid edir, məlumat azadlığı üçün mübarizə aparır.O, ölkə prezidenti İlham Əliyevi açıq tənqid etməkdən də çəkinmir – o Əliyev ki, ölkəni diktator üsulu ilə idarə edir və ailəsinin adı şübhəli bizneslərdəhallanır.
Rejimi tənqid edənlər və jurnalistlər üçün Azərbaycanda yaşamaq təhlükəlidir. Burda söhbət işgəncələrdən gedir. Ötən illərdə isə iki jurnalist hətta qətlə yetirilib. Bir çoxları kimi Mehman Hüseynov da hesab edir ki, bunların arxasında rejim durur. Müxalifətdən xeyli insan ölkəni tərk edib, çünki ESC sona çatandan sonra rejim daha da sərtləşib. Bu sərtləşməMehmandan da yan keçməyib.
2012-ci ilin 12 iyun axşamı o, əllərində qandal, Bakı polis idarəsində oturmuşdu. Iki həftə əvvəl, ESC final mərhələsindən düz bir gün qabaq mərkəzdəki bəzəkli Fəvvarələr meydanındakı etiraz aksiyasında şəkil çəkdiyinə görə həbs etmişdilər onu. Polislər nümayişi dağıtdılar, o vaxt orda bir polis Mehmanı itələmişdi. Onun kamerası sındığına görə polislərlə mübahisəyə girmişdi. Bu mübahisənin nəticələri çox çəkmədi. Bu iyun axşamında ona ittiham irəli sürüldü: xuliqanlıq və dövlət orqanlarına qarşı müqavimət.
Mehman dindiriləndən sonra xeyli gözləməli oldu. Təxminən gecəyarısı iki nəfər kostyumlu kişi gəldi. O əmin idi ki, bunlar Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır. “Onlardan biri cibindən 1000 dollar çıxarıb mənim qabağımda stolun üstünə qoydu“, deyə Mehman yada salır. “Sonra isə o dedi: Bu pul sənindir. Maşın istəyirsən? Al, bu da açar. Bakının mərkəzində ev istəyirsən? Al, bu da evin açarı. Ancaq ağzını bağla. Mehman imtina etdi. “Onlara dedim: mən bunu edə bilmərəm. Əgər mən bunları götürsəm, onda hökumət məni almış olar. Mən isə azad jurnalistəm.”
İyunun 13-də axşam Mehmanı buraxdılar. Amma o vaxtdan üstündə ona açılmış cinayət işi var. Qəribədir ki, kameraya görə həmin mübahisədə Mehman guya ki 5 nəfər zirehli geyimi olan polis işçisini döyübmüş
Mehman ayda bir dəfə polis idarəsinə baş çəkməlidir. Bakıdan kənara çıxası olsa, idarədən razılıq almalıdır. Buna riayət etməsə ona beş il həbs cəzası verilə bilər. Azərbaycandakı həbsxanada keçən həbs isə Almaniyadakı həbsxanadan xeyli çətindir. “Mən onların əlindəyəm. Onlar istədikləri vaxt məni tutub həbs edə bilərlər”, deyir o. Amma buna baxmayaraq Mehman danışmağa davam edir. O, öz facebook səhifəsində ölkəsində hər gün baş verən haqsızlıqlar haqqında məlumat verir.
Dövlətin onunla nisbətən yumşaq davranması, onu aradan götürmək əvəzinə susmağı üçün ona pul təklif etməsi güman ki onun tanınmış olması ilə əlaqədardır.Mehman Bakının mərkəzində gəzməyə çıxanda gənclər onu salamlayırlar. “Ey, sən facebokdakıt Mehmansan”, deyə ona səslənirlər. Onun telefonu tez-tez zəng çalır. Ən geci onun saxlanılmasından bəri Qərbdən olan hüquq müdafiəçiləri, jurnalistlər və Bakıdakı diplomatlar onun taleyi ilə yaxından maraqlanırlar. “Ona görə də inanmıram ki, dövlət mənə ciddi bir zərər yetirsin, və ya bəzi digər müxalifətçilər kimi məni öldürsün”, deyir o.
Mehmanın ailəsi onun etdiyini dəstəkləyir. Onun böyük qardaşlarından biri də tanınmış huquqmudafiəcisidir. Dostları və tələbə yoldaşları onu dəstəkləyirlər, çünki özlərinin bu cür cəsarətləri yoxdur. “Gənclərin əksəriyyəti yatıb amma son illər gənclərin fəallığı çox artıb. Onlar korrupsiyanı, ya da ki prezidenti tənqid etməyə qorxmurlar. deyir Mehman. “Mən davam etməliyəm”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mehman Hüseynov saxlanıldı və sərbəst buraxıldı - TƏFSİLAT

    Mehman Hüseynov saxlanıldı və sərbəst buraxıldı - ...

    11-11-2014, 00:32

  • 
  • "Obyektiv" internet televiziya kanalının əməkdaşı hava limanında saxlanıldı

    "Obyektiv" internet televiziya ...

    17-06-2013, 11:38

  • 
  • Səfər Əbiyevin müvaini bəraət istəyir

    Səfər Əbiyevin müvaini bəraət istəyir ...

    1-06-2016, 21:23

  • 
  • “Şpigel”in keçmiş baş redaktoru ARDNŞ-ə satılmaqda ittiham olunur

    “Şpigel”in keçmiş baş redaktoru ARDNŞ-ə ...

    24-10-2013, 13:07

  • 
  • Milli Şura  Mehman Əliyevə qarşı təxribatı pisləyir

    Milli Şura Mehman Əliyevə qarşı təxribatı pisləyir ...

    3-02-2014, 14:48


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu